Meyxanaçı Ağamirzə bir neçə il öncə insult keçirən həmkarı Ağakərimə (Kərim Novruzov) baş çəkib.

Yol-xeber.az xəbər verir ki, meyxanaçı dostu ilə görüş zamanı video çəkərək sosial şəbəkələrdə paylaşıb.

“Kərimin bugünkü vəziyyəti. Allah bilən məsləhətdir”, - deyə o qeyd edib. 

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Novruz Qartalın vəziyyəti ağırdır.

"Axşam.az xəbər verir ki, "Elgizlə izlə" proqramı aktyorun kirayə qaldığı evdə çəkiliş edib. N.Qartalın həyat yoldaşı Zərqələm Əliyeva onun xəstəliyindən danışıb:

"Ötən il insult keçirdi, şəkər oldu. İndi qarnı şişdi, getdik həkimə. Dedilər, gedin onkoloji mərkəzə. Apardıq, baxdılar, dedilər, təcili əməliyyat olunmalıdır. Evə gətirməyə qoymadılar. Səhəri gün əməliyyat olundu. Həkim dedi ki, ciyərlərinə aparat qoşulub.

55 ildir teatrda işləyir, can qoyur. Kirayədə yaşayırıq. 42 ildir evsizik. İndi də ev sahibi deyib ki, pis hadisə baş versə, evimə yas salmayın. Qalmışıq belə, necə edək? Bunun axırı necə olacaq? İstəyirəm, xəstəxanadan çıxanda öz evinə gəlsin".

"Evlilik yolunda ilk addım məndən gəldi. Birinci addımı kişi atmalıdır. Artıq hiss etdim ki, bizdə o qığılcım yaranır və etirafımı etdim".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov "Bu ana kimi" verilişində deyib. Oksana isə həyat yoldaşının Şəhiryarın olmasını hər kəsdən gizlətməsinin səbəbini açıqlayıb:

 "Bilirsiniz ki, oğlumuz Osman dünyaya gələndən onu heç yerdə göstərməmişdim. Çünki 16 ildir ki, övlad həsrətində yaşayan bir qadınıydım. 16 il müalicələrdən və mücadilələrdən keçmişəm. Bu müddət ərzində həyatımda baş verən hər şeyi hamı bilib, lakin xoşbəxt olmamışam. Bədbəxt də olmamışam. Ən azından həyatda olmuşam, bunun özü də bir xoşbəxtlikdir. Amma sevgi və ailə baxımından özümü heç vaxt tam qadın kimi hiss etməmişdim. İstəmədim şəxsi həyatımla yenidən gündəmə gəlim və müzakirələrə səbəb olum. Əfsuslar olsun ki, Şəhriyarla həyat yoldaşı kimi biri-birimizi çoxdan tapmamışıq".
 

.

Müğənni Aygün Mahmudovadan xəbər var.

Big.az xəbər verir ki, müğənni sosial media hesabında yeni fotolarını paylaşıb. Fotolarda Aygünün son zamanlar həddindən çox arıqladığı diqqətdən yayınmayıb. Onun yeni görünüşünü izləyiciləri bəyənərək xoş sözlər yazıblar.

 

Həmin fotoları təqdim edirik:

 

 
  •  

 

 
 
“Koronavirusa yoluxduğunu məndən gizlədirdi”

Mərhum Xalq artisti Səməd Səmədovun həyat yoldaşı İradə Qasımova müğənninin vəfatından sonra ilk dəfə efirə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, “Təsir dairəsi” proqramında qonaq olan xanımı S. Səmədovun koronavirusa yoluxduğunu ondan gizlətdiyini deyib:

“Mən onda Türkiyədə idim. Xəstələndiyini gizlədirdi. Deyirdi ki, qripdir, keçəcək. Burnuma “kapli” (damcı-red.) elədim. Hər şey yaxşıdır. Qızdırması artıq 39-a qalxanda mənə də zəng vururdu ki, sinəm dolub. Saturasiyası isə yaxşı idi. Xəstəxanaya 95-lə getdi. Onun qanı pis idi. Ona görə tromb oldu”.

Videonu buradan izləyə bilərsiniz

 

Türkiyəli aktyor Burak Özçivit həbs oluna bilər.

"Yol-xeber.az" baku.ws-ə istinadən xəbər verir ki, buna səbəb aktyorun "Kuruluş Osman" serialının çəkilişi zamanı işçi heyətini təhqir etməsidir.

İstintaq başladılaraq Özçivitin ötən il dekabrın 8-də çəkiliş sırasında işlətdiyi ifadələrlə bağlı müraciət araşdırılıb və proses başa çatdırılıb.

İrəli sürülən iddianaməyə əsasən, Burak 3 ay 15 gündən 4 il 1 aya qədər həbs oluna bilər.

Məhkəmənin yaxın günlərdə keçiriləcəyi bildirilib.

Türkiyənin reytinqli "Eşkiya dünyaya hükümdar olmaz" serialında İlyas obrazına həyat verən məşhur aktyor Ozan Akbaba Şuşaya səfər edib.

