Rus oliqarxlar 6 milyard dollar itiriblər

Rusiyanın ən varlı insanlarının ümumi sərvəti 2018-ci ildə 5, 915 milyard dollar azalıb.

Bu barədə “RİA Novosti”nin “Bllomberg Billionaires Index”ə (BBI) istinadən hazırladığı hesabatda qeyd olunub.

İndeks milyarderlərin səhmlərinin olduğu şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanıb. Belə ki, BBI-yə dünyanın 500 ən zəngin insanı daxil edilib ki, bunlardan 25-i rusiyalı biznesmenlərdir. Ötən il 25 iş adamından yalnız 9-u sərvətini artıra bilib, 16-sı isə zərər görüb. 

 

“Nornikelya” şirkətinin sahibi Vladimir Potanin 1 il ərzində sərvətini 687 milyon dollar artıraraq 19,6 milyard dollara yüksəldib. Bununla da o, BBI-nın siyahısına “Ən zəngin rusiyalı” kimi düşüb.

“Novatek”in sahibi Leonid Mihelson 2018-ci ildə  sərvətini 2,77 milyard dollar artıraraq 19,4 milyar dollara çatdırıb.

“NLMK” şirkətinin əsas benefisiarı Vladimir Lisin sərvəti 146 milyon dollar dəyərində azalaraq 1,9 milyard dollar olub.

“Severstali” şirkətinin sahibi Aleksey Mordaşov ötən il 2,23 milyard dollar itirərək sərvətini 17,4 milyard dollar edib. 

“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov isə sərvətini il ərzində 3,45 milyard dollar artıraraq 16 milyard dollara yüksəldib.

“Metalloinvest” və “Meqafon” holdinqlərinin rəhbəri Alişer Usmanov 327 dollar itirib, sərvəti 14,2 milyard dollardır.

“Evraz”ın sahibi Roman Abramoviç 1,6 milyard dollar qazanaraq sərvətini 14,1 milyard dollara çatdırıb.

“Novatek” və “Sibure”nin sahibi Qennadiy Timçenko il ərzində 2,73 milyard dollar gəlir əldə edib, sərvəti 13,8milyard dollardır.

“Renova” biznes-qrupunun sahibi Viktor Vekselberq bir ilə 3, 11 milyard dollar itirib, sərvəti 13,1 milyard dollardır.

“Evrohima”nın benefisiarı Andrey Melnitsenko 2018-ci ildə 1,35 milyard dollar itirərək sərvətini 13,1 milyard dollara qədər azaldıb.


Balakəndə bir uşaq anasının meyiti tapıldı

Balakəndə evdən qadın meyiti tapılıb.

 hadisə rayonun Tülü kəndində baş verib. Belə ki, kənd sakini 1983-cü il təvəllüdlü Əfəndiyeva Zeynəb Vahid qızının meyiti yaşadığı ünvanda aşkarlanıb.

İlkin ehtimallara görə, 36 yaşlı qadın dəm qazından boğulub.

 

Qadının ölümünün dəqiq səbəbini müəyyənləşdirmək üçün meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

Qadının bir övladı var. 

Faktla bağlı araşdırma davam etdirilir.

Azərbaycanda şəhərsalma və tikinti sahəsində fəaliyyət yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılacaq.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.

Sənəddə qeyd olunur ki, 2019-2020-ci illərdə tikinti obyektlərinin layihələndirilməsi, tikintisi, yenidən qurulması və digər şəhərsalma və tikinti fəaliyyətinin planlaşdırıldığı ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluğu meyarlarını və tələblərini tənzimləyən normativ hüquqi və normativ xarakterli aktlar yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğun olaraq təkmilləşdiriləcək.

Ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluğu meyarları və tələbləri şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən normativ hüquqi və normativ xarakterli aktlara daxil ediləcək.

Ötən ilin yanvar-oktyabr aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 189 nəfər və ya 2,76% artaraq 714 772 nəfər olub.

