![]() |
|
Məhərrəmlik ayının sona çatması ilə ölkənin “toy bazarı”nda xüsusi canlanma müşahidə olunur. Hazırda əksər şadlıq saraylarında ən yaxın həftə sonları üçün boş yerlər demək olar ki, yoxdur. Bəs görəsən artan tələbat və hər sahədə müşahidə olunan bahalaşma toy etmək istəyənlərə nə cür təsir göstərir?
Ölkə.az xəbər verir ki, baku.ws saytı mövzu ilə bağlı araşdırma aparıb.
Əlaqə saxladığımız restoranlar içində qiymət artımı olduğunu qəbul edənlər də var, “Təki toy olsun” deyib əvvəlki qiymətdə qaldıqlarını iddia edənlər də...
Gəlin ümumi vəziyyətə birgə nəzər salaq:
Şadlıq sarayları
Şad günlərin keçiriləcəyi məkanlarda qiymətlər minimum 33 manatdan başlayır. Bu rəqəmlərin 110, 240 və 250 manata qədər gedib çıxdığı restoranlar da var. Onların bəziləri müştərilərə menyu qiymətinə daxil, müsiqi, videoçəkiliş, bəy-gəlin maşını təklif edir. Lakin bunun üçün qonaqların sayı qoyulan minimum həddi keçməlidir (Məs. 300 nəfər). Hətta, qonaqların sayı çox olarsa qiymətlərdə endirimlərin edilə biləcəyi dolayı yolla çatdıranlar da oldu. Şadlıq evləri qiymət artımını yağın, ətin və istehlak səbətinə daxil olan qida məhsulların bahalaşması ilə əlaqələndirdilər.
Şad günlərin təşkil edildiyi məkanlardakı vəziyətlə tanış olduq. İndi isə keçid alaq gəlin namizədlərin 1 gün üçün çəkəcəyi xərcə…
Gəlinlik paltarları
Hazırda əksər moda evlərində gəlinliklərin kirayə qiyməti 150-800 manat arasında dəyişir. Bu da paltarların materialı və modelindən asılıdır. Mağazalardan BAKU.WS-ə deyildi ki, son vaxtlar qiymətlərdə nəzərəçarpacaq dəyişiklik daha doğrusu bahalaşma demək olar ki yoxdur.
Bəzi gəlinlik mağazalarında isə qiymətlər 10 min manata qədər gedib çıxır. Mağaza rəsmisi bildirir ki, bəzi parçaların 1 metri 200 manatdır. Haqlı olaraq ondan hazırlanan geyimin xərci 2000 manata qədər yüksəlir. Hətta bəzi gəlinlər özəl günlərini büllur daş-qaşla bəzədilmiş gəlinliklə taclandırmaq istəyir ki, belə olan halda da 10 min manatlıq gəlinlik ərsəyə gəlir.
Məlumdur ki, gəlinin işi gəlinliklə də bitmir. Bu özəl gündə ona saç bəzədilməsi, makiyaj, hələ bir də tac lazım olur. Təkcə tacların kirayə qiyməti mağazaya görə 50, 70, 100 hətta 150-200 manata qədər dəyişir.
Gəlin bəzədilməsi üçün saç və makiyaj da öz növbəsində 200, 500 hətta 700 manatlıq paketlər şəklində müştərilərə təklif edilir.
Milli adət ənənələrimizin olmazsa olmazı bəzək-düzəkli xonçalara gəldikdə isə onların kirayə qiymətləri necə deyərlər od tutub yanır.
Belə ki, xonça dəstlərinin 10 ədədi bəzi yerlərdə 50 manatdırsa, bir çox mağazada bu rəqəm 350 manatdır. Burada söhbət alış qiymətindən yox, kirayədən gedir. Güzgü və şamdanlarda bu qiymətlər 70-250 manat arasındadır.
Xonça mağazaları hər nə qədər qiymətlərin dəyişmədiyini desələr də alıcılar bu rəqəmlərin ötən illərlə müqayisədə xeyli artdığını iddia edirlər.
Apardığımız araşdırmanın nəticəsi olaraq belə qənaətə gəldik ki, pandemiya toy etmək istəyənlərin təkcə vaxt və səbrlərini sınağa çəkmədi. İndi onlara yeni qiymətlərlə sözün əsl mənasında "toy tutur".
