Avropada parçalanma: Ukraynaya qoşun göndərmək istəmirlər

Parisdə Ukraynaya dəstək sammitindən sonra Fransa prezidenti Emmanuel Makron Avropanın "istəkli koalisiyasının" Kiyevi dəstəkləməyə davam edəcəyini bildirib.

"The New York Times" yazır ki, Makron bəzi Avropa ölkələrinin müharibədən sonra Ukraynaya "dəstək qüvvələri" göndərə biləcəyini vurğulasa da, bu qüvvələrin tərkibi və hansı ölkələrin iştirak edəcəyi hələ dəqiqləşməyib.

Nəşrin məlumatına görə, bu qeyri-müəyyənlik Avropanın diplomatik səyləri ətrafında suallar yaradır. Üstəlik, ABŞ-ın Avropanın mümkün hərbi kontingentinə hansı formada dəstək verəcəyi də açıq qalır.

Sammitdə üç saatlıq müzakirələrə baxmayaraq, yalnız Böyük Britaniya və Fransa bu ideyaya sadiq qaldı. Digər Avropa dövlətləri isə qoşun göndərmək məsələsində yekdil mövqeyə gələ bilməyib.

Putindən Ukrayna açıqlaması: Seçkilərdən sonra...

Rusiya Ukrayna tərəfində kiminlə hər hansı saziş imzalamalı olduğunu başa düşmür, çünki sabah başqa lider hakimiyyətə gələr və vəziyyət dəyişə bilər. Ona görə də Ukraynada seçkilərin keçirilməsi üçün BMT və bir sıra ölkələrin himayəsi altında müvəqqəti administrasiya tətbiq edilməlidir.

Belə bir təkliflə Rusiya prezidenti Vladimir Putin çıxış edib.

Putinin sözlərinə görə, seçkilərdən sonra sülh müqaviləsi üzrə danışıqlar başlaya bilər. “BMT-nin himayəsi altında, ABŞ-la, hətta Avropa ölkələri ilə, əlbəttə ki, tərəfdaşlarımız və dostlarımızla Ukraynada müvəqqəti idarəçiliyin tətbiqi imkanlarını müzakirə etmək mümkün olardı... Demokratik seçkilər keçirmək, bacarıqlı və xalqın etimadını qazanan hökuməti hakimiyyətə gətirmək üçün”, - Putin qeyd edib.

Putin xatırladıb ki, Şərqi Timorda, Yeni Qvineyada və keçmiş Yuqoslaviyanın bəzi hissələrində BMT-nin himayəsi altında xarici idarəetmənin tətbiqi ilə bağlı artıq presedentlər olub. Eyni zamanda o qeyd edib ki, bu, variantlardan yalnız biridir. “Mən demirəm ki, başqaları yoxdur... Vəziyyət sürətlə dəyişir”, - o əlavə edib.

İlon Mask: Bu olmasa, ABŞ batacaq

ABŞ dövlət aparatının və büdcə xərclərinin azaldılması istiqamətində aparılan işlər uğurlu alınmasa, o zaman Amerika batacaq.

Bunu ABŞ Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən iş adamı İlon Mask deyib.

O bildirib ki, Amerikanı xilas etmək üçün dövlət xərclərini 1 trilyon dollara qədər azaltmaq niyyətindədir.

"Bu, inqilabdır. Məncə, bu, hökumətdə ən böyük inqilab ola bilər. Bunun sonunda Amerika daha yaxşı vəziyyətdə olacaq... Əgər uğur qazanmasaq, Amerika adlı gəmi batacaq", - Mask “Fox News”a müsahibəsində deyib.

Əkrəm İmamoğlunun vəkili saxlanılıb

Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivanı saxlanılıb.

“Haber Global” xəbər verir ki, o, İstanbul Baş Prokurorluğu tərəfindən tutulub.

