AQTA-dan toy açıqlaması

"Əksər şadlıq saraylarının restoran kimi fəaliyyəti var. Həmin ictimai iaşə obyektlərinin toylar formasında yox, vətəndaşlara restoran vasitəsi ilə xidməti var".

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, Agentlik əməkdaşları pandemiya dövründə şadlıq sarayları ilə əlaqədə olub: “Yəni restoranı, kafesi olan şadlıq sarayları nəzarət olunan məsələlərlə yaxından tanışdılar. Bu, imkan verəcək ki, toylara icazə verildiyi halda şadlıq saraylarında həmin tələblər daha rahat yerinə yetirilsin. Çünki bununla bağlı metodiki təlimatlarımız da var, dövrü olaraq şadlıq sarayları ilə görüşlərimiz olur. Toylara icazə verildiyi halda bütün şadlıq sarayları ilə əvvəlcədən həmin metodiki göstəricilər və qərarlar  üzrə maarifləndirmə tədbirləri həyata keçirəcəyik. Çünki toylara icazə verilsə, bu ,ən yüksək yoluxma riski olan sahələrdən biri olacaq. Bu mənada bununla bağlı tənzimləyici normalar müəyyənləşdiriləcək, eyni zamanda müvafiq nəzarət tədbirləri həyata keçiriləcək”.

Avropa ölkələrində koronavirus pandemiyasının ikinci dalğası yayılmağa başlayıb. İngiltərə, İspaniya, Fransa, Almaniya, İtaliyada vəziyyət yenidən kritik həddə doğru gedir. Sözügedən ölkələrdə epidemioloji vəziyyətin pisləşməsi, həmin ölkələrdə yoluxmaya qarşı qabaqlayıcı tədbirlərin yenidən sərtləşdirilməsi zərurətini ortaya çıxarıb.

Belə bir məqamda Azərbaycanda yoluxmanın kontrolda saxlanılması oktyabrın 1-də başa çatacaq xüsusi karantin rejiminin uzadılmaması, toylarla bağlı qadağanın aradan qaldırılması kimi məsələləri gündəmə gətirir.

Milli.Az-a açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev toylarla bağlı icazənin mümkün olduğunu bildirib:

"Xüsusi karantin rejimin yenidən uzadılıb-uzadılmaması önəmli deyil, önəmli olan karantin rejimin şərtləridir.

Rejim uzadıla bilər, amma hansı şərtlər daxilində?! Hazırkı karantin rejimi uzadılsa belə, rayonlar, şəhərlərarası məhdudiyyətlər yoxdur. Kafelər, restoranlar da saat 12-yə kimi işləyir. Düzdür, bir çox bəzi əyləncə mərkəzləri açılmasa da, insanların ehtiyaclarını qarşılayacaq yerlər açıqdır. İnsanlar artıq rahat çölə çıxa bilirlər, əvvəlki kimi sms icazə və digər məhdudiyyətlər yoxdur. Bu şərtlər daxilində karantin rejiminin gündəmdə olması normaldır. Çünki Avropanın bir çox ölkələrində COVİD 19-la bağlı epidemioloji vəziyyət artıq yenə kritik həddə çatıb. Düşünürəm ki karantinin müddəti uzadılmalıdır. Ancaq şərtlər isə günümüzdəki yoluxma hallarının sayına uyğun olaraq tənzimlənməlidir. 

Amma toyların keçirilməsi icazəsiylə bağlı bir fikir söyləyə bilmərəm. Mövcud vəziyyətdə hansı şərtlər daxilində toylara icazə verilə bilər?! Havaların soyuduğu bir vaxta gedirik. Açıq havada da toy etmək olmaz. Düşünürəm, qapalı şəraitdə bəlkə də az insanların olduğu bir mühitdə toy etmək olar. Amma toylarla bağlı icazə mənim səlahiyyətim daxilində deyil".

Pensiyaçının bank hesabına köçürülmüş vəsaitin idarə olunması pensiyaçının səlahiyyətindədir və pensiyaçının həmin vəsaiti kartlarında nə qədər müddətə saxlamasına məhdudiyyət qoyulmayıb.
Modern.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

R.Mehdilinin sözlərinə görə, yəni pensiyaçı öz vəsaitini istədiyi vaxt çıxara bilər.

O qeyd edib ki, DSMF tərəfindən pensiyaçının hesabına köçürülən sosial ödənişlərin, o cümlədən pensiya vəsaitlərinin saxlandığı bank hesablarının elektron hücumlardan qorunması da təmin edilir:

“Pensiya kartlarını pensiyaçılara təqdim edən ödəniş müəssisələri (banklar) qanunveriiliklə müyyən edilmiş vəzifələrinə uyğun olaraq bunu təmin edirir”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur dəyişikliyi olub.
TƏBİB-dən bildirilib ki, dəyişikliyə əsasən, qurumda mətbuat xidməti vəzifəsi ləğv olunub.

Bundan sonra mətbuatın sorğuları İctimaiyyətlə əlaqələr şöbəsinin daxilində cavablandırılacaq.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva qurumun Vətəndaş müraciətləri ilə iş şöbəsinə müdir təyin edilib.

