Aparıcılar  İlqar Mikayıloğlu və Zülfiyyə Bayramovanın oğlu Nahid hərbi xidmətini başa vuraraq evinə qayıdıb.

"Yol-xeber.az" xəbər verir ki, Zülfiyyə bununla bağlı sosial şəbəkə hesabında görüntülər paylaşıb. O, oğlu Nahidin görüntülərini yayımlayaraq oğlunun əsgərlikdən qayıtmasına görə böyük sevinc hissi keçirdiyini bildirib:

"Nahidim gəldi! Söz verdiyi kimi qalib əsgər olaraq gəldi! Allah bütün balaları qorusun, analar beləcə sevinsin!"

Xatırladaq ki, İlqar və Zülfiyyənin Nahiddən başqa daha bir oğlu da var. 

Uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva son vəziyyəti ilə bağlı foto paylaşıb.

Qaynarinfo xəbər verir ki, hazırda sümük və ağ ciyər törəmələrinə qarşı kimyaterapiya olunan aktrisa saçları ilə tamam vidalaşıb:

Bu da 34-cü kimya... İnşallah hər şey yaxşı olacaq, dualarınız əksik etməyin”.

Aktrisa Milli Onkologiya Mərkəzinin rəhbərliyinə ona göstərilən diqqətə görə təşəkkür edib.

283486

“Barmaqla sayılacaq qədər məşhurlarımız var ki, qadın olaraq, bəy olaraq xoşbəxtdirlər. Ulduz müğənnilərdən hansının həyatı tam-tamınadır ki?”

Ölkə.Az xəbər verir ki, bunu maqazin jurnalisti Yalçın Uğur deyib. O, mərhum Xalq artisti İlhamə Quliyevanın dünyasını dəyişdiyi zaman baş verən bir hadisədən danışıb:

“İlhamə Quliyeva dünyasını dəyişəndə evinin qarşısına getdik.daha sonra yumağa apardılar. Orada adam tapılmadı ki, İlhamə Quliyevanı götürsün maşına qoysun. Yəni bu qıdır mal dövlət, ilhamə Quliyeva və onu maşına qoymağa insan tapılmadı”.

Əməkdar artist Elton Hüseynəliyev bir müddət əvvəl uzun fasilədən sonra Rusiyaya toya getdiyini bildirib. Sənətçi sosial şəbəkədə bununla bağlı paylaşımlar edərək, "Buralar üçün lap darıxmışdım" şərhini yazıb.

Axşam.az məlumatına görə, sənətçi toy qiymətlərini daha da bahalaşdırıb. Elton Rusiyada bir məclisi idarə etmək üçün 25 min dollar (təxminən 42 500 manat) tələb edib. Bu qiymətə onun təyyarə bileti və qalmaq pulu da daxildir.

Hazırda sənətçinin bütün işlərini özü edən həyat yoldaşı, prodüser Tamilla Hüseynəliyeva xəbəri Axşam.az-a təsdiqləyərək bunları əlavə edib:

"Əgər ansambılla gedirsə 25 min dollar istəyir. Bura bütün musiqiçilərin də biletpulu daxildir. Əgər Elton tək gedirsə onda qiymət 20 min dollardır. Elton Bakıda toya ansambılla birlikdə 15 min manata gedir".

Tamilla E.Hüseynəliyevin Rusiyaya girişinə qadağa qoyulması haqda şayiələrə də münasibət bildirib:

"8 il əvvəl bir dəfə Rusiyaya bilet alınanda geri qayıtdı ki, cəriməmiz var. ödədik və yenidən bilet aldıq. Amma son vaxtlar belə hadisə olmayıb. Elton pandemiyaya görə Rusiyaya getmirdi. Eyni zamanda toy qiymətini artırıb, o pulu ödəməyəndə razılıq vermirik. Bu qiymət də bir çoxlarına sərf etmir".

Azərbaycanlı qız dünyanın ən yaxşı modeli seçildi

Türkiyənin İstanbul şəhərində “Best Model of The World-2021” müsabiqəsinin finalı keçirilib.

“Yol-xeber.az” xəbər verir ki, Azərbaycanı müsabiqədə təmsil edən model Aydan Yeşildağ birinci yerə layiq görülüb və bununla da dünyanın ən yaxşı modeli seçilib, bəy təmsilçimiz - model Xəqani Hüseynov isə “Best Asia” tituluna sahib olub.