Report”un Bakı şəhər Statistika İdarəsinin hesabatına istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 0,5 manat və ya 0,06% artaraq 783,4 manat təşkil edib.

Belə ki, 2018-ci ilin yanvar-oktyabr aylarında Bakının Binəqədi rayonunda işləyən muzdlu işçilərin sayı 46 771 nəfər olub. Onların orta əmək haqqının həcmi isə 451,3 manat təşkil edib. 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə Binəqədi rayonunda muzdlu işçilərin sayı 3 321 nəfər və ya 7,64% artıb. Onların əmək haqqlarının həcmi isə bir il ərzində 21 manat və ya 4,88% artıb.

Bakının Qaradağ rayonunda muzdla işləyənlərin sayı 630 nəfər və ya 2,5% azalaraq 24 568 nəfər təşkil edib. Bu rayonda işləyənlərin əməkhaqqlarının həcmi isə 87,4 manat və ya 9,13% artaraq 1 043,4 manat təşkil edib.

Paytaxtın Xəzər rayonunda isə işləyən muzdlu işçilərin sayı 30 185 nəfər təşkil edib. Onların orta əmək haqqının həcmi isə 724,3 manat olub. 2017-ci ilin yanvar-oktyabr ayı ilə müqayisədə Xəzər rayonunda muzdlu işçilərin sayı 679 nəfər və ya 2,3% artıb. Onların əməkhaqqlarının həcmi isə bir il ərzində 79,4manat və ya 12,31% artıb.

Paytaxtın mərkəzi rayonlarından biri olan Səbaildə isə muzdla işləyən işçilərin sayı 112 835 nəfər təşkil edib. Bu, əvvəlki ilin 10 ayı ilə müqayisədə 1 336 nəfər və 1,7% azdır. Onların maaşlarına gəldikdə isə, bu rəqəm 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 75,8 manat və ya 5,08% azdır. 2018-ci ilin 10 ayında bu rəqəm 1 414,5 manat təşkil edib.

Ötən ilin yanvar-oktyabr ayları ərzində Sabunçu rayonunda siyahı tərkibində olan işçilərin sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə 347 nəfər və ya 1,28% artaraq 27 726 nəfər təşkil edib. Bu müddət ərzində onların əmək haqqlarının həcmi 15,4 manat və ya 3,18% artaraq 500,1 manat olub.

Suraxını rayonunda muzdla işləyənlərin rəsmi ümumi sayı 19 600 nəfər, onların əmək haqqlarının orta hesabla həcmi 572,4 manat təşkil edib. Bu isə say baxımından 229 nəfər və ya 1,18% çoxdur. Əmək haqqları nisbətində isə bu rəqəm 0,2 manat və ya 0,03% azdır.

Bakının daha bir mərkəzi rayonlardan biri olan Nərimanovda isə işləyənlərin ümumi sayı 68 248 nəfər təşkil edir ki, bu da əvvəlki ilin 10 ayı ilə müqayisədə 3 549 nəfər və ya 5,49% çoxdur. Bu rayonda orta əmək haqqının həcmi 521,2 manat olub ki, bu da əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1,6 manat və ya 0,31% artıb.

2018-ci ilin 10 ayında Bakının Nəsimi rayonunda muzdla işləyənlərin ümumi sayı 163 948 nəfər təşkil edib. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 11 439 nəfər və ya 7,5% çoxdur. Onların orta əmək haqlarının həcmi isə 652 manat təşkil edib ki, bu da əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 37,2 manat və ya 6,05% çoxdur.

Nizami rayonunda isə bu müddət ərzində muzdla işləyənlərin orta hesabla ümumi sayı 379 nəfər və ya 0,85% azalaraq 44 293 nəfər olub. 2018-ci ilin yanvar-oktyabr aylarında onların da orta əmək haqlarının həcmi 18 manat və ya 2,69% azalaraq 650,9 manat təşkil edib.

