|
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə qayıdıb. Daha sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum edib.
O, düşmənlə qeyri-bərabər döyüşdə çox sayda erməni hərbçisini məhv edib. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonar "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilib.
Biləsuvar rayonunun orta məktəblərindən birinə və küçələrdən birinə Mübariz İbrahimovun adı verilib.
Bir çox sürücülər avtomobillərini nəinki parkinq nişanı olmayan, xüsusi zolaqların üstündə saxlayır, hətta səkilərin üstünə də çıxarırlar. Bu hal isə piyadaların rahat hərəkət etmələrinə maneə törədir.
Maraqlıdır, bu kimi hallarda sürücüləri hansı cəza gözləyir?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Toğrul Nəsirli Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, BŞDYPİ əməkdaşları tərəfindən bu istiqamətdə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir:
“Buna baxmayaraq, bəzi sürücülər yenə də piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan zolaqlarda, eləcə də səkilərdə avtomobillərini saxlayaraq, onların hərəkətinə maneə yaradırlar.
Belə olan halda, piyada məcbur qalıb yolun hərəkət hissəsinə çıxmalı olur ki, bu da xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxarır.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələbinə əsasən, piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmayıbsa, səkilərdə dayanmaq qadağandır. Qeyd edilən qaydaları pozan sürücülər haqqında İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, 20 manat cərimə nəzərdə tutulub. Ona görə də sürücülərdən xahiş edirik ki, avtomobillərini səkilərdə saxlayaraq, piyadaların hərəkətinə mane olmasınlar”.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edib.
İdarədən verilən məlumata görə, müraciətdə deyilir:
"Bir çox hallarda avtomobil sahibləri avtoyuma və ya təmir məntəqələrinin xidmətlərindən istifadə edərkən nəqliyyat vasitəsinin açarlarını işçilərə etibar edir, lakin əmlakın sonrakı aqibətindən xəbərsiz olurlar.
Bəzən belə yanaşmalar məntəqədə çalışan və adətən gənc, hərəkətlərinin məsuliyyətinin fərqinə varmayan şəxslərə nəqliyyat vasitələrindən qanunsuz istifadə fürsəti verir ki, bu da sonda insanların həlak olması, yaralanması, yaxud maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin, oğurluqların, əmlakdan sui-istifadə hallarının baş verməsinə real zəmin yaradır.
Bununla yanaşı, xidmət göstərməli olduqları avtomobildən istifadə etməklə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxslər məsuliyyətə cəlb edilərkən hüquqazidd əməlin törədilməsində alət və ya bilavasitə obyekt olmuş nəqliyyat vasitəsi ilə bağlı qərarlar qəbul edilir ki, bu da əmlak sahibi üçün əlavə problemlər deməkdir.
Odur ki, avtomobil sahiblərinə müraciət edərək tövsiyə edirik ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin.
Unutmayın ki, bəzən etinasız yanaşdığımız bir hal sonradan bərpası mümkün olmayan fəsadlara yol aça bilər".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevralın 9-da fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq.
Bu barədə nazirlikdən məlumat verilib.
Həmin gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək.
Artım bu ilin əvvəlindən tətbiq olunur və yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödəniləcək.
Müvafiq qrafikə uyğun olaraq gələn həftə ərzində respublikamızın digər bölgələri üzrə fevral ayının pensiyalarının, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin bu ay üzrə pensiyalarının da indeksləşdirmə əsasında artırılmış məbləğlə ödənişi nəzərdə tutulub.
Milli Məclisin deputatı Elnur Allahverdiyev daha az müddətdə hərbi xidmət keçirilməsi üçün alternativ (pullu) modelin yaradılmasını təklif edib. Hazırda müddətli həqiqi hərbi xidmət 1 il 6 ay, ali təhsilli vətəndaşlar üçün 1 il müddət təşkil edir. Onun təklifi belədir ki, bundan sonra kim pul ödəyəcəksə, 2 və ya 6 ay müddətində hərbi xidmət keçməlidir. Ödənişli və qısamüddətli hərbi xidmətin dövlət büdcəsinə böyük gəlirlər gətirəcəyini bildirən E.Allahverdiyevin belə bir təkliflə çıxış etməsi təəccüblü deyil, çünki adam biznesmendir, menecer təfəkkürlüdür, həm də ölkənin məşhur “Kontakt Home” mağazalar şəbəkəsinin sahibidir. O, əslində pul müqabilində hərbi mükələfiyyətdən yayınmağı təklif edir. E.Allahverdiyev hesab edir ki, hazırkı hərbi xidmət müddəti gənclərin təhsil karyerasına, insan kapitalının formalaşdırılmasına mane olur və qarşıda Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsi var, həm də bu amilə görə alternativ hərbi xidmət modelinə keçid daha məqsədəuyğundur.
