|
Ötən gün professor, media eksperti Qulu Məhərrəmlinin yeni Orfoqrafiya lüğətindən “hörümçək” sözünün çıxarıldığı, əvəzində isə “spayder” sözünün daxil edildiyi barədə sosial şəbəkə hesabında paylaşdığı məlumata aydınlıq gətirilib.
AMEA Dilçilik İnstitutundan bildirilib ki, “hörümçək” sözü lüğətdən çıxarılmayıb, səhv nəticəsində lüğətə düşməyib. “Spayder” sözü isə lüğətdə heç də “hörümçək” sözünün qarşılığı kimi əlavə edilməyib.
“Spayder” avtomobillərdə bəzən açılıb götürülə bilən dama malik, iki yan qapılı, bir və ya iki sıra oturacaqlı kuza növüdür. Lüğətə buna görə daxil edilib”, - Dilçilik İnstitutundan bildirilib.
Qeyd edək ki, yeni Orfoqrafiya lüğətinin elmi redaktorları AMEA Dilçilik İnstitutunun sabiq direktoru, akademik Möhsün Nağısoylu və AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sərnişin marşrut avtobuslarının hərəkəti polislər tərəfindən müşayiət ediləcək.
"Yol-xeber.az" xəbər verir ki, ANAMA tərəfindən sürücülərə təlimlər keçirilib. Sərnişinlər üçün avtobuslarda video təlimat nümayiş olunacaq.
Kriptofırıldaqçılar ötən il rekord 14 mlrd. dollar kriptovalyuta oğurlayıblar
BŞİH kommunal xidmətlər üçün yeni texnikalar alacaq
İl ərzində “Android” və “Microsoft”un Azərbaycanda bazar payı azalıb
Avtobuslar konkret marşrut üzrə hərəkət edəcəklər. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə biləcəklər. Bu məqsədlə "yolumuzqarabaga.az" portalı da yaradılıb. Bu işlər Elektron Hökumətin İnkişaf Mərkəzinə həvalə edilib.
Qeyd edək ki, məlumat bazasında hər bir sərnişinin bu ərazilərə daxil olmaları üçün xüsusi icazəsi, həmçinin COVID-19 əleyhinə peyvənd olunmaları barədə də məlumatlar avtomatik şəkildə əks olunacaq.
Xatırladaq ki, azad olunmuş ərazilərə yanvarın 24-dən etibarən ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. İkin mərhələdə Şuşa və Ağdama avtobusların getməsinə şərait yaradılacaq. Nəzərdə tutulan marşrut xətləri Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdədir.
Azərbaycan cəmiyyətində gündəmdən düşməyən mövzulardan biri də evlilikdir. Yaşlı nəsil gənc nəslin evlənmək istəmədiyini deyir.
Bunu müxtəlif səbəblərdən qaynaqlandığı bildirilir. Bəziləri düşünür ki, gənclərin evlənməməsinin psixoloji səbəbi onların “azadlıq”larını itirməmək istəyidir. Qeyd olunur ki, qadınlar isə məsuliyyətdən yaxasını kənara çəkmək və ev işləri görməmək üçün istəmir.
Sadalanan səbəblər arasında evli şəxslərin ailə qurmaq niyyəti olan gəncləri həvəsdən salması da var.
Tibb elmləri namizədi Rəşid Mahmudov mövzu ilə bağlı Ölkə.Az-a danışarkən söyləyib ki, gənclərin evlənmək istəməməsinin səbəbi palma yağı ilə bağlıdır:
“Gənclərin çoxunda zəiflik var. Səbəb ondan ibarətdir ki, bizim qidamızda palma yağı var. Azərbaycana ildə 50 tondan çox palma yağı gətirilir. Dünyada isə palma yağı qida kimi qəbul olunmur. Bu da həm qadınların, həm də kişilərin cinsi vəziyyətinə mənfi təsir göstərir.
Sevgi, məhəbbət orqanizmdə cinsiyyət hormonlarının üsyanıdır, həddindən artıq çox ifrazıdır. Sevəndə insanın gözü heç ana-atasını da görmür və istədiyini gedib alır. Bunların hamısının səbəbini qidada görmək lazımdır. Qidamızı düzəltsək, yediyimiz makarona, vermişelə, hətta uşaq qidası olan qatılaşdırılmış südə də palma yağından qatırlar. Nəticədə bu da bədənin cinsi hormonların ifrazını azaldır və tənbəllik yaradır. Hormonlar çoxalarsa, adamlar sevəcək və vaxtında evlənəcək”.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyəti açıqlayıb.
