![]() |
|
K.Əliyev sosial media hesabında ayrılıq xəbərlərindən sonra ilk paylaşımını edib.
O fotosunu yayımlayaraq bu sözləri qeyd edib:
"Başını ağrıtma lazımsız yerə. Səni ancaq gördükləri qədər anlayacaqlar. Gördükləri isə öz anladıqları qədər olacaq".
Qeyd edək ki, cütlük bir-birini sosial şəbəkə hesablarından da siliblər.
O, ilk evliliyindən olan iki oğlunun fotosunu ‘’İnstagram’’ hesabında yayımlayıb. Xudaverdiyev fotoya ‘’Atanın aslanları. Tanrı bütün övladları qorusun’’ sözləri ilə şərh verib. Foto izləyicilərin marağına səbəb olub.
Sözügedən fotonu təqdim edirik:
Axşam.az məlumatına görə, boşanma ərəfəsində olan cütlüyün münasibətlərinə son qoymasına səbəb xəyanət olub. Aysel bildirib ki, ərinin ona xəyanət etdiyini sübut edən dəlilləri var:
"Çox pisəm, özümdə deyiləm. Hələ mənim bildiklərim çox şey var, açıb-ağartmıram. Deyirdim ki, xəyanət görsəm bu iş bitəcək. Bunu da mənə hamı atıb. Heç vaxt xəyanəti və yalanı bağışlamaram. Həyatda hər şey boşdur, öz həyatınızı yaşayın.
Uşaqlarıma hörmət edirəm, üç oğul böyüdürəm. Onlara görə susuram və təmkinliyimi qorumağa çalışıram. Dediyim sözün üstündə kişi qızı kimi dururam. Həyatda itirəcəyim heç nə yoxdur. Olan oldu, keçən keçdi. Başqa heç nə danışmaq istəmirəm. Bildiyimi bilirdim, gördüyümü də gördüm. Mənə fakt lazım idi, onu da tapdım. Birincidən yarımayan, ikincidən də yarımır".
"Telegram"da yalnız qızların yer aldığı qrup açan Aysel həyat yoldaşı ilə bağlı müraciət edib. "Ərim kimə yazıbsa, mənə atsın" deyə, xanımlara müraciət ünvanlayıb. Qrupa bir neçə qız Oqtayın onlara tanış olma məqsədi ilə yazdığı mesajları göndəriblər.
Qeyd edək ki, A.Şükür və Oqtay 400 minlik toy xəbəri ilə gündəmə gəlmişdi. Bu, Ayselin ikinci nikahıdır. Onun ilk evlilikdən bir, Oqtayla ailəsindən isə əkiz oğulları var.
60 yaşlı ispaniyalı aktyor Antonio Banderas koronavirusa yoluxub.
Bu barədə aktyor “Twitter” hesabında paylaşım edib.
“Bildirmək istəyirəm ki, bu gün avqustun 10-da mən 60 yaşımı karantində qeyd etməliyəm. Çünki koronavirus testim müsbət çıxıb”, - deyə A.Banderas bildirib.oxu.az
"Ölkə.Az" xəbər verir ki, barələrində boşanma iddiaları yayılan Aynişan-Kənan cütlüyünün analoji qərarından sonra Haşımovanın da bu addımı atması yayılan xəbərlərin həqiqətə yaxın olması barədə şübhələri artırıb. Maraqlıdır ki, əməkdar artist də qızı kimi K.Əliyevlə olan fotoları hesabından silib. Əldə etdiyimiz məlumata görə, cütlük bir aydan artıqdır ki, ayrı yaşayır.
Onların münasibətlərinin qısqanclıq zəminində pozulduğu da iddialar sırasındadır. Sadəcə bu vaxta qədər hər iki tərəf xəbərin mediaya sızmamasına çalışıb. Bildirilir ki, gəncləri barışdırmaq üçün məsələyə Aybəniz Haşımovanın böyük bacısı, Xalq artisti Şahnaz Haşımova da müdaxilə etməyə çalışsa da, tərəflər sənətkarın təklifindən imtina ediblər.