Şübhəsiz ki, E.Allahverdiyevin təklifi öz təşəbbüsü deyil. Bu təklif ideoloji və dövlətçilik prinsipləri ilə daban-dabana ziddir.
BİRİNCİSİ, bu təklif qəbul edilərsə, yeni korrupsiya kanalı açılmış olacaq. Nəticədə büdcə qazanacaq, xalq isə borclanacaq. İlk baxışndan belə anlaşılır ki, ödənişli hərbi xidmət üçün tələb edilən məbləği yalnız varlı ailələr ödəyə biləcək. Bu, şəksizdir. Amma kasıb ailələr də bir neçə il öncədən pul yığmağa, banklardan yüksək faizli kreditlər götürməyə, ayrı-ayrı şəxslərdən faizlə pul almağa məcbur olacaq. Dövlət büdcəsi qazanacaq deyə, xalqı borcalandırmağı doğru addım hesab etmirəm. Çünki dövlətin əsas funskiyalarından biri xalqı qorumaq və onun həyat şəraitini yaxşılaşdırmaqdır.
İKİNCİSİ, E.Allahverdiyevin təklifi gələcəkdə Azərbaycan odusunu ikinci plana keçirmək məqsədi güdür. Sanki belə anlaşılır ki, Ermənistanla sülh müqaviləsi imzalanandan sonra ölkədə məcburi hərbi xidmətə və orduya ehtiyac qalmayacaq. Amma unudur ki, Ermənistanla müharibə bundan sonra da davam edəcək, sülh müqaviləsi bağlansa da, iki ölkə arasındakı problem 20,30,50 il sonra yenidən alovlanacaq. Bu, bizim taleyimizdir. Biz qonşu ölkələrlə gələcəkdə nə gözləyir, onu da bil(m)irik. Güclü ordu və güclü iqtisadiyyat prinsipini heç bir halda arxa plana keçirmək olmaz. Digər tərəfdən, Azərbaycanın gələcək hədəfləri, yerləşdiyi coğrafi mövqe, 3 nəhəng imperiya ilə qonşu olması, Qərblə Şərq arasında əhəmiyyətli körpü rolunu oynaması Ordumuzun böyüməsini, məcburi hərbi xidmətin saxlanılmasını zəruri edir. Hərbi xidmətlə bağlı dövlətin vətəndaşlar üzərində məcburi addımlarının olması mütləqdir. Heç bir halda, bu məsələyə pul, ödəniş amilini yeritmək olmaz.
ÜÇÜNCÜSÜ, hazırki hərbi xidmətin gənclərin təhsil karyerasına və insan kapitalının formalaşmasına mane olduğunu bildirən E.Abdullayevin düşüncəsindən belə anlaşılır ki, hərbçilərin insan kapitalına heç bir aidiyyatı yoxdur və insan kapitalı deyəndə yalnız xaricdə təhsil alan gənclər nəzərdə tutulur. O, anlamaqda çətinlik çəkir ki, əslində Azərbaycanın ən böyük insan kapitalı məhz hərbçilərdir. II Qarabağ müharibəsi bunu isbatlamış oldu.
DÖRDÜNCÜSÜ, deputat bu təkliflə bağlı Türkiyə modelini önə çəkir. Əvvəla, Türkiyə “Kəbə evi” deyil, orada bütün sahələr üzrə yaradılan təcrübənin Azərbaycanda kor-koranə tətbiqi yolverilməzdir. Digər tərəfdən, Türkiyə modelinin tətbiqi Azərbaycanda ordusunda müxtəlif istiqamətlərdə reallaşdırılıb. Məsələn, komanda briqadaların yaradılması.
BEŞİNCİSİ, 1 il 6 ay və 1 illik hərbi xidmət heç bir əsgəri peşəkarA çevirmir. Bu müddət hərbi sahə ilə tanışlıqdır. İndi pul müqabilində bu müddətin daha da azaldılması hərbi sahə ilə tanışlıq imknalarını da minimuma endirəcək.
