Günay İbrahimlinin son paylaşımı başına BƏLA OLDU
Müğənni Günay İbrahimlinin son paylaşımı tənqid edilib.

İfaçı uzun, ayağı yarıq libasda olan fotosunu ''İnstagram'' hesabında yayımlayıb. Lakin foto izləyicilər tərəfindən heç də bəyənilməyib. Onlar müğənnini görünüşünə görə tənqid ediblər. ''Ayağınız niyə o günə düşüb?'' ''Mənim diqqətimi çəkən ayaqqabının yekəliyi oldu''. ''Ayaqlarınız böyük və qırış-qırış görünür'', -deyə izləyiciləri qeyd ediblər. 

dinsta

Həyatın dəryasında batan Hüseyn Dərya

Bəlkə də sonuncu yazımdır kim bilir, 

Odur ki, hələlik, sözümüz bu qədər...                                                                  

Bu insan öz həyat yolunu sanki başqaları üçün yaşadı. Öz doğruları, yanlışları ilə qısa bir ömür sürən Hüseyn Dərya. Bu gün onun ad günüdür. 

Muradov Hüseyn Cahangir oğlu 1975-ci il 29 iyunda Bakının Bakıxanov qəsəbəsində dünyaya göz açıb. Beş övladlı ailənin sonbeşiyi olan Hüseyn ilk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub. Hüseynin tələbəlik illəri Qarabağ müharibəsi dövrünə təsadüf etdiyindən, təhsilini yarımçıq qoyaraq könüllü   cəbhəyə yollanır. Dörd il 4 ay hərbi xidmət keçdikdən sonra Bakıya-evinə qayıdır.

Hüseyn Dərya ona sahib çıxmamışdı, o isə... - FOTO

Hərbi xidmətdən qayıtdıqdan sonra isə Dərya təxəllüsü ilə rep ifaçısı kimi öz musiqi karyerasına başlayır. Musiqi təhsilinin olmamasına baxmayaraq, mahnılarını özü bəstələyirdi. Hüseynin bəstələdiyi repləri, özünəməxsus xırıltılı səsi qısa müddətdə onu populyarlığın zirvəsinə qaldırır. O zamanlar onun bəstələdiyi bütün replər insanlar tərəfindən sevilərək, dillər əzbərinə çevrilir. Muğamla repi sintez edən, repə ikinci nəfəs verən Hüseyn Dərya insanların qəlbini fəth etməyi bacarırdı. 

Bir zamanlar bizdən biri olan Hüseyn Dərya var idi - Hüseyn ...

Bir günün içində tanınan, söylədiyi hər bir sətri dillər əzbərinə çevrilən Hüseyn bir müddət keçdikdən sonra narkotik maddə aludəçisi olur. Bu isə onun qısa zamanda zirvədən enməsinə səbəb olur. Dərya səhnədən uzaqlaşır. Özünə qapanıq olan bu insan həyatının bu çətin günlərini çox ağır keçirir. Bir müddət məhbusluq həyatı yaşayan repçiyə bir zamanlar onu sevən pərəstişkarları, dostları biganə olurlar. Hər kəs ondan üz çevirir.

Bütün bunlara baxmayaraq, özündə güc tapan Dərya həyatında yeni, təmiz bir səhifə açmaq istəyir. Özündə güc tapıb yenidən mahnılar bəstələməyə başlayır. Lakin bu dəfə də həyat ona qucaq açmaq istəmir. O, 15 mart 2014-cü ildə avtomobil qəzasına düşərək, bu dünyadan əbədi olaraq köç edir. 
Hüseyn Dərya iki dəfə ailəli olub. Onun Aişə adlı qızı və Cahangir adlı oğlu var.

Məşhədi, kərbəlayi Hüseyn Dərya... - Foto

Müsahibələrinin birində Dərya deyirdi:

“Bilirsiz, mən öləcəyimə sevinən insanam ”.

Bəlkə də o, həyatı boyu xoşbəxt olacağı bir dünya axtarışında idi...

“Bu xəstəlik etdiyimiz günahlardır, qabağımıza çıxıb”
ATV-də yayımlanan “Bizimləsən” proqramında qonaq olan Xalq artisti Şamil Süleymanlı qalmaqallı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Oxu.az xəbər verir ki, aktyor koronavirusun yayılmasının bizim etdiyimiz günahlar, səhvlər olduğunu bildirib.

