Astarada ər və arvad bir-birini bıçaqladı

Astara şəhərində ər və arvad arasında bıçaqlaşma olub.

“Qafqazinfo”nun "Report"a istinadən məlumatına görə, hadisə 1981-ci il təvəllüdlü Astara rayonu Şahağacı kənd sakini Yeganə İltifat qızı Hüseynova və onunla qeyri-rəsmi nikahda olan, 1986-cı il təvəllüdlü Təngərüd kənd sakini Hüseynov Kamin Kazım oğlunun "Qum" küçəsində kirayədə qaldıqları evdə baş verib.

Aralarında yaranan şəxsi münaqişə zamanı Y.Hüseynova meyvə qabındakı bıçaqla K.Hüseynovun boyun nahiyəsinə xəsarət yetirib. Ardınca K.Hüseynov bıçağı onun əlindən alaraq qadına 4 zərbə endirib. Hadisə zamanı evdə Y.Hüseynovanın əvvəlki nikahdan olan yeniyetmə qızı olub. Hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.


13:37

Rusiyanın Stavropol vilayətində içərisində azərbaycanlılar olan avtobus qəzaya uğrayıb.

Ardını oxu...


Bu il daha çox vətəndaşın ipoteka kreditindən yararlanmaq imkanı olacaq.

Ardını oxu...


Gürcüstanda yayılan А(H1N1) - donuz qripi virusu ilə əlaqədar Azərbaycanın qonşu ölkə ilə olan "Sınıq Körpü" gömrük sərhəd-buraxılış məntəqəsində profilaktik tədbirlər həyata keçirilir.

Ardını oxu...


Urmu Gölünü Canlandırma Mərkəzinin hazırkı planına görə, gölün cənub hissəsinə su çatdırılmayacaq.

Ardını oxu...


Ərdəbil Əyaləti Prokurorluğu şirkətlər tərəfindən kəsilən meşə ağaclarının Ərdəbil əyalətindən keçərək şimal əyalətlərinə daşınmasına qadağa qoyub.

Ardını oxu...

Son 4 ay ərzində islam ölkələrindən ümumilikdə 2 milyon 180 min nəfər həcc ziyarətinə gedib.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat yayıb.

Nazirliyin hesabatına görə, siyahıda Pakistan (600,015 nəfər) birinci, İndoneziya (394,027 nəfər) ikinci, Hindistan (281,589 nəfər) üçüncü yeri tutub. Qardaş Türkiyə isə 60,086 nəfərlə səkkizinci yerdə qərarlaşıb. Türkiyə həm də son 4 ay ərzində islam ölkələri arasında həcc ziyarətinə ən çox rəğbət göstərən 10 ölkədən biri olub.


Əksər sürücülər avtomobil hissələrinin baha olması səbəbindən detalları keyfiyyətsiz məhsullarla əvəz edirlər. Ustalar isə sürücülərə xəbərdarlıq edirlər.

ARB TV xəbər verir ki, ucuz ehtiyyat hissələri sürücüləri ikiqat ziyana salmaqla yanaşı, həm də sizi canınızdan edə bilər.

Telman Abdullayev (sürücü): "Bir ay öncə "termostat”ı 10 manata aldım. İndi də təzəsini aldım, eyni şeydir. Ustapulunu da hesablasaq, 15 manat edir”.

Keyfiyyətli məhsulların qiyməti sürücülər üçün əlçatan deyil. Bu səbəbdən sükan sahibləri əksər hallarda ucuz ehtiyyat hissələri alır.

Telman Şükürov (sürücü): "Yolda qalmaq, ustaya gəlib-getmək vaxtımızı alır. Mahiyyəti 10 manata başa gəlirsə, mənə 20, 30 manat ziyan vurur. Maşın yolda xarab olanda evakuator çağırırıqsa, ona da pul veririk. Bunların hamısı xərcdir”.

Orijinal olmayan ehtiyyat hissələrin sıradan çıxması sürücü ilə usta arasında anlaşılmazlığa səbəb olur. Sürücü ikiqat xərc çəkirsə, usta keyfiyyətsiz məhsula görə eyni işi bir neçə dəfə görməli olur.

Azər Quliyev (usta): "Vaxt olub ki, yüksək bir məbləğ müqabilində bir işi görmüşəm. Bir neçə gün sonra həmin adam eyni problemə görə gəlib. Eyni işə görə həm müştəri ziyana düşür, həm də mən”.

Süleyman Əhmədov (usta): "Bəzi hallar olub ki, "paçebnik”lər dəyişilib, qapının ağzında yenidən tökülüb. Məsləhət görərdim ki, orijinal ehtiyyat hissələri alınsın. Lakin müştərinin imkanı və ya orijinal hissənin mağazada olmaması bizi qeyri-orijinal hissələr istifadə etməyə sövq edir”.

Satıcılar da maşının detallarının keyfiyyətinə önəm verməyi tövsiyə edir. Ucuz avadanlıqların tez sıradan çıxması sükan sahiblərini növbəti dəfə xərcə salır.

İmran Mədətov (satıcı): "”Mersedes"in Almaniyadan gələn "şaravoy”u 30, 35 manat arasında olursa, digər ölkələrdən gələn ucuz mallar 10, 15 manat fərq edir. Müştərilər özlərini aldatmasınlar. Təmiz mal istəsinlər. Onlara keyfiyyətli hissələr verilsin ki, həmin malın zəmanəti də olur”.

Avtomobilə ehtiyyat hissələri alındıqda usta ilə məsləhət etmək və ya zəmanətli detal almaq məsləhət görülür.

Azərbaycanda son illərdə, 2011-ci ildən 2017-2018-ci ilə qədər ölənlərin sayı artmayıb, ancaq doğuşun həcmi azalıb.

Bunu Oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

O qeyd edib ki, doğum göstəricilərinin aşağı olması valideynlərin, xüsusilə gənc ailələrin bir, ən yaxşı halda iki uşağa üstünlük verməsi ilə bağlıdır.

"Yəni, nəticə etibarı ilə doğum azalır, amma ölüm də artmır, insanların ömrü ilbəil uzanır. Bununla həm də insanların orta ömrü artmış olur", - komitə sədri bildirib.

Deputat qeyd edib ki, bu gün Azərbaycanda orta ömür müddəti 75,2 ildir.

Yol polisinin əməkdaşı ağır vəziyyətdə yolda qalan hamilə qadının və körpəsinin həyatını xilas edib.

Qaynarinfo.az xəbər verir ki, olay Cəlilabad rayonunda baş verib. Rayon ərazisində xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşı, baş çavuş Sadiq Səfərov yol kənarında hərəkətsiz halda dayanmış VAZ 2106 markalı avtomobilin sürücüsünə yaxınlaşaraq, onun dayanma səbəbini soruşub. Məlum olub ki, avtomobildəki hamilə qadını xəstəxanaya aparmaq istəyən sürücü yolu tapa bilmir. Dərhal sürücüyə bələdçilik edən yol polisi əməkdaşı xəstəni yaxınlıqda yerləşən xəstəxanaya çatdırıb.

Gülnar Quliyevaya vaxtında ilkin tibbi yardım göstərildiyindən övladının tələf olmasının qarşısı alınıb.

Xəbər lenti