|
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti kəskin hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib.
Yol-xeber.az xəbər verir ki, qatarların hərəkətindən gecikmə ehtimalı var.
“Hörmətli sərnişinlər, Bakıda və Abşeron yarımadasında müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar təlimata uyğun olaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər.
Belə şəraitdə qatarların hərəkətində gecikmələrin yaranması ehtimalı var.
Səfərlərinizi planlaşdırdığınız zaman bunu nəzərə almağınızı, həmçinin platformalarda diqqətli olmağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik”, - deyə məlumatda qeyd olunub.
- Əsaslı təmir edilib – 21 küçə
- Əsaslı təmir edilmiş küçələrin uzunluğu – 14 003 metr
- Əsaslı təmir işlərinin aparıldığı sahə - 111 200 kv.metr
- Əsaslı təmir zamanı küçə və yollara düzülmüş səki daşları - 8902 p/metr
- Kanalizasiya lyukarının yenisi ilə əvəz olunması - 199 ədəd
- Üfiqi nişanlanma xətlərinin çəkilişi işləri - 17 824 p/metr
- Orta təmir işlərinin aparıldığı küçələrin uzunluğu – 4 005 metr
- Orta təmir işlərinin aparıldığı sahə - 26 161 kv.metr
YOLUNUZ AÇIQ OLSUN...
- Əsaslı təmir edilib – 21 küçə
- Əsaslı təmir edilmiş küçələrin uzunluğu – 14 003 metr
- Əsaslı təmir işlərinin aparıldığı sahə - 111 200 kv.metr
- Əsaslı təmir zamanı küçə və yollara düzülmüş səki daşları - 8902 p/metr
- Kanalizasiya lyukarının yenisi ilə əvəz olunması - 199 ədəd
- Üfiqi nişanlanma xətlərinin çəkilişi işləri - 17 824 p/metr
- Orta təmir işlərinin aparıldığı küçələrin uzunluğu – 4 005 metr
- Orta təmir işlərinin aparıldığı sahə - 26 161 kv.metr
YOLUNUZ AÇIQ OLSUN...
Koronavirusun Omikron ştamına yoluxan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur.
Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumatında qeyd edilib. Bildirilib ki, ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-sində SARS-CoV-2 21K Omikron variantı aşkarlanıb.
Hazırda həmin şəxslərin vəziyyəti stabildir, evdə müşahidə altındadırlar. Sözügedən ştama yoluxmuş 12 nəfərin 8-indən götürülmüş təkrar test nümunələri mənfi nəticələnib və bu barədə məlumat “e-tabib” sistemində yer alıb.
Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayının 13-ü axşamdan şimal-qərb küləyinin güclənəcəyi, havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi, yüksək ərazilərdə qar yağacağı, dağlıq və dağətəyi rayonlarda şaxtalı hava şəraitinə görə yolların buz bağlayacağı deyilir.
“Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək ehtiyatlı olmağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi, küləkli havaya görə avtomobilləri ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, avtomobillərin şüşəyuyanları və şüşəsilgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edir”, - şöbə rəisi vurğulayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 14-15 уаnvar tarixlərində ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.
Yol-xeber.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilir ki, dağlıq və dağətəyi ərazilərdə proqnozlaşdırılan qarlı və şaxtalı hava şəraiti nəzərə alınaraq, agentlik tərəfindən avtomobil yollarında nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə qeyd olunan ərazilərdə avtomobil yollarına xidmət göstərən tabeli təşkilatlara gücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri barədə tapşırıq verilib.
“Bu gün regional gündəlikdə duran məsələlər çox cəhətdən bizim fəaliyyətimizlə bağlıdır və bizim təşəbbüslərimizin çoxu, tərəfdaşlarımızın təşəbbüslərinin çoxu bizim iştirakımız və müsbət münasibətimiz olduğu halda reallaşır. Bununla paralel olaraq deməliyəm ki, bu, qarşılıqlı faydalı əməkdaşlığa yönəlib”.