İstanbul Respublika Baş Prokurorluğunun Pulların Yuyulmasına Qarşı Mübarizə Bürosu tərəfindən aparılan istintaq çərçivəsində Mehmet Pehlivan haqqında “Cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması” və “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasının qarşısının alınması haqqında qanun” maddələri ilə həbs qətimkan tədbiri seçilib.

Moskvada terror aktı planlaşdırıldı – FSB hərəkətə keçdi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada böyük terror aktının qarşısını aldığını açıqlayıb.

Məlumata görə, əvvəllər məhkum olunmuş bir Rusiya vətəndaşı Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə paytaxtda inzibati binanı partlatmağı planlaşdırıb.

FSB-nin məlumatına görə, şübhəlinin üzərində 5 kq amonal əsaslı partlayıcı qurğu, taymer və Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə üçün istifadə etdiyi smartfon aşkarlanıb.

Onun terror aktından sonra Ukraynaya keçərək Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmaq istədiyi iddia olunur.

Tramp iftar süfrəsində - FOTO
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə təşkil edilən ənənəvi iftar süfrəsinə qatılıb.

Burada etdiyi çıxışda, 2024-cü il prezident seçkilərində ona dəstək olan amerikalı müsəlmanlara təşəkkür edib.

Tramp müsəlman icmasına verdiyi sözə sadiq qalaraq, administrasiyasının Yaxın Şərqdə davamlı sülhün təmin edilməsi üçün çalışdığını vurğulayıb.

“Mənim administrasiyam, Abraham razılaşmalarına əsaslanaraq, Yaxın Şərqdə sülh yaratmaq üçün amansız diplomatiya ilə məşğuldur. Bunu qeyri-mümkün hesab edənlər çox idi, amma biz artıq həmin razılaşmaları həyata keçirməyə başlayırıq", – deyə, o qeyd edib.

Tramp sülhün yeganə arzusunun olduğunu və bu məqsədlə çalışmalarını davam etdirəcəyini əlavə edib.

Tramp iftar süfrəsində - FOTO
tramp-qurumlarin-iscilerini-50-ixtisar-edecek

ABŞ Prezidenti Donald Trump administrasiyasının federal hökuməti kiçiltməyə təkan verməsi çərçivəsində agentliklərin işçilərinin 8-50 %-ni ixtisar etməyə hazırlaşır.

“The Washington Post” xəbər verir ki, bu, Ağ Evin daxili sənədində öz əksini tapıb.

Sənəd 22 agentliyi əhatə edir.

Trump ABŞ Poçt Xidməti və Ağ Evin işçiləri istisna olmaqla, agentliklərin qanunla tələb olunduğu kimi minimum əsas funksiyalarını azaltmalı olduğunu bildirib.

Paşinyan daha iki deputatı mandatından məhrum etdi

Ermənistan parlamenti gizli səsvermə zamanı baş prokuror Anna Vardapetyanın parlament üzvləri Ovik Ağazaryan və Taron Marqaryana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi barədə vəsatətini təmin edib.

Taron Marqaryanın deputat toxunulmazlığından məhrum edilməsinə 67 deputat, 65 deputat isə Ovik Ağazaryanın deputat toxunulmazlığından məhrum edilməsinə səs verib.

Müxalif deputatlar səsvermədə iştirak etməyib.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan Ovik Ağazaryanı dövlət təhlükəsizliyi və əks-kəşfiyyatla bağlı məlumatları açıqlamaqda ittiham edərək istefaya getməsini təkid etsə də, o bundan imtina edib.

Bundan sonra Ovik Ağazaryan vəzifə səlahiyyətindən istifadə edərək rüşvət almaqda və digərlərinin maraqlarını müadafiə etməkdə ittiham olunaraq barəsində cinayət işi başlanıb və barəsində istintaq araşdırması gedir.

Deputat Taron Marqaryan isə müxtəlif illərdə çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və torpaq sahələrinin mənimsənilməsi ilə bağlı müxtəlif maddələr üzrə ittiham olunaraq barəsində cinayət işi başlanıb.

