Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəba xəstəliyinin dünyada yayılma riskini çox yüksək qiymətləndirir.

"Bu barədə ÜST-ün epidemioloji bülletenində deyilir.

Bildirilib ki, martın 20-nə olan məlumata görə, 24 ölkədə vəba xəstəliyinə yoluxma ilə bağlı yeni hallar qeydə alınıb.

“Əvvəlki bülletenin dərc edildiyi 2023-cü il fevralın 11-dən bəri dünyada vəba xəstəliyinin yayılması ilə bağlı qlobal vəziyyət pisləşib. Dörd yeni ölkədə bu xəstəliyin yayılması barədə məlumat verilib”.

 

Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra dağılan binalarla bağlı bu günədək 1364 şübhəli haqqında araşdırma aparılıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayınmındakı müsahibəsində bildirib.

Türkiyə Prezidentinin sözlərinə görə, onlardan 302-si həbs edilib, 312 şübhəlinin həbsinə dair isə qərar çıxarılıb.

Əfqanıstanda dünən axşam saatlarında baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində Pakistanda həyatını itirənlərin sayı artıb.

Zəlzələ Pakistanın Əfqanıstanla sərhədə yaxın Xeybər-Paxtunxva əyalətində güclü hiss olunub. Təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 9-a çatıb, 160-dan çox insan isə yaralanıb. Ölənlər arasında 2 qadın və 2 uşaq da var.

Bundan əvvəl Əfqanıstanın şərqindəki Laqman əyalətində də iki nəfərin həlak olması, ümumilikdə 4 nəfərin ölüdüyü məlum idi.

İndiyədək ştatda 19 evə qismən ziyan dəyib.
ABŞ Geoloji Xidmətinin verdiyi açıqlamada 6,5 bal gücündə zəlzələnin episentrinin Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətinin Curm rayonunda olduğu bildirilib.

Zəlzələ Pakistanın paytaxtı İslamabad və Lahor, Ravalpindi, Kvetta, Pişəvər və bir çox başqa şəhərlərdə hiss olunub.

Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində 11 nəfər öldü

Xəbər verdiyimiz kimi, ötən gün Əfqanıstanda 6,8 bal gücündə zəlzələ baş verib. Güclü zəlzələ 8 ölkədə də hiss olunub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, zəlzələ nəticəsində Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində azı 9 nəfər ölüb. Əfqanıstanın şərqindəki Laqman əyalətində isə iki nəfər həyatını itirib.

Təbii fəlakət nəticəsində daha 44 nəfər xəsarət alıb.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Əfqanıstana nəzarət edən “Taliban”ı qızların orta məktəblərdə oxumasına icazə verməyə çağırıb.

Bu barədə “İnterfaks”a istinadən xəbər verir.

"Əfqanıstanın de-fakto hakimiyyətinin qızların orta məktəbə getməsinə növbəti dəfə mane olması dərin məyusedicidir. Bu əsassız və qeyri-uzaqgörən qərar bir milyondan çox qızın ümid və arzularını puça çıxarır və bütün ölkədə qızların və qadınların hüquqlarının pisləşməsinin davam etməsində daha bir qaranlıq mərhələdir”, - Rassel BMT-nin saytında bildirib.

Qeyd edək ki, bir gün əvvəl Əfqanıstan rəsmi olaraq yeni tədris ilinin başlandığını elan edib.

Hesabatda qeyd olunur ki, “Taliban” liderləri dəfələrlə, o cümlədən BMT nümayəndələrinə qızların və qadınların təhsilinə mane olmayacaqlarına dair söz veriblər. Amma bir neçə ildir ki, oxumaq hüququndan məhrum ediliblər.

UNICEF rəhbəri hesab edir ki, təhsil almaq imkanlarının olmaması uşaqların psixi sağlamlığına və rifahına, eləcə də bütövlükdə ölkənin gələcəyinə böyük ziyan vurur.

"Qız və yeniyetmələrin, o cümlədən imkanları məhdud olanların təhsil almaq hüququ var. Qızların təhsil almaq imkanından məhrum edilməsi ölkənin iqtisadiyyatı və səhiyyə sistemi üçün çox böyük fəsadlar törədəcək", - o vurğulayıb.

Əfqanıstan dünyada qızların təhsil ala bilmədiyi yeganə ölkədir. 2021-ci ilin avqustunda “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra orta məktəblərdə qızların təhsili dayandırılıb.

