|
Azərbaycanın məşhur iş adamı Hafiz Məmmədov (“Hafka”) barədə həbs qətimkan tədbiri seçilib.
Yol-xeber.az xəbər verir ki, bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, o, böyük məbləğdə vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmaqda ittiham edilir. Odur ki, sahibkar barədə həbs qətimkan tədbiri seçilib.
"Azərsu" ASC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) birgə məlumat yayıb.
Yol-xeber.az-ın məlumatına görə, məlumatda deyilir:
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə AAYDA Bakının Nərimanov rayonunda kompleks tədbirlər icra edib. Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən İbrahimpaşa Dadaşov küçəsində təmir işlərinə start verilib. Təmir işləri küçənin Ziya Bünyadov prospekti və Məmməd Araz küçələri arasında yerləşən 650 metrlik hissəsində aparılır. Aparılan təmir işləri çərçivəsində hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, piyada səkilərinin bərpa olunması işləri aparılır.
Bundan başqa, İ.Dadaşov küçəsinin bir hissəsində su və kanalizasiya xətləri istismar müddətini başa vurduğu üçün rəsmi müraciət əsasında, razılaşdırılmış şəkildə “Azərsu” ərazidə qazıntı işləri aparır. Kommunikasiya xətlərinin yenilənməsi gələcəkdə küçədə asfalt örtüyünün vaxtından əvvəl zədələnməsini sığortalamış olacaq.
Təəssüflər olsun ki, həmin küçədə aparılan işlərlə bağlı bir vətəndaş həqiqətə uyğun olmayan video çəkərək sosial şəbəkələrdə paylaşıb. Videoda həmin şəxs guya bir tərəfdə qazıntı işlərinin aparıldığını, digər tərəfdən isə asfalt döşəmə işlərinin görüldüyünü qeyd edərək ictimaiyyətə yanlış informasiya çatdırır. Halbuki küçədə yolun hərəkət hissəsində asfalt döşəmə işləri aparılır.
Sözügedən videonu qısa müddətdə kütləvi informasiya nümayəndələri, sosial media platformalarının istifadəçiləri dəqiqləşdirilmədən qərəzli surətdə təhrif olunmuş məlumat şəklində sosial şəbəkələrdə paylaşaraq qəsdən dövlət qurumlarının fəaliyyətinə kölgə salmağa xidmət edib.
"Azərsu" və AAYDA olaraq bir daha kütləvi informasiya nümayəndələrindən, sosial media platformaları istifadəçilərindən xahiş edirik ki, bu cür rəsmi şəkildə təsdiqini tapmayan və təhrif olunmuş məlumatları paylaşaraq cəmiyyətdə çaşqınlıq yaratmağa çalışan kimliyi və məramı bəlli olmayan şəxslərə dəstək olmayasınız.
Azərbaycanda koronavirusun “Omicron” ştamı sürətlə yayılmağa başlayıb.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, bu həftə ərzində 8 114 nəfər koronavirusa yoluxub, onlardan 53-ü dünyasını dəyişib.
Mərkəzin baş infeksionisti Fərrux Sədirov mövcud durumla bağlı ictimaiyyətə müraciət edərək bildirib ki, son zamanlar bəzi insanlarda arxayınlıq yaranıb və bu çox təhlükəlidir.
“İki doza peyvənd olunanlar arxayınlaşmasınlar, çünki peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır. “Buster” (üçüncü) dozaya isə həm gücləndirici, həm də xatırlatma dozası deyə bilərik. Çünki “buster” doza qəbul olunanda bədən virusu xatırlayır və ona qarşı dayanıqlı hala gəlir”, - o vurğulayıb.
Baş infeksionist əlavə edib ki, aparılan tədqiqatların nəticələrinə görə, “Omicron”a qarşı iki doza vaksin 25 faiz qoruma yarada bilirsə, üçüncü dozadan sonra bu rəqəm 70 %-in üzərinə çıxır: “Omikron”dan qorunmanın əsas çıxış yolu peyvəndlənmə olaraq qalır. “Buster” dozanı qəbul etmək və əsas qaydalara əməl etməklə həm özünüzü, həm də ailənizi qoruya bilərsiniz”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Baktelekom" MMC-lər yaxın günlərdə birləşdiriləcək.
Bunu nazir müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirib.
"Biz keçən il nazirliyə məxsus "Azərmarka" MMC-ni ləğv edib, "Azərpoçt" MMC-yə birləşdirdik. Bu birləşmə ilə həmin sahədə səmərəli fəaliyyətə şərait yaradacaq. Məlumat Hesablama Mərkəzi ilə "Azintelekom" MMC-nin birləşdirilməsi də oxşar, yaxın funksiyalar yerinə yetirən qurumların bir qurum kimi fəaliyyət göstərməsinə şərait yaradacaq", - deyə o, qeyd edib.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur.
Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən İbrahimpaşa Dadaşov küçəsində təmir işlərinə start verilib. Təmir işləri küçənin Ziya Bünyadov prospekti və Məmməd Araz küçələri arasında yerləşən 650 metrlik hissəsində aparılır. Aparılan təmir işləri çərçivəsində hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, piyada səkilərinin bərpa olunması işləri aparılır.
