Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) vergi yoxlamaları nəticəsində pozğunluqlar aşkarlandığı və şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadənin saxlanıldığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Reporta SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O qeyd edib ki, vergi yoxlamaları ilə bağlı yanvar ayında SOCAR və Vergilər Nazirliyi birgə məlumat yaymışdı və həmin məlumatda da bildirilmişdi ki, bütün şirkətlərdə, o cümlədən SOCAR-da yoxlamaların aparılması Vergilər Nazirliyinin əsas və birbaşa funksional vəzifələrindən biridir:

"Vergilər Nazirliyi hər il planlı şəkildə iri vergi ödəyicilərində, o cümlədən SOCAR-da müvafiq yoxlamalar aparır və bu il keçirilən yoxlama da növbəti səyyar vergi yoxlamasıdır.

Bu yoxlamaların SOCAR-ın inzibatı strukturunda aparılan hər hansı dəyişikliklərlə əlaqələndirilməsi yanlışdır və kütləvi informasiya vasitələrində yer alan bir sıra məlumatlar ümumiyyətlə əsassız və uydurmadır. Vergi yoxlamaları hər iki strukturun iş fəaliyyətinə təsir etməyən adi bir prosesdir və şirkətin vəzifəli şəxsləri öz səlahiyyətləri çərçivəsində vəzifələrinin icrasını davam etdirirlər".

Sabah Ayın Yerə yaxınlaşması hadisəsi baş verəcək.

Ardını oxu...


Bakı-Qazax yolunda ağır qəza

 

Kürdəmirdə 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 172-ci km-də Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində baş verib.

60 yaşlı Bərdə sakini Ağayev Rövşən Müslüm oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxıb və yol kənarıdakı beton lövhəyə çırpılıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin, 52 yaşlı Gəncə sakini  Məmmədova Həqiqət Əlhüseyn qızı müxtəlif növ ağır bədən xəsarətləri alıblar. Sürücü Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə, vəziyyəti daha ağır olan sərnişin isə reanimasiya şöbəsinə yerləşdiriblər.

Hər iki yaralının vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu

 




 

Qobustanda ağır qəza

Qobustanda “Mercedes”lə “VAZ-2107” toqquşub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında Qobustan-Xilmilli yolunda baş verib.

Qəza nəticəsində "Jiquli"də olan Cəbirli kənd sakini Neymət Abduləliyev, həyat yoldaşı İlhamə Abduləliyeva, oğlu 2012-ci il təvəllüdlü Abduləliyev Ayxan və Mahruq Məcidova xəsarət alıblar. Onları təcili tibbi yardım avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır

 

Cəlilabadda çay daşdı

Cəlilabad rayonunun Sabirabad kəndində Qarayar çayı məcrasından çıxıb.

“Qafqazinfo” xəbər verir ki, nəticədə kəndin sahilboyu evlərinin həyət və zirzəmilərini su basıb. Hazırda texnikalar vasitəsilə suyun azalması üçün qabaqlayıcı tədbirlər görülür.

Çay suyu hazırda kəndin əsasən taxıl məhsulları bitən əkin sahələrinə doğru yönəlib. Bundan başqa, kənd qəbiristanlığını da su basıb. 

Rəşad Türkoğlu 

 

 

 



 

Fevralın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 %olacaq.

Fevralın 18-dən 19-na keçən gecədən başlayaraq 20-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Şimal küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən günlə müqayisədə 6-8° aşağı enəcək, gün ərzində 2°-yə yaxın isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və şərq rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti təşkil edəcək.

Fevralın 18-i axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən günlə müqayisədə 5-7° aşağı enəcək.


İranın Ərdəbil şəhərinə güclü qarın yağması nəticəsində ali və orta ixtisas məktəblərinin fəaliyyəti dayandırılıb.

Ardını oxu...