Aktyor kişilərin görüşərkən öpüşməsini, yas məclislərində baş tutan sövdələşmələri tənqid edib:

“Əgər keçmiş əsərlərdə kişilərin həyatına baxsanız, görərsiz ki, onların görüş yeri teatrlar olub. İndikilərin görüş yeri isə yaslardır. Yasda dost tapırlar, övladına qız bəyənirlər, yaltaqlıq edirlər. Kişi də kişini qucaqlayıb öpər? İndi öp görüm, necədir? Son vaxtlar kişilərin öpüşməsi dəbə düşmüşdü”.

Verilişin aparıcısı Zaur Baxşəliyev aktyorun sözlərinə düzəliş etmək istəsə də, Şamil Süleymanlı fikrindən dönməyib.  

“Səndən sonra heç vaxt evlənməyəcəm”

Əməkdar artist Tünzalə Əliyeva əziyyət çəkdiyi xərçəng xəstəliyindən danışarkən göz yaşlarını saxlaya bilməyib.
O, bu barədə ARB-də yayımlanan “Hüseynova bacıları” verilişində danışıb. Aktrisa çətin zamanlarında böyük dəstəkçisinin həyat yoldaşı olduğunu bildirib.

“Çox çətin zamanlardan keçmişik. Hər dəfə kimyaterapiyadan sonra 5-6 saat komatoz vəziyyətdə oluram, halım olmur, uşağa həyat yoldaşım baxır. O, mənim ən böyük dəstəkçimdir”.

Daha sonra Tünzalə Əliyeva həyat yoldaşının ona etdiyi səmimi etirafından da danışıb.
“Hərdən düşünürəm ki, bəlkə Röyal başqa qadınla evlənsəydi, daha xoşbəxt olardı. Mən xəstəliyimə görə, onu tam xoşbəxt edə bilmirəm. Bir dəfə mən belə danışanda o, mənə “Saçlarım ağarana qədər sənin yanındayam. Sənə bir şey olsa, mən heç vaxt evlənmərəm, bunu bir dəfə bil” dedi. Onun bu sözləri məni çox kövrəltdi. Övladımızı boya-başa çatırmaq üçün Allah bizə uzun ömür versin”,- deyə o, bildirib.

Qeyd edək ki, əməkdar artist iki ildir xərçəng xəstəliyindən əziyyət çəkir.

Könül Kərimova bu fotosunu paylaşıb ÖZÜNÜ TƏRİFLƏDİ
Əməkdar artist Könül Kərimova sosial media paylaşımı ilə diqqət çəkib.

''Ölkə.Az'' xəbər verir ki, müğənni ''İnstagram'' hesabında arxiv fotosunu yayımlayıb. O əvvəlki görünüşünün ona çox yaraşdığını deyərək özünü təriflərib. ''Gül kimi cici qız olmuşam, xəbərim olmayıb. Yenidən bu halıma qayıtsam...''- deyə, o qeyd edib. İzləyiciləri Kərimovanın ünvanına xoş sözlər yazaraq sarı saçlarının ona çox yaraşdığını bildiriblər.

Sözügedən fotonu təqdim edirik:

 

dinsta

Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı açıqlama

“Əməkdar artist Bəhram Bağırzadənin səhhətində müəyyən müsbət dinamika qeyd edilir, lakin vəziyyəti ağır olaraq qalır".

Bunu “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin ağciyər toxumasının 90%-dən çoxu zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

İki dəfə Azərbaycan ikincisi olmuş idmançı öz həmcinsi ilə evləndi
Vaxtı ilə Azərbaycanda iki klubda çıxış etmiş almaniyalı qadın voleybolçu Liza Tomsen öz həmcinsi ilə evlənib.

Bu barədə Almaniya Voleybol Federasiyasının “Facebook” səhifəsi məlumat yayıb. Tomsen öz rəfiqəsi ilə ailə həyatı qurub.