Qurumda yeni yaradılan Sənədlər və Vətəndaş Müraciətləri ilə İş departamentinin müdiri vəzifəsinə isə Aygün Əliyeva təyinat alıb.

"COVID-19 peyvəndi ilə insanları çipləşdirmək şayiədir, elmi əsası yoxdur”.

Bunu TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan "Diqqət mərkəzi” verilişində deyib:

"Çipləşdirmə məsələləri artıq modern dünyanın bir istiqamətinə çevrilib. Yəqin insanlar onun üzərindən belə fikirləşirlər.

Hətta insanlar könüllü şəkildə gedib uşaqlarını və özlərini çipləşdirirlər. Ancaq çox təəssüf ki, insanlar COVID vaksini haqqında fikirləşərkən onların ağlına dərhal çipləşmə məsələsi gəlir.

Bu fikirlərin heç bir əsası yoxdur. İnsanları kimsə çipləşdirmək istəsəydi, onu başqa üsullarla edərdilər. Ən azından onu körpələrə vurulan vaksinlərin tərkibində edərdilər. Daha bu cür bütün əhali kütləsinə nəzərdə tutulan preparatla yox.

Mənə elə gəlir ki, bu iddia əsassızdır, kimlərinsə ortaya atdığı, hansı məqsədlərə xidmət etdiyi məlum olmayan, tam əsassız bir şeydir.

(qafqazinfo)

Operativ qərargahın qərarına əsasən, bulvar və parklarda uşaq əyləncə mərkəzləri, atraksionlar işləməməlidir. Amma valideynlər övladları əyləncədən geri qalmasın deyə, bu qadağaya məhəl qoymur.

"Ölkə.Az" bildirir ki, Baku Tv mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

“Olmaz, qoymasınlar. Açırlar, uşaqlar da istəyir”, - övladı virusdan bixəbər əylənən valideyn deyir.

Bu karuselləri işlədən şəxslərdən soruşduqda isə belə bir qərardan xəbərdar olmadıqlarını və açıq havada olan atraksionlarda virus təhlükəsinin olmadığını bildirdilər.

Baku TV-nin əməkdaşları üz tutduqları digər parkda da eyni mənzərə ilə qarşılaşıblar: Yenə biganə valideynlər, yenə qaydaları pozan atraksion işçiləri. Maraqlısı isə odur ki, atraksionları bir manat qarşılığında işlədən şəxslər burada heç bir problem olmadığını və uşaqların, özlərinin virusa yoluxmayacaqlarını zənn edirlər. Valideynlər isə soyuqqanlı şəkildə bu atraksiondan uşaqların istifadəsinə icazə verirlər.

Parkın işçisi deyir ki, açıq havada icazə verilir:

“Buradan 15-20 nəfər çörək qazanır. Böyük bir sıxlıq yoxdur”.

Dənizkənarı Bulvar ərazisində, Nərimanov, Hüseyn Cavid parkında isə operativ qərargahın qaydalarına tam əməl olunur.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində ölkədəki epidemioloji vəziyyət haqqında danışıb.

O qeyd edib ki, tez-tez səslənən karantin şərtlərinin sərtləşəcəyi fikrinə inanmır: 

“Birincisi, epidemioloji vəziyyət tam nəzarət altındadır. İkincisi, daimi olaraq dövlət qurumları, səhiyyə qurumları bu barədə qabaqlayıcı tədbirlər görür. Belə davam etsə, insanlarımız qorunma tədbirlərinə əməl etsə,  inanmıram ki, gələcəkdə hər hansı sərtləşdirici karantin tədbirləri olsun.

Ola bilər ki, yoluxmaların sayında artım görülsün. Bu da bizim özümüzdən asılıdır. Yoluxmanın artması o deməkdir ki, hansısa şərtləri gözləmirik”.

Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejiminin sentyabrın 30-da bitməsi gözlənilir.

Lakin bəzi mütəxəssislər onun uzadılacağı ilə bağlı fikirlər səsləndirirlər. Bu həftə Azərabycanda karantin rejimi yenidən uzadılacaq?

Bununla bağlı danışan Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirib ki, Azərbaycanda karantin rejimi yenidən uzadılacaq, çünki koronavirusdan canımızı qurtarmağın effektli yolu tapılmayıb:

“Bu gün önəmli olan sağlıqdır. Peyvənd tapılana kimi karantin rejimi davam etdirilməlidir. Bir qədər səbrli olub, qaydalara əməl edərək bu xəstəlikdən qorunmalıyıq”. konkret.az

Azərbaycanda sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz  26-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz  olacaq.  

Sentyabrın 25-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz  bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz  14-17 dərəcə isti olacaq.   

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 25-26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbulun nəticələrini açıqlayıb. Bu gün tələbə adı qazananlar sırasında 2014-cü ildə Kəlbəcərdə erməni cəlladları tərəfindən qətlə yetirilən Həsən Həsənovun qızı Özləm də var.

Bu barədə Modern.az-a Özləmin əmisi Nail Həsənov bildirib.

N.Həsənov qeyd edib ki, Özləm Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub.

Həmçinin,  N.Həsənovun  öz qızı Sibel Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.
 

Xəbər lenti