![]() |
|
Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov "O üz" proqramında qonaq olub.
Verilişdə atasının ölümündən danışan Peyman onun xəstəxanaya getməməsinin səbəbini açıqlayıb:
"Atam deyirdi ki, 70 yaşımı görməyəcəm. Bunu yarızarafat-yarıciddi qəbul etmək istəmirdik, amma müddət keçdikcə görürük ki, sözlərinin çoxu reallığa çevrilir. Koronavirusa yoluxanda xəstəxanaya getməsi üçün 3-4 dəfə məcbur etmək istədik. Dedi ki, yox, dünyamı dəyişsəm də, el adəti ilə yuyulub, kəfənləmək istəyirəm".
Qeyd edək ki, evində müalicə alan Baloğlan Əşrəfov ötən ilin aprelində dünyasını dəyişib.
Bu barədə Tarix Əliyev azxəbər.com-a məlumat verib.
O bildirib ki, “TikTok”da bir sıra aqressiv kütlə əsasən tanınmış insanları gözdən nüfuzdan salır:
“İllərdir yığdığım, qazandığım hörməti “TikTok”da itirmək istəmirəm. Ona görə də qərara gəldim ki, 260 min izləyicim olan rəsmi səhifəni silim. Bundan sonra orada olmayacağam”.
Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim məhkəmənin qərarına münasibət bildirib.
Yol-xeber.az-ın məlumatına görə, ifaçının oğlu "Təsir dairəsi" verilişinə telefon zəngi ilə qoşularaq deyib:
Ata kimi deyə bilərəm ki, uşaqlarımın arxasındayam. Bu günə kimi onlara həmişə mən baxmışam. O, dırnaqarası müqəddəs ana rolunu necə oynayır, inşallah, insanlar onu da görərlər”.
Məsələni daha ətraflı videodan izləyə bilərsiniz.
Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov komandanın adının “Buta” ilə dəyişdirilməsi barədə yazılan tənqidlərə münasibət bildirib.
Müşfiq Abbasov Ölkə.Az-a açıqlamasında onun başçılıq etdiyi KVN komandasını tənqid edənlərə çağırış edib:
“Hamısı qələt edirlər, başlarını daşa döyürlər. Qeyrətləri, namusları, bircə qram vətənpərvərlik hissləri varsa, bütün bu neqativ yazanların, müsahibə verənlərin şəxsiyyətli, şəxsiyyətsiz olanların namuslu, namussuz olanların fərqi yoxdur, hamısına çağırış edirəm. İnşallah, mart ayında 1/8 finalda Sankt-Peterburq şəhərində bizim birinci oyunumuz “Şuşa” adı ilə olacaq. Yenə də deyirəm, əgər onların şəxsiyyətləri varsa, oyunumuza bilet alıb gəlsinlər, dəstəkləsinlər, bizi alqışlasınlar və şahid olsunlar ki, aparıcı bizi necə təqdim edəcək”.
Qeyd edək ki, M.Abbasov bundan əvvəl komandanın adının qaytarılması ilə bağlı şərt qoyduqlarını açıqlamışdı.
Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi müzakirələrə səbəb olub.
"Yol-xeber.az" “qafqazinfo”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov növbəti dəfə açıqlama yayıb və adın dəyişdirilmədiyini bildirib.
“Heç kim komandanın adını dəyişməyib. “Şuşa” komandası var və qalacaq. Son iki sutkada keçirdiyim gərgin və mübahisəli görüşlərdən sonra belə qərara gəlindi ki, “Şuşa” komandası Rusiyanın Sankt-Peterbuq şəhərində keçirlən mərkəzi liqalarının birində oynayacaq. Hər şey əladır. Bəzi bədbəxtlərin sevinci uzun çəkmədi” - Müşviq Abbasov bildirib.
Müşviq Abbasovun bu açıqlamasından sonra KVN-in rəsmi saytına göz gəzdirdik. Qısa araşdırma zamanı məlum oldu ki, komandanın adı rəsmi saytda “Şuşa” kimi yox, “Buta” olaraq təqdim edilir.
Azərbaycanı təmsil edən “Buta” 22 komandanın iştirakı ilə Premyer Liqada çıxış edəcək komandaların siyahısında göstərilib. Bu liqanın oyunları isə telekanallar vasitəsilə yayımlanmır.
“Sosial şəbəkələrə nəzər yetirirəm, bir gün hamı xoş sözlər yazır, təəccüblənirəm. Növbəti gün sanki o insanların yerinə “moşenniklər”, yaltaqlar, ikiüzlülər, başqalarının heyfini məndən çıxanlar gəlir”.
"Yol-xeber.az" xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli söyləyib. O, İnstaqram səhifəsində açıqlama yayıb və bir neçə məsələ haqda danışıb:
“Mesaj yazıb, xınayaxdı məclislərinə dəvət edirlər. Mən də təklifləri dəyərləndirirəm. Çünki İnstaqram profilimi iş üçün açmışam. Yeniyetmə qız deyiləm ki, burada özümə sevgili axtarım. İşimlə əlaqəli təklifləri cavablandırmalıyam. Yazırlar, əlaqə nömrəmi göndərirəm, sonra “konsert” başlayır. Deyir, uşağım, atam xəstədir. Yaxın zamanda da yeni mövzu çıxıb. Məsələn, söyləyirlər ki, şəhid ailəsiyik, məclisə neçəyə gələrsiniz? Bu, şahmatvari gedişdir, artıq alışmışıq. Əgər şəhidin bacısı, övladı, anası, xanımı yazsa ki, toyumuz var, nə qədərə gələrsiniz, təmənnasız gedərəm. Amma şəhidin baldızı ödənişsiz xidmət istəyir. Belə şey olar?! Bəsdirin də! Şəhidin baldızı, sənin bacın xınayaxdı məclisinə gələ biləcək? Yox. Axı həyat yoldaşının ili çıxmayıb. Bacına nə hörmət qoyursan?! O qara yaylıqda, sən əli xınalı? Biz şəhidlərin ayağının altda bir ovuc torpağıq. Şəhid ailələrindən kim zəng etsə, əlbəttə təmənnasız iştirak edərik. Tək mən deyil, bütün şou nümayəndələri bu addımı atar”.
