![]() |
|
Ölkə.az Səyavuş Aslanov haqqında maraqlı faktları təqdim edir.
Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. 1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilib.
***
Səyavuş Aslan həyatında yalnız bir qadını sevib: həyat yoldaşı Ofeliya Aslan! Əsgərlikdən qayıdanda Səyavuş Aslanı Quba teatrına göndərirlər. Ofeliya isə orada anasının yanına gedib gəlir. Rejissorlar ona da rol veriblər. Səyavuş Aslan orada Ofeliyanı görüb ona vurulur. Bədurə xanım isə qızının aktyorla ailə qurmasına razı olmur. “Mən artistə qız vermərəm” deyib, qızını Qubadan Bakıya qaçırır. Səyavuşun ailəsi də oğullarının aktrisa ilə evlənməsinə razılıq vermirlər. Lakin, o, ya Ofeliya ilə evlənəcəm, ya da heç kim deyib inad edir və istədiyinə nail olur. Səyavuş Aslan qızı qaçırdır.
Deyilənə görə cütlük çox kasıb olduğundan Səyavuş Aslanın toy günündə əyninə geyinməyə bəylik paltarı olmayıb. O, Musiqili Komediya Teatrının direktoru Şəmsi müəllimin yanına gədərək məsələni izah edir. Şəmsi müəllimin tapşırığı ilə Səyavuşa teatrını paltar sexindən bəylik kostyumu seçib veriblər. Onların Çingiz və Eldar adlı iki oğlu olur.
***
Bir müddət sonra cütlüyün arasında söz-söhbət yaranmağa başlayır. Münasibətləri gərginləşir. Deyilənlərə görə onların ayrılmalarına əsas səbəb Səyavuş Aslanın xəyanəti olur. Səyavuş Aslan teatrda işləyən başqa bir aktrisa ilə isti münasibətlər yaşayır. Bundan xəbər tutan Ofeliya xanım bunu nə qadın həmkarına, nə də sevdiyi insana bağışlamır. Bir müddət sonra aktrisanın əsəbləri pozulur, qeybdən səslər eşitdiyini deyir. Səyavuş Aslan isə yaxın adamların məsləhəti ilə Ofeliyanı müalicə almaq üçün ruhi xəstəxanaya aparır...
Bu fakt cütlüyün ayrılmasına səbəb olur. Onlar ayrılsalar da teatrın arxasındakı bir evdə yaşayırdılar. Səyavuş müəllim ömrünün sonunacan onu çox sevib və rəhmətə gedəndə çox sarsılıb. Onun haqqında heç vaxt xoşagəlməz sözlər danışmayıb. Bəzən peşman olduğunu da dilə gətirib: “Yaxşı ailə idik, özü də bir-birimizi istəyirdik. Əfsuslar olsun ki, nəyəsə uyduq, bir-birimizdən ayrı düşdük, mən istəmişəm ki, həmişə bir yerdə olaq, amma ola bilmədik. Onu da deyim, Ofeliya elə olmayıb, məni elə vəziyyətə salsın ki, onu qısqanım, biz həmişə bir-birimizi çox istəmişik. Nə isə teatr aləminə girişəndən, oynayandan sonra bizim öz oynadığımız materiallar bizə düşmən oldu. İstər-istəməz bizdə belə fikir formalaşdırdı ki, biz qısqancıq, nə bilim nəyik. Axı, biz elə deyildik... Ofeliyanın yoxluğu onun nə qədər dəyərli olduğunu, nə qədər sevimli olduğunu düşünmək üçün mənə imkan verdi. Bu, çox qəribə bir hissdir, insan bunu zamanında dərk edə bilsə, bəlkə də heç səhv etməzdi”.
Sonralar Səyavuşa başqası ilə evlənmək təklif olunsa da razı olmayıb. Deyib mən başqası ilə evlənsəm qeyrətsiz olaram. Axı mən Ofeliyanı sevmişəm.