Müqayisə üçün deyək ki, illər əvvəl toy etmək istəyənlərə 25-30 manata menyu təklif olunurdusa indi ortalama qiymət 40-45 manatdır. Hazırkı qiymətə təklif edilən yeməklərin müştəriləri nə dərəcədə qane edib-etmədiyi də sual altındadır. Elə bu amil xonça və aksesuarda özünü biruzə verir. Kəllə qəndin kəllə çarxa çıxan qiymətini isə heç yada salmayaq. Araşdırmamızdan aydın oldu ki, ailə həyatı qurmaq xərcləri ən azı 1,5 - 2 dəfəyədək artıb. Ona görə də əliniz cibinizdə olsun.
Xəbər verdiyimiz kimi bu gün "WhatsApp" sosial şəbəkə platformasının işində problemlər yaranıb.
Sosial şəbəkələrdə yayılan məlumatlarda problemin qlobal miqyas daşıdığı və bir çox ölkələrdə müşahidə olunduğu bildirilir.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, hazırda bununla bağlı araşdırma aparılır:
"Hal-hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir. “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır".
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, gün ərzində bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 16-18° isti, Bakıda gecə 13-15° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 1-5° isti, gündüz 8-13° isti olacaq.
Şəhid qardaşının banklara olan kredit borcu “YAŞAT” Fondu tərəfindən tam bağlanıb.
Bu barədə oxu.az-a şəhid Səbuhi Əhmədovun qardaşı Sənən Əhmədov məlumat verib.
O bildirib ki, Fondun təşəbbüsü ilə onun banklara olan bütün borcu ödənilib:
“Kifayət qədər böyük məbləğ idi. “YAŞAT” Fondu həmin kredit borclarını bağladı. Məbləğin dəqiq rəqəmini bilmirəm, amma kifayət qədər çox idi”.
Qeyd edək ki, bu barədə ilk məlumatı manşet.az saytı dərc edib.
axili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücülərinə xəbərdarlıq edib.
İdarədən daxil olan xəbərdarlıqda deyilir:
"Son vaxtlar Bakı şəhərində yaranmış nəqliyyat sıxlığının aradan qaldırılması və mövcud vəziyyətin optimallaşdırılması ilə əlaqədar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, yolların buraxılış imkanlarının artırılması, əhalinin nəqliyyat təminatının yaxşılaşdırılması və yol hərəkətinin təhlükəsizliyinin daha etibarlı təmin edilməsi məqsədilə Azərbaycanın Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası tərəfindən müvafiq tədbirlərdən biri kimi 2022-ci il 27 oktyabr tarixindən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulub.
Həmçinin qeyd edirik ki, icazə verilən müddət ərzində paytaxta daxil olmuş yük avtomobilləri səhər saat 07:00-dək, yanacaq daşıyan yük avtomobilləri isə səhər saat 06:00-dək şəhəri tərk etməlidirlər.
Bununla əlaqədar, bütün yük daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən, habelə yük sahiblərindən öz fəaliyyətlərini qeyd olunan müddətlərə uyğunlaşdırmaları xahiş olunur".
22 oktyabr tarixi 44 günlük Vətən müharibəsinin şəhidlərindən biri – Milli Qəhrəman Şükür Həmidovun anım günüdür.
Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlının Armudluq kəndində anadan olub. O, ailədə 10 uşaqdan biri olub.
Ş.Həmidov 1990-1993-cü illərdə C.Naxçıvanski adına Hərbi liseydə təhsil alıb.
Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib.
Azərbaycan Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.
Vətən müharibəsində Ş.Həmidov Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib.
Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin sərəncamı ilə Şükür Həmidov Vətən müharibəsindəki iştirakına görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ona ölkə başçısının sərəncamları ilə Şükür Həmidov “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və “Zəfər” ordeni ilə təltif edilib.
Milli Qəhrəmanın 1 oğlu və 1 qızı var.
Artıq bir neçə ildir ki, paytaxtda istismara yararsız və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış evlərinin sökülərək yeniləri ilə əvəz olunması prosesi aparılır.
