“Hər bir vətəndaş əmin olsun ki, onu narahat edən hallara qarşı polis barışmaz mövqedədir”

“Cinayətlə bağlı məlumatlar məxfilik təmin olunmaqla nəzarətə götürülür”

Vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təminatı üçün tərəfimizdən bütün zəruri tədbirlərin həyata keçirilməsi təmin olunur. Fəaliyyət sahəmizə daxil olan, ictimai münasibətləri təhdid edən sosial neqativ hallarla bağlı daxil olan bütün müraciətlər, istisnasız olaraq araşdırılır. Heç bir müraciətə etinasızlıq göstərilmir".

Bu barədə Avtosfer.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, vətəndaşların müraciət etməsi üçün DİN-in "102 Zəng Mərkəzi" daxil olmaqla, internet-informasiya resurslarından, eləcə də sosial şəbəkələrdən geniş imkanlar yaradılıb: "Müraciətin məzmunundan asılı olmayaraq, hər bir müraciət diqqətlə öyrənilir. Vətəndaşları narahat edən hallar, xüsusilə qeyri-aşkar şəraitdə cinayətə meyilli şəxslərin əməlləri ilə bağlı məlumatlar məxfilik təmin olunmaqla nəzarətə götürülür, ən müasir metodlar tətbiq olunmaqla yoxlanılır. Vətəndaş heç bir ərazi polis orqanına dəvət olunmadan, sorğu-suala çəkilmədən təxirəsalınmaz qaydada müvafiq tədbirlər həyata keçirilir.

 

Hər bir vətəndaş əmin olsun ki, onu narahat edən hallara qarşı polis barışmaz mövqedədir, cəmiyyəti təhdid edən istənilən hala qarşı mübarizədə onun yanındadır, onun maraq və mənafelərinin mühafizəçisidir. Polis haqqında ictimai fikrə yönəldilən böhtan və yalanlar polisin fəaliyyətinə kölgə salmaqda aciz görünür. Nəzərə alınmalıdır ki, istisnalar ümumi mənzərəni dəyişə bilməz.

Polis Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biri olmaqla, fəaliyyətini gündən-günə təkmilləşdirir, formalaşdırır. Dövrün çağırış və təhdidlərinə laqeyd yanaşmır, fasiləsiz olaraq, vətəndaş maraqlarının keşiyindədir.

Qanunla dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələri var. Hər kəsin üzərinə vəzifələr yalnız Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir".

Yol polisinə tabe olmayan şəxs həbs olundu: 30 gün
Yol polisləri həmin şəxsi saxlayaraq aidiyyəti üzrə 16-ci polis bölməsinə təhvil verib

Yanvar ayının 27-i saat 13:00 radələrində Nərimanov rayon Ziya Bünyadov prospektində yerləşən “Bazar Store” alış-veriş mərkəzinin yanında bir şəxs uca səslə vətəndaşları təhqir edərək narahatlıq yaradıb. Bu barədə Avtosfer.az-a oxuculardan biri məlumat verib. Bildirilib ki, ətrafda olan insanlar ərazidə  99-YP-352 dövlət nömrə nişanlı, yol polisinə məxsus avtomobildə xidmət aparar inspektorlara yaxınlaşaraq şikayət ediblər.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həmin şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. "Vətəndaşlar ərzidə xidmət aparan polis baş serjantı Murad Salahzadə və serjant Məhəmməd Nəzirova məlumat veriblər. Yol polisi əməkdaşları dərhal vətəndaşların verdiyi məlumat əsasında həmin şəxsə yaxınlaşıb. Onu qanunun tələblərinə tabe olmağa dəvət ediblər. Eyni zamanda vətəndaşları narahat etdiyini və bu əməlin qanunazidd olduğunu bildiriblər. Lakin həmin şəxs yol polislərinin qanuni tələblərinə tabe olmayıb. Yol polisləri həmin şəxsi saxlayaraq aidiyyəti üzrə 16-ci polis bölməsinə təhvil verib."

Vaqif Əsədov bildirib ki, araşdırma zamanı məlum olub ki, qanunu pozan şəxs 1994-cu il təvəllüdlü, Masallı rayon sakini İbrahibov Hacıbala Ehtiram oğludur. "Onun barəsində toplanmış sənədlər aidiyyəi üzrə rayon məhkəməsinə göndərilib. Rayon məhkəməsi 1994-cu il təvəllüdlü, Masallı rayon sakini İbrahibov Hacıbala Ehtiram oğlu barəsində İnzibatı xətalar məcəlləsinin 510 və 535-ci maddəsini pozduğu üçün 30 gün həbs qərarı çıxarıb."