Qeyd edək ki, ötən il karyerasını başa vurmuş 34 yaşlı Liza Tomsen yalnız Azərbaycanda legioner karyerası yaşayıb. İki dəfə Almaniya millisi ilə Avropa ikincisi olmuş, üç dəfə ölkəsinin qızıl medallarını qazanmış libero 2013/14 mövsümündə “Azəryol” klubunda, bir mövsüm sonra isə Bakı “Lokomotiv”ində çıxış edib. O hər iki halda Azərbaycan çempionatının gümüş medallarını qazanıb. oxu.az

Məlum səs yazısının Bəhram Bağırzadəyə aid olduğu təsdiqləndi

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov Əməkdar artist Bəhram Bağırzadənin sosial şəbəkələrdə yayılmış səs yazısı ilə bağlı açıqlama verib.
“ATV aktual” proqramının qonağı olan millət vəkili səs yazısının aktyora aid olduğunu təsdiqləyib:

"Bəli, o Bəhram Bağırzadənin səsidir. Ancaq unutmamaq lazımdır ki, ayın 6-da yüksək hərarəti olan Bəhram Bağırzadənin ayın 7-də aparılan Covid müayinəsi müsbət çıxıb. Ailəsinin dediyinə görə, həmin səs yazısı, böyük ehtimalla ayın 7-də dostlarına göndərdiyi səs yazısıdır".

R.Mahmudov deyib ki, Bağırzadə xəstəxanaya gətirildikdə belə virusa yoluxduğuna inanmaq istəmirdi:
"Bəhram müəllim ayın 10-da çəkilən kompüter tomoqrafiyasına qədər özünün xəstələndiyinə və Covid-19 xəstəsi olduğuna qətiyyən inanmaq istəmirdi və xəstəxanada yatarkən də bununla razılaşmaq istəmirdi. Əfsuslar olsun ki, ayın 9-da ağciyərdə 5%-lik tutulmaya baxmayaraq, ayın 12-də yenidən şikayətlərinin artması, boğulma hissinin artması ilə birlikdə ayın 13-də başqa xəstəxanadan bizim xəstəxanaya transfer olundu. Aparılan bütün müdaxilələrə baxmayaraq, ağciyərin böyük hissəsinin artıq tamamilə zədələndiyi, ECMO-ya bağlandığı və ECMO-ya bağlandıqdan sonra, hamıya məlum olduğu kimi, ayın 19-da ağciyərin 100%-dək hissəsinin zədələndiyi məlum oldu”. (BAKU.WS )

“Ədalətin, Vasifin, Abbasın, Manafın kişiliklərinə şübhəsi var?”
“Şou-biznesdə gərək kişi olmayasan, qaşını aldırasan ki, işin getsin. Kişi geyimləri də var, gərək sənin cinsin yırtıq olsun”.

“Ölkə.Az” xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu “Show news” verilişində deyib. İfaçının bu qalmaqallı fikirləri bəzi gənc müğənnilərin etirazına səbəb olub. Gənc müğənni Nicat Şahmalıoğlunun bu fikirlərinin geridə qalmışlıq adlandıraraq, onu tənqid edib.

“Tacir müəllim bilməlidir ki, sözü ağızdan çıxaranda yüz ölçüb, bir biçmək lazımdır. Hər fikri söyləmək lazım deyil. Çünki hər bir insanın öz geyimi və yaşam tərzi var. O, hələ də kostyum dövründə qalıb. Mən onun fikirlərini geridə qalmışlıq kimi sayıram. Bizim bu dəqiqə şou-biznesdə gündəm də olan kişi müğənnilərimiz var- Ədalət Şükürov, Manaf Ağayev, Vasif Məhərrəmli, Abbas Bağırov. Tacir müəlimin onların kişiliklırinə hər hansı bir şübhəsi var ki, bu cür fikir bildirir?”

Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı

“Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı proqnoz vermək çox çətindir”.
Bunu oxu.az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, son bir neçə gündür Əməkdar artistin vəziyyətində heç bir ciddi dəyişiklik müşahidə edilmir:
“Səhər saatlarına olan məlumata görə, Bəhram Bağırzadənin vəziyyəti hələ də ağırdır. Bir neçə gündür ağır-stabil olaraq qalır. Hər hansı istiqamətdə proqnoz verməyimiz üçün çox tezdir”.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. Vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər onun ECMO cihazına qoşulmasına qərar verib. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xəbər lenti