|
ABŞ-ın nüfuzlu “The Washington Post” qəzeti Azərbaycanın dağ kəndləri barədə xüsusi reportaj hazırlayıb.
“Reportajda Azərbaycanın dağ kəndlərinin məişət həyatından, yaşayış məntəqələrindəki dəyişikliklər yer alıb.
Quba rayonunun Xınalıq kəndi, bu yaşayış məntəqəsinin qeyri-adi, bəzi xüsusiyyətləri ilə seçilən yaşam tərzi işıqlandırılıb.
Qeyd edilir ki, buradakı kəndlərin xüsusi yaşam tərzi var. Qafqaz dağları hündür və qorxuncdur və köçərilərin bir zamanlar gizləndiyi mağaralarla doludur. Təxminən Qərbi Virciniya ölçüsündə ərazidə ayrı-ayrı dillərdə danışan etnik qruplar, xalqlar var: “Təkcə Xınalıq deyil, həm də Buduq, Qrız, Cek, Tsaxur və Nic qəsəbələri, hətta bir neçəsinin adlarını çəkmək olar ki, öz dillərində danışırlar”.
Xınalıq YUNESKO-nun Ümumdünya İrs siyahısına daxildir və Azərbaycan turizm sektoru onu ölkənin bir çox gizli incilərindən biri kimi sürətlə təbliğ edir. Bura yeni yol çəkilişi gediş-gəlişi bir qədər asanlaşdırıb.
Reportajda kənd evləri, qalın paltar geyinmiş sakinlərin buzlu cığırlarda aşağı-yuxarı getmələri, bir sözlə, Xınalığın gündəlik yaşam tərzi təsvir olunub.
“Kənd sakini Rəhman bizi iki mərtəbəli evinə çay içməyə dəvət etdi. Onun binasında yükü təxminən 300 dollara Qubadan gətirilən böyük bir taxta yığını üstünlük təşkil edirdi. Əzilmiş gümüş samovara bir neçə çubuq saldı. Suyun qaynamasını gözlədiyimiz müddətdə Rəhman evə yeni əlavə olan WiFi-yə qoşulmağımı çox istəyirdi. Aranda çoxlarının mənə dediyinin əksinə olaraq, artıq neçə illərdir ki, kənddə telefon və televizor var”, - reportyor əlavə edib.
“İnsanlar gedirlər”, - Rəhman və oğlunun Bakıda universitetdə oxuduğunu xatırladıb. Soruşdum ki, özü niyə bu qədər uzun müddət qalıb? “Bu, mənim Vətənimdir və bu kifayətdir”, - o cavab verdi”, - reportyor vurğulayıb.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov qurumun sosial şəbəkələrdəki hesablarına “Omicron” ştamı ilə bağlı gələn sualları cavablandırıb.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Koronavirusun yeni variantı olan “Omicron” ştamı haqqında nə məlumdur? Yeni ştamın digər mutasiyalardan fərqləri hansılardır?
- Koronavirus infeksiyasının “Omicron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün). Həmçinin yeni ştam yüksək yoluxucudur. Belə ki, o, artıq bir sıra ölkələrdə “Delta” ştamını sıxışdıraraq qısa müddət ərzində dominant ştama çevrildiyi müşahidə olunur. Sürətlə yayılan “Omicron” ştamı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafı daha az rast gəlir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir.
- Yeni ştamla yoluxma üçün karantin müddəti nə qədərdir?
- Koronavirusun “Omicron” variantında yoluxduruculuq, yəni aşkar edilməsi dövrü daha qısadır. Buna əsasən, karantin dövrü bəzi olkələrdə xəstəliyin formasından asılı olaraq 5-7-9 günədək qısaldılıb.
- “Omicron” ştamına yoluxduğu halda bədənin bərpası üçün nə qədər vaxt lazımdır?