 

Şöbə rəisi bir daha vətəndaşların nəzərinə çatdırıb ki, qanunazidd əməllərə yol verməsinlər və eyni zamanda polisin qanuni tələblərinə tabesizlik göstərməsinlər. 

Agentlik: Təcili yardım maşını çağıranda gözləmə müddəti yoxdur və ödəniş edilmir
Bu da statistik göstəricilər və daxil olan müraciətlər əsasında vətəndaşların istifadəsinə təqdim olunacaq

İcbari tibbi sığorta təminatında gözləmə müddətinin şərtləri açıqlanıb.

"Report" xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlərin tarifləri şöbəsinin koordinatoru Səbinə Quliyeva gözləmə müddətinin icbari tibbi sığorta təminatına daxil olan tibbi xidmətlərin növündən və vətəndaşın vəziyyətindən asılı olaraq hər hansı bir tibbi xidmətin göstərilməsi üçün maksimal müddət olduğunu deyib. 

O bildirib ki, ambulator xidmət 14 gün ərzində təşkil edilməlidir: "Planda stasionar tibbi xidmət 20 gün ərzində təqdim edilməlidir. Təcili tibbi və təxirəsalınmaz yardım isə dərhal vətəndaşa təqdim edilməlidir. Əgər belə hal yaransa müştərək maliyyələşmə məbləği ödənilmir. Təcili yardım maşını çağıran zaman gözləmə müddəti tətbiq edilmir". 

 

S.Quliyeva qeyd edib ki, xidmətlər zərfinə daxil olan xidmətlərin sayı ildən ilə mütəmadi şəkildə təkmilləşdiriləcək: "Bu da statistik göstəricilər və daxil olan müraciətlər əsasında vətəndaşların istifadəsinə təqdim olunacaq". 

Agentlik rəsmisi vurğulayıb ki, əhalinin tibbi yardım almasını təmin edən xidmətlər zərfinə 2550 xidmət daxildir: "Xidmətlərin böyük hissəsi stasionar terapektik, cərrahiyyə və ambulator xidmətlərdir. Əgər vətəndaş ailə həkiminə müraciət etmədən qeydiyyatda olduğu tibb müəssisəsinə birbaşa ixtisaslı yardım almaq üçün müraciət edərsə, onda müştərək maliyyələşmə məbləği ödəməlidir. Ailə həkiminin göndərişi olmadan yalnız hamilə qadınların ixtisaslı həkimlərə müraciət etməsinə icazə verilir". 

Ekspert yol polisindən danışdı - İslahatlar nəticə verməyə başlayıb
Xəyal Məmmədxanlı: "Cərimədən çox maarifləndirmə aparılması təqdirəlayiq haldır”

"Son günlər paytaxt Bakıda tıxaclar kəskin şəkildə azalıb. Əvvəllər xüsusilə günün pik vaxtlarında saatlarla tıxacda qalırdıq. Hazırda isə şəhərin giriş-çıxışları istisna olmaqla belə hallar yoxdur, olsa da hərəkət tam dayanmır. Düşünürəm ki, yol polisinin fəaliyyəti nəticəsində bu bəladan tamamilə xilas olacağıq”. Bu sözləri Yol-xeber.az-a sığorta eksperti, deputatlığa namizəd Xəyal Məmmədxanlı deyib. Onun sözlərinə görə, DYP sistemində aparılan son islahatlar artıq nəticəsini verməyə başlayıb. "Cənab nazir Vilayət Eyvazov yol polisində dəyişikliklər edəndən sonra müsbət tendensiyalar müşahidə olunur. İnspektorların daha çox sıxlıq olan küçə və prospektlərdə xidmət aparması təqdirəlayiq haldır. Nəqliyyat axınının tənzimlənməsi vacib şərtdir. Odur ki, yol polisinin nizamlayıcı olaraq fəaliyyət göstərməsi həm sürücülər, həm də piyadaların hərəkəti üçün önəmlidir. Bəzən nizamlanmayan piyada keçidlərində piyadalar yolu bir-bir keçir. Bu isə tıxaca səbəb olur. Amma yol polisləri keçidlərdə xidmət aparır və bu tənzimlənmə həm piyadaların yolu təhlükəsiz keçməsi, həm də hərəkət axınının bərpa olmasına səbəb olur".
Ekspert xüsusilə "20 Yanvar", 3-cü mikrorayon dairəsi, "Şamaxinka", "Babək prospektinin sonu" kimi tanınan ərazilərdə yol polislərinin fəaliyyəti nəticəsində tıxacın azaldığını vurğulayıb. "Şəhərin obrazlı desək, ən yararlı yerləri hesab olunan nöqtələrdə hərəkətin təhlükəsizliyi və intensivliyi var. Təbii ki, burada yolun hərəkət hissəsinin taksi və avtomobillər tərəfindən tutulması xüsusilə rol oynayırdı. Yol polisinin dayanma-durma üçün cərimə yazmaq səlahiyyəti olmasa da, hərəkət axınının tənzimlənməsi əsas vəzifəsidir. Odur ki, yolun hərəkət hissəsində park edilmənin qarşısının alınması da tıxacların yaranmasını azaldır. Eyni zamanda avtobus dayanacağının digər sürücülər tərəfindən zəbt edilməsi də böyük problem idi. Hazırda bunun da qarşısı yol polisləri tərəfindən alınır. Nəticədə avtobuslar dayanacağa rahat girir, ikinci sırada dayanmır, bu da tıxacın qarşısını alır."
Xəyal Məmmədxanlı yol polisi rəhbərliyinə təşəkkür də edib. "Yeni rəhbərliyə bu addımlara görə təşəkkür edirəm. Düşünürəm ki, bu proses davamlı olacaq və nəticədə insanlarda bu kimi qayda pozuntularını etməmək mədəniyyəti formalaşacaq. Eyni zamanda cərimədən çox maarifləndirmə aparılması da təqdirəlayiq haldır”.
Ekspert deyib ki, tıxacın, sıxlığın azalması istər-istəməz yol qəzalarının da sayının azalmasına gətirib çıxarır. "Bu da o deməkdir ki, sığorta hadisələri azalır və dövləti iqtisadi ziyan dəymir. Ümid edirəm ki, yaxın gələcəkdə yol qəzalarının sayını kəskin şəkildə azaltmaqla sığorta hadisələrini minimuma endirmiş olacağıq”. 
Xəyal Məmmədxanlı həm də əlavə edib ki, seçki platformasındakı ən əsas məsələlərdən biri də elə yol hərəkətinin təhlükəsizliyidir.

