|
Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində keçirilən növbəti “Komando hazırlığı" kursunu müvəffəqiyyətlə bitirən hərbçilərimiz Vətənə qayıdıblar.
Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, iki qardaş ölkə arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində hərbi qulluqçularımızın müvafiq kurslarda iştirak etməsində əsas məqsəd Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.
Azərbaycanda dekabrın 28-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz hava müşahidə olunacaq. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.
1. I texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir - 24 dekabr
2. Əhmədbəyli-Füzuli-Şuşa yolu boyunca ümumi uzunluğu təqribən 7.7 km təşkil edən 8 tunelin tikintisi aparılır- 24 Dekabr
3. Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının qar və buzdan təmizlənməsi istiqamətində addımlar atılıb – 22-25 Dekabr
4. Son 18 il ərzində respublikada 19.2 min km yol tikilib və yenidən qurulub, 460 körpü, yol ötürücüsü və tunel inşa edilib - 24 Dekabr
5. I texniki dərəcəli yolların uzunluğu 2003-cü ildə 115 km təşkil edirdisə, hazırda artaraq 935.5 km olub - 24 dekabr
6. Son 18 il ərzində Bakıda 83 yol ötürücüsü və tunel, 99 piyada keçidi inşa edilib, 2010.5 km yol tikilib və yenidən qurulub – 24 dekabr
YOLUNUZ AÇIQ OLSUN...
Bir çox rayonlar hələ də hökumətdən dotasiya alır. Yəni özünü dövlətin hesabına saxlayır.
Halbuki həmin rayonların özünü təmin etməsi üçün yetərli potensialı var. Amma görünür, hazıra nazir olmaq bu rayonlar üçün daha sərfəlidir. Deyə bilərsiz ki, axı bütün rayonların özünü təmin etməsi üçün yetərli iqtisadi gücü yoxdur. O zaman bu cür rayonların daha güclü potensialı olan rayonlara birləşdirilməsi doğru olmazdımı?
Tez-tez belə fikirlər səslənir ki, rayonların idarə edilməsi üsulu köhnəlib, insanlara lazımi şərait yaradılmır, onlar ən xırda məsələnin həlli üçün paytaxta üz tutur və sair.
Hələ son dövrlər bəzi icra hakimiyyəti başçılarının işində aşkarlanan nöqsanları da nəzərə alsaq, bütün bunlar rayonlarda bir sıra dəyişikliklər edilməsi məsələsini aktuallaşdırır.
İTV bu dəyişikliklərin baş tutma ehtimalını araşdırıb.
“Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu mənim bioqrafiyamda çox mühüm yer tutur. Mən onun divarları arasında oxudum, işlədim və bilik əldə etdim, ən əsası isə sadiq, vəfalı dostlar qazandım. Bunlar mənim həyatımın ən gözəl illəri, tələbəlik və gənclik illəri idi”.
"Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsil aldığı universitetlə bağlı danışarkən deyib.
İTV-nin xüsusi müxbiri Azərbaycan prezidentinin 60 illik yubileyi ərəfəsində onun təhsil aldığı ali məktəbdə olub. Azərbaycan Prezidentinin tələbəlik biletinin qorunduğu bu universitetdən hazırlanan reportajı təqdim edirik:
AZƏRTAC bildirir ki, o, Şuşaya 14 kilometr qalmış qeyri-bərabər döyüşdə son gülləsinə qədər savaşaraq şəhadətə yüksəlib. Haqqında bəhs edilən döyüşçü Xüsusi Təyinatlı Qüvvələrin giziri, Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevdir.
Vətən Müharibəsi Qəhrəmanının 29 ilə sığdırdığı şərəfli həyat yolu
Şəhid Elyar Vəliyev ailəli idi və üçəm olmaqla 5 övladı var idi.
Vətən müharibəsində düşmənə qan udduran "Allahsız canavar"
Elyar Vəliyev Vətən müharibəsində Füzuli istiqamətindən döyüşlərə başlayıb. Aparılan uğurlu əməliyyatdan sonra Cəbrayıl istiqamətində döyüşlərə yollanan qəhrəman döyüşçünün növbəti tapşırığı içərisində düşmənin yüksəkrütbəli zabitləri olan hərbi nəqliyyat vasitələrini partlatmaq olub. Tapşırıq uğurla yerinə yetirilib.