Kreml Çin liderinin Moskva səfərindən məmnundur, ancaq Rusiyanın gələcək taleyini ciddiyə almayan rəsmi Pekindən umduğunu da tam ala bilmədi... Rəsmi Pekin indiki mərhələdə ABŞ və Qərbə qarşı ittifaq qurmaq, Rusiya, Belarus, İran, Şimali Koreya və Hindistanla yanaşı, Səudiyyə Ərəbistanı başda olmaqla, bəzi ərəb ölkələrini də Çinin liderliyi altında koalisiyanın potensial təmsilçiləri sırasında görmək istəyir...
Ukrayna savaşı ətrafında geopolitik proseslər həm intensivləşir, həm də qəlizləşir. ABŞ və Qərb bu savaşın dayandırılması və sülh danışıqlarının başlanması cəhdlərini israrla bloklayır. Və belə anlaşılır ki, Rusiya Ukrayna savaşında hələ uzun müddət davam etmək məcburiyyətində qalacaq.

Kremldə hazırda daha çox Ukrayna ordusunun yaxın həftələrdə həlledici əks hücum əməliyyatlarına başlaya biləcəyindən narahatdırlar. Çünki ABŞ və Qərb Ukrayna ordusunu yeni hərbi texnika ilə nisbətən gücləndirməyə çalışır. Rusiya isə hərbi potensialını böyük ölçüdə tükəndirmək üzrədir. Belə vəziyyətdə Rusiyanın müqavimət göstərmək imkanları məhdudlaşmış olacaq. Və savaşın birbaşa Rusiyanın sərhədləri içərisinə sıçrama təhlükəsi artacaq.

Ancaq Kremlin Rusiyanı mümkün hərbi məğlubiyyətdən yayındırmaq baxımdan, ümidləri tam tükənməyib. Hər halda, Ukrayna savaşı ətrafında yaranmış geopolitik proseslərə Çin müdaxilə ehtimalı da mövcuddur. Çünki, rəsmi Pekin Ukrayna savaşını ssenariləşdirən beynəlxalq güclərin əsas hədəfinin məhz Çin olduğunu artıq anlayır. Və bu səbəbdən, son vaxtlar Çinin aktivləşməyə qərar verdiyi də müşahidə olunur.

Halbuki, bir müddət öncəyə qədər rəsmi Pekin Ukrayna savaşına hər hansı mərhələdə bulaşmadan yayınmağa üstünlük verirdi. Çin hətta Rusiya ilə məsafə saxlamağa çalışırdı. Kremlin hərbi dəstək müraciətlərini sükutla qarşılayırdı. Hətta rəsmi Pekin Çin lideri Si Tszinpinin Rusiyaya rəsmi səfəri ilə bağlı dəvətləri də müxtəlif bəhanələrlə gecikdirirdi. Kremlin israrlı dəvətləri həmin səfərin ən yaxşı halda, bu ilin sentyabrında reallaşa biləcəyi barədə ilkin anlaşma ilə nəticələnmişdi.

Ancaq Ukrayna savaşı ətrafında geopolitik proseslər o qədər sürətlə inkişaf edir ki, Çinin aktivləşməyə başlaması da qətiyyən təəccüblü görünmür. Rəsmi Pekin Çin liderinin sentyabra nəzərdə tutulan Moskva səfərini artıq tez-tələsik reallaşdırıb. Rusiya və Çin liderləri təxminən beş saata yaxın bir müddət ərzində qapalı qapılar arxasında dünyada baş verən hadisələri müzakirə ediblər.

Onu da qeyd etmək lazımdır ki, Çin lideri Moskvaya qətiyyən əliboş getməyib. Bu səfərdən bir qədər əvvəl Çin Ukrayna savaşını dayandırmaq üçün 12 bənddən ibarət sülh variantı təklif etmişdi. Rəsmi Pekinin təklifləri birmənalı şəkildə beynəlxalq hüquq normalarına əsaslanırdı, dövlətlərin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığını ehtiva edirdi. Və bu, bütün tərəflərin qəbul edəcəyi təqdirdə, ədalətli sülhə təminat verirdi.

