Kamaləddin Qafarov: “Azərbaycanın şanlı tarixinin yeni dövrü başlayır ”

“Bu ilin fevral ayından etibarən Azərbaycan faktiki olaraq öz şanlı tarixinin yeni dövrünə qədəm qoydu. Fevralın 14-də Milli Məclisdə keçirilmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimini bu tarixi keçidi rəsmiləşdirən hadisə kimi qeyd edə bilərik. Möhtərəm dövlət başçımız andiçmə mərasimində söylədiyi nitqində birmənalı olaraq bildirdi ki, qədəm qoyduğumuz bu yeni dövrdə Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri xarici siyasət istiqamətində yeni perspektivlərin açılmasıdır.”

Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında deyib.

Deputat bildirib ki, Qarabağ məsələsinin tam və birdəfəlik həllindən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması kimi məsələlər hələ də gündəmdə durur. “Lakin Prezident İlham Əliyevin dediyi kimi, bu məsələnin önəmini həddindən artıq şişirtməyə, ona beynəlxalq gündəm statusu verməyə heç bir lüzum yoxdur. Əgər rəsmi İrəvan Azərbaycanla sülh sazişini imzalamağın, ilk növbədə, məhz Ermənistanın xeyrinə olduğunu anlamaq istəmirsə, bu onların öz problemidir. Azərbaycan öz işini görüb, torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Dövlət başçımızın Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Ağdərədə və azad edilmiş digər rayon və bölgələrimizdə qaldırdığı Azərbaycan bayrağı, ötən il Xankəndidə keçirilən hərbi parad və son nöqtə olaraq cənab Prezident İlham Əliyevin bu ilin 7 fevral tarixində keçirilmiş seçkilərdə məhz Xankəndidə səs verməsi Qarabağ məsələsinin Azərbaycanın xeyrinə kökündən həll olunduğunu və bir daha belə bir problemin yenidən hansısa qüvvələr tərəfindən yaradıla biləcəyinin mümkünsüzlüyünü deməyə tam əsas verir.”

K.Qafarov Prezident İlham Əliyevin öz nitqində Azərbaycanın xarici əlaqələrinin əsas inkişaf istiqamətləri barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayıb: “İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan 2003-cü ildən bu günə qədər digər sahələrdə olduğu kimi, beynəlxalq münasibətlərin qurulmasında da böyük inkişaf yolu keçib. Cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi və güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi kimi amillər üzərində qurulmuş mükəmməl xarici siyasət kursu Azərbaycanı, sözün əsl mənasında, dünya birliyinin nüfuzlu üzvünə çevirib. Dövlət başçımızın dediyi kimi, əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”.

Deputatın fikrincə, bütün bu mütərəqqi göstəricilərin fonunda dünyada və Avropada Azərbaycanın uğurları ilə barışmaq istəməyən, ölkəmizi zəif, asılı görmək istəyən qüvvələr də az deyil. “Öz nitqində bu məsələyə toxunan dövlət başçımız bir daha bildirdi ki, bu gün bəzi ölkələr beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürməyə və beynəlxalq ictimaiyyət adından danışmağa çalışırlar. Lakin bir və ya bir neçə ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz. Yuxarıda qeyd olunan rəqəmlər də ən bariz şəkildə sübut edir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın tərəfindədir. Eyni zamanda, cənab Prezident İlham Əliyevin ölkəmizin bundan sonra beynəlxalq təşkilatlarla bağlı atacağı addımlar barədə səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir. Dövlət başçısı birmənalı olaraq bildirdi ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizin davam etdirilməsi əsas prioritet olaraq qalacaq. Çünki bizim ailəmiz məhz Türk dünyasıdır. Azərbaycan Prezidenti hər zaman olduğu kimi, öz fikirlərini açıq və birmənalı şəkildə ifadə edərək vurğuladı ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətləri var və dövlətimizin xarici siyasətinin prioritet istiqaməti də məhz Türk Dövlətləri Təşkilatını bundan sonra daha da gücləndirməkdir. Həqiqətən də böyük coğrafiyaya, böyük hərbi gücə, böyük iqtisadiyyata, zəngin təbii sərvətlərə, artan əhaliyə malik olan və ən əsası, eyni soydan, kökdən olan xalqların daxil olan olduğu Türk Dövlətləri Təşkilatı kimi ikinci güclü birlik dünyada yoxdur. Məhz buna görə də bu təşkilatın qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsi üçün birlikdə çalışmağın vacibliyi bütün üzv ölkələrin xarici siyasətində prioritet istiqamət olmalıdır”.

Fevralın 16-dan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək.