BDYPİ-dən "Yol-xeber.az"a daxil olan açıqlamada deyilir:
"Ötən gün saat 19:00-dan başlayaraq DİN Baş Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 2-ci taqımının əməkdaşları Quba, Şabran və Xaçmaz Yol İstismar İdarələrinin işçiləri ilə birlikdə xüsusi texnikalardan istifadə edilməklə Gəndob-Yalama yolunun 0-48 və Bakı-Quba-Dağıstan sərhədi yolunun 130-204,7-ci km-də yolun hərəkət hissələrinin qardan təmizlənməsi və duzun səpilməsi işini davam etdirib. Onların gücləndirilmiş rejimdə xidmət aparması nəticəsində həmin ərazilərdə yol-nəqliyyat hadisəsi baş verməyib və yolda nəqliyyat vasitələri qalmayıb".
Deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb.
"Qafqazinfo” verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət verilib. Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir.
Tuncay Abbasov bundan öncə Suraxanı RPİ 33-cü Polis Bölməsinin rəisi olub. Ötən ilin aprel ayında 7-ci PB-yə təyinat alıb.
Ölkənin dağlıq ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yolları nəzarət altındadır.
Yol-xeber.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb.
Bildirilir ki, dağlıq və dağətəyi ərazilərdə qarın yağması müşahidə olunmasa da, şaxtalı hava şəraiti hökm sürür. Bu səbəbdən, səhər saatlarından avtomobil yollarında buzlaşmaya qarşı tədbirlər görülür, qum-duz qarışığı səpilərək avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkəti təmin olunur.
"Dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarından istifadə edən sürücülərdən xahiş olunur ki, idarə etdikləri nəqliyyat vasitəsini qış fəslinə uyğun təchiz etsinlər. Əks halda görülən tədbirlərə rəğmən həmin nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranacaq", - Avtomobil Yolları Dövlət Agentliyi bildirir.
“Azad olunmuş ərazilərə yanvarın 24-dən etibarən ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. İlkin mərhələdə Şuşa və Ağdama avtobusların getməsinə şərait yaradılacaq”.
Yol-xeber.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov “Xəzər Xəbər”ə danışıb.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin infrastrukturunun formalaşdırılması, nəqliyyat şəbəkəsinin yenidən qurulması və inkişaf etdirilməsi həmin ərazilərə müntəzəm avtobus marşrutlarının təşkil edilməsinə imkan yaradır.
Nəzərdə tutulan marşrut xətləri isə Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdədir.
Xatırladaq ki, azad olunmuş torpaqlara ilk marşrut xətti hələ 2020-ci ilin yanvar ayında Cocuq Mərcanlıya açılıb.
Daha ətraflı süjetdə:
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarını kobud şəkildə pozması nəticəsində həlak olub.
“O, əslən Şəkidən olub.
C.Məmmədli bu gün dəfn olunacaq.
Hərbçimizin fotolarını təqdim edirik:
Omikronun son zamanlar artan yeni bir simptomu müəyyən edilib. Bu qorxulu simptom tez-tez edilən şikayətlərdən sonra simptom olaraq bilinib.
"Medicina.az bildirir ki, bütün dünyada artan COVID-19 simptomlarına yenisi əlavə edilib. Yuxu iflici kimi tanınan bu yeni əlamətin izahı Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin saytında verilib.
Yuxu zamanı baş verən, başqa bir simptom olan gecə tərləmələri daha əvvəl məlum idi. Ancaq yeni hesabatlarda yuxu iflicinin tez-tez baş verdiyi qeyd olunur.
Yuxu iflici hissi onu yaşayanlar üçün çox dəhşətli bir hal olaraq təsvir edilir. Böyük Britaniya Milli Səhiyyə Xidməti bu simptomun zərərsiz olduğunu və insanların çoxunun həyatında bir və ya iki dəfə bunu yaşayacağını bildirsə də, bir çox insanlar bu simptomdan kifayət qədər narahat olduqlarını bildirirlər.
Yuxu iflici vəziyyəti kiminsə otağınızda olduğunu və ya nəyinsə sizi aşağı itələdiyini hiss etdiyiniz an kimi təsvir edilir. Qeyd edilir ki, baş verdikdə bu hiss bir neçə dəqiqə davam edə bilər.