***
Səyavuş Aslan ata kimi də xoşbəxt deyildi. Oğlu Çingiz Aslan haqqında yaxşı olmayan xəbərlər dolaşırdı, mətbut yazırdı. O, atasının "Xətai" metrosu yaxınlığındakı evini qumara qoymuşdu. Səyavuş müəllim bu hadisə ilə bağlı yaxın dostlarından birinə bunları deyib: "Pis vəziyyətdə evə gəlmişəm. Gördüm, binanın qabağında bizim bahalı mebelləri maşına yığırlar. Soruşuram, bunu hara aparırsınız? Deyir, oğlun bunları bizə satıb - 3 min manata. Çıxardıb pulunu qaytarıb yola saldım.”
Çox mərd və alicənab xasiyyətləri olub. Gənc aktyor Sərdar Rüstəmov deyir: "Təxminən 2002-2003-cü illər idi. Teatrdan 8-9 "şirvan" maaş alırdım. Özüm də kirayədə qalırdım. Bu pulla həm dolanmalı, həm də kirayə pulunu verməliydim. Bəzən elə olurdu ki, teatrdan aldığım maaşı alıb bütünlüklə bufetə olan borcumu ödəyirdim. Günlərin birində bufetdən yenə nəsə alırdım. Bufetçi Ağabəy dedi ki, bacıoğlu, borcun altı "şirvan"ı keçib. Həmin vaxt Səyavuş əmi də bufetdə idi. Qalxdı ayağa, soruşdu ki, nə məsələdir? Ağabəy dedi, filan qədər borcu var. Çıxartdı borcumu verdi, sonra da dedi, indi yediyinin də pulunu çıx.
***
Gənc həmkarları ilə həddən artıq mülayim davranar, onların problemləri ilə maraqlanar, hətta bir çox hallarda onların problemləri üçün nüfuzundan istifadə edərək məmurların yanına gedərdi.
***
Ümummilli lider Heydər Əliyevlə görüşdə heç kimin ağlına gəlməyən və bəlkə də heç kimin etmədiyi bir xahiş edib: istedadlı gənclərə təqaüd verin, teatrı tərk etməsinlər!
Yaxın dost olduqları Hacıbaba Bağırovun ona xəyanət etdiyi, teatra rəhbər gəlmək üçün arxasından iş çevirdiyi bildirilir. Səyavuş Aslan buna görə neçə illik dostundan küsərək Akademik Milli Dram Teatrına gedib və ömrünün sonunacan Hacıbaba Bağırovu dindirməyib.
***
“Bəyin oğurlanması” filmində rejissor Vaqif Mustafayev ifa canlı alınsın deyə aktyor Muxtar Maniyevə Səyavuş Aslanı o bilmədən həqiqətən şillə ilə vurmasını tələb edib. Çəkiliş alınıb, amma bu hərəkətinə görə Səyavuş müəllim Vaqif Mustafayevdən küsüb və onu heç vaxt bağışlamayıb. Beləliklə V. Mustafayevin sonrakı filmlərində rol almaq şansını itirib.
O, bayağı bir filmə də çəkilib: Sərxan Kərəmoğlunun “Adam ol!” filminə. Və sonra peşman olduğunu bildirib.
***
Həyatda çox ciddi və zarafatı sevməyən adam olub. Yaxın dostları belə onunla olduqca sayğılı və ehtiyatlı davranıblar.
***
Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunmuşdur.
Mənbə: Kulis.az
Tanınmış meyxanaçı Kərim Novruzovun vəfat etməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Yol-xeber.az xəbər verir ki, bu barədə baku.ws-ə Ağakərimin bacısı oğlu Rüstəm Cənnətov məlumat verib.
"Kərim Novruzovun ölməsi barədə məlumatlar yalandır. Sadəcə o yataq xəstəsidir, müalicə alır. Bu barədə yalan məlumat verənləri məhkəməyə verəcəyik", - deyə Rüstəm Cənnətov əlavə edib.
Sənət aləminin bir çox tanınmış siması dəfələrlə bıçaq altına yatıblar. Bəziləri səhhətinə, bəziləri isə gözəlliyinə görə əməliyyat etdirib. Bəzisi isə uğursuz əməliyyatın qurbanı olub.
