![]() |
|
Ötən günlərlə müqayisədə isə bu gün metrodan istifadə edənlərin sayında artım var. Səbəb isə bu gündən etibarən evdən çıxmaq üçün tətbiq olunan icazə sisteminin ləğv olunmasıdır.
Metropoliten əməkdaşları həm metronun girişində, həm platformalarda sərnişinlər arasında sosial məsafənin gözlənilməsinə, eyni zamanda maskadan istifadəyə nəzarət edirlər. Təəssüf ki, yenə də qaydalara əməl etməyib, həm özünün, həm də ətrafındakıların həyatını təhlükəyə atanlar var.
Mövzu ilə əlaqədar Baku.Tv-nin süjetini təqdim edirik:
Ötən günlərlə müqayisədə isə bu gün metrodan istifadə edənlərin sayında artım var. Səbəb isə bu gündən etibarən evdən çıxmaq üçün tətbiq olunan icazə sisteminin ləğv olunmasıdır.
Metropoliten əməkdaşları həm metronun girişində, həm platformalarda sərnişinlər arasında sosial məsafənin gözlənilməsinə, eyni zamanda maskadan istifadəyə nəzarət edirlər. Təəssüf ki, yenə də qaydalara əməl etməyib, həm özünün, həm də ətrafındakıların həyatını təhlükəyə atanlar var.
Mövzu ilə əlaqədar Baku.Tv-nin süjetini təqdim edirik:
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilsə də, bu gündən xüsusi karantin rejiminin yumşaldılmasının tətbiqinə başlanılıb. Maraqlıdır, yoluxmanın yenicə artmağa başladığı mart ayında tətbiq edilən xüsusi karantin rejimi yoluxmanın çoxaldığı vaxtda niyə yumşaldılır?
Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ilkin mərhələdə xüsusi karantin rejiminin tətbiqi xəstəliyin sürətlə yayılmasının qarşısını almağa kömək edib:
“Bununla da başqa ölkələrlə müqayisədə yoluxmanı minimum həddə saxlaya bilmişik. Ötən müddət ərzində koronavirusla mübarizədə milli səfərbərlik təmin edilib. Bu müddətdə ölkə daxilində zəruri qoruyucu məhsulların istehsalı təşkil olunub. Hazırda Azərbaycanda gündəlik təqribən 250 min maska istehsal olunur və 500 min istehsal potensialı formalaşdırılmaqdadır. Dezinfeksiyaedici məhsulların kifayət qədər istehsalı ilə xaricdən asılılıq xeyli azaldılıb. Həmçinin, bu müddət ərzində xaricdən zəruri tibbi vəsaitlər və avadanlıqlar tədarük edilib, uzunmüddətli təminat mexanizmləri yaradılıb. Zəruri maliyyə ehtiyatları formalaşdırılıb, çarpayıların sayını artırmağa, səhiyyə infrastrukturunu genişləndirməyə nail olunub”.
Hökumət rəsmisinin sözlərinə görə, ötən müddət ərzində xəstələrin əksər hissəsinin sağalması ilə müalicə təcrübəsi formalaşıb:
“Koronavirusla bağlı situasiyanı idarə etmək üçün təşkilati təcrübə artıb, əhalidə özünüqoruma vərdişləri və təcrübəsi yaranıb”.
İ.Məmmədov qeyd edib ki, bütün dünya karantin rejimindən çıxma mərhələsinə qədəm qoyub:
“Belə bir maddi-texniki, təcrübə və biliklər bazasını daha da genişləndirmək və onun üzərində karantin rejimindən tədricən çıxmaq imkanları yaranıb.
Bununla belə, yoluxmanın yüksək olduğu zonalar xüsusi nəzarətdə saxlanılır və vətəndaşlarımızın yüksək məsuliyyət nümayiş etdirməsinə də inamımız var. Karantin rejimi dövründə vətəndaşlarımızın əksəriyyətinin yüksək məsuliyyət nümayiş etdirməsi buna əsas verir.
Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara müraciətlərində vətəndaşlara situasiyaya məsuliyyətli yanaşmağa dair çağırış edilib. Vətəndaşlar da indiyə qədər dövlət başçısının bütün çağırışlarına həmrəylik nümayiş etdirməklə cavab veriblər”.
Həbs olunan məmurların xalq və dövlətdən soyub taladıqları sərvətin bir qismi müsadirə olunaraq dövlətə qaytarılır. İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin evindən çıxan 5 milyon dollardan yuxarı vəsait göstərir ki, orta ranqlı bir məmurdan dövlət nəfinə on milyonlarla manat vəsaiti geri almaq mümkündür. Bəs bu vəsaitlər, müsadirə olunan əmlaklar dövlət nəfinə necə alınır?
"Yeni Müsavat” qəzeti bununla bağlı Maliyyə Nazirliyinə sorğu göndərib.
