Ötən il Gürcüstan əhalisinin sayı 3200 nəfər artaraq 3 milyon 729 min 700 təşkil edib.

Ölkə əhalisinin 1 milyşkil edir. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.

Qonşu ölkədə əhalinin 58,3 faizi şəhərlərdə, 41,7 faizi isə kəndlərdə yaşayır. İllik müqayisədə şəhər əhalisi xeyli artıb.

 

Statistika idarəsinin məlumatında Gürcüstan əhalisinin etnik mənsubiyyətinə görə tərkibi də açıqlanıb. Göstəricilərə əsasən qonşu ölkədə yaşayan azərbaycanlıların sayı 233 min nəfərdir. Bu da əhalinin 6,3 faizi deməkdir.on 938 min 100 nəfərini qadınlar, 1 milyon 791 min 600 nəfərini isə kişilər təşkil edir.

 

Bakıda çoxmərtəbəli bina yandı, 20 nəfər təxliyə edildi

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

 

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınıb.
 
Belə ki, ümumi sahəsi 85 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 m² sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 m² sahədə qarsalanıb. Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib, xəsarət alan olmayıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.


“Airbus” 11 milyard dollarlıq təyyarə satdı

“Airbus” şirkəti ABŞ-ın “Moxy” və “Jet Blue” hava yolu şirkətlərinə ümumi dəyəri 11 milyard dollar olan 120 ədəd təyyarə satıb.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, hər iki şirkətlə 60 ədəd “A220-300” təyyarəsinin satışı üzrə müqavilə imzalanıb.

 

Yanvarın sonundan etibarən “Airbus”un ABŞ-ın Alabama ştatındakı zavodunda təyyarələrin istehsalına başlanılacaq.

Qeyd edək ki, “A220-300” təyyarələri 100-150 arası sərnişin tutumuna malikdir.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayramqabağı və bayram günlərində - 28 dekabr tarixindən 2 yanvara qədər - 70 mindən çox sərnişinin şəhərlərarası və beynəlxalq səfəri təmin edilib.

Axar.az xəbər verir ki, bu barədə məlumat Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova qeyd edib. O bildirib ki, respublikanın bütün bölgələrinə axın çox olmasına baxmayaraq, daha çox Gəncə, Quba, Qusar, Xaçmaz, Astara, Şəki bölgələrinə, beynəlxalq reyslərdə isə Gürcüstana olan reyslər üstünlük təşkil edib.

Gün ərzində xətlərə təxminən 80-ə yaxın əlavə avtobus cəlb olunub.

“Ən çox sərnişin sıxlığı 29 dekabr tarixində müşahidə olunub. Həmin gün ərzində 17 minə yaxın sərnişin yola salınıb. 31 dekabrda isə digər günlərə nisbətən sərnişin sıxlığı az olub.

Qiymətlərin daşıyıcı şirkətlər tərəfindən süni şəkildə artırılmasının qarşısını almaq, eləcə də kassaların fəaliyyətinə və bilet satışına nəzarət etmək üçün yaradılan xüsusi qiymət komissiyası heç bir süni qiymət artımı aşkarlamayıb. Bayram günlərində BBAK-ın məlumat mərkəzinə, eləcə də Feysbuk səhifəsinə gələn suallar mütəmadi cavablandırılıb və gedişlə bağlı heç bir şikayət daxil olmayıb”.

Yanvar ayında Azərbaycanda yeni iqlim rekordları qeydə alına bilər. Qış hər ötən il daha tez gəlib, daha gec gedəcək.

Bu sözləri Axar.az-a açıqlamasında ekoloq Telman Zeynalov deyib.

Ekoloqun sözlərinə görə, yanvar ayının birinci yarısında ölkəmizdə kəskin yağışlar gözlənilir.

“Həddən artıq yağışlı hava barədə proqnoz vermək üçün kifayət qədər əsaslar var. Yağıntılar iqlim normasından artıq olacaq. Azərbaycanın əlaqədar qurumları artıq indidən leysan və hətta mümkün sellərə qarşı hazırlıq aparmalıdır”, - ekoloq bildirib.

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir:

“Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.

Bir sıra kütləvi informasiya vasitələrində Bakı Baş Gömrük İdarəsinin sahibkarlara “maneələr” yaratması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

DGK-dan Axar.az-a verilən məlumata görə, məlumatda Adil Haqverdiyev adlı şəxs Türkiyədən mebel idxal etdiyini və həmin mebelin gömrük rəsmiləşdirilməsi zamanı həyata keçirilən qiymətləndirmə prosesində malın dəyərinin süni şəkildə artırıldığını iddia edir.

Qeyd edək ki, Aqil Haqverdiyevin ölkəyə idxal etdiyi mebelin qiymətləndirilməsi zamanı malın dəyərindən aşağı göstərildiyi müəyyən edilib və qanunvericiliyə uyğun olaraq qiymətləndirmə aparılıb. Eyni zamanda, bununla əlaqədar ekspertiza təyin olunub və ekspert rəyi də gömrük orqanlarının malların dəyərindən aşağı göstərildiyinə dair şübhələrini təsdiqləyib.

Aqil Haqverdiyevin Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi ilə görüşə bilməməsi iddialarına gəlincə isə o, üç dəfə Bakı Baş Gömrük İdarəsinin rəis müavini, iki dəfə isə BBGİ Gömrük əməliyyatları idarəsinin rəisi ilə görüşüb, ona qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının haqlı tələbləri ilə bağlı izahat verilib.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, ölkəmizin gömrük orqanları daim qanuni ticarətin yanındadır və gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları tərəfindən malların dəyərinin azaldılmasına qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək.

 

 
Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 3-də

Ardını oxu...

 

 
Rusiyadan gələn Azərbaycan vətəndaşı yarım kq-dan çox qızıl sikkələr keçirməyə cəhd edib

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin

Ardını oxu...

 

 

Bu il Günəş üç dəfə tutulacaq

Bu il üç dəfə Günəş tutulması baş verəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AzərTac-ın bölgə müxbirinə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib ki, bunlardan biri qismən, biri tam, digəri isə halqavarı olacaq.

İlk Günəş tutulması qismən olacaq və yanvarın 6-na təsadüf edəcək. Qismən Günəş tutulması yerli vaxtla saat 03:34-də başlayacaq və 07:49-da başa çatacaq. Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanının şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünəcək.

 

İkinci Günəş tutulması isə iyulun 2-3-də baş verəcək. Bu dəfə Günəş tam tutulacaq və iyulun 2-də saat 20:55-07:01-dək, iyulun 3-də isə 00:44-dən 01.02-dək davam edəcək. Təbiət hadisəsi Sakit okeanın cənub hissəsində və Cənubi Amerikada izlənə biləcək.

Üçüncü Günəş tutulması isə halqavarı olacaq. Dekabrın 26-da saat 06:30-dan 12:06-dək baş verəcək Günəş tutulması Asiya-Avstraliya, Səudiyyə Ərəbistanı, Hindistan və digər ərazilərdən görünəcək.

“Hər üç hadisəni Azərbaycanda 08:03-dən 08:52-dək səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək olacaq”, - deyə Xıdır Mikayılov bildirib.

Xəbər lenti