Şuşa şəhərinə növbəti köç karvanı yola salındı

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Şuşa şəhərinə Bakı şəhərindən – 26 (89 nəfər), Bərdə rayonundan – 3 (12 nəfər), Sumqayıt şəhərindən – 2 (10 nəfər), Ağcabədi rayonundan – 2 ailə (8 nəfər), Samux rayonundan – 2 (6 nəfər), Zaqatala rayonundan – 1 (5 nəfər), İsmayıllı rayonundan – 1 (3 nəfər), Ağdaş rayonundan – 1 ailə (3 nəfər) olmaqla ümumilikdə daha 38 ailə – 136 nəfər köçürülür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 58 ailə (224 nəfər) köçürülüb.

Dövlət Agentliyindən işsizlərə MÜRACİƏT » HR Azərbaycan - Azərbaycanın ilk  İnsan Resursları portalı

Yol-xeber.az" xəbər verir ki,   Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində çox mühüm işlər aparılır. 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. 

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu çərçivədə ağacəkmə aksiyaları davam etdirilir.  

Aksiya zamanı Bakı Dairəvi I yolunun, Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında 7 440 ədəd Eldar şamı, qızılgül və həmişəyaşıl kol bitkiləri əkilib.  

Ağacəkmə aksiyaları respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolaqlarında da keçirilib. Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Gəncə-Qazax hissəsinin, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi və Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yollarının mühafizə zolaqlarına ümumilikdə 31 591 ədəd Eldar şamı, iydə, ağcaqayın, akasiya, sərv və digər müxtəlif növ ağac əkilib.

Qeyd edək ki, cari il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolaqlarında ümumilikdə 39 031 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilmişdir. Əkilən ağacların böyük hissəsi Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-lərinin tinglik sahələrində yetişdirilmişdir.  

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu kimi tədbirlər davam etdirilir.  

YOLUNUZ AÇIQ OLSUN...

Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO

Xocalıda yenidənqurma işləri davam edir. Malıbəyli kəndi müasir görkəmə qovuşur.

Hazırda 120 fərdi yaşayış evində işlər davam etdirilir. Qaz, işıq və su xətləri çəkilir.

Bu il isə Malıbəyliyə köç başlayacaq. Tikilən ilk 50 evin yay aylarında təhvil verilməsi planlaşdırılır.

Daha ətraflı "ATV Xəbər"in süjetində:

Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib.

Nazirlikdən daxil olan müraciətdə deyilir:

“E-poçt və ya daxil olan zəngə cavab olaraq şəxsi məlumatlarınızı verməyin. Əgər kimsə sizə zəng edərək bank kartı nömrəsi kimi şəxsi məlumatlarınızı soruşursa, bunun fırıldaq olduğunu fərz edin. Xaricdə olan cinayətkar qruplar orada yaşayan azərbaycanlıları bu fəaliyyətə cəlb etməsi bağlı faktlar var. Danışıqları, yazışmaları həmin şəxslərin vasitəsilə aparırlar”.

Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır”
“İşğaldan azad olunmuş Şuşa ilk sakinlərini bütün Azərbaycan xalqı üçün son dərəcə əlamətdar bir gündə qəbul etdi. May ayının 10-da, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə Ölkə Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Bu gözəl tarixi hadisə münasibətlə şuşalıları təbrik edən dövlət başçısı sakinlər qarşısında çıxış edərək bir daha bildirdi ki, 2003-2020-ci illər ərzində torpaqlarımızı işğaldan azad etmək və bütün keçmiş köçkünləri öz doğma yurdlarına qaytarmaq üçün ciddi hazırlıq işləri aparıldı, ölkənin iqtisadiyyatı gücləndirildi, möhtəşəm ordu potensialı yaradıldı. Torpaqlarımızı öz canı-qanı bahasına azad edən gənc nəsil yetişdirildi. Azərbaycan xalqı göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq sayəsində bütün dünya xalqlarının hörmətini qazanıb.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
       
Deputat Prezident İlham Əliyevin uzun illər ərzində torpaqlarımızın işğaldan sülh yolu ilə azad olunması üçün bütün vasitələrdən istifadə etdiyini xatırladıb: “Ermənilər hesab edirdilər ki, onlar Azərbaycan torpaqlarını əbədi işğalda saxlaya biləcəklər. Onlarda bu əminliyin yaranmasında ermənilərin havadarlarının, daha dəqiq desək, Cənubi Qafqazda öz maraqları naminə Ermənistanı marionet ölkə kimi yönəldən qüvvələrin də böyük rolu olmuşdu. Lakin nə onların təhrikləri, nə də ermənilərin öz “məğlubedilməzlikləri” barədə miflərə inanmaları nəticə verdi. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşdi və öz haqqını döyüş meydanında bərpa etdi. Vətən müharibəsinin gedişində məhz Şuşanın azad edilməsi müstəsna əhəmiyyət kəsb edən qələbə oldu. Dövlət başçımızın dediyi kimi, bu qələbə düşmənin belini qırdı. Məhz Şuşanın azad edilməsindən sonra ermənilər anladılar ki, daha müqavimət göstərmək iqtidarında deyillər və ondan sonra, 2020-ci il noyabrın 10-da səhər saatlarında Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə dayandı.”
       