Baku.ws xəbər verir ki, qanunvericiliyə əsasən, mənzili sökülən şəxslərə ya kompensasiya ödənilir, ya da evi başqa bir mənzillə dəyişdirilir. İkinci hadisə nadir hallarda baş verdiyindən tikinti şirkətləri daha çox vətəndaşlara kompensasiya ödəməyə üstünlük verirlər. Bəzən isə kompensasiya məbləği MTK-larla ev sahibləri arasında narazılıq yaradır.
Buna səbəb tikinti şirkətlərinin mənzillərin hər kvadratmetri üçün dəyərindən az məbləğ ödəməsidir. Belə ki, onlar satışa çıxardıqları evlərin kvadrat metrini alıcılara 2000 AZN-ə təklif etdikləri halda, sakinlərin plana düşən mənzillərinin kvaratmetri üçün ödəniləcək məbləği 1500 AZN dəyərində müəyyən edirlər. Bundan sonra aralarında fikir ayrılığı yaranan və uzlaşmayan tərəflər aylarla və illərlə davam edən məhkəmələrdə görüşməli olurlar.
Azərbaycanın Rieltorlar Birliyinin sədri Elnur Azadov isə baş verən problemin səbəbini tikinti şirkətlərinin inşaata çox vəsait sərf etməsi və qazanclı çıxmaq üçün kompensasiya məbləğini azaltması ilə əlaqələndirir:
“Tikinti şirkətləri xərcləri çox olduğu, eyni zamanda daha çox gəlir əldə etmək üçün bu günə qədər 1500 AZN prinsipi ilə davam etməyə çalışırlar. Ev sahibləri ilə MTK-lar arasında da bu təzadlıq da məhz bu səbəbdən yaranır. Qanunvericilikdə hər bir vətəndaşın evi üçün onun istəyinə uyğun kompensasiyanın ödənilməsi yer alıb. Ya alternativ əmlak verilməlidir, ya da ki müəyyən razılaşma əldə edilməldir. Kompensasiya qiymətinə gəlincə isə, bununla bağlı qanunvericilikdə standart məbləğ müəyyən edilməyib”.
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı isə yeni binaların premium layihələr olduğunu, sökülən tikililərin isə inşaat standartlarına cavab vermədiyini, nəticədə isə kompensasiya məbləğinin iki dəfə az olduğunu vurğulayıb:
“Bəzən kompensasiya müəyyən edilərkən ərazi üzrə bazar qiyməti nəzərə alınmadan həyata keçirilir. Nəticədə vətəndaşlarla MTK-lar arasında problemlər yaşanır. Məsələn: “Sovetski”ni misal götürsək, oradakı fərdi evlər yaşayış minimumlarına cavab vermir. Həmin ərazidə isə inşa edilən yeni tikililərin böyük əksəriyyəti premium layihədir. Onların inşasında keyfiyyətli tikinti materiallarından istifadə edilir. Həmçinin ərazi üzrə satış qiyməti müəyyənləşdirilir ki, bu da qiymətlərin yüksək olmasına şərait yaradır”.
Ekspert Bakının mərkəzi və ətraf ərazilərində plana düşən evlərin kompensasiya məbləğlərini də açıqladı. Bu məbləğ mənzilin hər kvadrat metri üçün 1500-2000 AZN aralığındadır:
"Yaşayış binalarında kompensasiya o halda insanlara ödənilir ki, onlar həmin ərazidəki evdə yox, başqa bir yerdən ev alıb yaşamaq istəyir. Bu halda Bakının mərkəzində kompensasiya məbləği təqribən 2000 AZN civarında müəyyənləşdirilir. Mərkəzdən qismən kənarda isə 1500 AZN, Nərimanov və Yasamal rayonlarında isə rəqəmlər 1500-2000 AZN arasında dəyişir. Həmin ərazidə MTK-ların satışa çıxardığı evlərin hər kvadrat metrinin qiyməti isə 1600-2200-2300 AZN aralığındadır".
Alternativ tədbirlər arasında isə ən optimal variant ərazi üzrə bazar qiymətləri öyrənilməklə kompensasiya məbləğinin müəyyən olunmasıdır. Son zamanlar dövlət köçürmələr zamanı daha çox əvəzləşdirmə prosesi həyata keçirir. Yəni yaşayış sahəsi əvəzinə yaşayış sahəsi, mənzil əvəzinə isə mənzil təklif edilir.
