İctimai TV-də yayımlanan 3D proqramında xalq yazıçısı Çingiz Abdullayevin təyyarə əhvalatı ilə bağlı ironik səhnəcik hazırlanıb.

Yol-xeber.az xəbər verir ki, verilişdə qonaq olan nənə və nəvəsi onlara hava limanında su verən şəxsə butulkanı qaytarmaq üçün gəldiyi təsvir olunub:

“Biz aereportda idik. Nəvəm su istəyirdi. Ora-bura baxdıq, bir yerdə su tapmadıq. Sonra da bir nəfər yaşlı kişi bizə su gətirib verdi. Nəvəm mənə göstərir ki, ay nənə, internetdə bu kişi haqqında pis-pis şeylər yazılır.

Biz su üçün nəvəmlə mağazaya getdik. Baxdıq ki, bu su çox bahalı sudur. Zəhmət olmasa, bu butulkanı su verən kişiyə qaytararsınız”. 

Qeyd edək ki, Xalq yazıçısı paylaşımında İstanbul hava limanında nəvəsi yaşında uşağın ağlayaraq nənəsindən su istədiyini bildirib. Ç.Abdullayev nənənin çarəsizcə ətrafa baxdığı zaman onlara bir şüşə su verdiyini deyib. Xalq yazıçısı həmçinin həyatında heç vaxt özünü bu qədər rahat hiss etmədiyini yazıb.

Sosial şəbəkələrdə yazılan tənqidlərdən sonra Ç.Abdullayev paylaşımını sildiyini deyib.

Billurə

Yol-xeber.az kulis.az-a istinadən Asəf Zeynallı haqqında maraqlı faktları təqdim edir.


Asəf Zeynalabdin Zeynallı 1909-cu il 5 apreldə Dərbənddə doğulub. 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirib.

1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.

Asəf Zeynallı milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi, “Çahargah” pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa, simfonik orkestr üçün “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparıb. “İbtidai not savadı” adlı dərslik tərtib edib.

***

O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələmiş, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota alıb. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.

***

1932-ci ildə Asəf Zeynallı Bülbüllə birlikdə xalq musiqilərini toplamaq üçün Qarabağa ezam olunur. O, getmək istəmir, qalıb başladığı əsəri bitirmək istəyir, lakin sözünü dinləyən olmur. Səfər zamanı orada ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. Xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir…

Deyilənə görə onun ölümündə erməni əli də olub. Bu barədə Asəf Zeynallının yazdığı məktub da var. Həmin məktubda o, ermənilərdən şikayətlənir. Ermənilər onu “şovinist” adlandıraraq, bəhanə gətirirlər ki, guya, o dərs deyərkən türk, yəni azərbaycanlı şagirdlərə - onların arasında Tofiq Quliyev, Qara Qarayev də olub - daha çox diqqət ayırır, ermənilərə yox.”

***

Asəf Zeynallı ezamiyyətdə olanda ona bir stəkan su verirlər. O, sudan bir qurtum içəndə deyir ki, su xoşuma gəlmir, yanından kimsə təkid edir ki, iç, heç nə olmaz, buranın suyu belədir. Həmin suyu içəndən sonra halı dəyişir. Bakıya gəlib xəstəxanaya düşür. Əlavə söz-söhbət olmaması üçün də ailəsinə deyirlər ki, qarın yatalağından ölüb.

***

Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, bu ağır xəstəlikdən dünyasını dəyişir və Çəmbərəkənd qəbiristanlığında basdırılıb, sonralar “Qurd qapısı” qəbiristanlığına köçürülüb.

***
Bəstəkarın qardaşı oğlu müsahibələrinin birində deyir: Düzü qəbrin köçürülməsi mənim yadıma gəlmir, onda uşaq idim. Asəf Zeynallı vəfat edəndə əvvəlcə Çəmbərəkənddə, indiki Dağüstü Parkda basdırılmışdı. O vaxt orda park salınanda bütün qəbirlər köçürüldü, o cümlədən də Asəf Zeynallının qəbri. Atamgil onun qəbrini gətirib indiki yerdə basdırdılar. O vaxt ora internasional məzarlıq sayılırdı. Müsəlman, xristian, yəhudi olsun, fikir verən yox idi. Həm də əmim basdırılanda o ərazilər bomboş idi. Atamgilin şəkli də var, qəbrin ətrafında dayanıblar, ətraf isə bomboşdur. Sonralar Böyük Vətən müharibəsi oldu, həmin yerlər müxtəlif millətlərin, əsirlərin qəbirləri ilə doldu.”

