![]() |
|
Bu gün Qubada Vətən Müharibəsi şəhidi Aydəmirov Nizami Elçin oğlunun qardaşı, Vətən Müharibəsi iştirakçısı Aydəmirov Nizam Elçin oğlunun toy məclisi keçirilib.Toya Quba RİH başçısı Ziyəddin Əliyevdə qatılıb.
Yol-xeber.az xəbər verir ki, icra başçısı Ziyəddin Əliyev toy məclisində rəqs edib və məclisə 500 manat pul yazdırıb.
“ÜST-ün məlumatına görə, orta hesabla dünya əhalisinin 29 faizi siqaret çəkir. Onlardan 10 faizi qadınlar, 47 faizi isə kişilərdir. Bu tendensiya artır”.
Bu sözləri Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Pulmonologiya şöbəsinin müdiri Vasif Abdullayev AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.
“Bu tendensiya belə davam edərsə, 2030-cu ildə ölüm sayı 8 milyona çata bilər. Siqaret çəkmək bir vərdiş, asılılıq olsa da ondan qurtulmaq mümkündür. Xəstələrlə işləyirik. Görürük ki, 50-60 yaşında şəxslər cavanlıqda bunun zərərləri barədə məlumatsız olduqlarından bu pis vərdişə yiyələniblər. Müşahidələr göstərir ki, gənc yaşlarda maariflənmə olmalıdır. Ürək, qan-damar xəstəlikləri, onkoloji xəstəliklər və s. bundan yaranır. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Pulmonologiya şöbəsində yatan xəstələrin 70 faizi siqaret çəkdikləri üçün orqanizmdə yaşadığı fəsadlardan müalicə alanlardır. Xüsusilə də ağciyərlərin xroniki abstruktiv xəstəliyi üstünlük təşkil edir. Bu xəstəliyin ölümlə nəticələnmə riski həddən çoxdur”.
Bir neçə gün əvvəl rejissor, yazıçı və şair, Azərbaycanın xalq artisti Əflatun Nemətzadə Bakıda ona qarşı mənzillə bağlı dələduzluq edildiyindən şikayət edib.
Ankarada Qazi universitetinin professoru olan Əflatun Nemətzadənin şikayətini “Haqqın.az” saytı işıqlandırıb. Məlumata görə, Yazıçılar Birliyinin üzvü Ə.Nemətzadə 2017-ci ildə Ankarada olarkən Azərbaycan səfirliyindən ona zəng edilib və “Fədək” mənzil-tikinti kooperativinin nümayəndəsi görüşmək istədiyini bildirib. Nümayəndənin professorla görüşmək istəməsinə səbəb isə onun Bakıda sahib olduğu mənzil olub.
Şikayətçinin sözlərinə görə, Nemətzadə həmin şəxslə görüşdükdə şirkət nümayəndəsi professora müqavilə təqdim edib. Sözügedən müqaviləyə əsasən, professor Bakının Nəsimi rayonunda sahib olduğu mənzilinin yerləşdiyi evin sökülməsinə icazə verir və bunun müqabilində həmin ərazidə inşa olunacaq çoxmərtəbəli binada geniş əraziyə sahib mənzil əldə edəcək.
Sayt yazır ki, müqaviləyə əsasən, Nemətzadəyə yeni inşa olunan binada 20 kvadrat metr əlavə tikili ilə 118 kvadrat metr sahəsi olan yeni mənzil verilməli idi. Lakin daha sonradan şirkətin rəhbəri dəyişdiyindən əvvəlki layihə də ləğv olunub və yenisi hazırlanıb. Yeni layihəyə əsasən isə sakinlərə əlavə ödəniş qarşılığında 140-150 kvadrat metr sahəli mənzillər təklif olunub. Nəticədə isə Nemətzadə mənzilsiz qalıb.
