![]() |
|
Bu barədə “Euronews”un Füzuli şəhərindən hazırladığı reportajda bildirilir.
Telekanal şəhərin tamamilə minalandığı üçün bura yalnız Azərbaycan hərbçilərinin müşayiəti ilə və yalnız əsas yollarla gəlməyin mümkün olduğunu bildirib:
“Buna görə 30 il əvvəl Füzulidə yaşayan insanlar indi öz evlərinin xarabalıqlarına uzaqdan baxa bilirlər”.
Təqribən 30 il əvvəl öz evini tərk etmək məcburiyyətində qalan Arzu Şəfiyeva da belələrindəndir:
“Bu evdən qaçdığımızda tamamilə fərqli görünüşdə idi. Heç bir şey götürmədik, hər şeyi qoyduq. Evimizin qapısını kilidlədik, geri dönəcəyimizi düşünürdük. İnanıram ki, Allahın köməyi ilə yenə qayıdacağıq, tikəcəyimiz evin yenisinin şəklini çəkəcəyik və müqayisə edəcəyik”.
Reportajda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirləri yer alıb.
“Azərbaycan ermənilər tərəfindən məhv edilmiş hər şeyi yenidən bərpa edəcək, Füzuliyə həyatı qaytaracaq və o, yenidən çiçəklənən bir Azərbaycan şəhərinə çevriləcək”, - deyə o bildirib.
Azərbaycan ordusu Füzuli şəhərini işğaldan azad etdikdən sonra bayraqlarını qaldırmaq üçün bir dənə də olsun dağılmamış bina tapa bilmədilər. Bu səbəbdən onlar məhv edilmiş mədəniyyət evinin fasadı ilə kifayətlənməli oldular.
Bu barədə “Euronews”un Füzuli şəhərindən hazırladığı reportajda bildirilir.
Telekanal şəhərin tamamilə minalandığı üçün bura yalnız Azərbaycan hərbçilərinin müşayiəti ilə və yalnız əsas yollarla gəlməyin mümkün olduğunu bildirib:
“Buna görə 30 il əvvəl Füzulidə yaşayan insanlar indi öz evlərinin xarabalıqlarına uzaqdan baxa bilirlər”.
Təqribən 30 il əvvəl öz evini tərk etmək məcburiyyətində qalan Arzu Şəfiyeva da belələrindəndir:
“Bu evdən qaçdığımızda tamamilə fərqli görünüşdə idi. Heç bir şey götürmədik, hər şeyi qoyduq. Evimizin qapısını kilidlədik, geri dönəcəyimizi düşünürdük. İnanıram ki, Allahın köməyi ilə yenə qayıdacağıq, tikəcəyimiz evin yenisinin şəklini çəkəcəyik və müqayisə edəcəyik”.
Reportajda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirləri yer alıb.
“Azərbaycan ermənilər tərəfindən məhv edilmiş hər şeyi yenidən bərpa edəcək, Füzuliyə həyatı qaytaracaq və o, yenidən çiçəklənən bir Azərbaycan şəhərinə çevriləcək”, - deyə o bildirib.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həftənin şənbə və bazar günləri taksi fəaliyyəti ilə məşğul olmağa müvafiq icazəsi olan taksilərin fəaliyyəti məhdudlaşmayacaq:
“Buraya taksi xidməti göstərən şirkətlər və taksi xidməti ilə məşğul olmaq üçün müvafiq lisenziyası olan şəxslər də daxildir”.
DİN-in Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ağdam rayonunun düşmən işğalından tamamilə azad edilməsi münasibətilə hər bir vətəndaşımızı ürəkdən təbrik edirik!
Bununla yanaşı, xatırlatmaq istəyirik ki, Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Odur ki, vətəndaşlarımızdan xüsusi karantin rejiminin tələblərini pozmamağı, o cümlədən sosial məsafəni gözləmələrini və tənəffüs yollarını qoruyan tibbi maskalardan mütləq qaydada istifadə etmələrini xahiş edirik.
Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.
Səbrli və anlayışlı vətəndaşlarımıza əvvəlcədən təşəkkür edirik".
21- 22 noyabr tarixləri üçün isə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar həmin mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.
“Həftəsonları taksi xidməti işləməyəcək”.
Bunu oxu.az-ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib.