Yol-xeber.az xəbər verir ki, həkim qurbanı olan məşhurları təqdim edir:
Müğənni Rəqsanə İsmayılova üzündə etdirdiyi dəyişikliklərə görə illərlə problem yaşayıb. O, dəfələrlə bununla bağlı həkimə müraciət etsə də qüsuru aradan qaldıra bilməyib. Rəqsanə açıqlamalarından birində bildirib ki, üzünə vurulan silikonlar onun dərisində bu problemləri yaradıb.
Müğənni Sevda Əliqızı bir müddət əvvəl ayağında yaşadığı problemə görə bıçaq altına uzanıb. Bir neçə dəfə əməliyyat olunan ifaçı sağalmayıb. O, çarəni Türkiyəyə getməkdə görüb. Sevda ötən gün Azərbaycanda həkimlərin səhvi ucbatından səhhətində ciddi problem yarandığını açıqlayıb. Hazırda o İstanbulda müalicə aldığını, yaxşılaşdığını bildirib.
Xalq artisti Röya Ayxan bir neçə dəfə burun əməliyyatı etdirib. O, ilk əməliyyatlarının uğursuz alındığını bildirib. Hətta bir neçə il əvvəl Röya liposaksiya ilə, qarın hissəsindəki artıq piyləri götürüb, "paxlava" qoydurmuşdu. Amma ifaçının əməliyyatı uğursuz olduğu üçün, o, yenidən eyni əməliyyatı başqa bir həkimə etdirib.
Xalq artisti Aygün Kazımova dəfələrlə gözəllik uğruna bıçaq altına yatıb. Müğənni açıqlamalarından birində deyib ki, Türkiyədə plastik əməliyyat etdirib. Həmin an onun səhhəti pisləşib. Bir neçə ay problemlər yaşayan Kazımova Bakıda yenidən bıçaq altına yatıb.
Prodüser Sayqa Cahid də həkim qurbanı olanlardandır. Böyrəyindən əməliyyat olunan prodüserin səhhəti ağırlaşıb. Bir neçə gün əvvəl o, ağır vəziyyətdə Türkiyəyə aparılıb. sayqa yaxşılaşdığını deyib.
Əməkdar artist Tünzalə Əliyeva illər əvvəl mədəkiçiltmə əməliyyatı etdirmişdi. O, həkimlərin onu aldadaraq, mədəsinin az bir hissəsini kəsdiyindən gileylənmişdi.
"Toppuş bacı" ləqəbli aktrisa daha sonra mədəsini bütöv kəsdirərək, xeyli çəki atıb. Bu isə onun səhhətində ciddi problemlər yaradıb.
Rəqqasə Fatimə Fətəliyeva da arıqlamaq üçün liposaksiya etdirmişdi. Daha sonra sənətçi əməliyyatını bəyənmədiyini deyib, yenidən bıçaq altına yatmışdı.
Əməkdar artist Zöhrə Abdullayeva ömrünün son aylarında yataq xəstəsi olmuşdu. Müğənni açıqlamalarından birində deyib ki, həkimlərin yazdığı yanlış müalicə onu bu hala salıb. Revmotizmadan əziyyət çəkdiyi deyilən mərhum ifaçı ona yazılan dərmanların iştahsızlıq yaratdığını söyləmişdi.
Müğənni Xatun Əliyeva isə burun əməliyyatından gileylənib. O, verilişlərdən birində burun quruluşunu bəyənmədiini söyləmişdi.
Müğənni Xatirə İslam da bədənşəkilləndirmə əməliyyatı etdirib. Amma bir müddət sonra sənətçi daha da çox çəki alıb.
(Axsam.az)
Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhəti yaxşı deyil.