Asəf Zeynallının adı ilə bağlı qalmaqalı hadisə ötən ilin yayında baş vermişdi. Belə ki, Dirijor Mustafa Mehmandarov “Facebook”da dahi bəstəkar Asəf Zeynallının “Qurd qapısı” qəbiristanlığındakı məzarının baxımsız vəziyyətdə olmasını göstərən foto yayaraq bu sözləri yazmışdı:
“Heç inanmazdım ki, 23 yaşında dünyasını dəyişən, yaşayıb-yaratdığı o qısa zamanda milli musiqi tariximizə bir neçə gözəl və təkrarolunmaz əsərlər bəxş edib, bir neçə ilklərə imza atan görkəmli bəstəkarımız Asəf Zeynallının qəbri bu halda olsun. Biz dəfələrlə yuxarı dairələrə müraciət eləmişik. “Baksovet” də bizə yazıb ki, indi yazıçı, bəstəkar çoxdur, hamısını Fəxri Xiyabanda basdırmağa imkan yoxdur. Hardasa on il əvvəl belə deyiblər”.

***

Lakin, bəstəkarın ailəsi bildirir ki, pandemiya ilə əlaqədar olaraq onlar bir müddət məzarlığı ziyarət edə bilməyib. Qəbiristanda qəbirlərə qulluq edən bir kişi pulla bəstəkarın qəbrinə baxsa da, son dövrlər o, da xəstələnib yatağa düşdüyü üçün qəbir baxımsız qalıb.

Bir dəfə isə Asəf Zeynallının qəbir daşının üstündə bürüncdən barelyefi də oğurlanır. Bəstəkarın qardaşı oğlanları sonradan onun mərmərdən qəbirüstü abidəsini düzəltdirirlər.

***

Asəf Zeynallının adı birinci dəfə Üzeyir Hacıbəylinin təklifi ilə Azərbaycan Dövlət Konservatoriyasına verilib, lakin Üzeyir bəyin vəfatından sonra bəstəkarın ailəsinə təklif edilib ki, konservatoriyadan Asəfin adı götürülüb Musiqi texnikumuna verilsin.

Cəfər Cabbarlı ilə möhkəm dost olub, hətta tamaşalarının musiqi tərtibatını o verib. Cəfər Cabbarlı Asəfin ölümündən o qədər pis olub ki, üç gün dilinə çay-çörək dəyməyib. Özü də Asəfin cənazəsini aparanda adamlar Opera və Balet Teatrının qabağından keçirmiş. Teatrın orkestri balkona çıxıb musiqi ifa edib, yəni o cür ehtiramla yola salıblar.

***

Asəf Zeynallı ilə pianoçu Kövkəb xanım Səfərəliyeva bir-birlərini seviblər. Onlar bir sinifdə təhsil alıblar. Hətta Asəf hər dəfə Kövkəb xanım olan sinfə girəndə xanım ağlayırmış. Buna görə də Asəfin atası onu Kövkəb olan sinifdən çıxardır. Kövkəb xanımın da heç vaxt ərə getməməsi onların bir-birini sevməsini düşünməyə müəyyən əsaslar verir. Lakin, ailə üzvlərinin sözlərinə görə o, Leninqradda yarı alman, yarı rus olan bir qız sevirmiş. Onlar tez-tez məktublaşırmışlar.

Bu televiziya mövsümündə daha iki tanınmış sima yenidən aparıcılıq edəcək.

Onlardan biri aktyor Elməddin Cəfərov, digəri isə aktrisa Xəyalə Quliyevadır.

E. Cəfərov “Qısa qapanma” adlı şou ilə tamaşaçıların qarşısına çıxacaq. Veriliş həftədə bir dəfə ATV-də yayımlanacaq.  

X. Quliyeva isə “Bir gün sizdə, bir gün bizdə” ilə aparıcı kimi efirə qayıdacaq. O, tamaşaçıları “Xəzər” TV-dən salamlayacaq. Sözügedən veriliş TV8-də yayımlanan “Yemekteyiz”in formatındadır. /Qafqazinfo

 

Atatürkü o canlandıracaq

Aktyor Aras Bulut İynemli Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü canlandıracaq.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə jurnalist Ayşe Arman instaqramda bildirib.

O, layihənin “Lanistar Medya” tərəfindən hazırlandığını, ekran işinin rejissorunun Mehmet Ada Öztekin olduğunu bildirib.

Layihə 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə təqdim olunacaq.

Qeyd edək ki, A. B. İynemli tamaşaçılara daha çox “Öyle bir geçer zaman ki”, “Çukur” serialları, həmçinin “7. Koğuştaki mucize” filmindən tanışdır.

Koronavirusa yoluxmuş tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır.

Bu barədə “Yeni Klinika”dan məlumat verilib.

Bildirilib ki, Elnur Əşrəfoğlunun vəziyyəti ağır kritik olaraq qalmaqdadır.

Vətən müharibəsi zamanı döyüş meydanında düşmənə qarşı döyüşən əsgər və zabitlərimizin təminatlarının qarşılanması üçün Azərbaycan xalqı əlindən gələni əsirgəmədi. Belə vətandaşlarımızın sırasında fədakarlıq nümayiş etdirənlərdən biri də idmançı, bloger Kamil Zeynallı olub.

Yol-xeber.az xəbər verir ki, o, 1 il öncə bu gün - 12 oktyabrda döyüşlərin qızğın gedən vaxtında çəkdiyi videoya görə inzibati qaydada həbs edilib. İdmançı bununla bağlı sosial media hesabında həmin günlə bağlı fotosunu paylaşıb.

Qeyd edək ki, sözügedən məhkəmə prosesində Kamil Zeynallı barəsində 10 sutka həbs qərarı verilib.

 

Müğənni Tacir Şahmalıoğlu ailəsi ilə birgə "Zaurla Günaydın" verilişinin qonağı olub.

"Yol-xeber.az" xəbər verir ki, sənətçinin ailəsi ilə bağlı ənənə bu dəfə pozulub. Belə ki, hər zaman efirdə oğlu Şahmalı və həyat yoldaşı ilə görünən Tacirin qızı Nuray da ilk dəfə efirə çıxıb.

Bu da müğənninin efirdə ilk dəfə görünən qızı:

Əməkdar artist Kəmalə Müzəffər yeni mövsümdən Space TV-də çalışacaq.

Yol-xeber.az xəbər verir ki, aktrisa telekanalda aparacılıq edəcək.

Əməkdar artist "Bir şansım olsa" adlı proqramla tamaşaçı qarşısına çıxacaq.

 

Xalq artisti Brilliant Dadaşova axtarışda olan keçmiş iş adamı, bloger Maqsud Mahmudovun saxlanılıb Bakıya gətirilməsi barədə danışıb.

Ölkə.az xəbər verir ki, sənətçi blogeri dələduz adlandırıb və onun ünvanına sərt sözlər deyib:

“Dələduz “siyasi sığınacaq”la qrant almaq üçün yaxından-uzağdan onunla əlaqəsi olmayan, öz xalqının nümayəndəsi olan azərbaycanlı ana-bacılarına utanmadan, Allahdan qorxmadan şər böhtan atan, heç bir siyasi savadı olmayıb dedi-qodudan başqa heç nədən küt başı çıxmayan qeybətçi şərəfsiz!

Əlbəttə, onun boşboğaz cəfəngiyyatları bəzi qüvvələri qane edirdi. Çünki Azərbaycanda kiçikdən böyüyə hamını pis görmək yalnız düşmənə xoş gələ bilər!

Qeyd edək ki, axtarışda olan keçmiş iş adamı, bloger Maqsud Mahmudov saxlanılıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub.

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

Yol-xeber.az xəbər verir ki, əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu "Report"a bildirib ki, sənətçinin vəziyyəti stabil ağır olaraq qalır.

“Vəziyyətində heç bir dəyişiklik yoxdur. Həkimlər ötən gecə yanında olublar. Dünən ürəyində aritmiya olub. Bu gün normala düşüb və vəziyyəti stabil ağır olaraq qalır”, - o qeyd edib.

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.

Xəbər lenti