Bu üsul özəl layihələrdə də tətbiq edilsəydi, daha yaxşı olardı. Nə MTK-larla sakinlər arasında nə fikir ayrılığı yaranardı, nədə ki illərlə davam edən məhkəmə prosesləri narahatlığa səbəb olardı.
Ölkə.az xəbər verir ki, bu sözləri Baku.ws-ə Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Deputat əlavə edib ki, ölkədə xüsusi karantin rejimi davam etsə də yumşalmalar nəticəsində cəmiyyətin hər hansı üzvü gündəlik həyatında bunun yaradacağı problemlə qarşılaşmır:
“Amma unutmaq olmaz ki, dünyada koronavirusla bağlı vəziyyətə nə qədər nəzarət edilsə də, xüsusən payız aylarında ehtimal olunan kiçik dalğalar qarşısında ölkələrin problem yaşamaması üçün karantin rejiminin uzadılması gündəmdə ola bilər. Amma COVID-19 hər nə qədər qarşımızda problem olaraq qalsa da amma əvvəlki illərlə müqayisədə yarada biləcək təhlükə minimallaşmış vəziyyətdədir”.
Səhiyyə Komitəsinin sədr müavini həmçinin deyib ki, dünyada qapalı məkanlarda COVID-19 pasportu tələbi məsələsi gündəmdə deyil:
“Ölkəmizdə də gündəlik həyatımızda bununla qarşılaşmırıq. Amma unutmaq olmaz ki, dünya səhiyyəsi onun yaradacağı problemlərdən qorxmasa da koronavirus dünyada hələ də problem olaraq qalır. Bu səbəbdən insanların məlum problemə həssas yanaşması üçün bəzi qadağaların payız aylarında davam etməsi məqsədəuyğun hesab oluna bilər. Lakin ölkəmizdə xüsusi karantin rejimi ölkəmizdə tətbiq edilsə də gündəlik həyatımızda bunun mənfi təsirini hiss etmirik.
Hesab edirəm ki, payız fəslindən sonra təkcə ölkəmiz deyil, elə dünya üçün də 2023-cü ilin yaz aylarından etibarən COVID-19 müzakirə mövzusu olmayacaq”.
“Quru sərhədlərlə bağlı qadağanın aradan qaldırılması ilə bağlı deyə bilərəm ki, bu məsələ Nazirlər Kabineti və Operativ Qərargahın səlahiyyətindədir. Yəqin ki, yaxın gələcəkdə bu məsələ ilə bağlı aidiyyəti qurumlardan konkret qərarlar eşidəcəyik”.
Ölkə.az xəbər verir ki, bu sözləri Baku.ws-ə Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Deputat əlavə edib ki, ölkədə xüsusi karantin rejimi davam etsə də yumşalmalar nəticəsində cəmiyyətin hər hansı üzvü gündəlik həyatında bunun yaradacağı problemlə qarşılaşmır:
“Amma unutmaq olmaz ki, dünyada koronavirusla bağlı vəziyyətə nə qədər nəzarət edilsə də, xüsusən payız aylarında ehtimal olunan kiçik dalğalar qarşısında ölkələrin problem yaşamaması üçün karantin rejiminin uzadılması gündəmdə ola bilər. Amma COVID-19 hər nə qədər qarşımızda problem olaraq qalsa da amma əvvəlki illərlə müqayisədə yarada biləcək təhlükə minimallaşmış vəziyyətdədir”.
Səhiyyə Komitəsinin sədr müavini həmçinin deyib ki, dünyada qapalı məkanlarda COVID-19 pasportu tələbi məsələsi gündəmdə deyil:
“Ölkəmizdə də gündəlik həyatımızda bununla qarşılaşmırıq. Amma unutmaq olmaz ki, dünya səhiyyəsi onun yaradacağı problemlərdən qorxmasa da koronavirus dünyada hələ də problem olaraq qalır. Bu səbəbdən insanların məlum problemə həssas yanaşması üçün bəzi qadağaların payız aylarında davam etməsi məqsədəuyğun hesab oluna bilər. Lakin ölkəmizdə xüsusi karantin rejimi ölkəmizdə tətbiq edilsə də gündəlik həyatımızda bunun mənfi təsirini hiss etmirik.