Cəbrayıl azad edilib Ordumuzun bölmələrinə təhvil verildikdən sonra Elyar Vəliyev və döyüş yoldaşları bir az arxaya çəkilib dincəlirmişlər. Bu zaman düşmənin Horadizdən Cəbrayıla gedən yola 12 tank və 200-ə yaxın hərbçi ilə hücum etdiyi xəbər gəlib. Elyar Vəliyev başda olmaqla 140 döyüşçü hücuma keçib və erməniləri pusquya salaraq şəxsi heyətini məhv ediblər. Həmin döyüş zamanı, həmçinin düşmənin 4 tankı vurulub, 8-i isə hərbi qənimət kimi ələ keçirilib.
Cəbrayıl döyüşlərində Elyar 40 tapança təhvil verib. Bu, 40 zabitin məhv edilməsi demək idi. Çünki sıravi əsgərdə tapança olmur.
Cəsur savaşçı və onun silahdaşları Zəngilan və Qubadlıda da çox uğurlu əməliyyatlar keçiriblər.
Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunmasında Elyar Vəliyev və döyüş yoldaşları əsl qəhrəmanlıq nümunələri nümayiş etdiriblər.
Hadrut döyüşləri zamanı meşə tərəfə gedən yolda pusqu qurmağa qərara alan qrup meşəlik ərazidə düşmən qərargahı və 50-yə yaxın düşmən hərbçisi olduğuna dair məlumat toplayıb. Həmin hissəyə radiolokasiya yerləşdirib və rabitə ilə Ordumuzun danışıqlarını izləyirmişlər. Əraziyə hücum zamanı Elyar qərargahın binasına girib, bir neçə erməni hərbçisini öldürüb, radiolokasiya cihazını sıradan çıxarıb. Qərargah rəisi qaçmaq istəyəndə Elyar onu yaxalayıb və sürüyə-sürüyə çölə çıxarıb. Elyar düşmənə qarşı amansız olduğuna görə ona "Allahsız canavar" ləqəbini veriblər.
Yoldaşlarının dediyinə görə, Hadrutda erməniləri öz dillərində aldadıb pusquya salıblar və şəxsi heyətin hamısını məhv edib, düşmənə məxsus maşını partladıblar.
Şuşadan 14 kilometr aralıda 7 saat davam edən son döyüş
Döyüş başlayan gündən yorulmadan savaşan və düşmənə qan udduran Elyarın son döyüşü Şuşadan 14 kilometr aralıda Xocavənd rayonunun Edilli kəndinin ərazisində, Qırmızı bazar istiqamətində olub. Qrup birinci səngəri alıb, digər düşmən postuna kimi irəliləyiblər. Düşmən hərbçilərinin say üstünlüyü var imiş. Atəşin ardı-arası kəsilmirmiş. Yeddi saat davam edən döyüşdə Elyar və döyüş yoldaşları son mərmilərinə kimi döyüşüblər. Həmin döyüşdə də düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası məhv edilib. Düşmən postuna əl qumbarası məsafəsi 20-25 metr qalıbmış. Son qumbaranı döyüş yoldaşlarından götürərək düşmən tərəfə atan Elyar erməni snayperinin hədəfi olub. Düşmən snayperinin gülləsi Elyarın ürəyinə tuş gəlib. Elə bu güllə ilə də qəhrəmanımız şəhadət şərbətini içib.
Valideynlərin xatirələri
Şəhidin atası Arif Vəliyev: Kiçik yaşlarından Elyarın qeyri-adi bir uşaq olduğu hiss edilirdi. Böyüklərin ağlına gəlməyən suallar verərdi. Dərslərini yaxşı oxuyardı. Bir az dəcəl uşaq idi, bu da sanki onun qeyri-adiliyi ilə bağlı idi. İdmana həddən artıq marağı çox idi. Ümumilikdə ölkə çempionatında qaçış və qaydasız döyüş üzrə birinci, karate üzrə ikinci yeri tutub.