“Yol-xeber.az” xəbər verir ki, bununla bağlı görüntüləri aktyor Elşən Orucov sosial şəbəkə hesabında paylaşıb.

E.Orucov O.Akbabanı Cıdır düzündə salamlayıb və duyğularını soruşub.

Məşhur aktyor isə “Nə oldu, Paşinyan?” deməklə əhvalını izah edib.

 

Xalq yazıçısı Çingiz Abdullayevin “Birinci Qarabağ mhüaribəsi olmayıb” açıqlaması günlərdir cəmiyyətin müxtəlif təbəqələrində müzakirə olunur. Yazıçı bu fikirləri həmin dövrdə vahid ordunun olmaması ilə əsaslandırılsa da, onun dedikləri tənqid hədəfinə çevrilib. Hətta bəzi sosial şəbəkə istifadəçiləri bunu şəhid və qazilərə hörmətsizlik kimi qiymətləndirərək, yazıçıdan üzr istəməyi tələb ediblər.

Haqqında yazılan tənqidlərlə bağlı Ç.Abdullayevin münasibətini öyrənmək üçün ona müraciət etdik. Xalq yazıçısı Ölkə.Az-a açıqlamasında bu sözləri deyib:

“Münasibətim belədir: erməni ensiklopediyasında yazılıb ki, Dağlıq Qarabağ ordusu Azərbaycan Ordusunu birinci müharibədə darmadağın edib. Mən bununla razı deyiləm. Hesab edirəm ki, bizim ordumuz olmayıb, onlar bizi darmadağın etməyiblər. Amma şəhidlər, qazilər bizdə lap çox olublar. Nə silahımız olub, nə ordumuz, nə də hakimiyyət. Mən istəmirəm ki, yenə erməni mifi yaransın və qalsın. Əgər ordumuz var idisə, Xocalıda niyə yox idilər? Mən deyirəm ki, ermənilər ruslardan istifadə edib bizim torpaqlarımızı zəbt ediblər. Kim razı deyilsə, onlara nə deyim? Demirəm ki, şəhid olmayıb. Çoxlu şəhid olub, on qat çox olub. Amma bunu insanlar başa düşməlidir. Biz qonşularımızın mifini yaradırıq.  

Onlar 30 il üzümüzə deyirdilər ki, siz alverçi millətsiniz, vuruşan millət deyilsiniz. Görün biz sizi necə darmadağın etmişik. Heç kim demir ki, bizim təyyarəmiz tankımız olmayıb. Onlar da Rusiyanın köməyi ilə gəlib torpaqlarımızı alıblar. Əgər bunu qəbul etmək istəmirlərsə, ar olsun”.

Qeyd edək ki, Xalq yazıçısı Çingiz Abdullayev Sumqayıtda oxucuları ilə görüşündə oxucularından “Birinci Qarabağ Müharibəsi” ifadəsini işlətməməsini xahiş edib:

“Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz olub, komandiri olub”,- deyə yazıçı söyləyib.

Aparıcı və prodüser Tarix Əliyevlə (Tolik) müğənni Cavanşir Məmmədov arasında qalmaqal yaşanıb.

"Yol-xeber.az" xəbər verir ki, aparıcının "Tarixin bir günü" proqramına qonaq olan sənətçi canlı yayıma bağlanan tamaşaçılardan birinə “Biz iki ildir, toylara gedə bilmirik, bəlkə, siz bizə kömək edəsiniz” sözlərini deyib.

Bundan sonra Tolik əsəbiləşib. O, Cavanşir Məmmədovun absurd sözlər söylədiyini və onun kifayət qədər maddi imkanı olduğunu bildirib. Aparıcı müğənnilərin vergi ödəməməsi məsələsinə də toxunub. O, Cavanşirə "Vergi ödəsəydiniz, indi “Rolls-Royce” sürə bilməzdiniz" deyib.

Daha sonra sənətçi Tolikin bu sözlərinə sərt reaksiya verib:

““Rolls-Royce” almaq üçün mən bağ evimi satmışam. Neyləməliyik? Acından ölməliyik? Mən “Rolls-Royce” sürməliyəm. Hətta üçünü birdən sürə bilərəm. Çünki mən 50 ildir bu xalqa xidmət edirəm”.

Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yayılan videoya etiraz edib.

Axşam.az xəbər verir ki, aktrisa "7 Canlı" proqramında dediyi şeirin montaj edilərək, başqa səs salındığını bildirib.

Bu isə Əsədovanı özündən çıxarıb. Açıqlama yayan aktrisa "Videoda "yox" sözündən sonra bəzi şərəfsizlər əzizlərinin səslərini video ilə montaj edib. Bu, həm mənə, həm də Bəxtiyar Vahabzadəyə hörmətsizlikdir. Bununla bağlı tədbir görüləcək. Mənə maraqlıdır, bu videonun montaj olduğunu bilə-bilə niyə bəzi səhifələr də bu tərbiyəsizliyi paylaşaraq həmin şərəfsizlərə dəstək olurlar?" sözlərini söyləyib.

Qeyd edək ki, M.Əsədova görüntüdə Bəxtiyar Vahabzadənin "Kimdir mənim düşmənim?" şeirini səsləndirib.

Xəbər lenti