Hesab edirəm ki, payız fəslindən sonra təkcə ölkəmiz deyil, elə dünya üçün də 2023-cü ilin yaz aylarından etibarən COVID-19 müzakirə mövzusu olmayacaq”.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevlə birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşüblər.
“Kənd sakinləri ilə görüş zamanı olduqca maraqlı anlar yaşanıb.
Belə ki, xanımlardan biri Prezidentlə görüş zamanı daha öncə çəkdirdiyi şəkilin qaranlıq düşdüyünü bildirib və o, dövlət başçısına növbəti dəfə foto çəkdirmək üçün müraciət edib. Prezident kənd sakininin bu təklifini səmimiyyətlə qarşılayıb.
Həmin anın videosunu təqdim edirik:
“Noyabrın 5-i səhər tezdən sakitlik idi. Daşaltını azad edəndən sonra tapşırığımız Şuşadan Xankəndi istiqamətinə yolu bağlamaq idi. Birdən ermənilər Şuşakənd-Daşaltı, Şuşa-Daşaltı, Keybalı-Daşaltı və Laçın tərəfdən Daşaltıya yenidən əks-hücuma başladılar. Düşmənin təxminən 4 tabora yaxın qüvvəsi ilə 6 saat gərgin döyüş getdi. Hər tərəfdən bizi güclü atəşə tutdular, yalnız Daşaltıya gəldiyimiz arxa səmt açıqdır. Bu zaman əsgərlərimizdən biri arxadan rabitə ilə xəbər verdi ki, ermənilər meşənin və çayın içi ilə kəndə doğru irəliləyirlər. Bu o demək idi ki, biz Daşaltıda mühasirəyə düşə bilərik. Dərhal qabaqlayıcı tədbirlər gördük və Vətən Müharibəsi Qəhrəmanı kapitan Ramazan Hudulova iki saat müddətində 13 nəfərlik qrupla Laçından gələn yolu bağlamağı əmr etdim. Bir qədər rahat oldum ki, sol tərəfdən düşmənin yolu bağlanıb”.
Bunu “Azərbaycan” qəzetinə müsahibəsində polkovnik Tehran Mənsimov deyib.
O bildirib ki, həmin gün ermənilər bütün iriçaplı silahlardan - minaatanlardan, “Qrad” qurğusundan, “Şilka”dan Daşaltını atəşə tutaraq dəfələrlə hücuma keçiblər.
“Lakin tabeçiliyimdə olan şəxsi heyət bir addım da geri çəkilmədi və qəhrəmancasına kəndi saxladılar. Onlardan 67 nəfər şəhid oldu, 120 nəfər yaralandı.
Bu döyüşdə nə qədər erməni məhv etdiyimizi dəqiq bilmədik, çünki bütün ətraf yüzlərlə erməni cəsədi ilə dolu idi.
Artıq Xankəndi-Şuşa, Laçın-Şuşa yollarını bağlamış, düşmənin hərəkətini tam dayandırmışdıq. Şimal-qərbdən Şuşa hüdudlarına daxil olmuşduq.
Rəhbərlik etdiyim bölmələrimlə noyabrın 5-dən 6-na keçən gecə Laçın yolunu keçərək Keybalı yaşayış məntəqəsi tərəfdən Şuşa ətrafındakı meşəyə daxil olduq. İsa bulağı tərəfdən dolayı yollarla gəlib Xankəndi yolunda digər istiqamətdən polkovnik Fuad Qasımovun rəhbərliyi ilə hücum edən Xüsusi Təyinatlı Qüvvələrimizlə birləşdik. Burada ermənilərin əks-hücumlarını dəf etdik, 18 şəhidimiz oldu. Artıq tabeçiliyimdə 94 nəfər qalmışdı.
Güclü yağış başladı. Hamımız yorğun idik, şəxsən mən 4 gün idi yatmırdım. Qəfil məlumat gəldi ki, Şuşa, Şuşakənd, Xankəndi, Muxtarkənd tərəfdən ermənilər yenidən əks-hücuma keçdilər. Qabaqda gələn iki erməni tankını məhv etdik və döyüş başladı. Yuxarı komandanlığın tapşırığı ilə polkovnik Fuad Qasımovla bir yerdə qərar qəbul etdik ki, artıq Şuşaya daxil olmağın vaxtıdır. Tabeliyimdə olan 94 nəfərdən bir hissəsini meşədə saxladım ki, Keybalılar tərəfdən hücumun qarşısını alsınlar”, - deyə o əlavə edib.
