“Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin tibbi müayinəsi fərqli bir sistemlə olacaq”.

APA xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, artıq bununla bağlı hazırlıq işləri görülür:

“Elektron sistem üzərində, yeni meyarların müəyyən edilməsi üzrə iş aparılır. Yeni müayinə mərkəzində müasir avadanlıqların quraşdırılması istiqamətində işlər görülür”.

Agentlik sədri vurğulayıb ki, dövlət başçısının müvafiq fərmanı ilə 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.

Yayılan məlumatlara görə, əhaliyə xəbərdarlıq edilərək, su qızdırıcılarının hamam otaqlarında istifadəsinin qarşısı alınır. Hətta bir sıra mənzillərdə qaz xətləri möhürlənib və su qızıdırıcılarına qazın verilişi dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov Trend-ə bildirib ki, mövcud qanunvericiliyə görə, Azərbaycanda hamam otağında heç bir halda su qızdırıcısından istifadə etmək olmaz.

"2009-cu ildə qüvvəyə minmiş "Qaz təchizatı. Layihələndirmə normaları"na əsasən, su qızdırıcı cihazların vanna otaqlarına qoyulmasına yol verilmir.

Qanunda qeyd olunub ki, əvəllər qüvvədə olan normalara uyğun olaraq, vanna otaqlarında yerləşdirilmiş su qızdırıcılarının evdə və ya qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən vanna otaqlarından çıxarılıb mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməsi, hər bir konkret halda, yerli qaz təsərrüfatı istismarı müəssisələrinin razılığı ilə layihə təşkilatı tərəfindən həll edilməlidir.

Qanunun qəbulundan əvvəl vanna otaqlarında yerləşdirilən su qızdırıcıları qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməlidir".

İ.Behbudov bildirib ki, Nazirlər Kabinetinin 2023-cü il tarixli, 215 saylı qərarı var.

"Həmin qərara əsasən, qazpaylayıcı tərəfindən ildə bir dəfə yoxlama aparılmalıdır. Qərarın 8-ci bəndinə əsasən, aparılan yoxlamalar zamanı nöqsanlar aşkar olunarsa, çatışmazlığın aradan qaldırılması üçün abonentə bir aydan çox olmayan möhlət verilir. Əgər nöqsanlar aradan qaldırılmazsa, bizim tərəfimizdən həmin cihaza gedən qazın təminatı dayandırıla bilər.

Yanvar ayından etibarən yoxlamalar aparılır, normaları pozan vətəndaşlara müvafiq xəbərdarlıq edilir", - deyə o əlavə edib.

Qeyd edək ki, hava şəraitinin qeyri-sabit olması ilə bağlı qaz istehlakçıları tərəfindən qazdan istifadəyə dair qaydalara əməl edilməməsi, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına nəzarətin düzgün təşkil edilməməsi nəticəsində 2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilir.

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb.

“Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 72 nəfər köçürülür.

 Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.

Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 431 ailə (1627 nəfər) köçürülüb.

 

 

 

 

“Yanvar ayı ərzində işğaldan azad olunan ərazilərə 170 ailə köçürülüb”.

Bu barədə Oxu.Az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktoru İbrahim Mirzəyev məlumat verib.

O bildirib ki, ayın yekunu olaraq daha 23 ailə (72 nəfər) Laçın şəhərinə köçürülüb və bununla da yanvar ayına olan köç prosesi yekunlaşıb:

“Nəzərinizə çatdırırıq ki, yanvar ayı ərzində beş köç karvanı ilə 147 ailə (577 nəfər) Füzuli şəhərinə köçürülüb.

Bu gün isə Laçın şəhərinə daha 23 ailə (72 nəfər) köçürülüb.

Növbəti aylarda da işğaldan azad olunmuş ərazilərin bərpa-tikinti qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək”.