Təbii ki, ABŞ və ən yaxın müttəfiqləri Çinin sülh təkliflərini dərhal qəbulolunmaz elan etdi. Nəticədə, əvvəlcə bu təkliflərə müsbət yanaşdığını biruzə verən bəzi Qərb ölkələri, hətta Ukrayna rəsmi dairələri belə, susmaq məcburiyyətində qaldı. Bu isə o deməkdir ki, sülhün nə vaxt və hansı şərtlərlə reallaşa biləcəyi məhz Ağ Evdə müəyyən olunacaq.

Bütün bunları nəzərə aldıqda, rəsmi Pekinin birdən-birə Çin liderinin Rusiya səfərini tezləşdirməsi tamamilə başadüşüləndir. Bu səfər Çin Ukrayna savaşında tərəfə çevrilmək məcburiyyətində qaldığını təsdiqləyir. Kremldə isə bundan olduqca məmnundurlar. Hətta prezident Vladimir Putinin Çin liderini onun avtomobilinin qapısına qədər müşayiət etməsi Kremlin son ümidlərinin məhz rəsmi Pekinin hərbi-siyasi dəstəyinə bağladığını sezdirir.

Maraqlıdır ki, Çin liderinin səfərindən sonra əsas qənaətlər Rusiyanın tədricən rəsmi Pekinin təsiri altına düşəcəyi ilə bağlıdır. Hesab olunur ki, tarixən "böyük qardaş" statusuna vərdişli Rusiyanı Çinin "kiçik qardaşı"na çevrilmə dövrü gözləyir. Hər halda, hazırda belə bir görüntü mövcuddur. Və rəsmi Pekin də bunda birbaşa maraqlıdır, əks halda, Rusiyanın xilas edilməsinə yönəlik addımlar atmaqla, Çini qlobal hərbi-siyasi qarşıdurmaya bu qədər bulaşdırmazdı.

Məsələ ondadır ki, Çin lideri, prezident Vladimir Putinlə görüşdən sonra rəsmi Pekinin dünya qaydalarının qorunması üçün Rusiya ilə ortaq şəkildə mübarizə aparacağını bəyan edib. O, bildirib ki, dünyanın birqütblü olması yolverilməzdir. Dünyada ədalətin olması üçün bir çox hüquqi-siyasi mərkəzlərin paralel fəaliyyəti olduqca vacibdir. Bu, o deməkdir ki, rəsmi Pekin ABŞ və Qərbə qarşı Rusiya-Çin ittifaqının mümkünlüyünü qabartdır.

Halbuki, son vaxtlar ABŞ Rusiyaya dəstək niyyətindən uzaq durması üçün Çinə israrla xəbərdarlıq edirdi. Hətta Çin lideri Moskvada olarkən, ABŞ prezidenti Co Baydenin ona şəxsən telefonla zəng etdiyi də məlum olub. Ancaq Çin lideri vaxtının olmadığını səbəb göstərərək, ABŞ prezidenti ilə danışmaqdan imtina edib. Yəni, dolayısı ilə Ağ Evə Çin-Rusiya ittifaqının qaçılmaz olduğu mesajı verilib.

Digər önəmli məqam ondan ibarətdir ki, Çin lideri Rusiya hərbi yardım göstəriləcəyi barədə vədlərlə Kreml sahibini olduqca məmnun edib. Ancaq Çin lideri bu məsələdə ABŞ-a yönəlik incə siyasi-diplomatik mesajın verilməsini də qətiyyən unutmayıb. Belə ki, o, ABŞ Tayvana nə qədər dəstək verirsə, Çinin də Rusiyaya o qədər hərbi yardım göstərmək niyyətində olduğunu bildirib.

Belə anlaşılır ki, əslində, rəsmi Pekini Rusiyanın taleyi qətiyyən narahat etmir. Çin Rusiyaya dəstək məsələsində də yalnız öz geopolitik və milli maraqlarına sadiqdir. Rəsmi Pekin demək istəyir ki, əgər, Çinin Rusiyaya hərbi yardım niyyətindən narahatdırsa, onda ABŞ mütləq Tayvana dəstəyini dərhal dayandırmalıdır. Yəni, indi Çinin Rusiyaya dəstəyi müəyyən mənada, ABŞ və Qərbin davranışlarından asılı olacaq.

