![]() |
|
"Ölkə.Az" xəbər verir ki, o, “professor da soyducusunu açsın, mən də, görək kiminki doludur” sözlərini demədiyini bildirib:
“Mən o sözü harada demişəm? Artıq belə söhbətlərdən bezmişəm. Ölkədə danışacaq başqa mövzu yoxdu ki, belə söhbətləri gündəmə gətirirlər? Hansısa fakt olmadan nəsə yazmaq qeyri-peşəkarlıqdır. Amma kim məni təhqir edəcəksə, cavabını alacaq”.
Qeyd edək ki, "İnstagram" səhiflərindən birində bununla bağlı paylaşıma müğənni söyüşlü şərh yazıb. Sonradan müğənni şərhini silib.
Daha ətraflı videodan izləyin:
Türkiyənin Eskişehir şəhərində erməni əsilli müğənni Levon Toposyanın konsert verməsinin qarşısı alınıb.
Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın bildirib ki, iyulun 24-də şəhərin lüks restoranlarından birində erməni əsilli müğənni Levon Toposyanın çıxış edəcəyi xəbərini alan kimi sözügedən əyləncə məkanının rəhbərliyi ilə danışıqlar aparılıb.
Restoran rəhbərliyinə təqdim olunan rəsmi müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədində xaincəsinə hərbi təxribatlar törətdiyi, Azərbaycan tərəfinin şəhid verdiyini, Eskişehir və Türkiyənin digər şəhərləri də daxil olmaqla dünyanın müxtəlif ölkələrində ermənilərin təcavüzkar siyasətinə etiraz aksiyalarının keçirildiyi və bütün bu hadisələrin dünya ictimaiyyətinin nəzərinə çatdırıldığı, ermənilərin ABŞ-ın Los-Anceles, Belçikanın Brüssel, Fransanın Paris şəhərlərində dinc aksiyalar keçirən, Rusiyada isə ticarətlə məşğul olan azərbaycanlılara hücum etdikləri və müxtəlif dərəcəli xəsarət yetirdikləri barədə ətraflı məlumat verilib.
Bundan sonra 24 iyul konserti və erməni əsilli müğənni ilə bağlanması planlaşdırılan uzun müddətli müqavilə ləğv olunub. /konkret.az/
“Qızımla bağlı çox tez-tez sosial şəbəkələrdə paylaşılan məlum fotoları özümə qarşı 10 ilə yaxındır aparılan təxribatın davamı hesab edirəm. Mən hər dəfə həqiqəti deyəndə, dövlətimizin və xalqımızın maraqlarını qorumaq üçün çıxış edəndə müəyyən qruplar qədirbilən xalqımızın səmimi vətənpərvərlik hisslərindən istifadə etməyə çalışaraq, qızımla bağlı olan fotoları paylaşır. Məqsəd məni susdurmaq, həqiqətləri deməkdən çəkindirməkdir”.
Bu sözləri əməkdar artist Aybəniz Haşımova sosial media hesabında qeyd edib. Belə ki, o, qızı Aynişanın erməni ilə fotosunun yayılması ilə bağlı xəbərlərə belə cavab verib:
“Bu 10 ildir davam edir. Lakin, XX əsrin əvvəllərində doğma dədələri ermənilər tərəfindən soyqrıma məruz qalmış, daha sonra həyat yoldaşı Vətən uğrunda şəhid olan Aybəniz Haşımova susa bilməz. Aybəniz Haşımova bacardığı hər formada erməniləri ifşa etməyə çalışır. Dünyanın müxtəlif ölkələrində öz imkanları hesabına Xocalı soyqırımını tanıtma tədbirlərinə, erməniləri ifşa aksiyalarına qatılır. Çıxış edir, musiqinin dili ilə erməni vəhşiliklərini, Qarabağda yaşanan dəhşətləri anlatmağa çalışır.
Bildirmək istəyirəm ki, bu foto xarici ölkələrdən birində beynəlxalq festival çərçivəsində çəkilib. Bir an foto çəkdirmək lazım gəldiyində Ermənistanda doğulmayan, atası rus, anası erməni olan iştirakçı qəfil formada qızım Aynişanın yanında dayanıb və foto paylaşılıb. Əlbəttə, bütün hallarda mənfur düşmənimizi təmsil edən şəxslə eyni fotoda olmaq qətiyyən xoş deyil. Üstəlik də, atası Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün şəhid olan bir qız-Aynişan və mənim üçün. Ancaq biz həmin an üçüncü ölkənin ərazisində beynəlxalq festivalda olmuşuq. Həmin an hər hansı başqa hərəkət bizim beynəlxalq imicimizi zədələmək üçün mənfur düşmənlərimizin əlinə səbəb verə bilərdi. Biz o festivalda dəfələrlə Azərbaycan bayraqları ilə səhnədə çıxış edib, Vətənimizi tərənnüm etmişik. Təəssüf ki, bundan danışan çox azdır…
Bildirmək istəyirəm ki, məlum festivalda Azərbaycan səfirliyi və diasporunun nümayəndələri iştirak edib. Baş verənlər onların gözləri qarşısında baş verib. Bu fotolar illərdir tirajlanır, hesab edirəm ki, lazımi dövlət qurumları da təbii olaraq, araşdırıb.