“Nazilər Kabineti yanında operativ qərargahın müvafiq qərarına əsasən, fəaliyyətinə icazə verilən sahələrin siyahısında adı olmadığı üçün taksi xidməti işləməyəcək”, - deyə o əlavə edib.
***
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə şənbə və bazar günləri fəaliyyətinə icazə verilən sahələr arasında taksi fəaliyyətinin göstərilməməsi bu nəqliyyat vasitələrinin həftəsonları işləməyəcəyi xəbərlərinin yayılmasına səbəb olub.
Trend məlumatına görə, həftəsonları taksilər fəaliyyətini davam etdirəcək, taksilərin işi məhdudlaşdırılmayacaq.
Qeyd edək ki, dünən ölkə üzrə karantin müddətinin uzadılması ilə bağlı qərarda noyabrın 21-dən dekabrın 28-dək həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilsə də, bənddə taksi xidmətlərinin fəaliyyətinin qadağası göstərilməyib.
“Bu istehkamları qurarkən və eyni zamanda, digər addımlar atarkən bir məqsədi güdürdülər ki, bu işğalı əbədi etsinlər. Əks-təqdirdə, onlar bizim tarixi şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdirməyəcəkdilər”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, Ağdama bir eybəcər ad veriblər, Füzuliyə başqa bir eybəcər ad veriblər: "Yeni xəritələr tərtib ediblər və bu xəritələrdə qondarma “Dağlıq Qarabağ respublikası” keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini yox, işğal edilmiş digər bütün torpaqları da əhatə edirdi və bunu onlar beynəlxalq ictimaiyyətə təqdim edirdilər.
İndi nə oldu bu xəritələr? İndi bu xəritələr cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur".
Milli Məclisin Toponomiya komissiyasının sədri, AMEA-nın birinci vitse-prezidenti İsa Həbibbəyli deyir ki, artıq Vətən müharibəsi bizim qələbəmizlə başa çatıb və ermənilər tərəfindən adları dəyişdirilən yaşayış məskənlərimizin ya əvvəlki tarixi adları qaytarılacaq, ya da yeniləri ilə əvəz olunacaq.
İ.Həbibbəyli süni şəkildə dəyişdirilərək erməniləşdirilən həmin coğrafi məkanların adlarının bərpa olunması prosesi ilə bağlı müsahibə verib:
- İsa müəllim, Vətən müharibəsində azad edilən bir neçə kəndin adı xalqa müraciəti zamanı Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən dəyişdirildi. Digər adların dəyişdirilməsi, yeniləri ilə əvəz olunması ilə bağlı akademiyada hansı işlər aparılır?
- Prezident İlham Əliyevin Vətən müharibəsində uğurla apardığı, qələbə ilə başa çatan bu parlaq hadisədən sonra Qarabağdakı ermənilər tərəfindən süni şəkildə erməniləşdirilmiş adların bərpası və yenidən adlandırılması məsələsi günün ən vacib məsələlərindən birinə çevrilib. Ona görə də biz Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Toponomiya və coğrafi adlar komissiyası yaratmışıq. Bu adların milli mənşəyi, işğaldan əvvəlki adı, təhrif olunmuş variant və “bu yerlərin adları necə yazılmalıdır?” suallarını elmi şəkildə əsaslandırıb ortaya qoyuruq.
- Ermənilər nə qədər yer adımızı dəyişdiriblər, say varmı bununla bağlı?
- Araşdırma əsasında məlum olub ki, Ermənistan SSRİ Ali Sovetinin qərarı ilə 1946-68-ci illərdə 748 Azərbaycan yaşayış yerinin adı dəyişdirilib. İşğaldan sonra isə 90 yaşayış məntəqəsinin adı dəyişdirilib. Bu statistika Qərbi Azərbaycana aiddir. Dağlıq Qarabağ və ətraf rayonlarda isə işğaldan sonra 212 yer adı dəyişdirilib. Onlardan cənab Prezidentin təşəbbüsü və qərarı ilə 4-nün adı bərpa edilib. Bunlar Suqovuşan, Çinarlı, Baharlı və Hünərli kəndlərindən ibarətdir. Amma qarşıda bizi Dağlıq Qarabağdakı və ətraf ərazilərdəki 200-ə yaxın yerin adını yenidən bərpa etmək və adlandırmaq kimi vəzifələr durur. Ona görə də akademiyadakı Toponomiya və coğrafi adlar komissiyası, Dilçilik İnstitutundakı Toponomiya sektoru, Coğrafiya İnstitutundakı Coğrafi adlar və kartoqrafiya şöbəsi və onun ətrafında olan alimlərdən ibarət qruplar bu məsələləri dərindən öyrənir, günümüzün reallığına, toponimlərin adlandırılmasının beynəlxalq aləmdə qəbul olunan prinsiplərinə uyğun olaraq təkliflər paketi hazırlayır.