19 saylı xüsusi təyinatlı - MMC-yə etibar edilən bütün işlərdə rəhbərlikləri və işçi kollektivi daim özlərini doğruldub

Yol-xeber.az görülən işləri təqdim edir:
19 saylı xüsusi təyinatlı - MMC-yə etibar edilən bütün işlərdə rəhbərlikləri və işçi kollektivi daim özlərini doğruldub
19 saylı xüsusi təyinatlı - MMC-yə etibar edilən bütün işlərdə rəhbərlikləri və işçi kollektivi daim özlərini doğruldub
19 saylı xüsusi təyinatlı - MMC-yə etibar edilən bütün işlərdə rəhbərlikləri və işçi kollektivi daim özlərini doğruldub
19 saylı xüsusi təyinatlı - MMC-yə etibar edilən bütün işlərdə rəhbərlikləri və işçi kollektivi daim özlərini doğruldub


Fevralın 1-dən nəqliyyat vasitələrinin dövlət texniki baxışının keçirilməsinin məqsədlərindən biri də utilizasiya haqqının ödənilməsi barədə sənədin olmasına nəzarəti təmin etmək olacaq.

Bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da etdiyi dəyişiklikdə əksini tapıb.

Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı utilizasiya haqqının yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməsi də təmin olunmalıdır.

Qeyd edək ki, “Tullantılar haqqında” qanuna əsasən, utilizasiya haqqı iki halda alınacaq. Fevralın 1-dən gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı alınacaq. Eyni zamanda mütəmadi olaraq dövlət texniki baxışı üzrə utilizasiya haqqı ödəniləcək.

Başqa sözlə, qanuna əsasən, avtomobillər istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə dövlət texniki baxışından keçməlidir və bu zaman hər dəfə utilizasiya haqqının ödənilməsi də tələb olunacaq.

Prezident İlham Əliyevin 22 avqust 2023-cü il tarixli sərəncamına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Müdafiə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla utilizasiya haqqının məbləğini, güzəşt məbləğini və birdəfəlik ödənişin həcmi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməli idi.

Xatırladaq ki, Prezident İlham Əliyevin 27 yanvar tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu” yaradılıb. Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu sərəncam da 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Yanvarın 29-da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

Bu mərhələdə Füzuliyə daha 27 ailə (115 nəfər) köçürülüb.

 Qeyd edək ki, indiyədək Füzuli şəhərində 527 ailənin (1969 nəfər) daimi məskunlaşması təmin edilib.

 

 

 

 

Xudafərin-Qubadlı-Laçın yolu layihələndirilən zaman bir sıra köçürülmələr olub.

Axar.az xəbər verir ki, bu barədə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə bildirilib.

Qeyd olunub ki, yolun layihələndirilməsi zamanı bir neçə məzarlıq tikintinin altına düşüb. Aidiyyəti qurumların nümayəndələri ilə birlikdə müvafiq sənədləşmə aparılıb, 61 məzar, XVII əsrə aid olan Yaxşının qəbri və Seyyid Babiş Cəfəroğlunun ziyarətgahı köçürülüb.

Suraxanı rayonu Əmircan qəsəbəsində uşaqların kütləvi şəkildə "sarılıq" kimi tanınan Hepatit A virusuna yolxuması ilə bağlı məlumata 84 saylı tam orta məktəbin direktoru Röya İslamova da münasibət bildirib. 

Direktor İTV-yə yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olarkən deyib ki, bu günə kimi rəhbərlik etdiyi məktəbin şagirdlərindən yalnız 4-ü Hepatit A virusuna yoluxub: 

"Şagirdlər arasında ilk yoluxma ötən ilin dekabrın 19-da qeydə alınıb. Yoluxma məktəbdə kənarda baş vermişdi. ŞHəmin fakt aşkarlanan qədər şagird məktəbə gəlmirdi və özünü halsız hiss edirdi. Növbəti gün məktəbin su ehtiyatından laborator müayinələr götürüldü. Hazırda virusa yoluxan 4 şagirdimiz var".

©Baku.ws

Xudafərin-Qubadlı-Laçın yolunun artıq yarısı tamamlanıb.

Bu barədə yanvarın 26-da Qarabağ və Şərqi Zəngəzur bölgəsində üç mühüm avtomobil yolunun: Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə məlumat verilib.

Qeyd olunub ki, yolun tikintisinə 2021-ci ildə başlanılıb və 2024-cü ilin sonuna kimi tamamlanacaq.

İctimai dinləmədə sifarişçilər, layihə icraçıları, dövlət qurumları, ekoloqlar, QHT və KİV nümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak edirlər.

©Axar.az

Xəbər lenti