- Başqa mutasiyalardan fərqli olaraq, sağalma əksər hallarda daha tez baş verir. “Omicron” və təkrar xəstələnmə hallarından mövcud immuniteti (xəstələnmə və ya vaksinasiya nəticəsində əldə edilmiş) güclü olanlar şəxslər daha çox yayına bilir. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına daha az rast gəlinir (qorunmaq səviyyəsinin artırılması üçün buster doza tələb olunur).
- “Omicron” ştamı necə aşkarlanır?
– COVID-19-un bir variantı olduğu üçün ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edilir. Lakin aşkarlanmış koronavirusun “Omicron” ştamı olmasını daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunur.
- “Omicron” ştamının spesifik simptomları hansılardır?
- Yeni ştamın spesifik simptomları yoxdur. Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (əsasən subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri -ürəkbulanma, qusma və s). Dad və iybilmənin itirilməsi daha az rast gəlinir. İndi “Omicron” və “Delta” olan xəstələri ayırd etmək klinik cəhətdən demək olar ki, mümkün deyil.
- Özünüzü və yaxınlarımızı COVID-19-un yeni mutasiyasından necə qorumalıyıq?
- Yayılan yeni ştamnan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir. Qorunmaq yolları isə eynidir: maska geymək, insanların sıx toplaşdığı məkanlara getməmək, məsafə gözləmək, əl və respirator gigiyena qaydalarına ciddi əməl etmək.
- Sizdə koronavirusun “Omicron” variantının əlamətlərinin olduğunu düşünürsünüzsə, nə etməli?
- Hər bir şəxs məsuliyyətli olmalıdır. Özündə bu əlamətləri hiss etdikdə ilk növbədə özünü təcris etməli, təmaslarını azaltmalı, o cümlədən ailə üzvləri ilə, özü maska geyərək bunu digər ailə üzvlərindən də tələb etməli, sonra həkimə müraciət etməlidir. Valideynlər uşaqlarına qarşı diqqətli olmalı, onlarda xəstəliyin əlamətlərinin olmasını vaxtında aşkarlamalı. Xəstə uşağı evdə təcrid edərək bağçaya və ya məktəbə buraxmamalıdır. Eyni zamanda, vətəndaşlar vaksinasiyada aktiv iştirak etməli və buster dozanı göstərişə uyğun almalıdır.
Ombudsman Aparatı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayımlanan uşaqlara qarşı zorakılıq halları ilə bağlı açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, açıqlamada deyilir:
“Son dövrlər ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində, o cümlədən İsmayıllı şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara qarşı baş verən zorakılıq halları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı olaraq bizi ciddi narahat edir.
Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan bu kimi hallar və zorakılıq əməllərinə hüquqi qiymət verilməsi tərəfimizdən daima nəzarətdə saxlanılır.
Qeyd edək ki, Milli Preventiv Mexanizmin funksiyalarının icrası məqsədilə həyata keçirilən fəaliyyət çərçivəsində tərəfimizdən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən uşaqların saxlandığı müəssisələrə daima başçəkmələr həyata keçirilir və onların hüquqlarının təmini istiqamətində aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlər görülür.
Hər bir şəxs, o cümlədən uşaqlarla işləyən şəxslər uşaqların beynəlxalq sənədlərdə və milli qanunvericilik aktlarında təsbit olunmuş hüquq və maraqlarını müdafiə etməli, onlara qarşı kobud rəftar və zorakılığa yol verməməlidir.
Uşaqlara qarşı zorakılığın bütün formalarını şiddətlə qınayır, müvafiq qurumları belə halların qarşısının alınması üçün səylərini birləşdirməyə və zəruri tədbirlər görməyə səsləyirik”.
“2019-cu il təvəllüdlü uşağımı döyən tərbiyəçi Zülfiyyə Baxışova yaxın qohumumdur”.
“Qaynarinfo” xəbər verir ki, bu sözləri İsmayıllıdakı 1 saylı uşaq bağçasında tərbiyəçi tərəfindən şiddət göstərilən azyaşlının atası, İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev bildirib.