Tehran Mənsimov “N” saylı motoatıcı hərbi hissənin komandiri polkovnik Vilayət Quliyevə deyib ki, tanklar hazır olsun və Daşaltı tərəfdən Şuşaya girəcəklər.
Bundan sonra iki tankı da Laçından gələn yola çıxarmağı tapşırıb.
“Şəxsi heyətlə qayalıqlarla Şuşaya tərəf hərəkət etməyə başladıq. Qayalıqlarla dırmandıq, yaxın məsafədən qarşımızda mövqe tutan erməniləri məhv etdik.
Artıq döyüş ən yaxın məsafədə gedirdi. Düşmənlə ən uzaq məsafəmiz 10 metrdən çox deyildi və həm də artıq elə bir vəziyyət yaranmışdı ki, əlbəyaxa döyüşürdük. Çünki silahı doldurmağa vaxtımız yox idi. Başımız üstündə pilotsuz uçan aparatları, hər addımbaşı aramsız artilleriya zərbələri, minaatanlardan mərmilər... Belə çətin şəraitdə düşmənlə ancaq yüngül silahlarla döyüşürdük.
Özü də düşmən hündürlükdə və 28 il möhkəmləndirdiyi güclü bir hərbi mövqedə idi. Bizim isə hər addımımız ermənilərin müşahidə və atış hədəfində idi. Onu da nəzərə alaq ki, ehtiyat şəxsi heyətimiz və texnikamız 16 km arxada idi. Hər addımda erməni tələsi, mühasirə cəhdi, aldadıcı həmlələri vardı.
Cənab Prezident çıxışlarında bu barədə dəfələrlə danışıb, həqiqətən Şuşa uğrunda döyüşün hərb tarixində analoqu yoxdur. Bütün şəxsi heyət aslanlar kimi döyüşürdü, qorxu, həyəcan bizə tamamilə yad idi, çünki bilirdik nəyin uğrunda döyüşürük. Bilirdik ki, Şuşanın azad edilməsi müharibənin gedişində ən böyük dönüş nöqtəsi olacaq və düşmənin beli tam qırılacaq. Ali Baş Komandanımızın ifadə etdiyi kimi, Şuşasız bizim işimiz yarımçıq olardı. Bütün xalq və Ali Baş Komandan Şuşanın azad edilməsini gözləyirdi və biz bu inamı və etimadı mütləq doğrultmalıydıq.
Ermənilər şəhərə hücumu Qırmızıbazar və Şuşakənd istiqamətindən gözləyirdilər. Amma biz tamamilə fərqli istiqamətdən şəhərə daxil olduq.
Artıq noyabrın 6-da Şuşada idik. Şəhərin içində güclü döyüşlər getdi, ermənilərin 3 əks-hücumunu dəf etdik. Həmin gün Şuşada hücumu dərinliyə doğru daha da genişləndirdik, hücum istiqamətində küçə və prospektləri, yaşayış və qeyri-yaşayış obyektlərini düşməndən təmizlədik. Qeyd edim ki, sonrakı günlərdə də Azərbaycan Ordusunun hərbi geyimində olan erməni xüsusi təyinatlıları və diversantlarına şəhərdə dəfələrlə rast gəlindi.
Noyabrın 7-də ermənilər Şuşanı geri qaytarmaq üçün 1000 nəfərdən artıq heyətlə yenidən hücuma keçdilər. Yer-göy silkələnirdi, şəhər güclü artilleriya atəşinə tutulurdu. Həmin gün 4 əks-hücumun qarşısını aldıq. Şuşa yolu artıq təmizlənirdi və şəhərin müdafiəsinin təşkili üçün iki tank və bir piyada döyüş maşınının bura gətirilməsini əmr etdim. Artıq Xankəndiyə gedən yolu nəzarətə götürmək lazım idi.
Hərbi hissələrin nömrələrini məxfi saxlamaq vacibdir. Ancaq 181 saylı hərbi hissənin adını tarix üçün xüsusi qeyd etməyə borcluyam. Onlar Şuşanın azadlığı üçün böyük qəhrəmanlıqlar göstərdilər. Polkovnik Vilayət Quliyevin rəhbərliyi altında bu hərbi hissə böyük şücaətlərə imza atdı.