Fevralın 16-ı gecədən etibarən havanın temperaturu - 1 dərəcəyə düşəcək. Yağıntı olacaq. Bəzi yerlərdə sulu qara keçəcək.

Fevralın 17-si gündüz havanın temperaturu 0 dərəcə olacaq. Gecə isə 2 dərəcə şaxta olacaq. Fevralın 17-də sulu qar yağmağa davam edəcək.

Fevralın 18-si gündüz 2 dərəcə isti, gecə 1 dərəcə şaxta olacaq. Fevralın 18-i də paytaxtda sulu qar yağmağa davam edəcək.

Yalnız fevralın 19-dan etibarən yağıntı kəsiləcək.

Havanın temperaturu tədricən artacaq, gecələr + dərəcə temperatur olacaq.

Bakıda və Abşeron yarımadasında fevralın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti olacaq.Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.

Bakının Yasamal rayonunda yerləşən keçmiş "Sovetski" adlanan ərazidə yaradılan mərkəzi parkın üçüncü hissəsində yenidənqurma və abadlıq işlərinə başlanıb.

Xezerxeber.az-ın məlumatına görə, işlər Təzəpir məscidinin yaxınlığında yerləşən ərazidə aparılır.

Bəs işlər nə zaman yekunlaşacaq və parkın üçüncü hissəsi nə zaman istifadəyə veriləcək?

Birinci hissəsi 2019-cu ildə istifadəyə verilən parkın 3-cü hissəsində yenidənqurma işləri aparılır.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühaəndisi Fəxri Hüseynov qeyd edib ki, hazırda mərkəzi parkın 3-cü hissəsində 8,2 hektar ərazidə abadlıq işləri başlayıb. Prosesə Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətləri nəzarət edir.

İcraçı şirkətin nüməndələrindən verilən məlumata görə, parkın üçüncü hissəsinin noyabr ayında sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti, bəzi yerlərdə 16° isti olacaq.

Avtomobil sahiblərinin böyük əksəriyyəti uşaqların hansı yaşdan sonra ön oturacaqda əyləşməsinə icazə verildiyindən xəbərsizdir.

Maraqlıdır, mövcud qaydaya əsasən bu necə tənzimlənir?

Nəqliyyat üzrə ekspert Rüfət Əmiraslanov məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, xüsusi oturacaqlar yerləşdirilibsə, yaşından asılı olmayaraq uşaqlar ön oturacaqda əyləşə bilər:

“Avtomobilin ön oturacağı xüsusi avadanlıqla təchiz olunmayıbsa, bu halda yalnız 12 yaşından böyük uşaqlar qabaqda əyləşmək hüququna malikdir. Əgər bu qaydalar pozularsa, sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən avtomobil sahibləri 80 manat və 3 bal həddində cərimə oluna bilərlər.

©Konkret.az

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov özünə yeni müşavir təyin edib.

Bbununla bağlı Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, müşavir vəzifəsinə Səkinə Sadıxova təyinat alıb.

Qeyd edək ki, S.Sadıxova Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, 2023-cü ilin dekabr ayında işdən çıxarılmışdı.

©Unikal

Eldar Quliyev: “Fevralın 7-də seçki məntəqəsinə gedərək öz Prezidentinə səs verən hər bir vətəndaş öz imzasını Azərbaycan tarixinin ən şərəfli səhifəsinə atmış oldu”

ƏVVƏLİ BURADA

Bugünkü buraxılışımızda fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkilərinin mahiyyəti, bu seçkilərin ölkəmizin suverenliyinin təsbit olunması baxımından önəmi, bu il dövlətimizin qarşısında duran vacib vəzifələr, eləcə də Azərbaycan ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Eldar müəllim, aydındır ki, Qərbdə olan anti-Azərbaycan qüvvələri dedikdə, bu heç də mücərrəd bir ifadə anlamına gəlmir. Yəni bu gün həmin qüvvələrin arxasında ilk növbədə Fransa hökumətinin durduğu məlum həqiqətdir. Bu barədə nə deyə bilərsiz?