Bu məni narahat etmir. Azərbaycan xalqı və dövləti məni yaxşı tanıyır. Həyat yoldaşı, qızının atası bu torpaqlar uğrunda şəhid olan bir ailəyə qarşı belə ittihamlar irəli sürmək, səmimi insanların vətənpərvərlik hisslərindən istifadə etmək təxribatçıların işidir”. /yenisabah.az/
Dünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır - müəllim, hakim və həkim. Bu sözləri əməkdar artist Bəhram Bağırzadə bildirib.
O, qeyd edib ki, bu sözləri 2000 il əvvəl dünyanın ən böyük filosoflarından biri Sokrat demişdi. "Gəncliyimdə Azərbaycanın gözəl müəllimlərindən bilik əldə etməmdə bəxtim gətirib. Onların bir çoxu taleyimdə çox böyük rol oynadı və mənim dostlarım oldu...Şükürlər olsun ki, hakimlərlə ünsiyyət qurmaq mənə nəsib olmayıb, amma təsəvvür edə bilərəm ki, onların çiyninə nə qədər böyük məsuliyyət düşür...Tibbə qaldıqda isə, məhz həkimlər bizə dünyaya gəlməyimizdə kömək edir və həyatımız boyu bizi müşayiət edir.
Əksər insanlar kimi mən də vaxtaşırı həkimlərə müraciət edirdim, amma 2020-ci ilin yayı, koronavirusla xəstələndiyim dövr mənim üçün əsl sınaq oldu və həkimlər olmasaydı, heç vaxt bunun öhdəsindən gəlməzdim...Müalicəmdə iştirak edən bütün həkimlərə təşəkkürümü bildirmək üçün hansı sözləri istifadə edə biləcəyimi də bilmirəm. Ancaq ən səmimi minnətdarlığımı xəstəliyin inkişafında ən kritik anda məni qəbul edən və günlərlə həyatım üçün mübarizə aparan Mərkəzi Gömrük Xəstəxanasının rəhbərliyinə bildirirəm!
Xəstəxana həkimlərinə sonsuz minnətdaram! Səkkiz saat xüsusi geyimdə olmaq, ən ağır xəstələr üçün daim məsləhətləşmələr aparmaq, vacib qərarlar qəbul etmək və həyatlarını qurtarmaq üçün bir çox tədbirlər görməklə həyatlarını təhlükə altına qoymaq üçün necə də böyük cəsarət və biliklərə sahib olmaq lazımdır, çünki virus heç kimə rəhm etmir! Sizə dərin təşəkkürümü bildirirəm - reanimatoloqlar, yoluxucu xəstəliklər üzrə mütəxəssislər, kardioloqlar, fizioterapevtlər! Hər biriniz özünüzə zərbə götürür və müəyyən bir orqanın müalicəsi ilə məşğul olursunuz və hamınız birlikdə görünməz bir düşməni məğlub edərək şəfa möcüzəsi edirsiniz!
Ayrıca, kiçik tibb işçilərinə böyük bir təşəkkür edirəm. Bu gözəl insanlar bütün sutka boyu xəstələrin yanındadırlar və istisnasız olaraq bütün xəstələri öz yaxınlarına olduğu kimi münasibət göstərirlər. Sənin kim olduğun, müəyyən xidmətlərin olduğun və ya adi bir insan olmağının onlar üçün fərqi yoxdur. Onların fədakar işlərinin əsas məqsədi xəstələrə ən çətin müalicənin bütün mərhələlərini mümkün qədər ağrısız keçməyə kömək etməkdir. Həkimlərin göstərişlərinin yerinə yetirməkdə əsas yükü çiyinlərində daşıyan məhz kiçik tibb işçiləridir.
Mərkəzi Gömrük Xəstəxanasının bütün işçiləri əsl Qəhrəmanlardır! Pandemiya günlərində Xəstəxana koronavirusla mübarizədə ölkənin əsas dayaq məntəqəsinə çevrildi. Müalicəm zamanı Rusiya, Böyük Britaniya və Kubadan gəlmiş və xəstəxananın dəqiq, yaxşı əlaqələndirilmiş, yüksək peşəkar işinə heyrətlənən böyük tibbi heyətlərini gördüm. Dünyanın ən yaxşı memarlıq dizaynına əsasən inşa edilən binada ən müasir tibbi avadanlıqlar var ki, bunun sayəsində azərbaycanlı həkimlərimiz unikal cərrahi əməliyyat və mürəkkəb xəstəliklərin müalicəsini həyata keçirirlər. Allahın köməkliyi ilə çox yaxında vətəndaşlarımız sağlamlıqlarını yaxşılaşdırmaq üçün başqa ölkələrə getməli olmayacaqlar.