- Adların bərpası, tarixi adları ilə dəyişdirilməsi prosesi beynəlxalq müstəvidə necə aparılır?
- Beynəlxalq aləmdə bunun üç əsas prinsipi var. Birincisi, adlar bərpa olunarkən onların tarixi adı öyrənilir və özünə qaytarılır. Bizim bu cəhətdən çox geniş imkanlarımız var. Bunun üçün kifayət qədər tarixi mənbələrimiz də mövcuddur. İkincisi, bir kəndin adının dəyişdirilməsi zərurəti meydana çıxırsa, həmin kəndin yerləşdiyi ərazinin adlandığı toponim kəndə verilir. Üçüncüsü isə, Qarabağ həqiqətləri ilə bağlı meydana çıxan məsələdir. Düşünürəm ki, Ali Baş Komandanın apardığı haqq mübarizəsi öz əksini o kənd adlarında da tapmalıdır. Gələcək nəsillər üçün bu tarixləşməlidir.
- Bəzi kəndlər də var ki, adları heç bir məna ifadə etmir...
- Bəli. Qeyri-müəyyən kənd adları var ki, xüsusi məna ifadə etmirlər. Onlara yenidən ad qoyan zaman biz bu yeni tarixin kəndlərin adında əbədiləşməsini vacib sayırıq. Erməni tərəfi yalnız Azərbaycanın tarixini silmək, ölkəmizin regiondakı izini yox etmək üçün qeyri-elmi və qeyri-insani prinsiplərdən istifadə edib. Azərbaycanda isə bu adlar yenidən adlandırılarkən beynəlxalq aləmdə qəbul olunan, ölkə reallıqlarını əks etdirən prinsiplərdən çıxış olunur. Bu, bütün dünyada da qəbul olunan yoldur.
- Tsakuri, Vəng kimi kəndlər elə Ali Baş Komandan tərəfindən dəyişdirildi.
- Onların dəyişdirilməsinin böyük mənası var idi. Müharibənin gedişi prosesində cənab Prezident İlham Əliyev erməniləşdirilmiş Vəng kəndinin adına Çinarlı, Quşçubaba kəndinin, Baharlı, Tsakuri kimi mənası bilinməyən kəndin adına Hünərli adını verməklə, müzəffər ordumuza, əsgərlərimizə böyük nikbinlik gətirdi. Bu da qələbəyə aparan yolda Ali Baş Komandanın düşündüyü, mənəvi-psixoloji cəhətdən ordumuzu qürurlandırmaq, dəstək vermək, onu qələbəyə doğru ruhlandırmaq kimi ali məqsəd daşıyırdı. Ona görə də bu hadisə böyük əhəmiyyətə malikdir.
- İsa müəllim, yaşayış məntəqələrinin tarixi adları bərpa olunacaq, yoxsa daha çox yeni adlar veriləcək?
- Biz bunun üçün elmi cəhətdən əsaslandırılmış təkliflər hazırlayırıq. Bu təkliflər əsasında belə məsələlər önə çıxan kimi bu reallıqları zamanında dəyərləndirək və elmi cəhətdən əsaslandırılmış təkliflərlə çıxış edə bilək. Düşünürəm ki, irəli sürülən yeni adlarla bağlı təkliflər də dəyərləndiriləcək.
- İctimaiyyətdə də təkliflər var ki, İlhamabad, Heydər şəhəri, Polad Həşimov, Mübariz və digər bu kimi adlar azad olunan kəndlərə, qəsəbələrə verilsin. Bu təkliflər dəyərləndiriləcəkmi?