Bakının ən böyük rayonlarından biri olan Xətaidə isə ümumi çalışanların sayı 63 066 nəfər təşkil edib. Bu müddət ərzində onlar aylıq olaraq orta hesabla 776,6 manat əmək haqqı alıblar. Bu rəqəm say baxımdan 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 586 nəfər və ya 0,94% çoxdur. Məbləğ baxımımdan isə bu rəqəm 54,5 manat və ya 6,56% azdır.

Bakının sayca 11-ci rayonu Yasamalda isə çalışanların sayı 2018-ci ilin yanvar-oktyabr aylarında 105 393 nəfər olub. Əvvəlki ilin 10 ayı ilə müqayisədə onların sayı 961 nəfər və ya ya 0,92% artıb. Onların orta əmək haqlarının həcmi 688,8 manat olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 42,9 manat və ya 6,64% çoxalıb.

Paytaxtın sayca 12-ci olan və sonuncu yaradılan Pirallahıda isə işləyənlərin orta sayı 8 139 nəfər olub. Onların aylıq aldıqları maaşlarının orta hıəcmi isə 1 465,3 manat təşkil edib. Bununla da bu rayonda işləyənlərin sayı 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 423 nəfər və ya 5,48%, əmək haqqılarının orta həcmi isə 85,7 manat və ya 6,21% artıb.

Beləliklə, belə qənaətə gəlmək olar ki, 2018-ci ilin on ayında paytaxt Bakıda ən çox iş yeri olan rayon Nəsimidir. Bu rayonda 163 948 nəfər işlə təmin edilib. Bakının ən yüksək əmək haqqı verən iş yerləri olan rayon isə Pirallahıdır. Bu rayonda işçi orta hesabla 1 465,3 manat əmək haqqı alır.


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zirehli texnikaların döyüş hazırlığını yoxlayıb.

MN-dən Axar.az-a verilən məlumata görə, müdafiə naziri hərbi hissədəki şəraitlə tanış olaraq hərbi texnikalara baxış keçirib, onların heyətlərinin hazırlığını yoxlayıb və döyüş tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.

Bayramla əlaqədar bu gün Bakı Metropoliteni QSC gücləndirilmiş iş rejimində çalışır.

Qurumdan Axar.az-a verilən məlumata görə, şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunub.

"Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulub.

Bundan savayı, paytaxtda keçirilən kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, bu gecə saat 2-yə qədər metroya giriş açıq olacaq", - məlumatda bildirilib.


Şəki sakini yemək üçün aldığı vaflidən istifadə edə bilməyib. Çünki mağazadan aldığı vafli yanmağa başlayıb.

Görüntülərlə tanış olan qida mühəndisi İsa Əliyev "Xəzər xəbər"ə bildirib ki, bu məhsulun belə yanmasına səbəb vaflinin içərisinə vurulan kimyəvi maddədir.

İsa Əliyevin sözlərinə görə, bu cür maddələrin qida məhsullarına qatılması insan orqanizimində bir sıra fəsadların yaranmasına gətirib çıxara bilər.

Qida mühəndisləri sertifikatı olan məhsulları almağa tövsiyə edir.

Müstəqil Azərbaycan dövləti, məncə, bütün tarixinin ən maraqlı və məsuliyyətli illərindən birini yola salır. Əlbəttə, Azərbaycan dövləti dünyanın, Avropanın, regilonun taleyinə göstərdiyi təsirə görə bu ili zaman rəfinin ən yuxarı başında bir yerə qoya bilər.

Elə təkcə Xəzərin hüquqi statusunun müəyyənləşməsi və ya ən azı TANAP layihəsini xatırlamaq kifayətdir. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla 2018-ci ilin bütün həlledici hadisələri ətrafında ətraflı bir söhbətimiz olacaq. Necə deyərlər, bir geriyə anons edəcəyik. Amma istərdim ki, dövlət-vətəndaş münasibətlərində bu il ilk dəfə müşahidə etdiyim bəzi psixoloji yeniliklərlə bağlı danışım.

