“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ

“İranda yaşayan etnik azərbaycanlılar təqib olunur”.
Bu barədə ABŞ Dövlət Departamentinin 2023-cü ilə dair “İnsan Hüquqları Təcrübələri Hesabatı”nda bildirilir.
Sənəddə qeyd olunur ki, əhalinin təxminən 24 faizini və ya 18 milyondan çoxunu təşkil edən etnik azərbaycanlılar digər etnik azlıq qruplarına nisbətən hökumətə və cəmiyyətə daha çox inteqrasiya ediblər.
“Ali Rəhbər Xamenei etnik azərbaycanlı idi. Azərbaycanlılar hökumətin fəalları və ya təşkilatçıları təqib edərək onlara qarşı ayrı-seçkilik etdiyini və bəzi valideynlərin uşaqlarına türk adları qoymasına mane olduğunu bildirirlər”, - hesabatda deyilir.

Zəruri QEYD: Bildirək ki, neçə müddətdir İran deyilən siyasi məkanda cərəyan edən hər türlü hoqqabazlığa etiraz edən rəsmi Vaşinqton və ona bağlı beynəlxalq şəbəkə üçün nədənsə Güney Azərbaycan məsələsi GÖRÜNMƏZƏ çevrilmişdi. Doğrudur, yuxarıdakı ifadədə də yetərincə qüsurlar var... Məsələn sayımızın ciddi şəkildə - farsların maraqlarına uyğun olaraq az göstərilməsi. Əslində bu cəhd sonradan İranın bölüşdürülməsi zamanı ərazi payımızın azaldırlmasına hesablanan bir cəhddir və buna görə də ciddiyə alınmalı, indidən bu kimi hesabatlara etirazlarımızı bildirməliyik ki, gələcəklə bağlı təhlükəli niyyətlər indidən sənədləşməsin...

Amma qeyd etdiyimiz kimi, istənilən halda bir müsbət məqam da odur ki, nəhayətdə Ağ Evdə oturanlar İrana təkcə TelƏviv-Tehran gərginliyi fonunda deyil, həm də Azərbaycanın bütövlüyü apsektində də münasibət bildirmək zorunluğunu hiss etməkdədir.

“Çeçenistanın lideri Ramzan Kadırov ağır xəstədir, onda mədəaltı vəzinin hüceyrə nekrozu var və sağalmasına ümid yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Novaya Gazeta Europe” yazı dərc edib.

Nəşrin məlumatına görə, Kadırovda pankreas nekrozu, (mədəaltı vəzin bir hissəsinin çürüməsi) xəstəliyi yaranıb:

“Kadırov xəstədir, lakin Kreml ciddi problemlə üz-üzədir. Baş verə biləcək hakimiyyət dəyişikliyinə hazırlaşmaq lazımdır”.

Nəşrin iddiasına görə, rəsmi Kreml onun yerinə kimin təyin olunacağına artıq qərar verib.

Bildirilib ki, Kadırovu onun sadiq əsgəri, “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinov əvəzləyə bilər.

Qeyd edək ki, Çeçenistanın rəsmi nümayəndələri Kadırovun səhhətinin pis olması ilə bağlı xəbərləri ardıcıl olaraq təkzib ediblər.

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır.

Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev bildirib.

“Səfər çərçivəsində Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq. Onlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli qarşılıqlı fəaliyyətin qurulması perspektivlərini müzakirə edəcəklər”, - o qeyd edib.

Bundan başqa, Dövlətlərarası Şuranın iclası da nəzərdə tutulub.
S.Japarov Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində iştirak edəcək.

Xatırladaq ki, daha əvvəl bu məktəbin Qırğızıstan tərəfindən inşa ediləcəyi barədə məlumat verilmişdi.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbindən (LSEPS) politoloq Selin Nasi Ankaranın Şimali Atlantika Alyansındakı rolunu “Nə qara, nə də ağ deyil, Türkiyə ilə NATO arasında münasibətlər boz zonadadır” deyir.

Alman nəşri "DW" narahatlığını ifadə edir: "Türkiyənin Rusiya və Çinlə yaxşı münasibətlər saxlaması hətta son illərdə Ankaranın NATO-ya sadiqliyinin şübhə altına alınmasına səbəb olub.

