Bakıda bir qrup şəxs Səfərova Fəxrəndə Mahir qızı tərəfindən aldadığını iddia edir.

Ardını oxu...

Bu gün saat 11 radələrində metronun “20 Yanvar” stansiyasında problem yaşanıb.

Ardını oxu...

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 9-da Qazaxıstanın paytaxtı Astana şəhərinə yola düşəcək.

Ardını oxu...

Bu gün arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılıb.

Ardını oxu...

 

Min bir dərdin dərmanı...
Şifahi xalq ədəbiyyatında obrazlaşdırılmış mifik bir meyvədir nar. Faydası içindəki giləsindən çox olan bu meyvə min bir dərdin dərmanı da sayılır.

Hazırda Azərbaycanda Şəlli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, Qırmızı vələs və s. nar sortları yetişdirilir.

Artıq bir müddətdir ki, tezyetişən sortunun yığılması başlayan narın saxlanılma müddəti də elə yetişməsindən asılıdır. 

Narın tərkibində 8-19% qlükoza və fruktoza, 1% saxaroza, şirin sortlarda 0,2-2%, turşa-şirin sortlarda 2-3%, turş narlarda isə 3-7% limon turşusu var.

Narın özü kimi qabığı, budaqları da dəmlənilib içildikdə bir çox xəstəliklərə dəva olur. Narın qabığını çay kimi dəmləyib, mədə-bağırsaq xəstəliklərində ishala və dezinteriyaya qarşı qəbul edirlər.

“Qafqazinfo”nun əməkdaşı Pərvin Zeynalın Göyçayın Aşağı Qaraməryəm kəndindəki nar bağlarından hazırladığı foto-reportajı təqdim edirik.

 











83 ədəd yulğun kolunu kökündən çıxaran kəndli ilə bağlı toplanmış sənədlər Sabirabad Prokurorluğa göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən Axar.az-a verilən məlumata görə, Sabirabad rayon Salmanlı kəndi ərazisində yaş köküstə 83 ədəd yulğun kolunun kökündən çıxarıldığı aşkar edilib.

Araşdırma zamanı yulğun kollarının Salyan rayon Yuxarı Noxudlu kənd sakini Vaqif Babayev tərəfindən çıxarıldığı məlum olub.

Faktla bağlı V.Babayev barəsində akt tərtib olunub və təbiətə 6640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Sabirabad rayon Prokurorluğuna göndərilib.

09:40

İqtisadçı alim Qubad İbadoğlunun təklifləri olduqca maraqlı və cəlbedicidir.

Ardını oxu...

İzacəsiz ova cəhd edən şəxs saxlanılıb və 1000 manat cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonunun Qaraqaşlı kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Araşdırma zamanı brakonyerin İmişli şəhər sakini Rüstəm Ələsgərov olduğu müəyyən edilib.

Faktla bağlı R.Ələsgərov barəsində protokol tərtib olunub, inzibati qaydada1000 manat cərimə edilib və ov tüfəngi götürülüb.

Azərbaycanda 10 günlük körpə 350 manata satılıb.

Ardını oxu...

 

Mətbuat xidmətinə yeni rəhbər gətirildi

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni şəxs təyin edilib.

XİN-dən verilən məlumata görə, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin olunub.

Qeyd edək ki, L. Abdullayeva 2002-ci ildən Xarici İşlər Nazirliyində çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.

Xəbər lenti