Nazirlikdən sorğuya verilən cavabda çox maraqlı məlumatlar açıqlanır. Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Yeni Müsavat”a verilən cavaba görə, Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.
Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 69 nömrəli qərarı ilə təsdiq edilmiş "Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.6-cı yarımbəndinə əsasən. məhkəmə qərarı ilə müsadirə edilmiş əmlakların satışından əldə edilən vəsaitlər onların saxlanılması, satışı, habelə qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 iş günü müddətində dövlət büdcəsinə köçürülür.
Bu vəsaitlərin büdcəyə köçürülməsi hansı mexanizm əsasında baş verir və büdcənin hansı maddəsində əks olunur?
Bununla bağlı qeyd olunur ki, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin əmlaklarının müsadirə edilməsi məhkəmə qərarı əsasında həyata keçirilir. Həmin əmlakların müsadirəsi ilə bağlı məhkəmə qərarlarının icrası Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin, Nazirlər Kabineti və Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən müvafiq Qaydaların tələblərinə uyğun həyata keçirilir.
Belə ki, həmin normativ hüquqi aktlara əsasən, müsadirə edilmiş əmlakın dövlət mülkiyyətinə keçməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə 5 iş günü müddətində qərarın surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq maliyyə orqanına məlumat verir.
Bundan sonra dövlət mülkiyyətinə keçən, lakin dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan əmlaklar, habelə tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər, dövlət əhəmiyyətli orden və medallar, dərman vasitələri, dini ibadət (ayin) əmlakları əvəzsiz olaraq aidiyyəti təşkilatlara (orqanlara) verilir. Milli və xarici valyutada olan pul vəsaitləri müvafiq qaydada Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Mərkəzi Bankındakı hesabına mədaxil olunur.
Mülki dövriyyəsi məhdudlaşdırılmayan digər əmlaklar "Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirilir və onların satışı mülki qanunvericiliklə müəyyən olunmuş qaydada hərraclar (Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi) vasitəsilə həyata keçirilir. Yuxarıda da qeyd olunduğu kimi, həmin əmlakların satışından əldə edilən vəsaitlər müvafiq qaydada dövlət büdcəsinə köçürülür:
"Bununla yanaşı nəzərinizə çatdırırıq ki, müsadirə olunmuş əmlakların satışından daxil olan vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.1.8.1-ci "Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar” yarımmaddəsində əks olunur”.
Maraqlıdır, son 5 ildə bu mənbədən dövlət büdcəsinə nə qədər vəsait daxil olub? Nazirlikdən verilən məlumata görə, bu mənbədən dövlət büdcəsinə
- 2015-ci ildə - 6 milyon 777 min manat
- 2016-cı ildə - 2 milyon 785 min manat
- 2017-ci ildə - 605 min manat
- 2018-ci ildə - 9 milyon 144 min manat
- 2019-ci ildə - 14 milyon 720 min manat daxil olub.
Qeyd edək ki, bu rəqəmlər ötən il həbs olunan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev, Yevlaxın sabiq icra başçısı Qoca Səmədovdan müsadirə olunan pul və əmlakı əhatə etmir. Bu il həbs olun 3 icra başçısını da nəzərə alsaq, yəqin ki, 2020-ci il üzrə dövlət büdcəsinə bu maddə üzrə daxilolmalar daha böyük həcmləri əhatə edəcək.
Yeri gəlmişkən, son 5 ilə dair rəqəmlər böyük ehtimalla "MTN işi”, "Rabitə İşi” və "Beynəlxalq Bank işi” üzrə müsadirə olunmuş əmlak və vəsaitləri əks etdirir.
Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev sosial şəbəkədə qeyd edib.
Məsələ ilə bağlı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğludan gələn şikayət üzərinə açıqlama verən mətbuat katibi bildirib ki, dayanacaqda “parkovşik” adlanan şəxslərin vətəndaşlardan pul alması məsələsi ilə bağlı BNA dəfələrlə KİV və sosial media vasitəsilə mövqeyini bildirib: “Bir daha bildirim ki, o şəxslərin fəaliyyəti qanunsuzdur. Şəhərimizdə küçə parklanmasına görə tariflər hələ Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Bu səbəbdən də parklanma yerlərindən istifadə ödənişsizdir. Bu barədə sürücülərin yerində məlumatlandırılması məqsədi ilə parklanma nişanlarının altında məlumat lövhəsi də qoyulub.
Həmçinin, qeyd etdiyiniz kimi BNA tərəfindən müvafiq qurumlara da bu barədə müraciət olunub.
Sürücülərimizə səslənərək bildirirəm ki, qanunla icazə verilən yerlərdə və qaydada avtomobilinizi park edərkən kimlərəsə vəsait ödəməyin. Eyni zamanda, bu şəxslərin sözünə güvənib qadağan olunan yerlərdə və qaydada avtomobilinizi park etməyin”.
Bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, adları çəkilən qurğuların fəaliyyətinə qoyulan məhdudiyyət hələ ki, aradan qaldırılmayıb: "Ərazidə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və Azərbaycan polisi xüsusi nəzarət həyata keçirəcək. Bulvarda yenə də xəbərdarlıq nişanları, məlumatlandırıcı lövhələr olacaq, mütəmadi dezinfeksiya işləri aparılacaq. Bir sözlə, Bakı Bulvarı sakinlərin səmərəli istirahətini təmin etməyə hazırdır. Ancaq vətəndaşlar da üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Fürsətdən istifadə edərək xahiş edirik ki, opreativ qərargahın təlimatlarına əməl etsinlər".
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu gündən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılıb. Bu gündən Dənizkənarı Milli Parka girişə məhdudiyyət də aradan qaldırılıb. Parkinqlər - maşın dayanacaqları da bu gündən fəaliyyətini bərpa edir.
Bu barədə "ARB Xəbər"də məlumat verilib. Belə ki, Lənkəranın 3 kəndində və Yevlaxda ümumi yoluxanların sayı 112 nəfərə çatıb.
Daha ətrafı videodan izləyin:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu dəyişiklik pensiya ilə bağlı yeni qanun layihəsində nəzərdə tutulub:
“Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən, pensiyaçının yaşa görə pensiya növündən əlilliyə görə pensiya növünə keçirilməsi məhdudlaşdırılıb. Yəni yaşa görə pensiya alan şəxsin əlilliyə görə də pensiya hüququ yarandıqda, o, yaşa görə pensiyadan imtina edib əlilliyə görə pensiyaya çıxa bilməz.
Yeni qanun layihəsində nəzərdə tutulan dəyişiklik bu məhdudiyyəti aradan qaldırmağa yönəldilib. Yəni, hər hansı bir pensiyaçı öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə istisna olmadan keçə biləcək.
Bu zaman pensiyaçının ərizəsinə ən geci 10 iş günü müddətində baxılmaqla onun digər pensiya növünə keçirilməsi və həmin pensiyanın hesablanaraq təyin edilməsi təmin olunacaq”.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.
Onun sözlərinə görə, razılaşdırılan, rəsmi münasibət bildirilən məlumatların, foto-videoların çapı KİV ilə DİN-in Mətbuat Xidməti arasında olan işgüzar əlaqələrin inkişafı, eləcə də ictimaiyyət üçün daha faydalı ola bilər.
"Əminəm ki, hörmətli media nümayəndələri və sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımız mənim bu müraciətimi anlayışla qarşılayacaqlar".
Müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə və hissələrin bölmələri cəmləşmə və döyüş təyinatı rayonlarına, atəş və start mövqelərinə çıxarılıb.
Xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb edildiyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərinin tətbiqi ilə məhdudgörmə şəraitində tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili üzrə tədbirlər yerinə yetirilir.
Mayın 22-dək davam edəcək təlimdə düşmənin kəşfiyyat-diversiya, hava hücumu, raket və artilleriya zərbələrinə qarşı şəxsi heyətin fəaliyyətləri məşq etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib.
E.Zahidovun sözlərinə görə, mayın 18-i, saat 00:00-dan ölkədə xüsusi karantin rejimi qaydalarının yumşaldılması çərçivəsində avtomobil yollarında quraşdırılan karantin postlarının fəaliyyəti dayandırılıb:
“Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata əsasən, karantin rejiminin yumşaldılması çərçivəsində mayın 18-dən etibarən vətəndaşların yaşayış yerlərini SMS icazəsi ilə tərk etməsi ilə barədə qərar ləğv edilib.
Artıq sürücü və sərnişinlər, o cümlədən, sakinlər evlərindən SMS icazəyə ehtiyac olmadan çıxa biləcəklər. Bu səbəbdən də avtomobil yollarındakı karantin postlarına ehtiyac yoxdur”.
E.Zahidov onu da əlavə edib ki, bununla bərabər, respublika ərazisində vətəndaşların karantin qaydalarına riayət etməsinə nəzarət davam etdirilir:
“Bakı, Sumqayıt və Abşeron ərazisində, eləcə də, respublika üzrə əhalinin intensiv hərəkət etdiyi yerlərdə polis nəzarəti davam etdirilir. Park və istirahət mərkəzlərində insanların sosial məsafəyə nəzarət etməsi, tibbi maskalardan istifadə etməsi, eləcə də, fəaliyyətinə icazə verilən ticarət obyektlərinin təyin olunan qrafik üzrə çalışmasına nəzarət davam etdirilir.
Buna görə daxili işlər orqanları əməkdaşları həmin ərazilərində xidmətini davam etdirəcək, obyektlərin qaydalara uyğun fəaliyyətinə və sosial məsafənin saxlanmasına nəzarət edəcək”.