Mərkəzi Gömrük Xəstəxanası bundan sonra Azərbaycan təbabətinə sağlam və düzgün iş ritmini verəcək ölkənin tibbi ürəyinə çevrilmişdir. Bu da xəstəxana rəhbərliyinin böyük əməyinin bəhrəsidir! Görkəmli sovet fiziki Sergey Kapitsa demişdir: "Rəhbərlik etmək yaxşı insanların işləməsinə qarışmamaqdır." Müdrik rəhbərliyi işçilərinin hər birinin yüksək peşəkarlığını artırmağa imkan verən unikal strategiya seçən xəstəxananın işinin əsasını məhz bu prinsip təşkil edir!
Mən həmişə tibbə dərin hörmət bəsləmişəm, çünki həkim biliyə, fədakarlığa və həyatımızın ən çətin anlarında ağrılarımızın bir hissəsini bölüşmək və öz üzərinə götürmək və xəstəliklərimizə şəfa vermək üçün böyük istəyə malik olan insan ruhunun inkişafının ən yüksək səviyyəsidir. Qarşınızda baş əyirəm, qiymətsiz Azərbaycan Qəhrəmanları!” (Trend)
Müğənni hərbi geyimdə çəkiliş edərək fotolarını İnstagram hesabında izləyiciləri ilə bölüşüb. Kazımova fotolarını bu sözlərlə şərh edib. "Görürsənmi dalğalanan ay ulduzlu bayrağı, Duyursanmı, vətənimin polad ruhlu ərlərinin səsini? Yağı düşmən, səninləyəm! Aslanıyla, ərkəyi ilə bir bütövəm, Bu bütövlük qarşısında mütləq ki, sən diz çökəcəksən"
Sözügedən fotoları təqdim edirik:
Redaktor.az xəbər verir ki, hadisə iyunun 8-də, saat 12 radələrində baş verib. Belə ki, 27 yaşlı Aynur adlı qadın müğənninin evinə gəlib. O, Samir Piriyevin həyat yoldaşı Anara Piriyevaya hücum edib.
Daha ətraflı videodan izləyin:
Müğənni Səidə Sultan vətənpərvərlik mövzusunda mahnılar oxuyub, hərbi geyimdə fotolar çəkdirən həmkarlarını tənqid edib.
O, bu barədə “İnstagram” səhifəsində yazıb.
"Bilirsiz ətim nəyə tökülür? Dırnaqarası vətənpərvər müğənnilərə: Biri hərbi paltar geynir, biri əlinə silah alır, biri tez fürsətdən istifadə edib vətən mahnıları oxuyur... Elə bilirsiz qıraqdan görmürlər sizi? Ondansa qorxaq, yaltaq olmayın. Allah bir daha ətinizi töksün, müharibə "veteranları".
Bu gün ictimai xadim, Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı olmuş Anar Məmmədxanovun doğum günüdür.
Anar Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə oranı bitirib.
1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olan Anar Məmmədxanlı 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.
Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı seçilib.
Anar Məmmədxanov 2011-ci il aprelin 23-də infarkt səbəbindən dünyasını dəyişib. Onun Məryəm, İslam və Mədinə adlı 3 övladı qalıb.
Tanınmış aparıcı Vüsalə Əlizadə sosial media hesabında maraqlı paylaşım edib.
Aparıcı ''İnstagram'' hesabında paylaşım edərək özünü reklam edənləri tənqid atəşinə tutub.
''Neçə gündür ölkənin bu vəziyyətindən sui-istifadə edib özünü reklam edənlər artıq ürək bulandırır. Hər yerin pisi də, yaxşısı da var, meşə çaqqalsız olmaz. Amma Vətəni qorumaq kimi şərəfli peşə kişilərin işidir. Özünü qoruya bilməyənlər Vətən qorumağa gedir. Yəni bu xalq o qədər aciz qaldı ki, sizə ümid oldu? Paylaşımı zəifləyib, reklamı ölən silikonlu gözəlçələr, "kalaşnikovun" şəklini belə görməyən gədələr, "hərbi xidmətə yararsız" kağızı almaq üçün min hoqqadan çıxanlar. Hərbi komissarlığın önündə şəkil çəkdirib, özünüzə oxşayan yalançı xəbər səhifələrini işlədən üzdəniraq "bacişkalarınıza" "Qəhrəman" başlıqlarla xəbər yazdırıb, Azərbaycanın adını batırmayın.Bu millət Vətən uğrunda igid oğullar itirib, onların qanı ilə yoğrulan torpağı cılızlaşdırmayın. "Müharibə olsun" demək dildə asandır, səngərdə olub, güllə səsi eşitsəniz, dizləriniz çat verər. Qeyrətli oğullarımız yetərlidir bu Vətənə. Abrınız-həyanız olsun, şəhid ailələrinə hörmət edin. Analardan, bacılardan, gəlinlərdən, uşaqlardan utanın. Yığışdırın bu rəzilliyi'' -deyə, o qeyd edib.
Müğənni Roza Zərgərli koronavirusa yoluxub. R. Zərgərli COVİD 19 əlamətlərini hiss etdiyini, daha sonra evdə müalicə aldığını bildirib.
Sənətçi vurğulayıb ki, bütün ailə üzvləri bir evdə qalsa da, təkcə virus onda özünü biruzə verib. İfaçı səhhətinin qaydasına düşdüyünü, dadbilmənin yerinə gəldiyini qeyd edib.