|
"Son bir-iki il ərzində 2000-dən yuxarı şəxsin əmək pensiyasının əksik ödənildiyi tərəfimizdən aşkarlanıb".
Yol-xeber.az xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev deyib. O bildirib ki, nəticədə bu şəxslərin əmək pensiyaları təkrar hesablanıb:
“Orta hesabla, pensiya məbləğləri 633 manatdan 739 manata artırılıb. Bir şəxsin pensiyası təqribən 100 manat orta hesabla, 17-18% artım deməkdir. Keçmiş dövr üzrə bu kontingent üçün ödənilməli olan 3 milyondan artıq vəsait hesablanıb. Həmin vəsait də qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməkdədir”.
Paytaxtın bir sıra yollarında, həmçinin parkinq üçün ayrılan ərazilərdə yerlər bir çox hallarda qeyri-qanuni şəkildə zəbt edilir. Bu isə onsuz da gərgin olan şəhər nəqliyyatında hərəkət iştirakçılarının və sürücülərin haqlı narazılığına səbəb olur.
Yol-xeber.az xəbər verir ki, küçələrdə piyada və sürücülərin hərəkətini məhdudlaşdırmağa yönələn addımlar - şlaqbaumların qurulması, süni maneələrin yaradılması və ya sədlərin qurulması yolverilməzdir.
Bəs belə bir addımlara yol verən şəxsləri qanunvericiliyin tələblərinə uyğun olaraq hansı məsuliyyət gözləyir?
Bu barədə Oxu.Az-ın suallarını Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi polis mayoru Araz Əsgərli cavablandırıb.
O bildirib ki, yolların hərəkət hissəsində sədlərin quraşdırılması qadağandır:
“Belə ki, avtomobil yollarının hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və ya nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsi, eləcə də avtomobillərin və piyadaların hərəkətinə süni maneələrin yaradılması inzibati məsuliyyət yaradır. Belə olan halda fiziki şəxslər 80 manatdan 100 manata qədər, vəzifəli şəxslər 400 manatdan 500 manata qədər, hüquqi şəxslər isə 3000 manatdan 4000 manata qədər cərimə oluna bilərlər.
Paytaxtın küçə və prospektlərində hərəkətin sıxlığını nəzərə almaqla, belə məsuliyyətsiz davranışlara şəxsi marağı üçün yol vermək olmaz. Kiminsə yolunu kəsmək, onların hərəkətinə maneə yaratmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır. Yol kəsməklə kiminsə həyatını çətinləşdirmək əvəzinə yolların keçiriciliyini artırıb ictimai məsuliyyətliliyi təbliğ etmək cəmiyyət olaraq bizə üstünlük gətirər. Bir daha hər kəsdən məsuliyyətli olmağı tələb edirik”.
Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Zinyət Əhmədovaya “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğunu nəzərə alaraq əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Bu barədə Yol-xeber.az-a Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, yanvarın 7-də Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, məktəb direktoru tərəfindən uyğunsuz davranış sərgilənmiş şagirdlər və məktəb rəhbərliyi ilə söhbət aparılıb: "Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".
Son bir ildə koronavirusa yoluxmuş 903 hamilə qadından 287-si (75-i birbaşa doğum zalına aparılıb) övladını dünyaya gətirib, 39-u isə düşüklə nəticələnib. 577 hamilə qadının vəziyyəti yaxşılaşdığı üçün evə buraxılıb.
Bu barədə Ölkə üzrə koronavirusa yoluxan və vəziyyəti ağırlaşan hamilə qadınların yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, dünyaya gələn uşaqlardan 7-si diri doğulsa da, ağciyər çatışmazlığı səbəbindən vəfat edib.
Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində 2022-ci tədris ilinin ilk təlim-məşqləri keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Komandolar tərəfindən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi və tapşırıqların icrası zamanı saxlanılan şəxslərlə bağlı beynəlxalq humanitar hüquq norma və prinsipləri çərçivəsində tədbirlərin görülməsi üzrə fəaliyyətlər icra olunub.
Şəxsi heyətin çətin iqlim şəraitində və kəskin relyefli ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi, həmçinin komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
DTX saxta sosial şəbəkə hesabları yaradan şəxslərə xəbərdarlıq edib.
Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.
"Son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilməkdədir. Belə halların mövcudluğu bir çox istifadəçilərin bu hesabları rəsmi mənbə kimi qəbul etməsinə səbəb olur və nəticədə həmin sosial şəbəkə resurslarında yerləşdirilən materialların DTX tərəfindən yayımlanması kimi başa düşülür.
Qeyd etmək istərdik ki, DTX-nin rəsmi internet saytı olan “//www.dtx.gov.az/az/” və “Facebook”, “Twitter”, “İnstagram”, “Youtube” sosial şəbəkələrində müvafiq olaraq “//www.facebook.com/DTXAzerbaijan”, “//twitter.com/DTX_Azerbaijan”, “//www.instagram.com/azerbaijandtx/”, “//www.youtube.com/c/DTXofficialchannel/” səhifə və kanalları fəaliyyət göstərir və DTX-yə aid məlumatlar yalnız bu mənbələrdə yerləşdirilir.
Həmçinin xüsusi vurğulayırıq ki, DTX-nin sosial şəbəkələrdəki rəsmi səhifələri “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” administrasiyaları tərəfindən verilmiş və bu resursların rəsmiliyini təsdiq edən qeydiyyat nişanına sahibdir.
Bununla yanaşı bildiririk ki, sosial şəbəkələrdə DTX-nin rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil.
Vətəndaşlarımızın və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, DTX-nin fəaliyyəti barədə məlumatlar yalnız yuxarıda qeyd olunan DTX-nin rəsmi internet resurslarından əldə olunmalıdır", - məlumatda qeyd edilib.
Azərbaycanda koronavirusun "Omikron" ştamı aşkarlanıb.
Yol-xeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Qeyd olunub ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir: "Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni "Omikron" variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur. Ölkədə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır".
Birgə məlumatda bildirilib ki, aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülən nümunələrdən 12-də SARS-CoV-2 21K Omicron variantı aşkarlanıb: "Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.
Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamnan qorunmaq üçün İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur".
"Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı izahatı alınıb”.
Bunu "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
O deyib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən müvafiq təhqiqat araşdırmaları aparılıb: “Tərəflərin izahatları alınıb. Məlum olub ki, məktəbin IX sinif şagirdləri mütəmadi olaraq dərs davamiyyətinə əməl etmirlər. Həmin gün şagirdlər məktəbin ikinci mərtəbəsindən düşərək dərsdən yayınmağa çalışıblar. Məktəb rəhbərliyi tərəfindən onlar intizama dəvət ediliblər. Yaranan mübahisədə xəsarət və digər təhqir elementi yoxdur. Şagird və valideynlərlə söhbət aparılıb, onların heç bir şikayətlərinin olmadığı bildirilib”.
Xatırladaq ki, direktor Zinyət Əhmədovanın məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıda 18 və 65 nömrəli marşrut xətlərində qiymət artımı ilə bağlı xəbər yayılıb.
Yol-xeber.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sosial şəbəkələrdə yayılan xəbər həqiqəti əks etdirmir.
"Belə həssas məsələlərlə bağlı fikir bildirənlər diqqətli və məsuliyyətli olmalıdır. Kim iddia edirsə ki, qeyd olunan marşrut xətlərində qiymət artımı var buyursun, ''BakıKart''ını təqdim etsin, biz də araşdıraq. "Faiqoğlu"MMC-nin müvəqqəti istismarında olan 18 və 65 nömrəli marşrut xətləri üzrə ödəniş ''BakıKart'' vasitəsilə nağdsız formadadır. Heç bir qiymət dəyişikliyindən söhbət getmir", - deyə M.Ağayev bildirib.
"Yol-xeber.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə piyadaların daha sıx istifadə etdiyi yollarda, təhsil, tibb və digər müəssisələrin qarşısında təşkil olunan reydlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.
Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi izah olunub. Xəbərdarlıqlara rəğmən keçidlərdən istifadə etməməklə özlərinin həyatı ilə bərabər digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan piyadalar və piyadalara yol verməyən sürücülər barəsində protokol tərtib olunub.