Qeyd edək ki, “Best Model of The World” hər il İstanbulda keçirilir. Layihənin prezidenti Erkan Özermandır.

Xatırladaq ki, Azərbaycandan ilk dəfə “Best Model of The World” titulunu 2007-ci ildə model Rüstəm Cəbrayılov, ikinci dəfə isə (2019) Nuru Əhmədov qazanıb. Onların hər biri hazırda öz model və aktyorluq karyeralarını davam etdirir.

 

 



 

Bir neçə gün əvvəl ağır yataq xəstəsi olan meyxanaçı Ağakərimin qapısına gedən şair Nazilə Səfərli sənətkarın oğlu Kərim Novruzov tərəfindən evə buraxılmayıb. Üstəlik, meyxanaçının oğlu açıqlamasında N. Səfərlinin bu addımına "Məqsədi reytinq tutmaqdır" deyib.

Yol-xeber.az xəbər verir ki, bütün bunlar Səfərlini özündən çıxarıb. O, Novruzovun sözlərinə cavab olaraq instaqramda bunları yazıb:

 "Səy gədə deyir ki, Nazilə atamdan reytinq tutur. Ay qapı açmağa "duxu" çatmayan oğul, dədənin reytinq verdiyini bilirdinsə, özün niyə üç ildə bir dəfə istifadə etmirdin? Reytinq verən mənəm, ay atasının xəstəliyindən istifadə edib mülklərini satan bivec oğul. Psixatrop iynələri yazığın canına doldurursuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?".


281215

Bakıda ticarət mərkəzlərindən birində mühafizəçi işləyən Amin Bağırovun pianinodakı mahir ifası hər kəsi heyrətləndirib. Onun Yevgeni Qrinkonun “Valse” bəstəsini ifa etdiyi görüntüləri sosial şəbəkələrdə yayılaraq böyük marağa səbəb olub. 

 20 yaşlı istedadlı gənc "Həmin Zaur" proqramına qonaq olub. Şəxsi həyatından danışan Amin qısa müddət əvvəl atasını xərçəng xəstəliyindən itirdiyini və ailənin gəlirini sadəcə özü təmin etdiyini bildirib:

 "Evdə iki uşağıq. Bir bacım var. Hərbi xidmətdən qayıtdıqdan 11 gün sonra atam xərçəng xəstəliyindən vəfat etdi. 1 ay olar ticarət mərkəzində mühafizəçi çalışıram".

Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi

Ötən gün Bakıda “Best Model of Azerbaijan” müsabiqəsinin finalı keçirilib.

“Bəylər arasında qalib Xəqani Hüseynov, xanımlar arasında isə qalib Aydan Yeşildağ olub.

Hər iki qalib Azərbaycanı “The Best Model Of The World” müsabiqəsində təmsil edəcək.

 

 






 

Baku TV-nin əməkdaşı “Kolonkalı Əfqan” kimi tanınan fenomenlə söhbətləşib.

O, uşaqlıqdan meyxana həvəskarı olduğunu, 10 ildir şəhərdə səsgücləndirici ilə gəzdiyini deyir.

Bu addımı qazanc üçün atmadığını qeyd edən Əfqan məktəbi 8-ci sinfə qədər oxuyub.

Hazırda usta yanında işlədiyini və kirayədə yaşadığını deyir.

Bir neçə ay bundan əvvəl ATV ilə yollarını ayıran aparıcı və prodüser İlkin Həsəni “Space” TV-dən də gedir.

Olay verdiyi məlumata görə, onunla birgə komandasının üzvləri, aktyorlar - Nicat Rəhimov və İlkin Misgərli də sözügedən televiziya ilə yollarını ayıracaq. Buna səbəb Həsəninin sahib olduğu “İlk media”ya verilən vədlərin “Space” rəhbərliyi tərəfindən yerinə yetirilməməsidir.

Ona görə də kanalda “Buğlama” komediya serialının yayımı dayandırılacaq. Proqramın bundan sonra Xəzər TV-də yayımlanması üçün danışıqlar aparılıb. Lakin İlkin və silahdaşlarının “Xəzər”ə transferi barədə dəqiq qərar verilməyib.

Qeyd edək ki, bu mövsümün əvvəlində “Buğlama” verilişi ATV-dən rebrendinq olan “Space” TV-yə transfer olmuşdu.

Xəbər lenti