Putinə qucaq, Kanada və Avropaya CƏBHƏ açır  - Trampdan yeni və çox sərt TƏHDİD

Avropa İttifaqı və Kanadaya qorxunc xəbərdarlıq: “ABŞ-a qarşı birləşsələr, ağır tariflər tətbiq olunacaq”
ABŞ Prezidenti Donald Tramp gecə saatlarında sosial şəbəkədə yaydığı bəyanatla Avropa İttifaqı və Kanadaya qarşı açıq təhdid səsləndirib. O, bu iki tərəf ABŞ-a iqtisadi zərər vermək üçün birləşərsə, “çox böyük miqyaslı tariflər” tətbiq ediləcəyini bəyan edib.

New York Times bu sitatı diqqətə çıxardır: “Əgər Avropa İttifaqı Kanada ilə birlikdə ABŞ-a iqtisadi zərər vurmaq üçün əməkdaşlıq edərsə, hər iki tərəfə qarşı hazırda planlaşdırılandan qat-qat böyük tariflər tətbiq olunacaq. Mən yalnız bu iki ölkənin tarix boyu sahib olduqları ən yaxşı dostu qorumaq istəyirəm – ABŞ-ı!”

Bu sərt açıqlama, artıq mövcud olan ticarət müharibəsinin yeni cəbhə qazanması deməkdir. Xatırladaq ki, Tramp administrasiyası son aylarda Avropa istehsalı olan polad, alüminium, avtomobil və bir sıra digər məhsullara tariflər tətbiq edib. Bu, Avropa İttifaqını çıxılmaz vəziyyətə salıb və İttifaq hazırda ABŞ-la ticarət gərginliyini danışıqlar yolu ilə aradan qaldırmağa çalışır.

Avropa Komissiyasının Ticarət üzrə nümayəndəsi Maroş Şefçoviç məsələ ilə bağlı bildirib: “Sonda necə deyərlər, bir əl ilə alqış tutmaq olmaz.” Bu isə Avropa tərəfinin ABŞ-ın birtərəfli mövqeyindən narazı olduğunu göstərir.

Digər tərəfdən, Trampın NATO və təhlükəsizlik məsələlərində verdiyi ziddiyyətli mesajlar Avropa İttifaqı ilə Kanadanı hərbi və iqtisadi baxımdan bir-birinə daha da yaxınlaşdırıb. Kanada artıq Avropanın silahlanma təşəbbüslərinə sənaye dəstəyi vermək üçün addımlar atır.

Hələlik Avropa Komissiyası Trampın təhdidlərinə rəsmi reaksiya verməyib. Lakin ABŞ-ın əsas ticarət tərəfdaşı olan Avropa İttifaqı üçün bu xəbərdarlıq ABŞ ilə əlaqələrin daha da gərginləşə biləcəyinə dair açıq siqnaldır.

Musavat.com-un topladığı məlumatlar göstərir ki, ABŞ-Avropa münasibətlərində gərginlik daha da artacaq.

SON DƏQİQƏ! Putindən sülh açıqlaması: “HAZIRIQ”

Rusiya Avropa da daxil olmaqla, Rusiya-Ukrayna münasibətlərinin nizamlanması üzərində işləməyə hazırdır, lakin bundan sonra Qərbə həddindən artıq inamla bağlı səhvlərə yol verməyəcək.

Bu barədə Rusiya prezidenti Vladimir Putin, “Arxangelsk” sualtı qayığının dənizçiləri ilə söhbətində bildirib.

“Biz Avropa ilə də işləməyə hazırıq, lakin onlar sadəcə olaraq qeyri-sabitlik nümayiş etdirirlər və daim bizim burnumuzdan tutmağa çalışırlar” -Putin qeyd edib.

O əlavə edib ki, buna artıq öyrəşdiklərini vurğulayaraq, “Ümid edirəm ki, partnyor adlandırdığımız şəxslərə hədsiz inam əsasında heç bir səhvə yol verməyəcəyik” ifadəsini işlədib.

Xəbər lenti