 

 

 
Vaqif Əsədov Bakıda baş verən qəzaların görüntülərini yaydı və... - VİDEO
"Yollarda hərəkət iştirakçılarının məsuliyyəti əsas şərtlərdən biridir

"Paytaxtda hərəkətin etibarlı təhlükəsizliyi istiqamətində kompleks maarifləndirmə tədbirlərin genişləndirilməsi diqqət mərkəzindədir". Bu fikirləri Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib

Onun sözlərinə görə yeni dövrün çağırış və təhdidləri, yol-qəza hadisələrinin faktlar üzrə təhlilləri göstərir ki, yollarda hərəkət iştirakçılarının məsuliyyəti əsas şərtlərdən biridir. Bunu nəzərə alaraq, ötən il qeydə alının hər bir yol-qəza hadisəsi faktlar üzrə ayırı-ayırılıqda nəzərdən keçirilib.

Qabaqlayıcı profilaktik tədbirlərin səmərəli təşkil edilməsi, yeni məzmunda təbliğat və təşviqatın yaxşılaşdırılması üçün cəmiyyətin hər bir üzvünün fəallığı tələb olunur. Bu tələb, hər bir hərəkət iştirakçısının məsuliyyətdən, qanunlara ehtiramından, başqalarının hüquq və vəzifələrinə rəğbətindən asılıdır.

 

Şərh etmədən bir sıra yol-qəza hadisələri ilə bağlı “Təhlükəsiz Şəhər” kameralarının qeydə aldığı faktları diqqətə çatdırırıq. Görünən odur ki, tərəflərin yol hərəkəti qaydalarına ehtiyatsız münasibəti, piyada səhlənkarlığı, sürücü diqqətsizliyi hadisələrin baş verməsinə real zəmin yaradır.

Məqsədimiz real, montaj olunmadan qeydə alınan hadisələrin – sürət həddinin aşılması, hərəkət istiqamətində diqqətsizlik, qarşı hərəkət zolağına çıxma, təyin olunmayan yerlərdən hərəkət, yol ayrıclarında, yol kəsişmələrində tələblərin pozulması və digər xətalar insan təlafatına, xəsarət və əmlakın zədələnməsi ilə nəticələnir.

 

 
Yol polisinin dairədə 7 "kruq" vurmasının səbəbi - AÇIQLANIB - VİDEO
“Hyundai Tucson” markalı avtomobildən başqa hər hansı nəqliyyat vasitəsi saxlanılmayıb

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairədə DYP əməkdaşlarının sürücülərə tələ qurması ilə bağlı yayılan videogörüntülərlə bağlı açıqlama yayıb.