Türkiyə hakimiyyətinin 2018-ci ildə Suriyanın şimalına hərbi müdaxiləsi və ya Finlandiya və İsveçin alyansa daxil olmasının uzun müddət əngəllənməsi kimi bir çox təktərəfli hərəkətləri Qərbdə Türkiyənin həqiqətən etibarlı NATO üzvü olub-olmadığı ilə bağlı müzakirələrə səbəb olub".

Nəşr ona diqqət çəkir ki, Türkiyə bir çox digər dövlətlər kimi, Sovet təhlükəsi səbəbindən İkinci Dünya Müharibəsindən sonra ənənəvi neytrallıqdan imtina etmək məcburiyyətində qaldı: İosif Stalin Türkiyə ərazilərinin bir hissəsinə iddia qaldırmağa cəhd edərkən Ankara müdafiə üçün NATO-ya müraciət etdi və 1952-ci ildə üzv oldu.

Maynz Universitetinin politoloqu Zaur Qasımov belə izah edir: “Türkiyə alyans üçün görünməmiş əhəmiyyətə malik ölkədir. Bu, NATO-da ABŞ-dən sonra ikinci ən böyük orduya malikdir, Avropanın cənub-şərq cinahının təhlükəsizliyini təmin edir, həmçinin NATO-nun iki böyük hava bazası - İncirlik və Konyada yerləşir.

Türkiyə Silahlı Qüvvələri NATO-nun birbaşa döyüş təcrübəsi olan azsaylı ordularından biridir. Ankara həm də özünün qabaqcıl hərbi-elmi texnologiyaları sayəsində getdikcə daha güclü tərəfdaşa çevrilir. Bu, Qərb NATO ölkələrinin indi tam dərk etdiyi bir şeydir”.

Türkiyə uzun müddətdir ki, həmişə öz yolu ilə gedir və bu da sual doğurur: bu cür birtərəfli hərəkətlər onun NATO üzvlüyünə uyğundurmu?

Bəli, "DW"nin müsahibə verdiyi ekspertlər əmindirlər - çünki beynəlxalq səhnədə belə davranış qlobal tendensiyanın bir hissəsidir.

“Strateji muxtariyyət Ankaranın çox bəyəndiyi bir termindir. Reallıq budur ki, Türkiyə son illərdə xarici siyasətdə getdikcə daha müstəqil olub. Və bu davam edəcək, - Seline Nasi deyir, - Türkiyə getdikcə təkbaşına qərarlar verən tək ölkə deyil. Bu, qlobal dəyişikliklərin və dünyada güc mərkəzinin Qərbdən Şərqə dəyişməsinin nəticəsidir. Ona görə də bu fakt ABŞ-nin bütün müttəfiqlərinə aiddir”.

Qasımov iyirmi ildir ki, Türkiyənin xarici siyasətinin “azadlaşması”nı müşahidə edir və bildirir ki, “soyuq müharibə” dövrünə xas olan “ya-ya da” hərəkətlər dövrü başa çatıb. “Beynəlxalq münasibətlərdəki dinamika göstərir ki, indi hər şey daha çox hibrid kateqoriyalar üzrə yenidən nəzərdən keçirilir. Türkiyə NATO-ya fəal üzv olmaqla yanaşı, Rusiya ilə əməkdaşlığı daha da dərinləşdirə bilər. Mən bunun işləməməsi üçün heç bir əlamət görmürəm”, - Maynz Universitetinin politoloqu deyir.

Selin Nasi öz növbəsində vurğulayır ki, Qərb tənqid etsə də, Türkiyənin Rusiya ilə yaxşı münasibətlərindən əslində faydalanır. "Bəyənmədiyiniz insanlarla da ünsiyyət qurmalısınız. Bunun üçün vasitəçilər lazımdır", - deyə Nasi xatırladıb.

Ancaq Ankaranın müttəfiq kimi qəbul edilməsində ünsiyyətin necə baş verməsi mühüm rol oynayır. “Türkiyə tərəfi İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı debatları şübhəli şəkildə apardı, - deyə Nasi şikayət edib, - son nəticədə sanki Türkiyə hər bir xarici siyasət məsələsinə danışıqlar sahəsi kimi baxan bir ölkə kimi görünürdü”.