Təbii ki, ABŞ Çin liderinin Rusiya səfərinə dərhal reaksiya verib. Ağ Evdən bildirilib ki, rəsmi Pekinin hansı mövqedə olmasından asılı olmayaraq, ABŞ Ukrayna savaşı ətrafında sülh prosesinə start verilməsinin vaxtı çatmadığına əmindir. Yəni, ABŞ Çinin Rusiya ilə hərbi-siyasi ittifaq qurmaq cəhdlərinin Ukrayna savaşı ətrafında vəziyyəti dəyişməyəcəyinə eyham vurur. Ağ Ev Rusiyanın Ukraynada məğlub edilməsində israrlıdır. Yalnız bundan sonra Rusiyaya kapitulyasiya şərtləri diqtə etmək niyyətindədir.

Əlbəttə, Çin liderinin Moskvaya səfəri Kremldəkiləri bir qədər ümidləndirib. Ancaq Rusiya siyasi dairələrində ölkənin gələcək taleyi ilə bağlı narahatlığın yarandığı da qətiyyən diqqətdən yayınmır. Çünki Çinin əvəzini almadan, sadəcə, ABŞ və Qərbə qarşı müttəfiqlik tezisləri altında Rusiyaya dəstək verəcəyinə əmin deyillər. Üstəlik, Ukrayna savaşında Rusiyanın ciddi şəkildə zəifləməsi də Kremli rəsmi Pekin qarşısında aciz duruma düşürür.

Xüsusilə də, Çin liderinin müzakirələri yalnız Ukrayna savaşı ilə Rusiyaya dəstək mövzusu üzərində qurulmasından israrla yayınması Kremldə müəyyən tərəddüdlər və çaşqınlıq da yaradıb. Ci Tszinpin daha çox ABŞ və Qərbə qarşı mübarizədə vahid müqavimət platformasının yaradılması üzərində dayanıb. Çin lideri Ukrayna savaşını ABŞ və müttəfiqlərinin hegemonluq planlarında sadəcə, açıq toqquşma poliqonu olduğuna eyham vurub.

Belə anlaşılır ki, rəsmi Pekin Çinin atacağı addımlar məsələsində hələ prinsipial seçim mərhələsindədir. Əgər, yaxın vaxtlarda rəsmi Pekin Rusiyaya hərbi dəstək verilməsində qətiyyətli davranarsa, bu, Çinin ABŞ və Qərbin sanksiyalarından artıq çəkinmədiyi anlamına gələcək. Ancaq Çin öz neytrallığını bundan sonra da qorumaqla yanaşı, yalnız sülh prosesini aktivləşdirmək istiqamətində addımlar atarsa, rəsmi Pekinin hələ də sanksiyalardan ehtiyat etdiyi şübhə doğurmayacaq. Bu variant yalnız Çinin ABŞ və Qərbə qarşı müqavimətə meylli ölkələr arasında liderlik mövqelərini möhkəmləndirə bilər.

Göründüyü kimi, rəsmi Pekin üçün Rusiyanın gələcək taleyi ümumiyyətlə, elə bir əhəmiyyət daşımır. Rəsmi Pekinin daha çox ABŞ və Qərbə qarşı çıxa biləcək dövlətləri öz ətrafında birləşdirmək hədəfi olduğunu düşünmək olar. Çin belə ölkələrin sırasında hələlik Rusiya ilə yanaşı, Belarus, İran və Şimali Koreyanı görür. Şimali Koreyada artıq indidən ABŞ-a qarşı vuruşmaq üçün bir milyondan çox insan orduya yazılıb. Eyni zamanda, rəsmi Pekin Hindistan və Səudiyyə Ərəbistanı başda olmaqla, bəzi ərəb ölkələrini də ABŞ-a qarşı ittifaqın potensial təmsilçiləri sırasında hesab edir.

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Kreml Çin liderinin Moskva səfərindən məmnundur, ancaq rəsmi Pekindən umduğunu da tam ala bilmədi. Düzdür, rəsmi Pekin ABŞ və Qərbə qarşı geopolitik savaşa qatılmaq niyyətini elan etmiş oldu. Ancaq Kreml üçün bu, Çinin Rusiyaya açıq hərbi dəstəyindən daha çox, Rusiyanın "Si notu" üzrə rəqs etmək məcburiyyətində qala biləcəyini sezdirir.(musavat.com)

“Bəşəriyyətin üzləşdiyi yeni çağırışlara ədalətli həll yolları tapa bilməyən beynəlxalq sistem daim yeni böhranlara səbəb olur”.

Bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Dünən və bu gün Özbəkistan Prezidenti, Azərbaycan Prezidenti, Qırğızıstan Prezidenti, Qazaxıstan Prezidenti, Türkmənistan Xalq Məsləhətinin sədri, Macarıstanın Baş naziri ilə ikitərəfli görüşlər keçirdim. Liderlər kimi imzaladığımız sammit bəyanatı ilə biz müxtəlif sahələrdə əməkdaşlığımızı gücləndirmək iradəmizi açıq şəkildə nümayiş etdirdik.

Dünya siyasətində önə çıxan ölkələr və birliklər səhiyyədən maliyyəyə, təhlükəsizlikdən ksenofobiyaya, qeyri-qanuni miqrasiyadan siyasi və sosial qeyri-sabitliyə qədər bir çox problemlə mübarizə aparır. Bəşəriyyətin üzləşdiyi yeni çağırışlara ədalətli həll yolları tapa bilməyən beynəlxalq sistem daim yeni böhranlara səbəb olur”, - deyə Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

“Ermənistan böyük sınaq və böyük çəkişmə astanasındadır.

İnanılmaz, lakin həqiqət: 100 illik tarix gözümüzün qarşısında təkrarlanır. Yenə fiziki təhlükə qarşısındayıq, dövlətçiliyimiz sual altındadır.
İnanılmaz, amma doğru: bu bizim eyni səhvlərimizdən qaynaqlanır. Başqa millətlərin hava limanlarında təyyarə gözlədiyi kimi biz də fəlakət gözləyirik. Sadəcə gözləyirik”.

Bunu Alternativ Layihələr qrupunun eksperti Vahe Ovanesyan özünün Teleqram kanalında yazıb.

“Belə çıxır ki, 30 illik dövlətçilik tarixi bizə heç nə verməyib - nə dövlət təfəkkürü, nə dövlət qurumları, nə rəqəmlər, nə məzmun? Buna inanmaq mümkün deyil. Bu ola bilməz”, - o qeyd edib.

Ekspert əlavə edib ki, Ermənistan əhalisinə "deyəsən" heç nə təsir etmir: “Ölümlər, minlərlə qurban, evdən 2 saatlıq məsafədə müharibə - heç nə işləmir. Korrupsiya, tikilən malikanələr, hakimiyyətdəkilərin təkəbbürlü davranışları işə yaramır.
Rusiya ilə münasibətlərin süni şəkildə kəskinləşməsi və korlanması heç bir nəticə vermir. Belə ölkələrin dövlətçiliyini itirməsi ilə bağlı Moskvanın verdiyi açıq mesaj işə yaramır. Ukraynadan gələn kadrlar işləmir.
Belə vəziyyətə və psixoloji boşluğa düşmüş xalqlar, bir qayda olaraq ağır bir bədəl ödəyirlər. Amma xalq bunu zəif dərk edir, insanlar başa düşmürlər ki, bu, hansısa mücərrəd Ermənistan və ya mücərrəd xalq üçün deyil, özləri üçün, ailələri üçün fəlakət olacaq”.

Ovanesyan daha sonra əlavə edib: “Artıq “böyük hesablaşma” prosesi qaçılmaz görünür.
Nəyə görə, 30 illik üçüncü respublika bu qədər tez, asanlıqla dağıldı? “Böyük hesablaşma” həm 2018-ci ildən əvvəl, həm də 2018-ci ildən sonrakı, eləcə də 9 noyabr 2020-ci ildən sonrakı dövrləri əhatə etməlidir. Artıq bunun qarşısını almaq qeyri-mümkün görünür”.

Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsinin sonunda əldə olunan razılaşmaları həyata keçirməlidir.

Bunu ABŞ Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran bildirib.

“Sülh şübhəsiz ki, həm Ermənistana, həm də Azərbaycana xeyir verəcək. Əminəm ki, Paşinyan bu faktdan xəbərdardır. Amma çox təəssüf ki, Ermənistanda sülh istəməyən qüvvələr çoxdur”- o qeyd edib.

Doran əlavə edib ki, buna baxmayaraq, Ağ Ev və Dövlət Departamentinin regionda sülhün bərqərar olmasında maraqlı olması müsbət amildir.

Ermənistanın müdafiə naziri Suren Papikyan martın 15-də nazirliyin hərbi bölmələrinin komandanlığı tərəfindən “Qarabağ respublikası” ifadəsinin işlədilməsini qadağan edib.

Nazirin yazılı əmri bölmələrə göndərilib: “Artsax respublikası sözünü leksikondan çıxarmaq, yalnız “Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır”.

Xəbər lenti