Ən əsası, Azərbaycan qalib dövlətdir, II Qarabağ müharibəsindən sonra yaranan əminlik və arxayınlıq bu dövlətin bundan sonra mülkiləşdirilməsinə imkan verməməlidir. Dövlət, əksər strukturlar hərbiləşdirilməlidir. Xaricdə təhsilin əsas fazasını hərbi təhsil faktoru təşkil etməlidir. Dövlətə menecerlər də lazımdır, amma gənclərin Qərb ölkələrində kütləvi şəkildə menecment təhsili alması ölkəni fəlakətə sürükləyir.
Heç bir halda şübhə etmirəm ki, bu təklifin irəli sürülməsi təkcə daxili faktorla bağlı deyil, bu məsələdə xarici faktor da var və dirəniş hiss olunur. Uzun illərdir alternativ hərbi xidmət modeli müzakirə olunsa da, əhəmiyyət yükü də az idi. Bundan sonra bu təklifin aktiv fazaya daxil olması təhlükəlidir. Alternativ hərbi modelin tətbiqi cəzbedici görünsə də, taktiki yanaşmadır.
Ümumiyyətlə, ölkədə həll olunmalı minlərlə problem var, yaxşı olar ki, bu problemlərin həlli ilə məşğul olsunlar. Məsələn, narkotik maddələrin dövriyyəsi pik həddə çatıb, Penitensiar Xidmətdə məhbusların hüquqları kobud şəkildə pozulur, orada hər ay milyonlarla yeyinti həyata keçirilir, məhbusların bərbad yaşam şəraiti hələ də kosmetik üsullarla ört-basdır edilir, regionlarda işsizlik hökm sürür,məhkəmələr pulsuz qərar çıxarmır, kriminal durumun səviyyəsi günbəgün artır, hər gün ölkədə 60 ailə boşanır və s.
Çox təəssüf ki, gənc kadrların əksəriyyətinin başı pul qazanmaq istiqamətində işləyir, onların heç biri ideoloji yanaşma sərgiləyə bilmirlər. Özlərinə, şirkətlərinə və büdcəyə pul qazandırmaq üçün hər cür təklifi səsləndirməyə hazırdırlar. Varlı ailənin övladları başqa nə cür düşünə bilərlər ki...
Ourduda islahatların aparılmasının tərəfdarıyam. Daha peşəkar ordu formalaşdırmaq lazımdır, kəmiyyət yox, keyfiyyət önə çəilməlidir. Amma pul qazanmaq naminə də kəmiyyəti aşağı salmaq olmaz. Bu, əlavə problemlər yaradacaq.
Samir Feyruzov
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) “Ölkə.az”a verilən məlumata görə, Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.
“Həmçinin qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir.
Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.
Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.
Məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək.
Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.
Qeyd edək ki, pensiyaların indeksləşdirilməklə artırılması ötən ilin əvvəlindən bütün növ pensiyalara şamil olunur.
Hazırki artım da həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçıları (pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) əhatə edir.
Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faiz) üstələyir.
Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 8,8 faiz indeksləşdirilərək artırılır. Məsələn, şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 4400 manat artırılmaqla 54400 manata çatdırılacaq.
Bu da onu göstərir ki, işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalları yalnız hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi olaraq artırılır”, - məlumatda qeyd edilib.
İşğaldan azad olunan Ağdərə rayonundan yeni görüntülər paylaşılıb.
Sözügedən kadrlar AZTV-nin efirində yayımlanıb.
Həmin görüntüləri təqdim edirik:
Son günlər buraxılış ili köhnə olan maşınların utilizasiyası gündəmdədir. Lakin bəzi kateqoriyalı avtomobillər var ki, onların utilizasiyaya verilib-verilməyəcəyi bir çoxları tərəfindən naməlumdur.
Əsasən buraxılış ili olduqca köhnə olan və xüsusi avtomobil həvəsakarları tərəfindən restavrasiyası üçün yüksək xərclərin qoyulduğu retro maşınların aqibətinin necə olacağı olduqca maraqlıdır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Rövşən Həsənov Yenisabah.az-a danışıb. Ekspert retro maşınlarla bağlı utilizasiyanın təqdim olunmadığını deyib.
“Retro avtomobillər ehtiyat maşınlar sayılır və onlara utilizasiya təqdim olunmur. Bu tip maşınların gömrük rüsumları da fərqlidir. Gömrük kalkulyatorunda yük maşınları, xüsusi mexanizmə malik avtomobillər və bu tip avtomobillər də ulitizasiyaya təqdim edilmir.
Əgər könüllü formada avtomobil sahibi öz nəqliyyat vasitəsini dəyişmək istəsə, ancaq o zaman kalkulyatorda utilizasiya məbləği hesablanacaq”.