![]() |
|
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə şənbə və bazar günləri fəaliyyətinə icazə verilən sahələr arasında taksi fəaliyyətinin göstərilməməsi bu nəqliyyat vasitələrinin həftəsonları işləməyəcəyi xəbərlərinin yayılmasına səbəb olub.
Trend məlumatına görə, həftəsonları taksilər fəaliyyətini davam etdirəcək, taksilərin işi məhdudlaşdırılmayacaq.
Qeyd edək ki, dünən ölkə üzrə karantin müddətinin uzadılması ilə bağlı qərarda noyabrın 21-dən dekabrın 28-dək həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilsə də, bənddə taksi xidmətlərinin fəaliyyətinin qadağası göstərilməyib.
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Noyabrın 20-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-10, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
"Ölkə.Az" report-a istinadən xəbər verir ki, o, Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində Azərbaycan torpaqlarının düşməndən azad edilməsi əməliyyatlarında fəal iştirak edib. Ancaq Zəngilan rayonunun düşmən tapdağından təmizlənməsi uğrunda gedən döyüşlərdə sol çiynindən snayperlə vurulub. Onu əvvəlcə Füzuli, daha sonra isə Bakıdakı hərbi hospitala yerləşdiriblər.
Vüsal Mahmudov hazırda ev şəraitində həkim nəzarəti altında müalicəsini davam etdirir.
“Report”un əməkdaşı İkinci Qarabağ müharibəsi iştirakçısının evində olub, qazinin döyüş yoluna nəzər salıb.
Quba rayonunun Çağacıq kənd sakini Vüsal Şərafəddin oğlu Mahmudov Vətən müharibəsinə gizir kimi qatılıb.
“Report” xəbər verir ki, o, Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində Azərbaycan torpaqlarının düşməndən azad edilməsi əməliyyatlarında fəal iştirak edib. Ancaq Zəngilan rayonunun düşmən tapdağından təmizlənməsi uğrunda gedən döyüşlərdə sol çiynindən snayperlə vurulub. Onu əvvəlcə Füzuli, daha sonra isə Bakıdakı hərbi hospitala yerləşdiriblər.
Vüsal Mahmudov hazırda ev şəraitində həkim nəzarəti altında müalicəsini davam etdirir.
“Report”un əməkdaşı İkinci Qarabağ müharibəsi iştirakçısının evində olub, qazinin döyüş yoluna nəzər salıb.
Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müharibədən zərərçəkən vətəndaşlar üçün onlayn “Psixoloji dəstək xətti” (050 406 75 85) fəaliyyətə başlayıb.
Agentlikdən "Ölkə.Az"a verilən məlumata görə, psixoloji dəstək xəttinin açılmasında məqsəd müharibədən zərər çəkən insanlara operativ psixoloji yardımın göstərilməsidir. Agentliyin psixoloq və psixiatrları tərəfindən göstəriləcək yardım onlayn şəkildə həyata keçiriləcək. Belə ki, mütəxəssislər vətəndaşlara həm telefon zəngi vasitəsilə səsli, həm də videogörüntü (ZOOM və digər proqramlar vasitəsilə) formasında dəstək olacaqlar.
Qeyd olunan telefon nömrəsinə zəng edən vətəndaş ona göstəriləcək psixoloji dəstəyin formasını (telefon danışığı və ya videogörüntü) özü seçəcək.
Vətəndaşın müraciəti qeydiyyata alındıqdan sonra aidiyyəti üzrə yönləndiriləcək. Mütəxəssislərdən ibarət xüsusi qrup müraciəti araşdırdıqdan sonra vətəndaşa məhz hansı istiqamətdə yardım göstəriləcəyinə qərar verərək, onunla əlaqə yaradacaq.
“Psixoloji dəstək xətti” möhtəşəm Qələbəmizlə başa çatan Vətən müharibəsinin iştirakçıları olan hərbçilər, onların yaxınları, şəhid ailələri və eləcə də düşmənin terror hücumları nəticəsində yaxınları həlak olan, dərin sarsıntı keçirən insanlara fasiləsiz və sürətli psixoloji xidməti təmin edəcək.