“Yol-xeber.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, energetika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün təşəbbüslər regionda daha çox proqnozlaşdırılan vəziyyətə, həm siyasi, həm iqtisadi fayda əldə edilməsinə hədəflənib:
“Ona görə də bu halda artıq uzun illər ərzində Azərbaycanın təşəbbüsləri ilə bağlı olan hər şey apriori, düşünülmüş və həyata keçirilmək üçün zəmin olan təşəbbüs kimi qəbul edilir. Onu da deməliyəm, elə bir hal olmayıb ki, biz kiməsə ağıllı görünmək və ya kiminsə xoşuna gəlməkdən ötrü hansısa xəyalpərəstliklə, populizmlə, havaya sözlə və ya hansısa bayağı, çeynənmiş terminlərin artikulyasiyası ilə məşğul olaq. Yəni, bizim təşəbbüs göstərdiyimiz hər şey yerinə yetirilə bilən idi və yerinə yetirildi.
Qoşulmama Hərəkatına gəlincə, əlbəttə bu, Azərbaycan üçün yeni roldur. Xüsusən ona görə ki, bizim ölkəmiz bu təşkilata daxil olan son ölkələrdən biridir. Biz yeni üzvük. Lakin biz dərhal bütün ölkələrin etimadını və hörmətini qazana bildik. Buna görə də ölkələr iki dəfə bizim lehimizə səs verdilər.
Yəni bir dəfə bizim rəhbərlik etməyimizə etimad göstərdilər, sonra isə yekdilliklə təklif etdilər ki, biz sədrliyimizi daha bir il uzadaq. Biz buna formal baxımdan deyil, hansısa fayda və ya hansısa güzəşt naminə deyil, bizim nə edə biləcəyimiz və bu təşkilatı necə möhkəmlədə biləcəyimiz baxımından yanaşırıq. Çünki mən sırf mexaniki surətdə təşkilat deyirəm, amma bu, təşkilat deyil, Hərəkatdır və beynəlxalq terminologiyada o, təşkilat adlandırılmır. Lakin, düşünürəm ki, institusionallaşdırma yolu ilə getmək lazımdır.
Bu yolda biz müəyyən addımlar atmışıq. Birincisi, Hərəkatın üzvü olan parlamentlərin başçılarının qarşıdakı Bakı görüşüdür. Biz parlament elementi yaratmaq istəyirik. Artıq razılıq əldə edilib. Həmçinin bu Hərəkatın gənclər elementini də yaratmaq və beləliklə, struktur dəyişiklikləri yolu ilə getmək istəyirik. Əlbəttə, bu, bütün ölkələrin razılığını tələb edəcək. Bilirsiniz ki, Hərəkatın üzvü olan bəzi ölkələr arasında mürəkkəb münasibətlər var. Biz bütün bunları nəzərə alırıq və buna görə də çox səliqə ilə, lakin israrla hərəkət edirik.
Pandemiya vaxtı bizim gördüyümüz işlər, beynəlxalq təşəbbüslər, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək, yaxın vaxtlarda Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə - bütün bunlar Hərəkatın nüfuzunu artırır.
O, beynəlxalq arenada daha tanınmış, daha nəzərəçarpan olur. Biz, eyni zamanda, hətta COVID pandemiyasına qədər üzv ölkələrə kömək göstərmişik. Bizim çoxlu humanitar proqramlarımız var ki, bu barədə bəlkə də Azərbaycan ictimaiyyətinin məlumatı yoxdur. Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə biz çox ölkələrə humanitar yardım göstəririk, pandemiya dövründə isə biz 80-dən çox ölkəyə həm maliyyə yardımı, həm də maddi yardım göstərmişik. Bu, əlbəttə, yüksək qiymətləndirilir. Xüsusən ona görə ki, bu ölkələrin resursları məhduddur, onlar vaksin millətçiliyindən əziyyət çəkirlər. Fikrimcə, bu məsələni beynəlxalq səviyyədə bizdən çox qaldıran olmayıb. Bu, hiddətləndirici ədalətsizlikdir ki, özlərini demokratiya, insan hüquqları bərabərliyi mənbələri kimi göstərməyə çalışan ölkələr onlara lazım olduğundan üç-dörd dəfə artıq vaksin alırlar, sonra bu vaksinlərin istifadə müddəti bitir və onları tullayırlar. Yoxsul ölkələrə isə, əslində, heç nə qalmır. Axı, bu statistika məlumdur. Bu, hiddətləndirici ədalətsizlikdir.