N.Səfərli ondan müxtəlif yardımlar istənildiyini də söyləyib:
“Biri zəng edib ki, uşağım xəstədir, həkimə aparmaq lazımdır. O uşağı dünyaya gətirəndə məndən soruşmusan? Mən kiməm? Öz evimdə xəstələr var, şikayət etməmişəm. Eşitmisiz ki, deyim evimdə xəstə var, kömək edin? Hamı kimi iki il işləmədim. Bir dəfə də dilə gətirmədim, nəsə satıram demədim. Fikirləşəcəksiniz varındır xərcləmisən. Xeyir! İnsanın qüruru olur. Acından ölərəm, soğanla çörək yeyərəm, amma minnət götürmərəm. Bəlkə də mənim mövqeyim, yanaşmam fərqlidir. Lakin insan qardaşından pul istəmədiyi halda, siz yadlardan necə istəyirsinzi? Hansı vəzifədəyəm? Nə ixtiyarım var ki, nəyəsə qarışım?Heç kiməm!”
Astara rayonunda keçirilən toyda çəkilən foto marağa səbəb olub.
Qarlı havada gəlinapardı mərasimi insanlar tərəfindən xeyli maraqla qarşılanıb.
Məlumata görə, gəlin Astaranın Hamoşam kəndindən Motlayataq kəndinə köçüb.
Daxili İşlər Nazirliyi (DİN) canlı yayımda MAXE-ləri təhqir edən prodüser Tarix Əliyev (Tolik) barəsində məsələyə aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, mayor Elşad Hacıyev "Qafqazinfo"ya bildirib ki, Tarix Əliyev özü canlı yayımdakı fikirləri ilə bağlı izah verib: "Tarix Əliyev sosial şəbəkə hesablarında aralarında yaranan mübahisəyə aydınlıq gətirib".
Qeyd edək ki, Prodüser Tolik (Tarix Əliyev) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını (MAXE) təhqir etmişdi. “Tik-tok” sosial şəbəkəsində izləyiciləri ilə söhbət zamanı MAXE-lərlə bağlı nalayiq fikirlər səsləndirən Tolik bildirib ki, onu əsgərlər qoruyur: “MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır. Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir. MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır”.
Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi taborunun döyüşçüsü, "Paşa" ləqəbli ehtiyatda olan baş gizir Banipaşa Əvəz Türkiyənin məşhur aktyoru Oktay Kaynarcaya medalını hədiyyə verib.
Yol-xeber.az xəbər verir ki, bu barədə O. Kaynarca instaqram səhifəsində məlumat paylaşıb.
Qeyd edək ki, Türkiyədə səfərdə olan qazilərimiz tanınmış aktyorlar-Oktay Kaynarca və Necati Şaşmaz ilə görüşüb.
Xarici görünüşü və sosial şəbəkədə etdiyi paylaşımlarla tez-tez gündəm olmağı bacaran aktrisa Çimnaz Sultanova yeni qalmaqalın əsasını qoyacaq paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Milli.az xəbər verir ki, Çimnaz stilist Elnur Həsənovun onun barəsində dediklərindən bərk hiddətlənib.
Aktrisa stilistin "Məncə, Çimnaz xanım erotik aktrisa olmaq, erotik səhnələrə çəkilmək istəyir. Amma Çimnaz xanım, bura Azərbaycandır. Əgər başqa formada aktrisalığınızı sınamaq istəyirsinizsə, Avropa ölkələrinə üz tutun" ifadələrinə onun fotosunu paylaşaraq, sərt reaksiyası ilə diqqət çəkib:
"Bir azərbaycanli "kişisi" olaraq, qadının ayaqlarının arasında oturub poz verib şekil çəkdirən görəsən nə demək istəyir? Yəqin Avropada erotik kinolarda rol almaq arzusundadır. Elnur bəy, xahiş edirem dilinizi, dodağınızı, ağzınızı 5 % perekslə yaxalayıb, dezinfeksiya edib, sonra adımı dilinizə gətirin. Gör mənə kim söz atır. Dəyərli vaxtımı sərf edib səhifənizə baxdım... Baxdım və şoka düşdüm. Azərbaycanın saf, təmiz gəlinlərimizi deyəsən Avropanın porno ulduzları ilə səhv salmısınız. Ürəyinizdən belə "gəlin" bəzəməkdən, erotik fotosessiya etdirib, makiyaja yox, sinə dekolteyə aksent vermək keçirsə, gedib Avropaya, erotik kinolarda çəkilən aktrisaları "bəzəməyiniz" məsləhətdir. Bura Azərbaycandır - Avropa deyil!
Özünüzə "peşəkar" vizajist deyib, makiyajda "konturing" edərkən "rastuşovkanı" etməyi də unutmayın, necə ki, ağzınızdan söz çıxarıb "rastamojkanı"...".