![]() |
|
Bunu oxu.az-a açıqlamasında BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxslərin azad olunması ilə bağlı qərar münaqişə tərəflərindən asılıdır:
“Komitə bu qərara təsir edə bilmir. BQXK tərəfi, sadəcə, münaqişə tərəfləri əsirləri azad etmə ilə bağlı qərar qəbul etdikdə, digər tərəf həmin şəxsi qəbul etməyə razılıq verərsə, eyni zamanda, əsir düşən şəxsin özü də qayıtmaq arzusunu bildirdikdə əməliyyatın keçirilməsinə dəstək verir”.
“Saxlanılan şəxslər barədə məlumatlar ailə üzvlərinə verilir”, - deyə komitə rəsmisi qeyd edib.
44 günlük davam müharibə Azərbaycanın qələbəsi ilə nəticələndi. Bu gün təklif olunan məsələlərdən biri də şəhid və qazi ailələrinin kommunl xidmətdən pulsuz yararlanmasıdır. Müharibədən sonra kommunl xidmətlər şəhid və qazi ailələri üçün pulsuz ola bilərmi?
Bununla bağlı danışan deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycan dövləti şəhid ailələrinə böyük diqqət və qayğı göstərib:
"Onların sosial problemləri ilə bağlı ardıcıl məqsədəuyğun addımlar atılmaqdadır. Evlə təminatı istiqamətində işlər görülür, sosial durumları daha da yaxşılaşdırılır.
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı dövlətin adıcıl layihələri olub. Bu sahəyə dövlətimiz xüsusi qayğı göstərib. Bildiyiniz kimi, bu yaxınlarda Nazirlər Kabineti İkinci Qarabağ Müharibəsi dövründə Gəncəyə və digər şəhərlərə hücum zamanı öldürülən vətəndaşların şəhid statusu verilməsi ilə bağlı qərar verdi.Artıq İkinci Qarabağ Müharibəsi hərbi yolla həyata keçirilməsi dayandırılıb. Hazırda siyasi müstəvidəyik".
Deputat vurğulayıb ki, hazırda dövlət qurumları ardıcıl və məqsədyönünlü addımları davam etdirir:
"Yəni hansı güzşətlər edilə bilər və bununla bağlı yaxın günlərdə addımların atılması nəzərdə tutulur. Kommunal xərclərin pulsuz olması məsələsi də təklif kimi irəli sürülə bilər. Bu katoqoriyadan olan insanlara dövlət tərəfdən güzəştlər edilir. 44 günlük Vətən müharibəsində şəhid olan və yaralanan oğullarımız oldu. Onlarla bağlı dövlət müəyyən layihələ üzrə işləyir. Hamı əmin olsun ki, İkinci Qarabağ Müharibəsi dövründə də şəhid olan ailələrin sosial təminatının yaxşılaşdırılması və güzəştlərin tədbirlərin görülməsi istiqamətində ardıcıl tədbirləri görməyə davam edəcək. Komunal xərclərlə bağlı məsələ təklif kimi nəzərdən keçirilə bilər. Hazırsa cənab pezident göstəriş verib. Ali Baş Komandan çıxışlarında da qeyd edib ki, şəhid ailələrin evlə təmin olunması istiqamətində dövlət müəyyən işlər görür. Ümumiyyətlə şəhidlərimizin və qazilərimizin rəşadətini yüksək qiymətləndirir. Onların sosial durumunu yaxşılaşdırılması ilə bağlı müvafiq strukturlara göstəriş verilib. Hamı əmin olsun bu insanların rəşadəti, qəhrəmanlığı və gördüyü işləri yüksək qiymətləndiriləcək, ailə üzvlərinin hansısa çətinlik yaşamaması üçün lazım olan addımlar atılacaq". (Sonxeber.az)
Bu gün biz mütəxəssisləri insanların COVİD-19-la bağlı qoruyucu tədbirlərə riayət etmə səviyyəsi qane etmir.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, qapalı məkanlarda bu virusun yayılması üçün daha çox şərait var:
“Ancaq biz onu müşahidə edirik ki, qapalı məkanlarda qoruyucu tədbirlərə riayət etmə bir o qədər də kütləvi xarakter daşımır. İnsanlar onlara dəfələrlə deyilən sadə qaydalara riayət etməlidirlər.
Bu, qapalı məkanlarda xüsusilə olmalıdır. Çünki hazırda hava soyuduğundan biz otaqları qızdırıcı sistemlərlə isidirik və havalandırmırıq. Əgər hava dəyişdirilmirsə, təmaslar yaxın olursa, belə şəraitdə yoluxma ehtimalı daha çox olur".
