![]() |
|
Türkiyənin xüsusi xidmət orqanları rusiyalı həmkarlarına xəbərdarlıq edib və Moskvada "Crocus City Hall" ticarət mərkəzinə hücumdan sonra ikinci terror aktının qarşısını almağa kömək edib.
Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
"Konsert zalına ilk hücumdan sonra terror qruplaşması ikinci terror aktını planlaşdırmışdı. İzdihamlı ticarət mərkəzinə hücum edəcəkdilər. Türkiyə kəşfiyyatı Moskva ilə əlaqə quraraq ikinci böyük terror aktının qarşısını aldı", - qəzetin köşə yazarı Hande Fırat yazıb.
Nəşrin məlumatına görə, terror aktı İŞİD terror təşkilatı ilə əlaqəli olan "Vilayət Xorasan" qruplaşmasının yaraqlıları tərəfindən hazırlanıb.
Qeyd edilir ki, Türkiyə xüsusi xidmət orqanları yanvarın sonunda İstanbuldakı Müqəddəs Məryəm katolik kilsəsinə hücumda iştirak edən "Vilayət Xorasan" təşkilatının yerli özəyinin fəaliyyətini uzun müddət izləyib. Xüsusi xidmət orqanları bir sıra şəxsləri dindirib, sonra Rusiya tərəfi ilə əlaqə saxlayıblar.
Yeni Kaledoniyanın hakimiyyət orqanları komendant saatını qısaldıb.
“Report” bu barədə “AP” agentliyinə istinadən xəbər verir.
Bununla yanaşı, paytaxt Numeyanı Avstraliya, Yaponiya, Sinqapur və digər ölkələrlə birləşdirən La Tontouta Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib.
Ötən həftə Fransa prezidenti Emmanuel Makron may ayında iğtişaşlara səbəb olan seçki islahatlarının dayandırıldığını elan edib.
Xatırladaq ki, Fransanın dənizaşırı ərazisi olan yeni Kaledoniyada iğtişaşlar mayın ortalarında başlayıb. Bunun səbəbi Parisin yeni seçicilərə - 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb.
Kollektiv Qərb bir sıra Afrika ölkələrində mövqeyini itirir, digər ölkələr isə bu regiondakı mövqelərini möhkəmləndirirlər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Baş Qərargah rəisi, general-leytenant Mixel van der Laan Vaşinqtonun Avropa Siyasi Təhlil Mərkəzində çıxışı zamanı bildirib.
"ABŞ də daxil olmaqla bir çox Qərb ölkəsi bizi Niger, Mali, Burkina Faso və digər ölkələrdən qovur. Əgər hərəkətsiz qalsaq, bu, gələcəkdə problemlərə səbəb olacaq. Çünki Avropa istiqamətində kütləvi miqrasiyanı görəcəyik. Çin, İran və bir sıra digər ölkələrin varlığının artdığını görürük", - o deyib.
Onun sözlərinə görə, miqrasiya problem deyil, lakin terrorizm və cinayətkarlıq onunla birlikdə gəlir.
"Biz bunun Avropa ərazisinə daxil olmasına imkan verə bilmərik. Buna görə Afrikada səylərimizi artırmaq üçün inteqrasiya olunmuş bir yanaşma düşünürük", - o əlavə edib.
Delimitasiyanın növbəti mərhələsinin Sünikdən (Zəngəzur-red.) başlaması istisna olunmur, lakin bu, istənilən başqa ərazidə də baş verə bilər.
“Report” “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Hazırda reqlament layihəsi üzərində işləyirik. İlkin razılığa əsasən, onun təsdiqlənməsindən sonra qərar veriləcək.
Dünəndən Sünik vilayətindəyəm, həm sərhədyanı, həm də qeyri-sərhəd yaşayış məntəqələrində onlarla görüş keçirmişəm. Göründüyü kimi, sülh gündəliyi, real Ermənistanın gündəliyi xalqımıza aydındır. Bu çox vacibdir. O deməkdir ki, nə etdiyimizi və nə üçün etdiyimizi xalqımıza çatdıra bilmişik.
