![]() |
|
Azərbaycan Silahlı Qüvvələrinin Fərrux dağındakı mövqelərindən Pirlər (Xramort) kəndinin görüntüsü yayılıb.
Həmin görüntünü təqdim edirik:
Əlahiddə Ümumqoşun Orduda Prezident İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.
"Qafqazinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə dövlət təltifləri haqqında məlumat verilib və Prezident İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilmiş İkinci Qarabağ müharibəsinin iştirakçılarına Xocavəndin, Cəbrayılın, Zəngilanın və Ağdamın azad olunmasına görə medalları təqdim olunub.
Şəxsi heyətin təntənəli keçidi ilə təltifetmə mərasimi başa çatıb.
Martın 24-də saat 19:00-dan 22:00-dək Bakının bir neçə məşhur tikililəri, o cümlədən Bakının ən möhtəşəm və sirli tarixi-memarlıq abidəsi olan Qız Qalası qırmızı rənglə işıqlandırılacaq.
“Məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltməkdir. Hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların “qırmızı rəngə” boyanması aksiyası keçirilir. Bununla da, vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə diqqət çəkiləcək və onlarla həmrəylik nümayiş olunacaqdır.
1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər. Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. Hər il dünyada 10 milyondan çox insan vərəmə yoluxur və 1.5 milyon insan vərəmdən dünyasını dəyişir. Dünyada hər 1 dəqiqədə 3 insan vərəm səbəbiylə həyatını itirir. ÜST dünya dövlətlərini investisiyanı artırmaqla vərəmə son qoymağa çağırır.
Bayram günləri olmasına baxmayaraq Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzləri fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.
Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər. Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki Müayinə Mərkəzində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.
Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər. Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək sürücüləri cərimə olunacaqlar.
Sürücülərdən Novruz bayramı ilə əlaqədar olaraq qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyyə olunur. Bununla bağlı Texniki Müayinə Mərkəzləri bayram günlərində gücləndirilmiş iş rejimində səhər saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcəklər. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər. Bəzi hallarda sürücülər texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atırlar. Amma hər bir nəqliyyat vasitəsinin sahibi və sürücüsü bilməlidir ki, bu cür faktlar tez bir zamanda aşkar edilir.
Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. Bundan başqa vətəndaşlar avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün 012-511-08-40 nömrəli qaynar xəttlə də əlaqə saxlaya bilərlər.
"Yol-xeber.az"un xəbərinə görə, Azadlıq prospektinin S.S. Axundov küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyada keçidində eskalatorların sıradan çıxmış hissələrinin yenisi ilə əvəz edilməsi işlərinə start verilib.
Eskalatorların yenidən qurulması işləri bir-neçə gün ərzində davam etdiriləcək. Bu üzdən vətəndaşlardan aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Ən qısa zaman kəsiyində keçidin eskalatorlarının işlək vəziyyətə salınaraq vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulur.
Eskalatorların işləməməsi ilə əlaqədar bir müddətdir piyada keçidində yaranmış və təmir müddətində yaranacaq narahatlığa görə vətəndaşlardan üzr istəyirik.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2022-ci ilin iş planına əsasən ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Agentliyin fəaliyyətinin daha çevik və məqsədyönlü həyata keçirilməsi, yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi, elektronlaşma sahəsində islahatların aparılması, həmçinin agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi ilə İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən imzalanan əmrə uyğun olaraq attestasiya imtahanı keçirilib.
Attestasiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydaları” və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq keçirilib.
Attestasiya imtahanı iki mərhələdə agentliyin mərkəzi aparatının əməkdaşları və tabeliyindəki qurumlarının nomenklatur şəxsləri arasında keçirilib.
Attestasiyanın nəticələrinə uyğun olaraq, Agentliyin strukturunda müəyyən dəyişiklər edilib. Belə ki, attestasiyadan keçən işçilərin fəaliyyətinin yaxşılaşdırılması, həmçinin nəticələrə görə edilən ixtisas və vəzifə dəyişikliklərinə uyğun yeni struktur quruluşu və ştat cədvəli müəyyən edilib, işçilər arasında “Kiçik mütəxəssis”, “Mütəxəssis”, “Böyük mütəxəssis” və “Baş mütəxəssis” olaraq vəzifə bölgüsü aparılıb.
Edilən bu dəyişiklik təbii ki, Agentliyin əməkdaşlarının peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin obyektiv qiymətləndirilməsi, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi, əmək haqqının artırılması və gələcək inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
"Yol-xeber.az"un xəbərinə görə, Qarşıdan gələn tətil günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 22-27 mart tarixlərində bir-neçə küçə və prospektdə təmir işlərinin aparılması nəzərdə tutulur.
Təmir işləri aşağıda qeyd olunan küçə və prospektlərin müəyyən hissələrində aparılacaq.
Sürücülərdən sözügedən küçə və prospektdə aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
22-27 mart 2022-ci il tarixlərində təmir işlərinin aparılması nəzərdə tutulan küçələrin
S İ Y A H I S I
1 Mikayıl Müşfiq küçəsi (“Qurd qapısı”ndan Mətbuat prospektinə qədər);
2 Rəşid Behbudov küçəsi (Dilarə Əliyeva küçəsindən Süleyman Rəhimov küçəsinə qədər);
3 A. Salamzadə küçəsi ("Qələbə dairəsi”ndən tunelin giriş hissəsinə qədər - 3 yerdə);
4 Nazim Hikmət küçəsi (Musabəyov dairəsi);
5 Tbilisi prospektinin yan yolu (Seyidcəfər Pişəvəri küçəsindən “20 Yanvar dairəsi”nə qədər);
6 Ziya Bünyadov prospekti ("Azadlıq" körpüsünün üstü - 3 yerdə);
7 Ziya Bünyadov prospekti (Asif Məhərrəmov küçəsindən "20 Yanvar dairəsi”nə qədər);
8 Azadlıq prospekti (Naxçıvani küçəsindən tunelin giriş hissəsinə qədər);
9 Ziya Bünyadov prospekti (İbrahimpaşa Dadaşov küçəsindən "Santral" mağazaya qədər olan hissə - 6 yerdə);
10 Ziya Bünyadov prospekti ("Santral" mağazanın qarşısında yan yollar);
11 Şəhər şossesi (Zabrat yolu);
12 "Koroğlu" körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsi istiqamətində);
13 Bakı Dairəvi I yolu ("Binə" ticarət mərkəzindən Biləcəri istiqamətində);
14 Heydər Əliyev prospekti - Mərdəkan - Bilgəh avtomobil yolunun rənglənməsi;
15 Suraxanı rayonu ərazisində Səttar Bəhlulzadə küçəsi;
16 Salyan şossesi (Arif İsmayılov küçəsindən "20 sahə dairəsi”nə qədər).
YOLUNUZ AÇIQ OLSUN...
Hörmətli həmvətənlər!
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq hər birinizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edirik, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayırıq.
Həmrəyliyimizin rəmzi olan bu bayram qoy hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.
Novruz bayramınız mübarək olsun!