Mütəxəssis deyib ki, qapalı məkanlarda, xüsusilə mülayim temperatur və rütubətin az olduğu yerlərdə nəinki asqıranda və öskürəndə, hətta hündürdən danışdıqda da, virus hissəcikləri ətrafa yayılır:
"Ancaq bu hissəciklər daha kiçikdir, onların məsafə qət etməsi daha uzundur. Bu, o deməkdir ki, belə şəraitdə həmin hissəciklər daha uzun müddət havada qalaraq daha aralıda olan insanları yoluxdura bilər.
Buna görə də biz otaqları havalandırmaqla yanaşı, eyni vaxtda otaqda olan insanların sayını azaltmalıyıq.
Təsadüfi deyil ki, Nazirlər Kabineti yanında Operativ Qərargah da müəssisələrə, hətta özəl müəssisələrə də işçilərin sayını 30 faizədək azaltmağı tövsiyə edib”.
Bu barədə "Ölkə.Az"a FHN-dən məlumat verilib.
Belə ki, özünüzün və yaxınlarınızın sağlamlığı və təhlükəsizliyi naminə çox sadə üç qaydaya əməl etmək kifayət edər:
bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskadan istifadə edin;
başqa şəxslərlə minimum iki metr sosial məsafə saxlayın
əllərinizi tez-tez sabunla yuyun və ya spirt tərkibli məhlulla dezinfeksiya edin.
Özünüzdə və yaxınlarınızda koronavirusa yoluxmanın əlamətlərini (hərarətin yüksəlməsi, boğazda qıcıqlanma və ağrı, quru öskürək, təngənəfəslik) müşahidə etdikdə dərhal təcili tibbi yardıma müraciət edin. Unutmayın: qaydalara biganəlik – həyatımıza təhlükədir!
“Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarı var. Yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir”.
Bu barədə “Report”un sorğusuna Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis mayoru Elşad Hacıyev bildirib.
“İctimai yerlərə insanların daha çox olduğu - küçə, prospekt, park, məhəllədaxili yerlər daxildir. Başqa sözlə, ictimai yer insanların yaşadığı evin kandarından başlayır. Yəni, iki və daha artıq şəxsin hərəkət etdiyi yer ictimai yer hesab olunur.
Qaydaların qapalı yerlərlə yanaşı, açıq hava altında olan istifadəsi məcburi xarakter daşıdığına görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir”, - DİN əməkdaşı deyib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, qəhrəman əsgərlərimizdən biri bayrağı Şahbulaq qalasının divarlarından birinə sancır, ardınca isə hərbi salam verir.
Qeyd edək ki, Şahbulaq qalası 1751-1752-ci illərdə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilib.
Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Əziz Səncər Ermənistanın 17 oktyabr tarixində Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb.
Bu barədə "Ölkə.Az"a Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən bildirilib.
Əziz Səncər BBC-də yayımlanmış xəbərə (//www.bbc.com/news/av/world-europe-54650502) istinadən Xədicənin həyatında baş vermiş bu faciəvi hadisədən kədərləndiyini və müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, erməni silahlı bölmələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı ev dağılıb. Ermənistan ərazisindən atılan raketin yaratdığı dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarılıb.
Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurban olublar.
Azərbaycan hərbçiləri Dağlıq Qarabağda atəşkəs bəyanatına əsasən respublikaya təhvil veriləcək Ağdam rayonuna daxil oldular. Bu ərazi tərk edilmiş ən böyük şəhərlərdən birinə ev sahibliyi edir.
Ağdamın hekayəsi “RİA Novosti”nin fotoreportajında.
Bir vaxtlar tarixi abidələri ilə məşhur olan canlı bir şəhər idi.
İndi Xankəndindən 26 kilometr və Bakıdan 365 kilometr məsafədə yerləşən Ağdam boşdur.
1990-cı illərdə Qarabağ müharibəsində şəhər şiddətli döyüş meydanına çevrildi.
Ağdam demək olar ki, tamamilə məhv edildi.
Binalar tam dağılmayıb. Bunlardan biri də 19-cu əsrin ikinci yarısında tikilən Cümə məscididir.
Ağdamdakı Cümə məscidi.
Müharibədən əvvəl şəhərdə fabriklər, dəmir yolu stansiyası, tibb, musiqi, kənd təsərrüfatı məktəbləri və teatr fəaliyyət göstərirdi.
Ağdamın görməli yerlərindən biri də Çörək Muzeyi idi. Burada qədim eksponatlar saxlanılırdı: qiymətli əlyazmalar, qədim alətlər, nadir taxıl növləri...
2000-ci illərdə “Lonely Planet” jurnalı Ağdama “Qafqazın Hirosiması” adını verdi.
Eyni zamanda Ağdama “Ruhlar şəhəri” adı verildi.
Şəhərin dağılmış hissəsinin mənzərəsi