![]() |
|
“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mirşahin Ağayev koronavirus (COVID-19) infeksiyasına yoluxub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda Mirşahin Ağayev xüsusi rejimli xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Prosedura uyğun olaraq Mirşahin Ağayevin yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülür.
O ''İnstagram'' hesabında fotosunu izləyiciləri ilə bölüşüb. İfaçı karantin səbəbi ilə vətənə gələ bilmədiyini və qürbətdə qaldığını bildirib.
''Burada hər şey başlasa belə, vətənimizdə çətinliklər davam edir. Heç nəyin dadı, duzu qalmayıb. Toylar da başlayıb, ancaq əvvəl yaşadığımız hər şey elə bil yuxu imiş. Əlimdən duadan başqa heç nə gəlmir. Qürbət, qəriblik taledə varmış - deyə, o qeyd edib''.
“Əməkdar artist Bəhram Bağırzadənin ağciyərlərinin vəziyyətində yaxşılaşma var”.
Bunu oxu.az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
O bildirib ki, Bəhram Bağırzadənin bu günə olan ümumi vəziyyəti ağır olaraq qalır:
“Bəhram Bağırzadənin huşu aydındır. Tənəffüsü süni ventilyasiya aparatı vasitəsilə tənzimlənir. Bədən hərarəti isə subfebril rəqəmlərdədir. Bu gün aparılan rentgen zamanı ağciyərlərin vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə edilib.
Hazırda ikincili bakterial infeksiyanın qoşulması ilə mübarizə aparılır. Buna uyğun olaraq müvafiq təyinatlarda dəyişiklik aparılıb”.
Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. B.Bağırzadə iyulun 2-də komadan ayılıb.
Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Azərbaycanın bir sıra şəhər və rayonlarında, eləcə də, Bakıda tətbiq olunan sərt karantin rejiminin tələblərini pozan teleaparıcı Mələk Heydərova işdən çıxarılıb.
Oxu.Az xəbər verir ki, Baku TV rəhbərliyi karantin qaydalarına əməl etməyən, qeyri-peşəkarlıq sərgiləyərək, ictimai fikirdə mənfi imic formalaşdıran aparıcı ilə yollarını ayırmaq qərarına gəlib və Mələk Heydərova ilə əmək müqaviləsinə xitam verib.
Bundan əvvəl isə Mələk Heydərova ictimaiyyətdən, Baku TV izləyicilərindən, kanal rəhbərliyindən, oxuculardan sərgilədiyi davranışa görə üzr istəyib.
İctimaiyyətdə pandemiya dönəmində hazırladığı materiallarla diqqət çəkən Baku TV-nin siması olan aparıcının heç bir etik kodeks gözləmədən, xüsusi sərt karantin rejiminin tətbiq olunduğu bir gündə qaydalara tabe olmayaraq, hoteldə dincəlməsi izləyicilərdə qıcıq yaradıb.
Xatırladaq ki, Mələk Heydərova əmək məzuniyyətində olub və o, “Fairmont Bakı” hotelində istirahət edərkən çəkdiyi fotoları paylaşıb.
Daxili İşlər Nazirliyi qısa zamanda hoteldə reyd keçirib və karantinin tələblərini pozan şəxslər saxlanılıb.
“Ölkə.Az” xəbər verir ki, məşhurluqda anasından heç də geri qalmayan Qumral həyat yoldaşı ilə fotosunu “İnstagram” səhifəsində yayımlayıb.
“Sizcə iki sevən insanın bezmədən, tükənmədən uzun illər bir yerdə qala bilməyinin sirri nədədir?”
Onun paylaşımına yazdığı şərh izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
İzləyicilərdən biri Qumrala “Pullu qaynana və qaynata”- sözlərini yazıb.
“Ölkə.Az” xəbər verir ki, o, idmançı Kamil Zeynallını istirahət zamanı yuxuya getməyindən istifadə edərək onu videoya çəkib.
Zarafatca çəkilən bu görüntülər izləyicilər tərəfindən çox bəyənilib.
Qeyd edək ki, K.Zeynallı və K.Musəvi uzun müddətdir dostluq edirlər
Sözügedən videonu təqdim edirik:
COVID-19 səbəbilə təxirə salınan mükafatlandırma mərasimi yeni dövrə uyğun konsepti ilə tamaşaçı qarşısına çıxıb.
Gecədə mükafat qazanan məşhurlar elan edildikdən sonra onlarla əlaqə saxlanılıb, çıxışları yayımlanıb.
Qeyd edək ki, “Pantene Altın Kelebek Mükafatları”nda artıq 3-cü dəfədir ki, Azərbaycan üçün xüsusi kateqoriya ayrılır.
Bu il də səkkiz məşhur; Azad Şabanov, Elçin Cəfərov, Gülay Zeynallı, Nura Suri, Oksana Rəsulova, Pərvin Abiyeva, Röya Ayxan və Sevda Yəhyayeva “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə namizəd olublar.
Azərbaycanlı izləyicilərin verdiyi səslər nəticəsində “Altın Kelebey”in qalibi Xalq artisti Röya Ayxan seçilib.
İkinci dəfə sözügedən mükafata layiq görülən ifaçı mükafatını hazırkı pandemiya səbəbilə itirdiyi sənətçi dostlarına həsr etdiyini bildirib.
Xalq artisti xüsusi olaraq hazırladığı repertuarı ilə mükafatlandırmaya rəng qatıb. qafqazinfo.az
Redaktor.az xəbər verir ki, bu sözləri teleaparıcı Nərgiz Cəlilova AzTV-nin efirində qonaq olarkən deyib.
Daha ətraflı videodan izləyin:
Bunu Oxu.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov deyib.
O bildirib ki, xəstənin klinik vəziyyətində müsbət dinamika davam edir:
“Ağciyərlərin və ümumilikdə, bədənin reabilitasiyasına başlanılıb. Hamımız süni tənəffüs aparatından ayrılacağı günü səbirsizliklə gözləyirik”.
Həkim eyni zamanda bu çətin günlərdə gərgin iş fəaliyyətinə baxmayaraq, Bəhram Bağırzadənin timsalında xəstəxanada müalicə alan yüzlərlə xəstənin müalicəsinin təşkilini daim diqqətdə saxlayan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xəstələrin və xəstəxana kollektivinin adından sonsuz təşəkkürünü bildirib.