Əlbəyaxa döyüş, müharibə filmlərinə çox üstünlük verərdi. Bayrağımızı çox sevərdi. Özəl xüsusiyyətlərindən biri də uşaqlıqdan Vətənimizin himni, bayrağı, gerbinə önəm verməsi idi. Həmişə evə bayraq alıb gətirərdi. Dərslərini hazırladığı masanın üstündə bayrağımız və himnin sözləri həkk olunan lövhə olardı. Bəzən dodağının altında nəsə zümzümə etdiyini görərdik. Diqqətlə qulaq asanda görərdik ki, himnimizi oxuyur.
Elyarın fiziki göstəriciləri çox yüksək idi. O, hərbi xidmətdə olduğu müddətdə Xüsusi Təyinatlı Qüvvələrə seçimdə iştirak üçün mənimlə məsləhətləşdi. Mən də razılıq verdim. Oğlum altıaylıq ağır kursu müvəffəqiyyətlə başa vurdu və xüsusi təyinatlıların kəşfiyyat qrupunda xidmətə başladı. Çox vaxt təlimlərdə, kəşfiyyatda olurdu. "Qafqaz Qartalı" təlimlərində iştirak edib, yaxşı nəticələr göstərmişdi.
On il ərzində Elyar üç döyüş görüb - Tovuz və Aprel döyüşləri, Vətən müharibəsi. İki döyüşdən salamat qayıtsa da, Vətən müharibəsində çox sevdiyi üçrəngli bayrağımıza bükülərək gəldi. Elyar kəşfiyyatçı-sanitar idi. O, iştirak etdiyi döyüşlərdə düşmənə qan uddurmaqla yanaşı, döyüş yoldaşlarına savaş meydanında kömək edib, onların həyatını xilas edib. Şükürlər olsun ki, həmin hərbçilərimiz bu gün sağdırlar.
Müharibənin ikinci günündə döyüş yoldaşı, qazi Seyidbala Əliyevə vaxtında və düzgün tibbi xidmət göstərərək ayaqlarının amputasiya olunmasının qarşısını alıb. Hazırda həmin qazimiz salamatdır. Aprel döyüşlərində silahdaşlarından olan qazi Səxavət Salmanov minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində kürək nahiyəsindən ağır qəlpə yarası alır. Elyar daxili qanaxmanın qarşısını alır və onun etdiyi ilkin tibbi yardım nəticəsində döyüşçü yoldaşı həyatda qalır. Rabitəçi kimi də mütəxəssis idi, eyni zamanda, düşmən dilini də bilirdi. Əlinə rotasiya keçəndə erməniləri asanlıqla tora, pusquya sala, düşmən postuna sıza bilirdi. Elyardan əlavə, bir neçə döyüş yoldaşı da erməni dilini yaxşı bilirdi. Təəssüf ki, onlar arasında da şəhid olanlar var. Elyar bacarıqları nəticəsində düşmən səngərinə daxil olub neçə rütbəli zabitini məhv edib.
Elyargil Xocavəndin Ağbulaq kəndində olarkən üç gün imiş ki, ərzaq təminatı gəlmirmiş. Ac imişlər. Elyar döyüşçü yoldaşlarından bir nəfəri özü ilə götürüb düşmən səngərinə sızır. Əvvəlcə bir erməni hərbçisini məhv edir, onun formasını geyinib təminat olan hissəyə girir. Həmin ərazidə təkcə süngü-bıçaqla heyətin hamısını məhv edir və bir "KamAZ" ərzaq məhsulunu döyüş yoldaşları üçün gətirir.
