|
"Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq ehtimalı olub.
Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bu səbəbdən "Neftçilər" stansiyasında, normativ tələblərə görə, maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüb və qatar texniki baxış üçün stansiya dalanına verilib.
"Nəticədə xətdə ikidəqiqə yubanma yaranıb. Xəttə həmin qatarın əvəzinə yeni qatar verilib", - B. Məmmədov vurğulayıb.
“Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik”.
"Yol-xeber.az" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə yekun nitqində deyib.
“Üç məktəbin inşası bu il başa çatmalıdır – Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və qeyd etdiyim kimi, Şuşa şəhərində məktəb. Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq”, - Prezident vurğulayıb.
Bakıda və Abşeron yarımadasında aprelin 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-15° isti, Bakıda gecə 10-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclü olacaq.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.
Respublika üzrə pensiyaların aprelin 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Qeyd edək ki, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın II rüb üzrə ödəniləcək 50 manatı da aprel ayının pensiyasının üzərinə əlavə olunacaq.
Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Bütün dünyada çalışanla işəgötürən arasında vasitəçi bir qurum var - adına Həmkarlar İttifaqı deyilir. Azərbaycanda isə təəssüf ki, işçilər bu təşkilatın fəaliyyətini əksər hallarda hiss etmirlər.
"Yol-xeber.az" xəbər verir ki, işlədiyi müddət ərzində Həmkarkar İttifaqı təşkilatları vətəndaşların hüquqlarını tam qorumalı, lazım olanda maddi yardım etməli, sanatoriyalara yollayış verməlidir.
Bəs niyə insanların çoxu bundan xəbərsizdir və ya bu imkandan yararlana bilmir?
İTV Azərbaycanda Həmkarlar İttifaqlarının fəaliyyətini araşdırıb.
Video materialı təqdim edirik:
Səudiyyə Ərəbistanı hər il Həcc ziyarəti üçün icazə verilən zəvvarların sayını bir milyon nəfərə çatdırıb.
Bu barədə ölkənin Həcc və Ümrə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, bu il ziyarət üçün tam peyvənd olunmuş və yaşı 65-dən aşağı olan şəxslər Həcc ziyarətinə gələ biləcək. Zəvvarlar gəldikdən sonra PCR testinin mənfi nəcitəsini də təqdim etməli olacaqlar.
Şəhid ailələri və müharibə əlillərinə verilən mənzil və fərdi evlərin sayı 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572, 2021-ci ildə isə 3000-ə çatdırılıb.
Yol-xeber.az xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. O bildirib ki, ümumilikdə dövlət tərəfindən bu kateqoriyadan olan şəxslərə 12 500-dən çox mənzilin verilməsi təmin edilib.
Nazir müavini əlavə edib ki, Ölkə başçısının imzaladığı fərman və sərəncamlar əsasında icra edilən bu proqramlar 2025-ci ilədək davam etdiriləcək.
"Bu proqramlar çərçivəsində daha 11 min şəxsin mənzil və fərdi evlərlə təmin edilməsi nəzərdə tutulub"- o deyib.
Bakının Nizami rayonunda yaşayış binasının sökülməsinə başlanılıb.
Trend xəbər verir ki, bu, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binadır.
Həmin binadan artıq sakinlər tam köçürülüblər.
1960-cı ildə istifadəyə verilən və indiyədək 90 ailənin yaşadığı bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.
Həmçinin proses davam edənədək 90 ailənin iki il müddətində aylıq 350 manat kirayə haqqı qarşılanacaq.
Qeyd edək ki, ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. İlkin mərhələdə beş, növbəti mərhələdə isə altı binanın söküləcəyi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə xəbərdarlıq edib.
BDYPİ-dən "Yol-xeber.az"a daxil olan xəbərdarlıqda deyilir:
"Cəmiyyətdə geniş yayılmış və insanların narazılığını doğuran pozuntuların, o cümlədən yol hərəkəti və yol hərəkəti təhlükəsizliyi qaydaları əleyhinə olan hüquqpozmaların qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən ötən ilin əvvəlindən başlanılmış tədbirlər 2022-ci il ərzində də davam edir.
Qarşıda duran əsas vəzifə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələrini cəlb etməklə yol hərəkəti iştirakçıları ilə nəzarət-profilaktik, ən başlıcası isə maarifləndirmə xarakterli tədbirlərin keçirilməsidir.
Cari ilin yanvar ayından başlayan və ilin sonunadək həyata keçirilməsi planlaşdırılan işlər əsasən sürücülər tərəfindən dayanma-durma və parklama, həmçinin təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, sürücülərin piyadalara yol verilməməsi, eləcə də piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, avtoxuliqanlıq, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının qarşısının alınması tədbirlərini əhatə edir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onları yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquqpozmaların qarşısının alınması və ictimai maraqların qorunmasında aktiv iştirakçılığa dəvət edir".