DYP-dən  Avtosfer.az-a verilən məlumata görə, “Bakıda yol polisi sürücülərə belə tələ qurur” başlığı ilə sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı aparılmış xidməti araşdırma nəticəsində müəyyən edilib ki, 17.01.2020-ci il tarixdə saat 10:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində, “Sədərək” ticarət mərkəzinin yaxınlığındakı dairəyə yaxınlaşan “Hyundai Tucson” markalı, 99-SE-113 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq nömrə nişanının palçıqlı olması səbəbindən yaxşı görünmədiyi üçün həmin ərazidə xidmət aparan BDYPİ-nin Ekoloji nəzarət üzrə YPX bölüyünün əməkdaşları tərəfindən saxlanılıb, lakin sürücü işlədiyi yerə çatdığını və avtomobili işlədiyi obyektin yanındakı yuma məntəqəsinə verəcəyini bildirərək məsuliyyətə cəlb edilməməsini xahiş edib.

Sürücü verdiyi şifahi izahatında YPX inspektorlarının məsələyə anlaşıqlı yanaşaraq ona xəbərdarlıq etdiklərini bildirib və bu görüntülərə görə kiminsə xəyali şərhinə əsaslanıb əməkdaşlar haqqında intizam tədbirlərinin görülməməsini xahiş etməklə məsələnin araşdırılmadan ictimailəşdirilməsini ədalətsiz yanaşma kimi qiymətləndirib.

 

Qeyd olunan avtomobilin sürücüsü özü haqqında məlumatların mətbuat vasitəsilə açıqlanmasının əleyhinə olduğunu bildirsə də məsələnin ictimailəşməsi və saxlanılan şəxsin həqiqətən də onun olması faktının təsdiqlənməsinin vacibliyi diqqətinə çatdırıldıqdan sonra o, ad və soyadının çəkilməməsi şərti ilə idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları barədə məlumatın ictimailəşməsinə razılıq verib.

Araşdırma zamanı eləcə də müəyyən edilib ki, həmin patrul avtomobilini idarə edən YPX inspektoru tərəfindən xidmət müddətində, yəni səkkiz saat ərzində həmin dairədə yeddi dəfə dönmə əməliyyatı aparılıb, lakin qeyd olunan “Hyundai Tucson” markalı avtomobildən başqa hər hansı nəqliyyat vasitəsi saxlanılmayıb.

 

 
Bakı polisi: Fatimə Mövlamlı polis orqanları tərəfindən saxlanılmayıb
Deyilənlər həqiqəti əks etdirmir

Blogger Fatimə Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Sözçü deyib ki, o, polis orqanları tərəfindən saxlanılmayıb, deyilənlər həqiqəti əks etdirmir. 

 

"Bu kimi yalnış informasiyaların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur, böhtan xarakteri daşıyır", - o deyib.

DİN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi: Aldanmayın!
Şəbəkə istifadəçilərinə belə məsələlərdə diqqətli olmalarını tövsiyə edirik

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, son günlər sosial şəbəkələrdə, xüsusən "İnstagram" platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayı artır. Belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar. Hətta virtual məkanda fala baxmaq adı ilə də vətəndaşlarımızı aldadan şəxslər mövcuddur. Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik.

 

 
Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart tarixinədək olan reyslərinə aviabilet əldə etmiş sərnişinlər cərimə olunmadan uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri geri qaytara biləcəklər.
Bu barədə “Azərbaycan Hava Yolları” məlumat yayıb. Bildirilib ki, sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə əlaqə saxlaya bilərlər.Qeyd edək ki, ötən gün “Azərbaycan Hava Yolları” mart ayının 8-nə kimi Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırması barədə məlumat yaymışdı. Bildirilmişdi ki, bu proses hər il təkrarlanır və Çində bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə əlaqədardır.
 
Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq.
Bakıda sürücülərə tələ quran polislərin kimliyi bilindi - VİDEO
Araşdırmanın nəticəsi barədə geniş məlumat verəcəyik

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairədə DYP əməkdaşlarının sürücülərə tələ qurması ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Yol-xeber.az-ın məlumatına görə BDYPİ-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda görüntülərlə bağlı araşdırma davam etdirilir:

“Biz müəyyən etmişik ki, həmin polis əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşlarıdır. “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairə onların xidmət etdiyi ərazinin sərhəd hissəsidir.

 

Həmin dairənin ətrafında bəzi hallarda avtomobillər yığılır, nəqliyyat vasitəsinin rahat keçməsinə mane olduqları üçün polis əməkdaşları ərazidə xidmət aparırlar”.

K.Əliyev qeyd edib ki, qurum  birtərəfli qaydada araşdırma aparmır:

“Həmin ərazidə polis əməkdaşları avtomobilin sürücüsünü də saxlayıb. Biz də onu idarəyə dəvət etmişik ki, onun izahatı ilə bizim əməkdaşların izahatı uyğun gəlirmi?

Araşdırmanın nəticəsi barədə geniş məlumat verəcəyik”.

 

Xəbər lenti