Rəsmi statistikaya görə, bugün Azərbaycan bələdiyyələrinin 80%-nin DSMF-yə borcu var. Təklif edirəm ki, bələdiyyələrin sosial sığorta ödənişləri üzrə borcları bağışlanılsın, borclar silinsin.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qalib Toğrul bələdiyyələrin vəziyyəti, onların borcları barədə qeyd edib. Ekspert bildirib ki, Azərbaycanda yerli özünüidarəetmə orqanlarının ən kəskin problemlərindən biri Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borclardır:

“İllərdir bələdiyyələr borcun neqativ təsirlərindən qorunmaq üçün bir neçə bankda hesab açmaqdan tutmuş dotasiyaların birbaşa Fonda yönəldilməsinə, məhkəmə çəkişmələrinin müxtəlif səbəblərdən uzadılmasına kimi bir çox müvəqqəti tədbrilərə əl atırlar. Ancaq bunlar məhz müvəqqəti tədbirlərdir. Borcların yaranmasında və şişməsində bələdiyyələrin də günahı çoxdur. Əksər bələdiyyə rəhbərliyi özündən əvvəlki rəhbərliyin verdiyi məsuliyyətsiz qərarları düzəltmək, yığılmış borcları ödəmək üçün (hətta imkanı olsa belə) real addımlar atmaqda həvəsli deyil.

Rəsmi statistikaya görə, bugün Azərbaycan bələdiyyələrinin 80%-nin DSMF-yə borcu var. Və rəsmi statistika təsdiq edir ki, bu borclar bir neçə yüz manatdan tutmuş bir neçə yüz min manata kimi geniş aralıqda dəyişir”.

Q.Toğrul bildirib ki, məcburi dövlət sığorta haqlarının hesablanması və ödənilməsi ilə bağlı funksiyaların Vergilər Nazirliyinə verilməsi bələdiyyələrin borc problemini aktuallaşdıra və onsuz da maliyyə təminatı zəif olan bələdiyyələri daha pis duruma sala bilər:

“Nəzərə alaq ki, borcların toplanması məsələsində Vergilər Nazirliyi DSMF-dən fərqli olaraq daha ciddi və israrlı tədbirlər görmək təcrübəsinə sahibdir.

Səalahiyyətlər Vergilər Nazirliyinə verilmişkən, təklif edirəm ki, bələdiyyələrin sosial sığorta ödənişləri üzrə borcları bağışlanılsın, silinsin və yeni nəzarətçi qurumla münasibətlər, obrazlı desək, ağ vərəqdə yeni sətirdən başlasın. Məncə, bir neçə milyon manat məbləğində qiymətləndirilən borcu bağışlamaq Azərbaycan dövləti üçün böyük maliyyə yükü yaratmaz və artıq subvensiya layihələrinin icrasına başlanılacaq 2019-cu ildə bələdiyyələrə böyük maliyyə dəstəyi olar”.

Millət vəkili Qənirə Paşayeva Tovuzun kənd məktəblərində şagirdlər üçün “Tariximizi öyrənək və təbliğ edək!” adlı tədbir keçirib.

Axar.az xəbər verir ki, millət vəkili məktəblilərin hər birinə Azərbaycan tarixi, ədəbiyyatı, Qarabağ və dünya ədəbiyyatına dair, həmçinin özünün müəllifi olduğu çoxlu kitab və jurnallar hədiyyə edib.

Q.Paşayeva məktəbliləri öz daxili dünyalarını zənginləşdirməyə, özəlliklə Azərbaycan tarixini və ədəbiyyatını daha geniş mütaliəyə etməyə səsləyib:

“Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç nə ola bilməz. Harada doğulmasından və yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”.

Azərbaycanın işğal altında olan əraziləri barədə danışan millət vəkili qeyd edib ki, hər bir vətəndaş Azərbaycan Ordusunun könüllü əsgəri olmalıdır.

Deputat daha sonra hər bir uşaqla ayrıca söhbət edib, yay tətilinə baxmayaraq, onları bu zamandan faydalı istifadə etməyə çağırıb.

Q.Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova təhsildə fərqlənən şagirdlərə kitab və hədiyyələr təqdim ediblər.

Nazirlər Kabineti 2006-cı il 9 yanvar tarixli qərarla təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”na dəyişikliklər edib.

Report-un məlumatına görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2-ci hissəsinin on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəzlənib və on ikinci “gömrük orqanlarından xidmətinə xitam verilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, gömrük orqanlarında əvvəl xidmət etdiyi müddət.” abzası əlavə olunub.

Xəbər lenti