![]() |
|
“Bir dostum zəng etdi ki, AzTV, Mədəniyyət TV sənə qadağa qoyub”.
Yenicag.az xəbər verir ki, bunu müğənni Nura Suri özünün “Facebook” səhifəsində yazıb.
Nura Suri bildirib ki, Hüsniyyə Məhərrəmovanı da işdən çıxarıblar:
“Mənə dedilər ki, bir çox tədbirlərə dəvət almayacaqsan. Niyə? Hüsniyyə Məhərrəmovanı da yazdığı statusa görə işdən çıxarıblar. Demokratiya sözünün mənasını bilirsiniz? Demokratik ölkədə yaşayırıq biz. Prezident çıxışında dedi ki, mənə düzgün məruzə etmirlər və bir çox problemlərdən sosial şəbəkələrdən xəbər tuturam”.
Rəqqasə dəniz kənarında çəkdirdiyi fotoları ''İnstagram'' hesabında izləyiciləri ilə bölüşüb. O oğlu ilə birlikdə olan fotosunu ''Xoş bir gün övladlarımla'' sözləri ilə şərh edib. İzləyiciləri Fatiməni tərif etsələr də, bəziləri onun karantin müddətində dənizə necə getməsi barədə sual ünvanlayıblar.
Sözügedən fotonu təqdim edirik:
Bu barədə Emin Ağalarov öz “Instagram” səhifəsində status paylaşıb.
“Ad günün mübarək, Leyla. Sən əsl dost, heyrətamiz ana və həyat yoldaşısan. Heç nə səni dayandıra bilməz”, - E.Ağalarov yazıb.
ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı əməkdar artist Almaz Ələsgərli olub.
Müğənni karantin səbəbindən qızını görə bilmədiyini deyib.
''Böyük qızım illərdir xaricdə yaşayır. İkinci dəfə ana olduqdan sonra kiçik qızım da avropaya getdi. Mən də karantin müddətində tək qaldım. Artıq dörd aydır ki, nə qızımı, nə də yeni doğulan nəvəmi görə bilmirəm. Qızım da deyir ki, gəlsəm, bu dəfə çamadanımı yığıb, birdəfəlik gedəcəm''.
Xalq artisti, “Crocus Group” şirkətinin birinci vitse-prezidenti Emin Ağalarov karantin dövründə üzləşdiyi iqtisadi problemlərdən danışıb.
O, instaqramda “Chez Next” proqramına qonaq olarkən koronavirusun səbəb olduğu böhrandan söz açıb:
“Konsert salonları, bir çox mağaza və restoran bağlandı. Sərgi mərkəzində isə koronavirus infeksiyası olan xəstələr üçün xəstəxana qurduq. Dövlət bunun üçün 1 milyard rubl ayırsa da, bu, şirkətə heç bir gəlir gətirmədi. Bu pulun bir hissəsini aldıq, xəstəxana tikdik. Hər şey hesablandıqdan sonra yoxlamalar olacaq və bu məbləğin qalığını alacağıq”.
Ağalarovun sözlərinə görə, COVID-19 pandemiyasının yaratdığı böhranın nəticələri 6-12 ay sonra hiss olunacaq: “Biz rüsumlarımızın 90% -ni itirdik. Gündən- günə itkilərimiz olur və karantin yumşaldıqdan sonra azaldığını söyləyə bilmərəm. Çünki ticarət mərkəzlərimizdə icarədarlar kirayə haqqını ödəyə bilmirlər. Biz onlara güzəşt edirik”.
İş adamı üç avtomobilini satdığını, lakin 15 min işçinin maaşını ödəmək üçün kredit götürməli olduğunu açıqlayıb: “Sonuncu maşınlarımı da satsam, bu, işçilərin məvacibinin heç 10 faizi etməyəcək”.
Məşhur aktyor Ozan Güvenlə sevgilisi Deniz Bulutsuz arasında gərgin anlar yaşanıb. Belə ki, 45 yaşlı aktyor sevgilisinə şiddət göstərib.
Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Qeyd edilib ki, kiçik mübahisə zamanı Bulutsuza hücum edən aktyor ona zərbələr endirməyə başlayıb.
Gənc xanımın gözünə qan sağılıb, göyərtilər yaranıb. Həkimdən ekspertiza rəyi alan Deniz polisə gedərək Ozandan şikayətçi olub
“Bəhram Bağırzadənin ümumi vəziyyəti stabil-ağır olaraq qalır”.
Bunu oxu.az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.
O bildirib ki, Əməkdar artistin səhhətində az da olsa, müsbət irəliləyişlər müşahidə edilir:
“Əvvəlki dövrlə müqayisədə, Bəhram Bağırzadənin vəziyyətində müşahidə edilən hər xırda müsbət irəliləyiş bizim üçün ümiddir. Ümumi vəziyyət stabil-ağır olaraq qalır. Əlimizdən gələni edirik ki, Əməkdar artist qısa zamanda öz sağlamlığına qovuşsun”.
Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər tərəfindən onun ECMO cihazına qoşulmasına qərar verib. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Kıvanş Tatlıtuğ Türkiyənin Bodrum şəhərində yerləşən evini valideynlərinə bağışlayıb. Özü isə həyat yoldaşı Başak Dizerlə birlikdə kirəyə tutduqları evə köçüblər. Məlum olub ki, o valideynlərinin və ailə üzvlərinin rahatlığı naminə bu addımı atıb. Aktyorun evini ailəsinə bağışlaması pərəstişkarlarının marağına səbəb olub.
Bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “7 canlı” verilişində deyir.
O, bağ evində olan heyvanlara özünün qulluq etdiyini, bunun insanı çox sakitləşdirdiyini vurğulayıb.
“Bilsəniz bu insana necə rahatlıq verir. Səhər ayılanda toyuqlar elə bil hiss edir ki, mən oyanmışam. Tez səs-küy salmağa başlayırlar. Onlara dən verib, yumurtaları yığmaq mənə xüsusi zövq verir. İnəyi də özüm sağıram, burada çətin bir iş yoxdur”,- deyə o, bildirib.