Elyarın bir bacarığı da intuisiyasının çox güclü olmasında idi. Bir neçə il öncə Müşfiqabad qəsəbəsində onun üçün ev inşa etdirmişdim. O zaman tikinti işləri davam edirdi. Zəng etdi ki, gəlirəm. Qohumlardan, tanışlardan yanımda olanlar var idi. Çox keçmədi ki, gəldi. Bizə çatmasına 300-400 metr məsafə qalmışdı, bibisioğlu Şahin dedi ki, mənim burada olduğumu deməyin, Elyarı qorxudacağam. Hasarın arxasında özünə yer seçib gizləndi. Elyar bizimlə görüşəndən sonra Şahinə səsləndi ki, "sən niyə orada gizlənmisən? Çıx oradan". Şahin gülə-gülə gizləndiyi yerdən çıxıb "daha mənim sənə sözüm yoxdur. Sən nə bildin ki, mən oradayam?". Elyar "mən hiss etdim ki, hasarın arxasında kimsə var" dedi. Soruşanda bildirdi ki, "bu, sirdir, deyə bilmərəm, təlimini keçmişəm".
Oktyabrın 17-də Elyarın son doğum günü oldu. Həmin gün də məhv etdiyi düşmən hərbçisinin özünə doğum günü hədiyyəsi olduğunu deyib. Onun üçün ən böyük hədiyyə həmin gün Füzuli şəhərinin düşməndən təmizlənməsi oldu. Son dəfə bizimlə danışanda səsindəki sevinc də hiss olunurdu. Elyar nə qədər yorulsa da, torpaqlarımız azad olduqca, düşmənlər məhv edildikcə güc alırmış. O, həqiqətən də qeyri-adi insan idi.
Şəhadətindən sonra oğlumun xatirəsi əbədiləşdirilib. Elyarın adı Qobustanda böyük küçəyə, Qobustan şəhər 2 saylı tam orta məktəbə verilib. Həmin küçədə bir iş adamı Elyarın adına bulaq inşa etdirib. Oxuduğu məktəbin həyətində adını daşıyan bulaq inşa edilib. Birini də özüm inşa etdirmişəm. Rayon mərkəzinə gedən su xəttindən birbaşa Elyarın uyuduğu qəbiristanlığa şirin su çəkdirmişəm. "Döyüşçü qardaşlar" adlanan bulaqdır və orada əhaliyə xidmət göstərir. Bulaqda Elyarla birgə Kamil Şirinov, Camal İsmayılov, Kərim Əliyevin şəkilləri, doğum və şəhid olduğu tarixlər əks olunub. Bundan əlavə, Elyarın adına şerlər yazılıb, mahnılar bəstələnib. Bir neçə sənədli film çəkilib. Elyarın adına "El TV" televiziya kanalı fəaliyyət göstərir, "El qəhrəmanı" jurnalı buraxılır. Qobustan rayonunda şəhid Rauf Babaşov adına Cəmcəmli kənd tam orta məktəbinin və Abşeron rayonu, Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin sinif otaqlarından birinə Elyarın adı verilib.
Şəhidin anası Səmayə Vəliyeva: İki oğul övladım var idi, ikisi də müharibədə idi. Sonuncu dəfə Elyarla oktyabrın 18-də danışmışıq. Dedi ki, "sağ-salamatam, narahat olmayın". Bir gün əvvəl doğum günü idi. Oktyabrın 19-da isə şəhid olub.
Mən kiçik oğlum Elçinə görə qorxurdum ki, əsgərdir, təcrübəsi azdır. Elyarın təcrübəsi çox idi. İki döyüşdə iştirak etmışdi. İnanırdım ki, müharibədən də qayıdacaq. Mərd-mərdanə döyüşüb qəhrəmancasına şəhid oldu. Gülləsi bitənə qədər düşmənə aman verməyib.
Elyar deyirdi torpaqları mütləq düşməndən təmizləyəcəyik. Çünki bizim balalarımız xoşbəxt yaşamalıdırlar. Biz məğlub deyilik, torpaqlarımızı döyüşərək qaytaracağıq. Getməzdən əvvəl ailəsi, övladları ilə vaxt keçirib, şəkil çəkdirib. Elə bil şəhid olacağını bilirmiş.