- Sizinlə tamamilə razıyam. Bu gün Fransanın ölkəmizə qarşı tutduğu mövqeyi qeyri-konstruktivliyi və ifrat dərəcədə ermənipərəstliyi ilə diqqəti cəlb edir. Mən sizə möhtərəm dövlət başçımızın yanvar ayının 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində ifadə etdiyi bir fikri xatırlatmaq istəyirəm. Cənab Prezident qeyd etdi ki, bu gün həm Fransada, həm də bir çox digər Avropa ölkələrində böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsində təsadüfi adamlarla – populistlər və demaqoqlarla əvəz olunublar. Bu isə, əlbəttə ki, xoşagəlməz nəticələrə gətirib çıxarır. O cümlədən bu ölkələr tərəfindən Azərbaycanla münasibətlər də artıq fərqli müstəvilərə daşınmaqdadır. Konkret Fransaya gəlincə isə, bu ölkə hələ 2020-ci ildə, Vətən müharibəsinin gedişində də öz ermənipərəst mövqeyini tam ortaya qoyaraq Azərbaycana müxtəlif vasitələrlə təsir etməyə çalışırdı. Lakin bütün bu səylər əlbəttə ki, heç bir nəticə vermədi. Bundan sonra rəsmi Paris gərginliyi artırmaqda davam etdi. Həm parlament, həm də Senat bu gün öz yerini dövlət başçımızın dediyi kimi, tarixin zibilliyində tapmış qondarma “Artsax”ı tanıdılar. Lakin bütün bunlara rəğmən Vətən müharibəsindən sonrakı ilk dövrlərdə ölkələrimiz arasında münasibətlər mövcud idi. Azərbaycanın məcbur olaraq keçirdiyi antiterror əməliyyatından sonra isə, Fransa artıq açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı. O cümlədən, bu fəaliyyətin mərkəzində qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi durdu. Lakin cənab Prezident İlham Əliyevin illər boyunca apardığı uğurlu xarici siyasətin nəticələri məhz bu məqamda da özünü ən qabarıq şəkildə göstərdi. Ölkələrin əksəriyyəti Azərbaycanı dəstəklədi və Fransanın bütün cəhdləri tam uğursuzluqla nəticələndi.

- Amma bunu da qeyd etməliyik ki, AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnəmələrinin qəbul edilməməsinə səbəb olan qalmaqallı təşəbbüs formal olaraq Almaniyalı deputat tərəfindən irəli sürülmüşdür...

- Dediyiniz kimi, yalnız formal olaraq. Reallıqda isə, bu qərəzli kampaniyanın arxasında birbaşa Fransa və AŞPA rəhbərliyinin durduğu danılmaz faktdır. Yeri gəlmişkən, AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi də təşkilat rəhbərliyinin mövqeyinin bariz göstəricisidir. Fransa isə, müəyyən hallarda öz istəklərini tandem şəklində çıxış etdiyi Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna da səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və bu ölkənin sürətlə nüfuzdan düşməsidir. Başqa sözlə desək, Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Bu ölkələr Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini və ölkəmizin tam suverenliyinin bərpa olunmasını hələ də həzm edə bilmirlər. Yəqin siz də yaxşı bilirsiniz ki, 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən Laçın sərhəd-buraxılış məntəqəsi qurulandan sonra bəzi Qərb təsisatları, o cümlədən AŞPA dəfələrlə Azərbaycana qarşı həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi kimi absurd tələb irəli sürmüşdü. Ona görə absurd deyirəm ki, bu tələb faktiki olaraq suveren bir ölkənin daxili işlərinə qarşmaq cəhdi olmaqdan başqa, həm də dolayısı ilə Ermənistandan Azərbaycan ərazisində o zaman hələ mövcud olan qeyri-qanuni erməni silahlı birləşmələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almamağa bir çağırış anlamına gəlirdi. Bunda da məqsəd Azərbaycanı zəif salmaq, regionda sabitliyi pozmaq və hərbi münaqişəni yenidən qızışdırmaqdan ibarətdir. Lakin Azərbaycan dövləti bütün bu cəhdlərin qarşısını qətiyyətlə alıb və bundan sonra da alacaq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dəfələrlə belə fikirdə olan qüvvələrə öz mesajını tam aydın şəkildə çatdırıb – heç kim ölkəmizlə təhdid dilində danışa bilməz, heç bir qüvvə Azərbaycan dövləti ilə manipulyasiya edə bilməz.

- Eldar müəllim, az öncə də dediyim kimi, məni seçkilərlə bağlı bir məqam da maraqlandırır ki, bu barədə fikrinizi öyrənmək istərdim. Nəticələr elan olunduqdan sonra digər namizədlər dövlət başçımızı inamlı qələbə münasibətilə təbrik etdilər və öz müşahidəçilərinin rəylərinə əsaslanaraq seçki prosesinin heç bir qanun pozuntusuna yol verilmədən getdiyini bir daha təsdiq etdilər. Prezident seçkilərində məğlub olan namizədlərin belə mövqe nümayiş etdirmələrini necə qiymətləndirirsiniz?