Nasi bunu Ankara ilə əməkdaşlığın ən böyük problemlərindən biri hesab edir: “Bu, gözlənilməz hökumətdir”.

Təsvir edilən problem öz növbəsində Türkiyənin özündə gücün həddindən artıq cəmləşməsi ilə bağlıdır. “Xarici siyasətlə bağlı qərarlar indi prezident Ərdoğandan və onun müşavirindən asılıdır. İndi olduğumuz mərhələdə hər şeyə Ərdoğan qərar verir”, - deyə Selin Nasi aydınlıq gətirir.

Hətta sosial şəbəkələrdə də Türkiyənin NATO-dan çıxarılmasını tələb edən səslər var idi. Eyni zamanda, ölkənin özündə alyansa üzvlük artıq alternativsiz seçim kimi qəbul edilmir. Ərdoğan Çin və Rusiyanın aparıcı rol oynadığı Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüklə bağlı dəfələrlə işarə edib. Ekspertlərin fikrincə, bunun məqsədlərindən biri NATO-nun Ankaraya təsirini cilovlamaqdır.

London politoloqu Selin Nasi bu izahatla razılaşmır: “Türkiyə alyansdan çıxsaydı, bu, heç bir tərəfin marağında olmazdı. Lakin praktikada Ankara NATO-dan heç də uzaqlaşmır. O, müttəfiq kimi bütün tapşırıqlarını yerinə yetirir”.

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasını real hesab etmir.

“Report” Ermənistan İctimai Televiziyasına istinadən xəbər verir ki, bu barədə hökumət başçısı britaniyalı jurnalistlərə müsahibəsində deyib.

“İndiki vəziyyətdə Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmirəm”, – Ermənistan lideri vurğulayıb.

Eyni zamanda, Paşinyan ölkəsinin Qarabağda müharibə aparmaq niyyəti olmadığını diqqətə çatdırıb:

“Ermənistanın 29 743 kvadrat kilometr ərazisindən kənarda suverenliyi yoxdur və Qarabağ uğrunda müharibə aparmaq niyyətində deyil”.

Bizim Rusiya ilə birbaşa sərhədimiz yoxdur, lakin Rusiya Federasiyası Cənubi Qafqaz regionunda çox əhəmiyyətli və ciddi aktordur.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib.

“Biz heç vaxt Qərbdən uzaq olmamışıq. 2018-ci il inqilabından əvvəl Ermənistan və Aİ arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi imzalanmışdı və bu sazişin həyata keçirilməsi məsuliyyəti bizim hökumətin üzərinə düşürdü. Demokratiya sahəsində əldə etdiyimiz nailiyyətlər əlaqələrimizin dinamik inkişafı üçün obyektiv şərait yaradıb və yaradır.

2018-ci il inqilabından sonra biz bəyan etdik ki, bizim üçün demokratiya bir strategiyadır.

Biz beynəlxalq əlaqələri şaxələndiririk, lakin tək deyilik. Bu gün dünyada elə bir oyunçu yoxdur ki, beynəlxalq əlaqələrini şaxələndirməsin.

Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər Aİ-yə yaxın olmağa hazırdır. İndi biz bu yolla gedirik. Bunu açıq şəkildə qeyd etmək çox vacibdir, çünki biz və Avropa İttifaqı, xüsusən aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra bəzi “gizli razılaşmalar”la hesablanıb.

Şəffaflıq bizim üçün çox vacibdir və biz gündəliyi və nəticələri şəffaf şəkildə dərc etmişik”.

Ərdoğan son dəfə 2011-ci ildə baş nazir kimi Bağdada səfər edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa səfərinə təkcə Bağdad deyil, o cümlədən kürdlərin məskunlaşdığı  Ərbil də ciddi hazlırlaşır.

Bağdadla yanaşı, Ərbildə də küçələr Türkiyə bayrağı ilə bəzədilib. 

Bundan əlavə, Ərbil qalasında da Türkiyə bayrağı əks olunub.