Yol-xeber.az xəbər verir ki, bu barədə meyxanaçının oğlu məlumat verib:
“Atam yataq vəziyyətindədir. Kimsə danışdırmasa, danışmır. Həkimlər evə gəlir, müalicə yazıb gedirlər. Amma deyirlər ki, keçirdiyi xəstəlik ağırdır, ona görə də beyni özünü cəmləyə bilmir. Onun sağalması üçün möcüzə lazımdır. Ümid Allahadır”.
Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.
Yol-xeber.az" xəbər verir ki, Flora Kərimova modern.az-a bildirib ki, qazi və şəhid ailələrinə dəstək olmaq hər bir Azərbaycan vətəndaşının borcudur.
Xalq artisi onu bu addımına görə qınayanların da olduğunu söyləyib: "Bu, qərar yox, borcdur. İnsanların mənə olan münasibətinin, ehtiramının zərrə qədərini qazilərə qaytardım. Bilmirəm necə alındı. Bu addımıma görə məni qınayırlar, bilmirəm onlara nə deyim, söz tapmıram. Mən heç kimə mədəniyyət öyrədə bilmərəm. Yaxşı ilə pisin arasında fərq qoya bilmirlərsə, o insanların fikri mənim üçün önəmli deyil".
Vətən Müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova universitetə qəbul olub.
Yol-xeber.az xəbər verir ki, bu barədə Əzizə Həsənova sosial şəbəkədə paylaşım edib.
"Oxumaq heç zaman gec deyildir. Tələbə adını qazandım. Qəbul olan hər kəsi təbrik edirəm. Ruhun şad olsun, Farizim. Mənə olan dəstəyin, köməyin nəticəsində bu uğurlara imza atıram”.
Aparıcı Aytən Səfərova ATV telekanalı ilə yollarını ayırıb.
Axşam.az xəbər verir ki, bu haqda o, açıqlamasında bildirib ki, bir neçə kanaldan təklif alıb:
“Altı il bu kanalda çalışmışam: həm xəbərlər departamentində, həm radioda. Müharibə vaxtında reytinqli bir verilişə aparıcılıq etmişəm. Proqramımda nüfuzlu şəxslər qonaq olublar. Hansı işdən yapışıramsa, öz adıma uyğun edirəm və yüksək səviyyədə aparmağa çalışıram. Son vaxtlar ATV-də xəbərlər departamentinin redaktoru idim.
Noyabrın 10-na keçən gecə ölkədə radio məkanında qələbə xəbərini ilk verən spiker mən olmuşam. 106.3 və 106 FM-də eyni vaxtda bunu səsləndirdim.
Sadəcə, artıq ayrılmaq qərarına gəldim. Gəldiyim və getdiyim ATV arasında böyük fərq görürəm. Hesab edirəm ki, Aytən Səfərova başqa istiqamətə üz tutmalıdır. Kanaldan dost kimi ayrılmışam. Orada dostlarım, həmkarlarım çalışır. Hamısına uğurlar diləyirəm.
Rəsmən çıxmazdan əvvəl bəzi kanallardan təklif gəldi, bəzilərinə özüm müraciət etdim. Bir neçə qurumdan da təklif gəldi. Düşünürəm, hələ qərar verməmişəm. Çalışıram radio və televiziyadan ayrı qalmayım. Yeni mövsümdə tamaşaçılarla görüşəcəyəm. Harada olsam da, yenə reytinqli layihə aparacağam”.
Uzun müddətdir xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.
Yol-xeber.az xəbər verir kİ, bu haqda Axşam.az-a açıqlamasında aktrisa özü məlumat verib.
O bildirib ki, bədənində yenidən şiş aşkarlanıb:
“Bir ay əvvəl kürəyimdə ağrılar yarandı, həkimə getdim. Şiş aşkarlandı. Bu dəfə sümükdə törəmə oldu. Şüa götürdüm ki, bəlkə balacalaşa, amma yetmədi. Əksinə şiş yayıldı, ağciyərimə keçib. Kimyəvi terapiyaya başlamışıq. İkinci olub, ümid edirəm ki, bunun da öhdəsindən gələcəm”.
Qeyd edək ki, “Toppuş bacı” ləqəbli aktrisa bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir.