“Məni yaxınlarıma qaytardığınız üçün sizə təşəkkür edirəm”

Bir müddətdir koronavirusdan müalicə olunan Əməkdar artist Bəhram Bağırzadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ona göstərdiyi diqqət və qayğısına görə təşəkkürünü bildirib.

Bu barədə B.Bağırzadə instaqram hesabında yazıb:

““Allahdan sonra biz ilk növbədə qadın qarşısında borcluyuq: əvvəlcə o, bizə həyat bəxş edir, sonra isə bu həyata məna verir”. Bu ifadənin kimə məxsus olduğunu xatırlamıram, amma bu gün mən onu Allah-Təala tərəfindən bir çox üstünlüklərə - gözəlliyə, parlaq zəkaya, gözəl qəlbə, müdrikliyə və sonsuz mərhəmətə sahib olan qadına çox böyük, səmimi minnətdarlıq sözləri ilə davam etdirərdim…

Uca Allahın mərhəməti ilə məni həmişə gözəl qadınlar əhatə edib. Lakin amansız 20-ci il mənə Mehriban xanım Əliyevanın əvəzsiz mərhəmət hədiyyəsini təqdim etdi. Bütün bu günlər mən ölüm astanasında olarkən ölkəmizin Birinci vitse-prezidentinin deyil, Azərbaycanın birinci xanımının deyil, mənə kömək və xilas əlini uzatmış çox böyük xeyirxah ürəyi olan bir bacının səmimi qayğısını hiss edirdim. Mehriban xanım, mənim üçün etdiyiniz hər şeyə görə sizə təşəkkür edirəm. Mənə yaşamaq və nəfəs almaq imkanını yaratdığınız, yaxınlarıma qaytardığınız üçün sizə təşəkkür edirəm. Allah bütün xeyirxah əməllərinizin əvəzini versin! Bəhram Bağırzadə”.

Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Bəhram Bağırzadədən xəbər var
Bir aydan çox koronavirusdan müalicə alan Bəhram Bağırzadə “Instagram” hesabında paylaşım edib.

O, xəstəxanadan foto yayımlayaraq bunları qeyd edib. 

“Hələlik nə bacardımsa, şəklini çəkdim. Hamıya təşəkkürlər!” 
Belə ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Onun ECMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də Bəhram Bağırzadə ECMO cihazından ayrılıb. 
 
Qeyd edək ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

dinsta

“Evi şəhid ailəsinə verməyini dostlarından eşitmişdim”

Tovuz istiqamətində gedən döyüşlərlərdə şəhid olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlundan danışıb.

Unikal.org-a müsahibə verən ana oğlunun şəhid olmazdan öncə onunla son söhbətləri, eləcə də Prezident İlham Əliyevlə telefon danışığından bəhs edib.

Oğlunun hər zaman vətən dərdi çəkdiyini deyən Səmayə Həşimova bildirib ki, Polad Həşimov əsgərlərinə “uşaqlarım” deyərmiş, işə gedərkən onlar üçün hətta diş məcunu belə alıb aparırmış. 

S. Həşimova əlavə edib ki, oğlunun ona bağışlanan evi şəhid ailəsinə verdiyi haqda xəbərləri dost-tanışdan eşidib. Onun sözlərinə görə, şəhid general etdiyi yaxşılıqlar haqda heç vaxt anasına danışmayıb. 

Rusiyadakı məşhurlarımızdan Azərbaycana dəstək

Rusiyada yaşayan Azərbaycanın məşhur simaları  şəhid olmuş hərbçilərimiz barədə paylaşım ediblər. 

Xalq artisti Emin Ağalarov, məşhur bloqqer Hüseyn Həsənov, Jony (Cahid Hüseynli), Hammali (Aleksandr Əliyev), Navai (Nəvai Bəkirov), Rauf & Faik (Rauf və Faiq Mirzoyev), Jah Khalib (Bəxtiyar Məmmədov), “Weel” (Vilayət Niftalıyev), “Ellai” (Elvin Əliyev), “Bahh Tee” (Bəxtiyar Əliyev), ELMAN (Elman Zeynalov) instaqramda post paylaşaraq Azərbaycan xalqına, şəhid ailələrinə başsağlığı veriblər. 

Sənətçilər şəhidlərə görə kədərləndiqlərini, sülh tərəfdarı olduqlarını bildiriblər. 

 








 
Türkiyəli müğənnidən ŞƏHİD OLAN GENERALLA BAĞLI PAYLAŞIM
Türkiyəli məşhur müğənni Alişan Azərbaycan Ordusunun general-mayoru qəhrəmancasına şəhid olan Polad Həşimov barəsində paylaşım edib.

O, generalın fotosunu “İnstagram” səhifəsinin hekayə bölümündə yayımlayaraq bu sözləri yazıb:

‘’Necə möhtəşəm insanmışsan. Nə gözəl ürəyə sahibsənmiş. Məkanın Cənnət olsun. Nur içində yatasan’’.

Daha sonra o digər paylaşımında Azərbaycan və Türkiyəyə məxsus foto yayımlayaraq ‘’Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Can Azərbaycan’’ sözlərini qeyd edib.

Qeyd edək ki, iyulun 14-ü səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər nəticəsində şəhid olan general-mayor Polad Həşimov II Fəxri Xiyabanda dəfn edilib.

Məşhurlardan şəhidlərlə bağlı PAYLAŞIMLAR
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş zamanı bir neçə əsgərimiz şəhid olub.

“Ölkə.Az” xəbər verir ki, adi insanlar kimi, məşhur simalar da cəbhə bölgəsində şəhid olan əsgərlərimizlə bağlı paylaşımlar ediblər.

Xalq artisti, müğənni Emin Ağalarov

Xalq artisti Aygün Kazımova

Xalq artisti Zülfiyyə Xanbabayeva

Xalq artisti Röya Ayxan

Müğənni İradə İbrahimova

Ruhi

Müğənni Gülay Zeynallı

Xalq artisti Fidan Hacıyeva

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində atəşkəs rejimini pozaraq mövqelərimizi ağır artilleriya atəşinə tutublar. Hücuma cəhd göstərən erməni dəstələri Azərbaycan Ordusunun şücaətli əsgərləri tətəfindən dəf edilərək, düşmən geri otuzdurulub.

“Bəhram artıq oturur və aktiv hərəkətlərə cəhd edir”

“Son günlər Bəhram Bağırzadənin səhhətində müşahidə olunan müsbət dinamika saxlanılır”. 

Bu barədə “Qafqazinfo”ya məlumatı Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev verib. Bildirib ki, əməkdar artistin huşu aydın və fəaldır:

“Əzələ zəifliyi qeyd edilsə də, artıq oturur və aktiv hərəkətlərə cəhd edir. İkincili bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə olunan durğunluğa qarşı müvafiq tədbirlərin aparılması davam etdirilir”.

Qeyd edək ki, iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artistin ağciyər toxumasının 90%-dən çox zədələndiyi bildirilmişdi.

Elza tərziylə yenə müzakirə yaratdı

Əməkdar artist Elza Seyidcahan Xəzər TV-də yayımlanan “5-də 5” proqramının qonağı olub. “Qafqazinfo” xəbər verir ki, 52 yaşını qeyd edən müğənni-bəstəkar canlı efirə yenə fərqli obrazda qatılıb. 

“Yaşıllıq təbiətin gözəlliyidir. Ən dahi rəssam Allahdır. Yaşıllıq onu rəmzidir ki, ekologiyanı qorumalıyıq, təmizliyə riayət etməliyik. Sənətin də ekologiyasını qorumalıyıq. Və bütün moda nümayişlərində belə obraza müraciət edirlər. Paltarım isə xüsusi hazırlanıb.  Hindistandan gətirilən təmiz ipək parçadan tikilib”,- deyə sənətçi obrazı barədə qeyd edib.

Bacısı Rasimə ilə qeyri-adi imicdə proqramda yer alan Seyidcahan sosial şəbəkələrin də gündəminə düşüb. 

İstifadəçilərin əksəriyyəti onu tənqid etsə də, digərləri onun tərzini qeyri-adi adlandırıb. İfaçı barədə maraqlı rəylər yazılıb, “caps”lər hazırlanıb. 

 

 
Bu iki azərbaycanlı məşhur koronavirusa yoluxub?
Şairə Nazilə Səfərli və müğənni Şəbnəm Tovuzlu COVİD-19 virusuna görə test verib.

O, bu barədə "İnstagram" səhifəsində məlumat verib. O, test cavablarını yayımlayaraq: "Şəbnəm, gözümüz aydın, testimiz təmiz çıxıb. Bizdə koronavirus yoxdur",- deyə o, yazıb.

Bu gün Feysbuk sosial şəbəkəsindəki böyük səhifələrdə tanınmış aktrisa, xalq artisti Məleykə Əsədovanın guya Azərbaycan xalqını təhqir etməsinə dair paylaşımlar edilib.

Statusu olduğu kimi təqdim edirik:

“Məleykə Əsədova: “Bizim Millətimiz çox qudurğan millətdir bilirsiz niyə? Çünki Cənab Ali Baş Kamandanmız gece gündüz çalışır vuruşur yollarımız pis gündə idi yollarımızı yeni asfaltlar çəkdirir binalarimiz bərbad idi yeni binalar tikdirdi maaşdar pensiyalar aşağa idi qaldırdı day Cənab Prezidentimiz bundan artiq neyləməlidirki?indide xəstəlikdi bu xəstəlik tək bizdə deyilki bütün dünyanı ağuşuna alıb bütün Dünya bununla mübarizə aparır bizdən ağır iş görməyimizi vəya neysə eləməyimizi istəmirlər ki Xalq olaraq Pandimeyya görə deyilər evdə qalıb xəstəliklərə qalib gələkdə”. İttihamlara sərt reaksiya verən xalq artisti “Sherg.az”a açıqlamasında hiddətini gizlədə bilmədi: “Mən belə ifadə işlətməmişəm. O yazıdan  xəbərim yoxdur. Harada yazmışam, kimin yanında demişəm? Ortaya fakt qoysunlar.  Bu, dezinformasiyadır.  Bunu yazan  mədəniyyətini, tərbiyəsini göstərib. Özü qudurğandır, ona görə elə yazıb. Görünür, çox savadsız, təhsilsiz insandır.  Onlar müxalifətdir! Millətimə, dövlətimə, torpağıma  həmişə hörmətlə yanaşmışam. Millətimi hər zaman uca tutmuşam.  Çünki xalqımın alqışları ilə bu yerlərə gəlib, Məleykə Əsədova olmuşam. Bilmirlər necə etsinlər, neynəsinlər, nə yazsınlar.  Məşhurların adından mənasız sözlər yazaraq gündəmə gəlmək istəyirlər. Artıq  dəli olublar.  Məni tanıyanlar bilir ki, həmin söz leksikonumda yoxdur. O ki, qala xalqımı belə adlandırım. Həyatımda elə cümlə qura bilmərəm. Maraqlıdır, haqsız şəkildə yazıb, böhtan atanda Allahdan qorxmurlar? Allah cəzalarını versin!”

Xəbər lenti