Bu kontekstdə delimitasiya və digərləri operativ məsələlərə çevrilir. Hökumət təbii ki, nə baş verdiyini, niyə baş verdiyini, məqsədin, risklərin nədən ibarət olduğunu, risklərin idarə edilməsi üsullarımızın nədən ibarət olduğunu ictimaiyyətə geniş şəkildə çatdırmağa davam etməlidir. Biz bu məntiqi rəhbər tutaraq irəli getməliyik”, - Paşinyan qeyd edib.
Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Kiyev sabah Moskva ilə sülh danışıqlarına başlamağa hazırdır.
APA xəbər verir ki, Ukrayna liderinin çıxışı sosial şəbəkələrdə yayımlanır.
Bununla belə, o deyib ki, danışıqlar üçün bir şərtin yerinə yetirilməsi tələb olunur. Bu şərt isə odur ki, Rusiya Federasiyası ölkənin ərazi bütövlüyünə hörmət etməlidir.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin cənubunda Azərbaycanla həmsərhəd olan rayonlara baş çəkib.
“Sputnik Ermənistan” xəbər verir ki, Paşinyan bölgədə aparılan infrastruktur layihələrinə baxış keçirib. O, İranla Ermənistanı birləşdirən M-2 İrəvan-Arazdəyən-Gorus-Meğri-İran sərhədi avtomobil yolundakı tikinti və Qafan şəhərinin mərkəzindən keçən çayda beton bəndləmə işləri ilə tanış olub.
Paşinyan səfəri çərçivəsində yerli sakinlərlə də görüşlər keçirib.
Daha sonra o, Qubadlı rayonu ilə sərhəddə yerləşən Şurnuxu kəndinə gedib, orada sərhəddən köçürülən erməni ailələri üçün tikilmiş evlərin püşkatma üsulu ilə bölünməsində iştirak edib. Paşinyan sakinlərlə söhbətində sülhə və Azərbaycanla sərhədlərin delimitasiya prosesinə sadiq olduqlarını və yerli insanlar tərəfindən buna dəstək hiss etdiklərini deyib.
Xankəndidən Ermənistana qaçan keçmiş separatçı rejimin sonuncu "başçısı” Samvel Şahramanyan keşiş Baqrat Qalstyanın revanşistlərdən ibarət dəstəsinə qoşulub və Nikol Paşinyanı ittiham edib.
Publika.az xəbər verir ki, Şahramanyan müxalifətin etiraz aksiyasına polis müdaxiləsini pisləyib. Qeyd edib ki, yaxın dövrdə Qarabağda baş verənlərlə bağlı ictimaiyyətə hər şeyi açıqlayacaq və camaat həqiqəti öyrənəcək.
"Bizi milyardlarla dollar dəyərində silahı atıb gəlməkdə ittiham edirlər. Halbuki, Paşinyan silahların kimin balansında olduğunu və buna görə kimin məsuliyyət daşıdığını yaxşı bilir. Qarabağdakı ordu (separatçıların terrorçu dəstələri-red) son günə qədər Ermənistan hökumətinə tabe olub və Ermənistan Müdafiə Nazirliyinin ərazi bölməsi kimi fəaliyyət göstərib”, - o deyib.
Şahramanyan iddia edib ki, onlar üçün Qarabağ səhifəsi bağlanmayıb.
Qeyd edək ki, Ermənistan işğalın davam etdiyi 30 ilə yaxın dövrdə Qarabağdakı terrorçu dəstələri "özünümüdafiə ordusu” adlandırmaqla, bu dəstələri idarə etdiyi faktını təkzib etməyə çalışıb. Şahramanyanın etirafı isə rəsmi İrəvanın yalanını bir daha ifşa edir. Bu, separatçı liderlər tərəfindən açıqlanan ilk etirafdır.
Hazırda təəssüf ki, dünyanın taleyi 5 ölkənin (BMT TŞ-nin 5 daimi üzvü - red.) əlindədir. Bu 5 ölkədən biri “yox” dediyi zaman məsələ bitir.
"Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniya Baş naziri Pedro Sançeslə görüşdən sonra keçirilən media konfransında deyib.
“Son olaylarda da bu 5 ölkədən biri İsrailin tərəfində yer alır. Uşaqlar, qadınlar, jurnalistlər ölür, əhəmiyyət vermirlər”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri İspaniyanın Fələstini tanınmaq qərarını bir daha alqışladığını bildirib və bu sıraya daha çox ölkəni qoşulmasının vacibliyini qeyd edib.