![]() |
|
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi (BNA) UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) futbol klublarının ilk oyununa bilet alan azarkeşlərə müraciət ünvanlayıb.
BNA azarkeşlərə tövsiyə edir ki, stadiona gedərkən şəxsi avtomobildən istifadə etməsinlər.
Azarkeşlərin Tofiq Bəhramov adına Respublika Stadionuna ictimai nəqliyyatla daha rahat gediş-gəlişini təmin etmək üçün zəruri tədbirlər görülüb.
Oyunun keçiriləcəyi məkan istiqamətində hərəkət edən müntəzəm marşrut xətləri üzrə məlumatları təqdim edirik:
Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.
Avqustun 18-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz. Mülayim cənub-şərq küləyi əsəcək.
Abşeron yarımadasında havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 30-35 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacaq.
“Yeni məktəbli formaları bu gündən Bakı Tikiş Evinin nəzdində olan satış mərkəzində satılacaq”.
Bu sözləri açıqlamasında BTE-nin satış müdiri Etibar Əzimov deyib. O bildirib ki,1-4-cü siniflərdən başqa, digər siniflər üçün forma tikişi nəzərdə tutulmayıb:
“Həm oğlan, həm də qızlar üçün polo uzunqol və qısaqol köynəklərin qiyməti 14 manat, şalvarlar 25 manat, jaket 27 manat, ətək isə 25 manat təşkil edir”.
E.Əzimovun sözlərinə görə, bu il geyimlər tünd-göy və boz rəngdə olacaq.
“Ağ köynək və tünd-göy rəngdə ətək və ya şalvar, bir də mavi rəngdə köynək və boz rəngdə ətək və şalvar istehsal emtişik. Əksəriyyət tünd-göy rəngə üstünlük verir”.
Satış müdiri məktəbli formalarının bir neçə gün sonra “Bravo” marketlər şəbəkəsində də satışa çıxarılacağını söyləyib. Valideynləri saxta formaları almamağa çağıran BTE rəsmisi bildirib ki, orijinal yun formalar yalnız BTE-nin özündə və “Bravo”larda satışa çıxarılacaq:
“Bəzi işbazlar tərkibi yun olmayan formaları bazara çıxarmaq istəyirlər. Bizim sadaladığımız qiymətlərdən ucuz satılan formaların tərkibi yun və ya pambıq deyil. Saxta formalardan fərqli olaraq BTE-nin bütün mallarının sertifikatı var”.
E.Əzimov deyib ki, 1-4-cü siniflərdən başqa, digər siniflərdə oxuyan şagirdlər əvvəlki illərdəki formalarını geyinə bilərlər.
“Hələlik yeni formaların satışı yanız Bakı şəhəri üçün nəzərdə tutulub”,-deyə o əlavə edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb.
Avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, ötən gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar tam ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində dünya şöhrətli azərbaycanlı opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Unudulmaz və əziz Dost, nurlu xatirəni ehtiramla yad edirəm!"
Son günlər intim videoları yayılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev vəzifəsindən azad edilib.
Pravda.az xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zaur Mirzəyev xidmət zamanı yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.
Məlumata görə, intim videolarla bağlı artıq FHN-də daxili araşdırmalara başlanılıb.
Bundan başqa, nazirin digər əmri ilə FHN-in bir neçə qadın əməkdaşı da vəzifəsindən azad olunub.
Qeyd edək ki, bir neçə gün öncə Zaur Mirzəyevin FHN-in inzibati binasında, xidməti otağında nazirliyin qadın əməkdaşları ilə birgə intim görüntüləri yayılıb.
"Qarabağ" sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Viktoriya" (Çexiya, Plzen) klubunu qəbul edəcək.
Fəqət oyun üçün nəzərdə tutulan biletlərin satışıyla bağlı ciddi problem yaranıb.
İki gündür ki, azarkeşlər istər sosial şəbəkələrdə, istərsə də kassaların qarşısında bununla bağlı narazılıqlarını dilə gətirirlər. Məlum olduğu kimi, Ağdam təmsilçisinin ÇL matçlarına biletlər artıq "iticket.az" saytı vasitəsilə də satılır. Lakin biletlər satışa çıxdığı vaxtdan qısa müddət sonra adıçəkilən portala girişdə problem əmələ gəlib. Belə ki, əksər vətəndaşların hesabından müəyyən vəsait silinsə də, onlara biletin alınmasıyla bağlı təsdiq mesajı gəlməyib.
Digər aktual problemlərdən biri isə "qara bazar"dır. Bəzi şəxslərin, belə demək mümkünsə, işbazların əlində cəmlənən biletlər insanlara dəyərindən qat-qat baha qiymətə satılır. Bu hallarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 443-cü maddəsinə əsasən, həmin şəxslər məsuliyyət daşıyırlar. Bu işbazları müvafiq qaydada 700 manatdan 6,000 manatadək cərimə gözləyir.
Offsideplus.az bildirir ki, mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bu məsələnin hüquq mühafizə orqanlarının ciddi nəzarətində olduğunu və həmin şəxslərə qarşı ciddi tədbirlərin görüləcəyini bildirib: "Bu məsələ diqqət mərkəzimizdədir. Daxil olan məlumatlara çevik reaksiya verilir və həmin şəxslər müəyyən olunaraq barələrində qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbir görülür. Tədbirlər oyun günü də davam etdiriləcək. Bununla bağlı ərazi polis orqanlarına müvafiq göstərişlər verilib".
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş 20:45-də başlayacaq.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28° isti, gündüz 34-39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35% olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturuna gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 29-30° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacaq.
Azərbaycan Banklar Assosiasiyası (ABA) kart istifadəçisi olan bank müştərilərinə xəbərdarlıq edib.
Bildirilib ki, bank hesabında olan pul vəsaitindən səlahiyyətsiz formada istifadə edilməsinin qarşısını almaq üçün ödəniş kartının məlumatlarını digər şəxslərə, hətta bank əməkdaşlarına və ya özünü bank əməkdaşı qismində təqdim edən şəxslərə bildirilməməlidir.
Bu barədə ABA-dan məlumat daxil olub.
"Ödəyəcəyiniz məbləğ müqabilində pul vəsaiti qazanacağınızı vəd edən sosial şəbəkələrdə yayılmış piramida tipli dələduzluq sxemlərinə qoşulub, tanımadığınız şəxslərin ödəniş kartına pul vəsaiti köçürməyin. Heç bir halda ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə, ödəniş kartının son bitmə tarixi, arxasında yerləşən CVV (3 rəqəmli) kod, SMS məlumatlandırma əsasında əldə etdiyiniz birdəfəlik şifrəni (4 və ya 6 rəqəmli) digər şəxslərə təqdim etməyin. Bu halda itirilmiş vəsaitin geri qaytarılması mümkün olmayacaq", - deyə Assosiasiyadan qeyd ediblər.
ABA-dan onu da əlavə ediblər ki, banklar tərəfindən telefon zəngləri və ya digər formada ödəniş kartına dair məlumatların təqdim olunması ilə bağlı kart sahiblərinə müraciətlər edilmir. Qeyd edilən hallarla qarşılaşanvətəndaş dərhal ödəniş kartının üzərində olan telefon nömrələri ilə əlaqə saxlamalıdır.
Bakı metrosunun “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
“Qarabağ FK UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi beynəlxalq oyunla əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyası avqust ayının 17-si matçın başlanma vaxtı ərəfəsindən gücləndirilmiş iş rejiminə keçiriləcək”, - məlumatda deyilir.
Qeyd edək kiu, avqustun 17-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” (Çexiya) oyunu keçiriləcək.