Bağdad mərkəzində Şeyx Əbdülkadir Geylani türbəsinin yerləşdiyi küçəyə türk və ərəb dillərində “Ziyarətiniz bizi qürurlandırdı” yazılı plakatlar asılıb.

Prezident Ərdoğan bu gün Bağdad və Ərbilə rəsmi səfər edəcək. O, sonuncu dəfə 2011-ci ildə baş nazir kimi Bağdada səfər edib.

Türkiyə liderinin hazırkı səfərinə hazırlıq keçən ilin payızında başlayıb. 

Ərdoğanın İraq Türkmən Cəbhəsinin (İTF) liderləri və türkmən icmasının nüfuzlu nümayəndələri ilə böyük bir görüş keçirəcəyi gözlənilir. Onlar şübhəsiz ki, Ərdoğanın siyasi təmsilçilik və hüquqlarını gücləndirmək səylərində kömək istəyəcəklər.

Səfərin əsas məqsədlərindən biri İraq ərazisində kök salmış Kürdüstan Fəhlə Partiyası silahlılarına qarşı mübarizədə Ankara ilə Bağdad arasında ortaq mövqenin inkişaf etdirilməsi olacaq. Hakan Fidan və İbrahim Kalın Bağdada səfər etdikdən sonra İraq hakimiyyəti PKK-yə “İraqda qadağan olunmuş təşkilat” statusu verib. Türkiyə tərəfi ona İraqda “terror təşkilatı” statusunun verilməsində israrlıdır.

 

 

 

 

Ermənistan Baş naziri Nikol Paşinyanın qərarı ilə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyası nəzdində işçi qrupu yaradılıb.

Onun imzaladığı qərarda deyilir ki, Bağanis - Bağanis Ayrum, Voskepar - Aşağı Əskipara, Kirants - Xeyrimli və yaşayış məntəqələri arasında sərhəd xəttinin müvafiq hissələrinin koordinatlarını dəqiqləşdirmək üçün Berkaber - Qızıl Hacılı yerlərdə aparılan geodeziya ölçmələri və müvafiq layihə protokolunun tərtib edilməsi nəticəsində Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası komissiyasının nəzdində işçi qrupu yaradılsın və sərhəd təhlükəsizliyi təmin edilsin.

İşçi qrupunun tərkibi əlavəyə uyğun olaraq təsdiq edilsin”.

Qeyd edək ki, 9 nəfərdən ibarət işçi qrupuna qubernator Hayk Qalumyan rəhbərlik edəcək. Qrupa Noyemberyan, İcevan, Bağanis, Berkaber, Kirants, Voskepar liderləri, həmçinin Voskepar sakini Serob Maksudyan daxildir.

İraqdan ABŞ-nin Suriyadakı hərbi bazasına raket hücumu edilib.

İraq təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, İraqın şimalındakı Zummardan Suriyanın şimal-şərqindəki ABŞ bazasına ən azı 5 raket atılıb.

Bu, keçən fevral ayından bəri bölgədə ABŞ qüvvələrinə qarşı ilk hücumdur.

ABŞ tərəfi hələlik hücumla bağlı açıqlama verməyib.

Qarabağdan çıxarılan Rusiya qoşunları Ukraynaya köçürülə bilər.

Bu barədə "Bild" nəşri yazıb.

Sözügedən media orqanının açıq məlumatların təhlili üzrə eksperti Julian Röpkenin qeyd etdiyi kimi, artıq bu kontingentin Ukraynaya göndərilə biləcəyi ilə bağlı “bəzi narahatlıqlar” var.

Qeyd edilir ki, sülhməramlıların silahları arasında onlarla nisbətən yeni BTR-82A zirehli transportyorları mövcud idi.

Röpkenin daha əvvəl xəbər verdiyi kimi, Ukraynada cəbhə xəttində Rusiya ordusunun müasir piyada döyüş maşınlarına və zirehli transportyorlara ciddi ehtiyacı var.

Xatırladaq ki, Azərbaycan və Rusiyanın qarşılıqlı razılaşması əsasında sülhməramlı qüvvələr hərbi texnikaları ilə birlikdə Azərbaycandan dəmir yolu ilə sərhəddən Dağıstana daşınırlar.

Xəbər lenti