- Yaşayış məskənlərinin adları dəyişdirilərkən mühüm prinsiplərdən biri də müasir tarixin kənd adlarında əbədiləşdirilməsidir. Bizim prinsipimiz odur ki, yeni tarix də kənd adlarında öz əksini tapmalıdır. Bu, müasir dövrün reallıqlarına aid olan məsələlərin kənd adlarında öz əksini tapmasına tam şərait yaradır. Naxçıvan Muxtar Respublikasının mərkəzi Heydərabad adlandırılıb. Xəritədə də, tarixi-coğrafi ədəbiyyatda da Heydərabad kimi yazılır. Əlbəttə ki, Ali Baş Komandanımızın apardığı müzəffər yürüşün nəticəsində oradakı kənd və şəhər adlarında, ən böyük yaşayış məskənlərindən birində bu cür rəsmi adların elan olunması obyektiv reallığın ifadəsi olar.
- Cəmiyyətdə də bununla bağlı gözləntilər çoxdur...
- Qəhrəmanlarımızın adlarının yaşayış yerlərinə verilməsi üçün dövlət səviyyəsində qərar olmalıdır. Heydərabad, Polad Həşimov və Mübariz kimi ad təklifləri dəyərləndirilə bilər. İndiyədək milli qəhrəmanlarımızın adları məktəblərdə, küçə və prospektlərdə əbədiləşdirilib. Heç şübhəsiz ki, bundan sonra da Vətən savaşında şəhid olan, qəhrəmanlıq göstərən hərbçilərimizin adları küçə və prospekt, sosial obyekt, təhsil müəssisələrinin və kəndlərin adlarında öz əksini tapacaq. Çünki onların adı əbədiləşdirilməyə layiqdir.
- Tarixi-dini memarlıq abidələrimizin adlarında dəyişiklik necə olacaq? Onlar kilsə və monastırları da özününküləşdirməyə çalışıblar. O abidələrin adları dəyişdirilərkən beynəlxalq qurumlara müraciət olunacaqmı?
- Ermənilər Dağlıq Qarabağdakı abidələri xristian abidələri kimi dəyərləndirirlər. Amma AMEA-nın Tarix, Arxeologiya və Etnoqrafiya, Coğrafiya, Dilçilik İnstitutlarında çalışan alimlərimiz ən müxtəlif aspektlərdən bu abidələrə yanaşarkən sübut ediblər ki, Qarabağda heç bir erməni abidəsi yoxdur. Onlar hamısı Alban abidələridir. Alban abidələri isə Qafqaz Albaniyasına aid olan tarixi abidələrdir. Qafqaz Albaniyası isə Azərbaycan ərazisində olmuş dövlət qurumudur. Bu albanlar xristianlaşmış türklərdir. Akademiyanın alimləri müəyyən ediblər ki, Qarabağdakı abidələrin erməni Qriqoryan təfəkkürü ilə heç bir əlaqəsi yoxdur. AMEA Arxeologiya və Etnoqrafiya, Coğrafiya İnstitutları tərəfindən Azıx mağarasında erməni vandallarının törətdiyi dağıntı işləri ilə əlaqədar olaraq monitorinqin aparılması və onlara qarşı cəza tədbirlərinin müəyyənləşdirilməsi məqsədilə Baş Prokurorluğa müraciət edilib. Azıx və Tağlar mağaralarında baş verən dağıntıların müəyyən edilməsi ilə bağlı Baş Prokurorluqla akademiyanın alimlərindən ibarət birgə komissiya hazırlanır. Komissiya yerində tanış olacaq, məsələ hüquqi-elmi cəhətdən qiymətləndiriləcək və beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılacaq.
- İsa müəllim, Vətən müharibəsi hansı formada təbliğ olunmalıdır? Zəfər tariximiz dərsliklərə salınacaqmı?
- Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə ölkənin orta və ali məktəb dərsliklərinə ayrıca əlavə olunmalıdır. Bu, tariximizin çox əlamətdar, mühüm, şanlı və parlaq hadisəsidir. Eyni zamanda, akademiyanın müxtəlif elmi-tədqiqat institutlarında Vətən müharibəsi ilə bağlı ciddi və ən müxtəlif istiqamətlərdə tədqiqat işlərinin aparılması planlaşdırılır. Hətta akademiya üzrə “Azərbaycanın Vətən müharibəsi - Qarabağ savaşı: Məğlubiyyətdən dialoqa və böyük gələcəyədək” adlı ayrıca monoqrafiyanın hazırlanması ilə bağlı plan təyin olunub, müəllif heyəti dəqiqləşdirilib. Ümumiyyətlə, Qarabağ savaşı ilə əlaqədar toponomiya tədqiqatları, arxeololoji və etnoqrafik araşdırmalar, hüquqi qiymətləndirmələr AMEA-nın və alimlərimizin diqqət mərkəzindədir. Bundan sonra həmin məsələlərlə məşğul olmağı prioritet istiqamət hesab edirik. (Publika.az)
Daxili İşlər Nazirliyi açıq havada maskadan istifadəyə nəzarət üçün polis naryadlarının fəaliyyətini gücləndirəcək.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, noyabrın 21-dən etibarən küçədə, parklarda, açıq və qapalı məkan olan bütün ictimai yerlərdə polis əməkdaşları karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarət edəcək:
“Karantin vaxtı polislər daim xidmətdə idi. Yeni qərardan sonra bu nəzarət daha da gücləndiriləcək. İnsanların küçədə, parklarda maskadan düzgün istifadə etməsinə nəzarət olunacaq.
Burada vətəndaşların yalnız maskadan istifadə etməsi yox, düzgün istifadə etməsinə nəzarət olunacaq. Maska ağız və burunu tam qapatmalıdır. Maskanı çənəyə taxıb gəzməklə karantin qaydasına əməl etmək olmur. Maskadan düzgün istifadə etməyənlər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər”.
Qeyd edək ki, maskadan düzgün istifadə etməməyə görə cərimə fiziki şəxslər üçün 100 manatdır.
Şəhid ərinin tabutunu çiyinlərində daşıyaraq nəşini torpağa tapşırmağa aparan qadın...
Hər kəs onu belə tanıdı. Onun kim olduğunu bilmədən bütün Azərbaycan onu sevdi, dəstəklədi, qürur duydu.
Və bu müsahibədə məlum oldu ki, xanımının çiyinlərində daşıdığı o şəhid Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda ön cəbhədə döyüşən və azad Qubadlıya ilk Azərbaycan bayrağını taxan Röyal Cəfərovdur.
Hamımızın Müdafiə Nazirliyinin yayımladığı videoda gördüyü, erməni bayrağını binanın üstündən təpikləyib yerə atan və orada Azərbaycan bayrağını dalğalandıran igid – döyüşçü Röyal Cəfərov!
“Qafqazinfo”nun əməkdaşları şəhid Röyal Cəfərovun Gəncə şəhərinin Sevinc qəsəbəsində yaşayan ailəsi ilə görüşərək Qəhrəmanımızın xatirəsini əbədiləşdirmək üçün onlarla söhbətləşib.
R.Cəfərovun həyat yoldaşı Firuzə Cəfərova deyir ki, ərinin tabutu altına girərkən əlavə heç bir şey düşünməyib: “Bu mənim son borcum idi, Röyalın qarşısında son vəzifəmi yerinə yetirdim”.
Atası Vaqif Cəfərov isə oğlu ilə danışarkən ona əsir düşməkdənsə, şəhid olmağı tapşırdığını deyir.
Röyalı xilas etməyə çalışan döyüş yoldaşı Süleyman Məmmədov həm də onunla birgə hərbi təhsil alıb.
S.Məmmədov döyüş zonasında ayağından yaralanan dostu Röyalın yarasını özünün “jqut”u ilə bağlayıb və sinəsində sürüyərək çıxarmaq istəyib. Bu zaman düşmən snayperi ilə Röyal növbəti dəfə vurulub, ona dəyən güllə çıxaraq dostu Süleymana tuş gəlib və o da yaralanıb. Süleyman onlara tərəf gələn 8 erməni əsgərini güllələyərək öldürüb, sonra isə dostunun meyitinin ermənilərin əlinə keçməməsi üçün yaralı vəziyyətdə özü ilə onu 700 metr daşıyıb.
Röyaldan ailəsinə və Vətəninə yadigar 4 yaşlı Yağmur və 4 aylıq Rüzgar qaldı. Oğluna bu adı özü versə də, onu cəmi bir ay görə bilib.
Son arzusu da bu olub: ailəsini bir də görüb, sonra şəhid olmaq...
Murad Əhməd
Fotolar-Video: Nuran Məmmədov
Azərbaycanda yeni orden təsis olunur.
Bununla bağlı “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilir.
Dəyişiklərlə Azərbaycanda "Zəfər" və "Qarabağ" ordenləri yaradılır.