K.Qafarov bir faktı da qeyd edib ki, Prezident İlham Əliyev Şuşasız qələbəmizin tam olmayacağı fikrini daim ön plana çəkirdi: “Dövlət başçımız Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində davamlı olaraq dünyanın aparıcı media qurumlarına müsahibələr verirdi. Bu müsahibələrdən birinin gedişində cənab Prezident qəti və birmənalı olaraq bildirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq. Artıq bundan sonra hər kəs anladı ki, Şuşa azad olunmadan hərbi əməliyyatlar dayanmayacaq. Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Daha sonra- keçən ilin sentyabr ayında Azərbaycan heç bir kənar qüvvə ilə hesablaşmadan keçirdiyi antiterror əməliyyatı nəticəsində öz tarixi, əzəli torpaqlarını işğalçılardan azad etdi. Dünya bir daha dövlətimizin gücünü, Azərbaycan Prezidentinin yenilməz siyasi iradəsini gördü. Bununla da Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi. Bu gün Şuşanın yeni tarixi yazılır. Bu gün bütün dünya cənab Prezident İlham Əliyevin 2020-ci il noyabrın 8-də xalqa etdiyi müraciətində Şuşanın dirçəldiləcəyi barədə dediyi sözlərin necə gerçəkliyə çevrildiyinin şahididir” .
image_20240510145156.jpg

Yol-xeber.az" xəbər verir ki,  Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü çərçivəsində Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı nəticəsində paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib. 

Tədbirdə hər iki qurumun rəhbər şəxsləri, polis əməkdaşları və nazirliyin hərbi qulluqçuları iştirak ediblər. 

Azərbaycan təbiətinin böyük hamisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirdə yerli iqlimə uyğun olaraq minə yaxın Eldar şamı əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.

06711222-0566-4647-a098-fbdba551f315

a65b2332-493a-4dee-adcb-2646533f9635

Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

Bu gün “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olacaq.

 Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 13-dək davam edəcək festival Şuşa şəhəri ilə yanaşı, həm də Laçın şəhərində keçirilir.

Festivalın proqramı iştirak edəcək ifaçıların zənginliyi ilə yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq.

Bu ərəfədə Şuşada Cıdır düzündə festivalın son hazırlıqları olub.

Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıbParisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü çərçivəsində XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın Fransanın Evian-le-Bən şəhərindən gətirilmiş abidəsi Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinin həyətində yenidən ucaldılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransa və Monakoda fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva abidənin tarixi haqqında məlumat verib. Azərbaycanın şairəsi Xurşidbanu Natəvanın heykəlinin belə bir tarixi gündə yenidən ucaldılmasının rəmzi əhəmiyyəti olduğunu bildirib.

Qeyd edib ki, 2017-ci ildə İsmayıllı və Fransanın Evian-lö-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində, Leman gölü sahilində "Azərbaycan parkı"nın rəsmi açılış mərasimi olub. Eyni zamanda, İsmayıllı şəhəri tərəfindən Xurşidbanu Natəvanın heykəli Evyan-lö-Bən şəhərinə hədiyyə edilib. Abidə “Azərbaycan parkı”nda ucaldılıb. Ancaq 2023-cü ilin dekabr ayının 18-də radikal qüvvələr abidəyə qarşı vandalizm aktı törədib. Evyan-lö-Bən şəhəri meriyasının qərəzli mövqeyi bir neçə ay davam edib, abidənin bərpası və təmizlənməsi istiqamətində heç bir addım atılmayıb. Həmçinin, meriya gələcəkdə bu abidəyə qarşı vandalizm aktının təkrarlanmayacağına zəmanət vermədiyi üçün Azərbaycan tərəfi həmin abidəni geri götürüb. Qısa zamanda təmizlənmiş və bərpa edilmiş heykəl Parisdə Eyfel qülləsinin yanında yerləşən Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinin həyətində yenidən ucaldılıb.

Abidənin açılışında Fransada yaşayan azərbaycanlı opera müğənnisi Timur Abdikeyev “Sevgili canan” romansını ifa edib.

Xatırladaq ki, sözügedən vandalizm aktından sonra İsmayıllı rayon icra hakimiyyəti Evian-lö-Bənlə dostluq və əməkdaşlıq xartiyasını ləğv edib.

Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıbXurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO

Türkiyədə toyuq ətinin qiyməti 200 faiz bahalaşıb. Bunun qarşısını almaq üçün hökumət müəyyən addımlar atmağa başlayıb.

Belə ki, Türkiyə Ticarət Nazirliyi quş ətinin ixracına müvəqqəti qadağanı nəzərdə tutan yeni qanun layihəsi hazırlayıb.

Maraqlıdır, bu hal ölkəmizdə quş ətinin qiymətinin artması ilə nəticələnə bilər?

Məsələ ilə bağlı ARB TV-nin efirində yayımlanan verilişlərin birində Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənli, ölkəmizin Türkiyədən quş əti idxalının çox az olduğuna görə qardaş ölkədə son baş verənlərin Azərbaycana təsiri olmayacağını deyib.

O, ölkəmizdə quş ətinə illik hesabatın 160-170 min ton civarında olduğunu bildirib.

“Ölkəmizə quş ətinin idxalı, əsasən Ukrayna, Belarus və Rusiya kimi MDB ölkələrindəndir”, - deyə Mürvət Həsənli qeyd edib.

Ətraflı videosüjetdə:

Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Şənbə günü Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın əksər rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.

Xəbər lenti