Bununla bağlı “People” nəşri məlumat yayıb.
Bildirilib ki, şoumen elektrikli velosipeddən yıxılıb və belini sındırıb:
“O, həyətində yeni hazırladığı elektrikli velosipedi sınaqdan keçirərkən yıxılıb. Yaxın günlərdə onun əməliyyat ediləcəyi bildirilib”.oxu.az
Musavat.com bildirir ki, bu barədə meyxanaçının özü "İnstagram" səhifəsində məlumat yayıb.
Meyxanaçı ev alqı-satıqısı ilə bağlı ofisin qarşısından foto paylaşaraq, qeyd edib: "Keçdik bu işlərə. Allah alana da, satana da xeyir versin".
Qeyd edək ki, Vüqar Əbdülov bir müddət bundan əvvəl musavat.com-a açıqlamasında toylarsız qalan digər həmkarları kimi maddi vəziyyətinin çox ağır olduğunu bildirmişdi. Meyxanaçı sənətdən başqa bir iş bacarmadığını, gələcəkdə veriliş və filmlərdə, televiziya və yaxud mətbuatda işçi kimi çalışmağı düşündüyünü demişdi.
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Nişantaşında müxbirlərin suallarını cavablandırıb. Bir neçə gün əvvəl Serhat Şengüllə dodaq-dodağa foto çəkdirib, ‘’İnstagram’’ hesabında yayımlayan aktrisa müxbirlərin ‘’Yeni münasibət yaşayırsız?’’ sualına ‘’Alfa kişisi olmadığı üçün qəlbim boşdur. Serhat mənim yüz illik dostumdur. Yanağımdan öpmək istəyərkən, dodağımdan öpdü’’ cavabını verib.
Əməkdar artisti Rafael İsgəndərov və Əməkdar artist Coşqun Rəhimov “Karantin toyu” adlı videonu ‘’Youtube’’ da yayımlayıblar.
Rəfael İsgəndərovun canlandırdığı Sirtuş Çölçəmənli obrazının qonağı isə TƏBİB-in sədri Ramin Bayramlı olub. R.Bayramlını Əməkdar artist Coşqun Rəhimov parodiya edib. Video izləyicilərin böyük marağına səbəb olub.
Sözügedən videonu təqdim edirik:
İfaçı ‘’İnstagram’’ hesabının oğurlandığını və onun adı ilə həkimlərə təhqir yazıldığını deyib.
‘’Səhər açılandan bütün həkim dostlarım və qohumlarım mənə yazır ki, həkimləri niyə təhqir etmisən?! Əvvəlcə heç nə anlamadım və məsələnin ‘’İnstagram’’ səhifəmlə bağlı olduğunu öyrəndim. Təbii ki, səhifəmi işlədən şirkətlə əlaqə saxladım və bu neqativ halın necə baş verməsi ilə maraqlandım. Məlum oldu ki, gecə ilə İnstagram səhifəm oğurlanıb.
Gecə ilə mənim adımdan tək həkimlərə yox, hər kəsə acı və neqativ şərhlər yazıblar. Mən də bunu qərəzli şəkildə mənə qarşı yönəldilən bir qara piar olduğunu anlayandan sonra məcbur olub paylaşımı sildim və açıqlama yazdım. İndi isə bir daha hamınızın bilməyini istəyirəm: Günlərdir yaxşı həkimlərimizin sitat və səhifələrini paylaşıram, onların ünvanına gözəl sözlər yazıram, təşəkkür edirəm, bəs niyə bunları "manşet" etmirdiniz?
Bir ağıldankəmin yazdığı neqativ şərhləri nə tez başlığa çevirdiniz? Heç mən olmadığımdan şübhə etmədinizmi? Nə tez məni xalq düşməni etdiniz?’’ –deyə, o qeyd edib.