Hər danışanda özündən muğayat olmasını tapşırıb ağlayırdım. Deyirdi, "ana, biz buraya torpaqdan ötəri vuruşmağa gəlmişik. Ağlama, biz bu yolu Vətən torpağını xilas etməkdən ötəri seçmişik. Vətən üçün yetişmişik. Alnımıza nə yazılıbsa, onu da yaşayacağıq. Şəhid də, qazi də olsaq, amalımız budur".
Elyar Aprel döyüşündə də, İkinci Qarabağ müharibəsində də neçə yaralını xilas edib. Qazi yoldaşları da onların həyatını xilas etdiyini deyir, xatirəsinə ehtiram göstərirlər. Elyar o qədər cəsur və qorxmaz idi ki... Videolar da var, güllə başının üstündən gedir, o sərbəst şəkildə yaralının yaralarını sarıyır. Qaçmır, qorxmur, döyüş yoldaşlarına istiqamət göstərərək: "bu istiqamətdə mənim silahlımla atəş aç deyir". Elə bir qəhrəman oğul yetişdirdiyimizə görə fəxr edirik. Elyar evimizin nurunu özü ilə apardı. Amma qürur hissi keçirirəm ki, elə cəsur və mərd oğlumuz var. Vətən sağ olsun!
Elyar Vəliyevin 29 illik ömrü onun haqqında hər şeyi deyirdi. O, məhz savaş meydanları üçün doğulmuşdu. Son doğum gününü belə müharibədə qeyd etməsi bunu bir daha sübut edirdi. Üzünü görməsələr də, adını bilməsələr də nə qan qusdurduğun düşmənlər səni unudacaq, nə də öz qanınla Qələbə bəxş etdiyin Azərbaycan xalqı. Torpağa həkk olunan ləpirlərinlə gedən, ayaq izlərindən belə güc alan davamçıların çox olacaq. Ruhun şad olsun, Vətən fədaisi!
1 “Zəfər Yolu” Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
2 Toğanalı-Kəlbəcər-İstisu Yolun Murovdağdan keçən hissəsində gecə saatlarında zəif qar yağıb, hazırda yağıntı yoxdur. Qarın hündürlüyü yoldan kənarlarda 35-40 sm təşkil edir, 17-22 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlib. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri görülüb, qum-duz səpilib. Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
3 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində yağıntı yoxdur, 2-4 dərəcə şaxta var, yollaraq qum-duz səpilib. Xınalıq yolunda 10-12 sm qar yağıb, yol qardan təmizlənib, qum-duz səpilib.Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
4 Giləzi - Xızı 3-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
5 Bakı - Qobustan Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
6 Qobustan - Şamaxı - Muğanlı Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
7 Muğanlı - Ağsu - Yevlax Yağıntı yoxdur, Muğanlı ərazisində 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
8 Muğanlı - İsmayıllı Yağıntı yoxdur, 4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
9 İsmayıllı - Qəbələ - Oğuz- Şəki Yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
10 Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi Marşrut boyu yağıntı yoxdur, 3-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
11 Yevlax - Şəki (Göybulaq) Yağıntı yoxdur, Şəki rayonu ərazisində 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
12 Şəmkir - Gədəbəy Yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, qum-duz səpilib. Şəmkir rayonu ərazisində 5-6 dərəcə, Gədəbəy rayonu ərazisində 10-12 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
13 Gəncə - Daşkəsən - Xoşbulaq Marşrut boyu 3-5 sm qalınlığında qar yağır, yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, qum-duz səpilib. Şaxta 10 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
14 Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi Marşrut boyu sulu qar yağır, şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
15 Masallı – Yardımlı Yardımlı rayonu ərazisində qar yağır, 5-6sm, 2-3 dərəcə şaxta var. Yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Masallı rayonu qar yağır, şaxta yoxdur.
16 Lənkəran – Lerik Lerik rayonu ərazisində qar yağır, 6-7sm, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Lənkəran rayonu qar yağır, şaxta yoxdur.
17 Bakı - Ələt - Hacıqabul Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
18 Hacıqabul - Ucar - Yevlax Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
19 Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
20 Hacıqabul – Bəhramtəpə – Horadiz Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. Bakıda gecə 1° şaxtadan 1°-dək isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-7° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.