Bu hərbi hissə də iki tank və iki piyada döyüş maşını ilə Laçın istiqamətindən gələn erməni qüvvələrini və texnikasını saxlamaq üçün göndərildi. Sol tərəfimizdən Daşaltıya gedən yolu tutmaq üçün təxminən 200 nəfərlik şəxsi heyət yönləndirildi. Onlar düşmənin o cinahdan 10 tankının irəliləməsinin qarşısını aldılar.
Noyabrın 8-də ermənilər şəhərə “İsgəndər” raketi ilə zərbə endirdilər. Amma artıq şəhər Azərbaycan Ordusunun nəzarətində idi və ermənilər heç bir şey edə bilməzdilər. Bütün şəhər düşməndən təmizlənmiş, bölmələrimiz etibarlı müdafiə mövqeləri tutmuşdular. Möhtərəm Prezidentimiz İlham Əliyevin Şəhidlər xiyabanından verdiyi “Əziz Şuşa, sən azadsan!” bəyanatı ən böyük milli bayramımıza, ən mühüm Zəfərimizə çevrildi!
Əlbəttə ki, düşmən bu təslimçiliyi ilə barışmaq istəmirdi. Birinci Qarabağ savaşından başlayan döyüş təcrübəmə əsasən bilirdim ki, ermənilər tərəfdən əks-hücum olacaq. Buna görə də Laçından Şuşaya gedən yola nəzarəti gücləndirir və şəhərdən Xankəndiyə doğru qaçan erməni dəstələrini məhv edirdik.
Elə noyabrın 8-i Şuşakənd-Şuşa, Muxtarkand-Şuşa, Xankəndi-Şuşa və digər istiqamətlərdən erməni qüvvələri və texnikası şəhərə əks-hücuma keçdi. Şuşa və Xankəndiyə gedən yol eynidir və bizim nəzarətimizdə idi.
Cəmi 50 döyüşçü ilə düşmənin intensiv artilleriya, raket və minaatan atəşi altında mövqelərimizi qoruyurduq. Hər metrə bir mərmi düşürdü. Düşmən onilliklər boyu əraziyə hakim olduğundan, coğrafi relyefi əla bilirdi, buna görə də şiddətli artilleriya atışı və çoxsaylı heyətlə hücuma əminliklə başladı. Ancaq geri oturduldu və böyük itki verdi.
9 noyabrda düşmən yenidən geniş əks-hücum əməliyyatı keçirdi. Sübh tezdən başlayan hücum intensiv artilleriya atəşləri ilə davam etdi. Ermənistan cəbbəxanasında olan ən ağır və dağıdıcı bütün silahlarından – “Smerç” reaktiv raket və “TOS” ağır odsaçan artilleriya sistemlərindən, kaset mərmilərindən və digər bu kimi ağır artilleriya vasitələrindən istifadə etdi.
Şuşanın bütün binaları hədəfə alındı. Xüsusilə müdafiəni qurduğumuz qala şiddətli atəşə məruz qaldı.
Əslində, bütün hədəflər düşmənə məlum idi, buna görə də hətta ən yüksək yerdə yerləşən qalanın hər qarışına bir mərmi düşürdü. Şəhərdə dəhşətli vəziyyət yaranmışdı. Axşam saat 7 radələrində düşmən yenidən əks-hücuma keçdi.
Xankəndiyə gedən yolun sol tərəfində bir qüllənin və böyük xaçın yerləşdiyi yüksəklik tərəfdən 30 nəfər və Xankəndi tərəfdən isə 40 nəfər qara forma geyinmiş erməni silahlısı hücuma keçdi. Hiss olunurdu ki, bunlar xüsusi təlim keçmiş bölmələrdir. Polkovnik Vilayət Quliyev yüksəklikdən irəliləyən düşməni BMP-2 atəşi ilə, digər istiqamətdə yığılmış düşmən qrupunu isə iki tank əleyhinə idarə olunan raketlə məhv etdi. Həmin gün onların əks-hücumu yatırıldı, gecə isə pilotsuz təyyarələrimizin işinə mane olan “TOR” hava hücumundan müdafiə kompleksini məhv etdik”.