Məsələ burasındadır ki, 2015-ci ildən sonra Azərbaycanda dəyər-məzənnə, qədir-qiymət kimi məsələlərdə keçid dövrü başlanmışdı və burda söhbət heç də təkcə devalvasiyadan sonra milli valyutamız ətrafında yaranmış vəziyyətdən getmir. Yeni vəziyyət bir sıra mənəvi, bəzən hətta milli dəyərlərə də yeni baxşı tələb edirdi. 2016-2017-ci illərdə məruz qaldığı yeni sosial şərait və şərtlər Azərbaycan adamının mahiyyətindəki sosiallığı, istehlakçılığı onun dibindən üzünə çıxardı. Vətəndaşlıq kimi dövləti mükəlləfiyyət insanımızın düşüncə tərzində bir qədər deformasiyaya uğradı.

Doğrudur, 2016-cı ilin aprel ayında Azərbaycanın cəbhədə qazandığı möhtəşəm nəticə xalqın qalib damarını oyatdı. Şəhidlərimizin yaxınları bütün ölkəni böyük bir bayraq meydanına çevirdilər. Amma etiraf edək ki, ictimai fonda manat-dollar giley-güzarı hələ uzun müddət qalmaqda davam etdi. Necə deyərlər, Aprel qələbəsi bala dərdini nə qədər unutdursa da, qəbrüstünə aparmağa gül alanda manat yada düşürdü.

Vətən borcu və kredit borcu arasında nataraz bir polemika var idi. Ədalət, daha doğrusu ətalət naminə deyək ki, 2016-2017-ci illər də belə keçdi. 2018-ci il isə tam fərqli oldu. Hətta virtual ağızlardan üfürülən alovlara, hakimiyyət rəsmilərinə edilən terrora, ölkəni zülmətə qərq edənlərə, ağ pambığa zəhərli bir qara yaxanlara baxmayaraq, 2018-ci ili Azərbaycanda vətəndaş müvazinətinin, dövləti etimadın sürətlə bərpası ili oldu. Xüsusilə yeni Prezident İlham Əliyevin çevik kadr dəyişiklikləri respublikanın ictimai-siyasi-sosial-mənəvi mahiyyətinin fundamental təzələnməsini təmin etdi. Köhnə və qaranlıq məmur obrazları yeni və şəffaf fiqurlarla dəyişdi. Zəhmli nazirlər ifadəsi demək olar ki, tam süquta uğradı. 2018-ci il nazirdən yox, qanundan qorxmaq təfəkkürünün cəmiyyətə tətbiqi ilə yadda qaldı. Neqativ fəaliyyət və əsassız tələblər zamanı 2018-ci ilin saatına düşmədi.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla hər şey barədə danışdıq...

  • Facebook 
  •  
  •  
  •  

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) dekabrın 31-i axşam və yanvarın 1-də dağlıq və dağətəyi rayonlarda gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, nazirlik dağlıq və dağətəyi rayonlarda gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edib.

30 dekabr 2018-ci il tarixində saat 12 radələrində Sumqayıt şəhərində yerləşən Socar Polymer MMC-nin məşəl qurğusundan atmosferə qara tüstünün atıldığı müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazilriyindən Axar.az-a verilən xəbərə görə, nazirliyin əməkdaşları tərəfindən araşdırma aparılıb. Müəssisənin məsul şəxsləri yüksək gərginlikli elektrik xəttində qəza baş verdiyini və zavodda qurğuların dayanması nəticəsində atmosferə məşəl vasitəsilə qara tüstü atıldığını bildiriblər.

Saat 14:10-da atılmalar dayandırılıb. Hazırda ETSN-nin əməkdaşları tərəfindən ətraf mühitə təsirlərin təhlili məqsədilə araşdırmalar aparılır.

Xəbər lenti