Bu, bütün mənəvi oriyentirlərin və hansısa hüquqdan, ədalətdən danışmaq haqqının tamamilə itirilməsidir. Azərbaycan bu mürəkkəb funksiyanı öz üzərinə götürüb. Biz başa düşürük ki, Afrika ölkələrində və digər yerlərdə insanların öldüyü bir vaxtda, - sadəcə, orada statistika aparılmır, - öz əhalisini artıq üç doza ilə təmin edəndə özlərini çox yaxşı hiss edən bir sıra ölkələrlə qarşıdurmaya gedirik. Biz şüurlu olaraq buna getdik.
Məhz ona görə ki, biz buna inanırıq və ona görə ki, konyunkturanı deyil, prinsipləri rəhbər tuturuq. Bu, bizim ölkəmizə daha çox hörmət qazandırdı. Hərəkata üzv ölkələrin çoxu indi Azərbaycanı onların maraqlarını açıq şəkildə müdafiə edə bilən ölkə kimi görürlər. Yeri gəlmişkən, Bakıda keçirilən sammitdə, sədrlik funksiyasını öz üzərimə götürəndə demişəm ki, biz üzv ölkələrin maraqlarını, beynəlxalq hüququ və ədaləti qoruyacağıq. Biz bunu edirik və Hərəkatın nüfuzunu yüksəltməyə, struktur dəyişiklikləri yolu ilə getməyə səy göstərəcəyik”.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olduğu xəbəri hər kəsi kədərləndirib.
Yol-xeber.az dünən şəhid olan əsgərimizin ölümündən bir gün əvvəl ailəsinə göndərdiyi video nu təqdim edir:
Cəmi 12 evdən ibarət olan İsmayıllı rayonunun Qoydan kəndində yalnız 1 otaqdan ibarət ibtidai məktəb var.
Ölkə.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrə məlumat yayılıb. Bildirilib ki, həmin məktəbdə cəmi 4 şagird təhsil alır.
Əslində kənd məşhur turizm yollarının üzərində yerləşir. Sadəcə asfalt yoldan sonra kəndə ayrılan yol torpaq yoldur və yolda balaca bir çay qolu var. Problem ondadır ki, həmin çay yağışlı-qarlı fəsillərdə keçidi çətinləşdirdiyinə görə müəllimlər o kəndə getməkdən imtina edir.
Cəmi 1 müəllim rayondan kəndə gedib gəlir, o da imkanı olanda. Kəndə gedən yol çox uzun məsafə deyil, təxminən 2-3 km olar və bu qədər qısa bir yol uşaqların gələcəyi üçün çox böyük maneələr yaradır. Qonşu kəndə məsafə təxminən 5-6 km edir. Təbii ki, uşaqlar hər gün ora dərsə gedə bilməz.
Kəndin yolunun düzəldilməsinə və normal orta məktəb imkanlarının yaradılmasına ciddi ehtiyac var.
Bakıda mərkəzi küçələrdən birində hərəkət məhdudlaşdırılıb.
Bu barədə Yol-xeber.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, N.Nərimanov rayonunun Ə.Orucəliyev küçəsində yolun hərəkət istiqaməti dəyişdirilərək birtərəfli təşkil olunacaq. Buna səbəb sözügedən küçədə aparılan yenidənqurma işləri çərçivəsində yolda üfüqi nişanlanma xətlərinin yenilənməsi işlərinin aparılmasıdır. Bu səbəbdən həmin küçə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanıb.
Sürücülərə A.Nemətulla küçəsi, A.Molla Cümə küçəsi, İ.Həsənoğlu küçəsi və digər alternativ küçələrdən istifadə etmək tövsiyə olunur.