- Bu, bütün sivil ölkələrdə Prezident seçkiləri ilə bağlı qəbul olunmuş bir etiket qaydasıdır ki, məğlub olan namizədlər yeni seçilən Prezidenti təbrik edirlər. Amma düşünürəm ki, bizim halda bu təbriklər heç də sadəcə protokol tələbinin icrası deyildi. Məsələ bundadır ki, zənnimcə hələ seçki kampaniyalarına start verməkdən öncə də digər namizədlər son nəticəyə dair heç bir illyüziya yaşamırdılar. Prezident İlham Əliyevin bu seçkilərdə də alternativsiz Lider olduğu və mütləq qələbə qazanacağı heç bir digər namizəddə şübhə doğura bilməzdi. Lakin ölkəmizdə çoxpartiyalı siyasi sitemin mövcudluğu da bir reallıqdır. Öz namizədliyini irəli sürən hər bir partiya lideri və ya müstəqil namizəd də ilk növbədə məhz bu reallığı təsbit etmiş oldu. Nəticələrə bir daha nəzər salsaq, bəzi namizədlərin hətta 2 faiz civarında səs topladığını da görərik ki, bu da təxminən yüz min nəfərə yaxın seçici səsi deməkdir. Yəni bu göstərici də ölkəmizdə həqiqi demokratik siyasi sistemin mövcudluğunu bir daha nümayiş etdirir. Əminəm ki, Prezident seçkilərində iştirak etmiş və məğlub olmuş hər bir namizəd xalqın iradəsini əsas meyar kimi qəbul edir və dövlət başçımıza ünvanladığı təbrikində də tamamilə səmimidir. Azərbaycan xalqı isə, 2003-cü ildə etdiyi tarixi seçimini bir daha təsdiqlədi və bu seçimin öz ali iradəsinin ifadəsi olduğunu bütün dünyaya təkrar nümayiş etdirdi.

- Bir qədər əvvəl Siz cənab Prezident İlham Əliyevin yanvarın 10-da yerli telekanallara verdiyi müsahibəsini xatırlatdınız. Dövlət başçımızın həmin müsahibəsində Azərbaycanın qarşısında duran növbəti vəzifələr barədə verdiyi açıqlamaları necə şərh edə bilərsiz?

- İlk növbədə mən qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin qarşıda duran vəzifələr barədə səsləndirdiyi fikirlər əslində Azərbaycanın perspektiv inkişaf konsepsiyasının tərkib hissələridir. Həmin tarixi müsahibəsində dövlət başçısı birmənalı olaraq bildirdi ki, Azərbaycan artıq yeni dövrə qədəm qoymuşdur və bu dövrün yeni hədəfləri olmalıdır. Həmçinin cənab Prezident xüsusi olaraq vurğuladı ki, Azərbaycan cəmiyyətində heç bir halda sakitləşmə ovqatı yaradılmamalıdır. Bu həqiqətən də çox vacib bir məqamdır. Biz hər zaman çox ayıq olmalıyıq, çünki ölkəmizə qarşı olan hərəkətlər, bundan sonra da davam edəcək. Dövlət başçımızın dediyi kimi, Azərbaycan elə bir Zəfər çalıb ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Buna görə də ölkəmizə qarşı ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Lakin bütün bunlara baxmayaraq Azərbaycan yenə də quracaq, yaradacaq, inkişaf edəcək və özünün daha parlaq gələcəyinə doğru yoluna inamla davam edəcək. Elə 7 fevral Prezident seçkilərinin möhtəşəm nəticələri də Azərbaycanın öz parlaq gələcəyini sarsılmaz təməllər üzərində quracağına olan əminliyin daha bir nümayişidir. Bu münasibətlə bir daha, başda möhtərəm Prezidentimiz cənab İlham Əliyev olmaqla, hamımızı, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm, ölkəmizə, xalqımıza yeni-yeni uğurlar, parlaq qələbələr arzulayıram.

- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun, sağlıqla qalın.

- Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.

Söhbətləşdi: Azər Məmmədov
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi General-polkovnik Əli Nağıyevin anası Nazlı xanım Nağıyeva vəfat edib

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi General-polkovnik Əli Nağıyevin anası Nazlı xanım Nağıyeva vəfat edib.
Allah rəhmət eləsin!

Bu gün Azərbaycan Respublikasında prezident seçkisi keçirilir. Qocaman seçicilərdən biri olan İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri 102 yaşlı Fatma Hüseyn qızı Səttarova da seçkilərdə iştirak edib. O, müalicə aldığı Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib.

Qeyd edək ki, İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanın ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətləri var. Həmçinin, Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.

 

 

 

Xəbər lenti