Bunun ardınca, Ə. Nemətzadə Prezident İlham Əliyevlə şəxsən tanış olduğunu bildirərək ondan kömək istəyib. Professorun üzləşdiyi problem işıqlandırıldıqdan sonra onun məsələsinə tez bir zamanda reaksiya verilib.
Prezidentin göstərişi əsasında, bu məsələ dövlət orqanlarının nəzarəti altına götürülüb və öz həllini tapıb. Belə ki, Əflatun Nemətzadə ilə ona böyük əraziyə sahib mənzilin verilməsi ilə bağlı yeni müqavilə imzalanıb.
Bununla yanaşı, ev inşa olunana qədər Ə.Nemətzadə üçün mənzil icarəyə götürüləcək. Həmçinin professorun əvvəlcədən “Fədək” şirkətinə ödədiyi 10 min manat vəsaiti də geri qaytarılıb.
Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) "G-121" və “G-129” gözətçi gəmiləri Rusiyada səfərdədir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.
Alternativ enerji mənbələrindən istifadə edilməklə, ən müasir innovativ texnologiyalar tətbiq edilib. Ağalı kəndi yeni texnologiyalarla inşa edilən ilk yaşayış evləridir.
Bunu "Xəzər Xəbər"ə açıqlamasında Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
Fuad Hüseynov əlavə edib ki, işğaldan azad olunan ərazilərdə yaşayanlara bağlı yeni qanun layihəsi hazırlanır.
İşğaldan azad olmuş ərazilərimizə böyük qayıdış mərhələli şəkildə davam etdirilir.Yaxın gələcəkdə növbəti köçün Füzuli rayonunun Dövlətyarlı kəndində baş tutması gözlənilir.
Dövlət komitəsinin sədr müavini onu da bildirdi ki, Ağalıda məskunlaşan şəxslərin doğmaları portaldan qeydiyyatdan keçdikdən sonra öz yaxınlarını görməyə gedə bilərlər.
"Hamının bizə nümunə göstərdiyi Sinqapur modelində təhsil həftələrində sayı 44 həftədir. Bizdə isə bu rəqəm 36 həftədir. Bu həftələrin sayının çoxaldılması yaxşı olardı".
Bu sözləri təhsil naziri Emin Əmrullayev deyib. O, dərslərin sentyabrın 1-dın başlaması ilə bağlı təkliflərə münasibət bildirib:
"Təhsil almaqla bağlı saatların sayının artırılmasının insan sağlamlığına zərər vuracağı ilə bağlı cəmiyyətdə miflər mövcuddur. Kompüter qarşısında açox oturanda xəstəlik tutursan və s. Belə valideynlər həmişə olub. İstəyir ki, uşaq dincəlsin. Bu gün çox dincələn uşaqların gələcəkdə problemləri olacağını düşünürəm.
Ətraflı
İstərdik ki, təhsilin müddətini artırmağa cəmiyyət dəstək olsun. Bu, arzuolunandır.
Məsələn, dərslər sentyabrın 1-i başlasın və iyunun 30-da bitsin. İnanmıram ki, biz ayın əvvəli başlasaq, təhsilimizin keyfiyyətində əhəmiyyətli dəyişikliklər olacaq.
Cəmiyyət deyir ki, uşaq az oxusun, amma yaxşı nəticə olsun. Belə formul yoxdur. Məsələn, olimpiada qalibi olmaq üçün uşaqlar gündə 12-14 saat oxuyur. Uşaq təhsilə nə qədər çox zaman sərf edirsə, bu təbii, ki daha yaxşıdır",-deyə nazir əlavə edib.
ABŞ ilə Azərbaycan arasında ikitərəfli hərbi əməkdaşlığa və "Ştatla Tərəfdaşlıq Proqramı"na dəstək çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığının Quru Qoşunları Milli Qvardiyası komandanının müavini general-mayor Maykl Vikmanın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissə və Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Tərəflər arasında keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, eləcə də Oklohoma ştatı ilə "Ştatla Tərəfdaşlıq Proqramı"nı əhatə edən fəaliyyətlər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.