Bundan başqa İbrahimpaşa Dadaşov küçəsinin bir hissəsində su və kanalizasiya xətləri istismar müddətini başa vurduğu üçün rəsmi müraciət əsasında və razılaşdırılmış şəkildə “Azərsu” ASC tərəfindən ərazidə qazıntı işləri aparılır. Kommunikasiya xəttlərinin yenilənməsi gələcəkdə sözügedən küçədə örtüyün vaxtından əvvəl zədələnməsini sığortalamış olacaq.
Təəssüflər olsun ki, sözügedən küçədə aparılan işlərlə bağlı bir vətəndaş tərəfindən həqiqətə uyğun olmayan video çəkilərək sosial şəbəkələrdə paylaşılıb. Videoda həmin şəxs guya bir tərəfdə qazıntı işlərinin aparıldığını, digər tərəfdən isə asfalt döşəmə işlərinin görüldüyünü qeyd edərək ictimaiyyətə yanlış informasiya çatdırır. Halbuki sözügüdən küçədə yolun hərəkət hissəsində asfalt döşəmə işləri aparılmır.
Sözügedən video qısa müddət ərzində kütləvi informasiya nümayəndələri, sosial media platformaları istifadəçiləri tərəfindən dəqiqləşdirilmədən və qərəzli surətdə təhrif olunmuş məlumat şəklində sosial şəbəkələrdə paylaşılaraq qəsdən dövlət qurumlarının fəaliyyətinə kölgə salmağa xidmət edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti olaraq bir daha kütləvi informasiya nümayəndələrindən, sosial media platformaları istifadəçilərindən xahiş edirik ki, bu cür rəsmi şəkildə təsdiqini tapmayan və təhrif olunmuş məlumatları paylaşaraq cəmiyyətdə çaşqınlıq yaratmağa çalışan kimliyi və məramı bəlli olmayan şəxslərə dəstək olmayasınız.
165 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.
Bu barədə Yol-xeber.az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.
Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideyn və şagirdlərin izahatları alınıb. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.
“Üçtərəfli Bəyanatın 8-ci bəndi hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur. Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi ilə bağlı dərhal ciddi addımlar atıb”.
Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
O qeyd edib ki, Dövlət Komissiyasına daxil olan aidiyyəti dövlət qurumları bu sahədə təxirəsalınmaz tədbirlər həyata keçiriblər:
“Üçtərəfli Bəyanata uyğun olaraq, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tərəflər işğaldan azad olunmuş ərazilərdə birgə axtarış-araşdırma işləri aparıb və tapılmış meyit qalıqları tərəflərə təhvil verilib.
Prosesdən keçən müddət ərzində 396 Azərbaycan hərbçisinə aid meyit qalığı işğaldan azad edilmiş ərazidən tapılaraq götürülüb. Tapılmış meyit qalıqları Hərbi Prokurorluğun nəzarəti ilə Daxili İşlər Nazirliyinin (DİN) və Səhiyyə Nazirliyinin aidiyyəti laboratoriyalarında eyniləşdirilərək ailələrinə təhvil verilib, şəhidlərimizin nəşi hərbi nizamnamənin tələblərinə uyğun olaraq dəfn edilib”.
Son günlər səhiyyə qurumlarına edilən çoxsaylı müraciətləri nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 noyabr tarixli 371 nömrəli Qərarında edilmiş dəyişikliklə bağlı bildiririk ki, COVID-19 virusunun yeni mutasiyasına yoluxmuş şəxslərin 7 günədək azaldılmış karantin müddəti yanvarın 24-dən əvvəl PZR test nəticəsi “müsbət” olan şəxslərə və onların müəyyən olunmuş “sıx təmaslı”larına da şamil edilir.
Yol-xeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, “Omicron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur.
Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.
Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.
Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırır.
Xəbər verdiyimiz kimi, yanvarın 19-da Prezident İlham Əliyev Abşeronun icra başçısı İradə Gülməmmədovanın vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə paytaxtın Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev vəzifəsindən azad edilərək Abşerona yeni başçı təyin olunub.
Hələlik Nərimanov rayonuna icra başçısı təyin edilməyib. Bununla da başçısız qalan rayonların sayı 6-ya çatıb. Həmin rayonlar bunlardır: Nərimanov, Nizami, Gədəbəy, Göygöl, Kürdəmir, Lerik...
Adları çəkilən rayonlar arasında bir ildir başçısız qalanları da var.
Bəs, həmin rayonlara icra başçısı təyinatı niyə gecikir?
Mövzu ilə bağlı modern.az-a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, təyinatların gecikməsinin səbəbi həssas təbəqə ilə işləməyi bacaran peşəkar kadrların azlığıdır:
“6 rayonda icra başısı postunun boş olmasının bir çox səbəbləri var. Bəzi rayonların icra başçıları yerdəyişməyə, bəziləri həbsə, bəziləri isə yüksək vəzifəyə keçməklə öz postlarını təhvil verdilər. Hazırda cəmi 6 icra başçısı postu boşdur.
Düşünürəm ki, Prezidentin apardığı kadr islahatları ilə yaxın zamanda həmin yerlərə də təyinatlar olacaq.
Gecikmələrin əsas səbəbi ondan ibarətdir ki, bu posta təyin olunanlar həssas təbəqə ilə işləməyi, icra strukturu kimi mühüm işləri görməyi bacarmalıdır.
Eyni zamanda, rəhbər posta gənclərin irəli çəkilməsi istiqamətində müvafiq addımlar atılır”.