“Mənim bundan başqa üç övladım da İsmayıllıda 1 saylı uşaq bağçasında təhsil alıb”, - R.Mirzəliyev deyib.
O, bunları əlavə edib: “Hazırda hadisə ilə bağlı istintaq gedir. Özümüz də sözügedən görüntünü sosial şəbəkədə görmüşük. Təbii, bu görüntülər bizi üzdü. Hər zaman bizim ailə ilə Zülfiyyə Baxışova arasında mehriban, isti münasibət olub. Bundan başqa, mənim digər övladlarımın da tərbiyəsi ilə sözügedən müəllim məşğul olub. Heç zaman ondan narazı olmamışıq. Hadisə ilə bağlı da övladım evdə hər hansı bir söz deməyib”.
Rəşid Mirzəliyev uşağının səhəttindən də söz açıb: “Hazırda övladımın səhhəti normaldır. Hər hansı bir problem yoxdur”.
İsmayıllıda 1 saylı uşaq bağçasında tərbiyəçinin körpəni vurması ilə bağlı bəzi detallar məlum olub.
“Qafqazinfo məlumatına görə, 2019-cu il təvəllüdlü uşağın ailəsi öz qohumları olan tərbiyəçi Zülfiyyə Baxışovadan şikayətçi olmayıb.
Z.Baxışova körpənin anasının xalasıdır. Döyülməyə məruz qalan uşağın anası İsmayıllı Rayon İcra Hakimiyyətində məsləhətçi işləyir. Atası isə rayon peşə məktəbində direktor müavinidir.
Videonu isə həmin bağçaya təcrübə keçmək üçün göndərilən Peşə Texnologiya Kollecinin ikinci kurs tələbəsi çəkib.
Tərbiyəçi Z.Baxışova izahatında bildirib ki, anası bir neçə dəfə uşağın yemək yemədiyini deyib. Buna görə də uşağın yemək yeyərkən videosunu çəkib valideyninə göndərmək istəyib. Tərbiyəçi həmin vaxt körpə sakit dayanmadığı üçün onu vurduğunu etiraf edib. Hadisənin təxminən 10 gün əvvəl baş verdiyini bildirib.
Z.Baxışova ifadəsində əməlini belə əsaslandırsa da, uşağ bağçasının sosial şəbəkə hesablarında uşaqların ağzında yemək olakən çəkilmiş fotoları kifayət qədərdir. Azyaşlının döyülməsini əks etdirən görüntünün yayılmasından sonra, digər uşaqların da şəkillərinin çəkilməsi zamanı zorakılığa əl atılıb-atılmaması sual yaradır.
Həmin şəxsə töhmət verilib. Bu gün səhər saatlarında onun işdən çıxarılması ilə bağlı qərar verilib.
Xatırladaq ki, bağçada göstəriş üçün şəkil çəkmək istəyən tərbiyəçi azyaşlıdan şirniyyatı ağzında tutmasını istəyib. Lakin uşaq buna əməl etmədiyinə görə, o, azyaşlının başına zərbə endirib. Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır. Üç yaşlı uşağı vuran bağçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var.
“Smart-kart tipli sayğaclar istehsalatdan mütləq çıxacaq”.
"Bu barədə Oxu.Az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev məlumat verib.
“Növbəti ildə 60 minə yaxın belə sayğacların alınmasını həyata keçirəcəyik. Yəqin ki, bu bizim son müqaviləmiz olar. Artıq Avropada belə bu sayğaclar ümumiyyətlə istehsal olunmur və istismardan yığışdırılır”.
Yanvarın 13-ü günün ikinci yarısından yanvarın 15-i səhər saatlarına qədər Xəzər dəniz akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərinə xəbərdarlıq göndərilib.
ASCO-dan verilən məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün.
Qeyd olunur ki, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin edilməlidir.