![]() |
|
“Suriya Donetsk, Luqansk Xalq Respublikalarının, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın tərkibinə daxil edilməsindən sonra ölkənin yeni sərhədlərini tanıyır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya mediasına müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd deyib.
“Hətta müharibə olmasaydi belə bunlar Rusiyanın tarixi əraziləridirlər”, - deyə o qeyd edib.
Türkiyədə zəlzələ bölgəsində baş verən sel nəticəsində həlak olanların sayı 15-ə çatıb.
“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, ölüm hallarının 2-si Adıyamanda, 13-ü Şanlıurfada qeydə alınıb.
İtkin düşən 5 nəfərin axtarışları davam etdirilir.
Bununla yanaşı, sel səbəbindən Diyarbakırda zəlzələdən sonra qurulan 1950 çadırda yaşayan 450 sakin təxliyə edilib.
Avropa ölkələri müstəqil siyasət həyata keçirə bilmir.
Xarici KİV xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya dövlət televiziyasına açıqlamasında danışıb.
"Məncə, avropalılar müstəqillik, suverenlik və milli maraq genini itiriblər. Burunlarına və ya başlarına nə qədər vururlarsa, bir o qədər gülümsəyirlər. Bunu düzəltmək çox çətindir. Bugünkü liderlərin nəsli belədir. Onlar milli maraq instinktini itiriblər”.
Rusiya lideri həmçinin Almaniyanın ABŞ-ın nəzarəti altında olduğunu söyləyib:
“Problem ondadır ki, avropalı siyasətçilər açıq şəkildə İkinci Dünya Müharibəsindən sonra Almaniyanın heç vaxt tam suveren dövlət olmadığını deyiblər. ABŞ hələ də Almaniyanı işğal etməyə davam edir”.
Ədalət və İnkişaf partiyası (AKP) mayın 14-də Türkiyədə keçiriləcək seçkilərlə bağlı yeni strategiya və taktika hazırlayır. Yeni strategiyaya əsasən AKP seçkilərdə qalib gələcəyi təqdirdə hakimiyyətin idarə olunmasında “Cümhur ittifaqı”nda təmsil olunan partiyalar da vəzifədə təmsil olunacaq, hətta Vitse-prezident postu tutacaq.
Türkiyə mediası xəbər verir ki, hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası 14 may seçkilərinə gedərkən millətçi elektoratın və tərəddüddə qalan seçicinin səsini qazanmaq istiqamətində yeni strategiya üzərində çalışır.
Yeni strategiyaya əsasən AKP “İYİ” partiyanın elektoratını özünə cəlb etməyə çalışır. Ərdoğanın liderliyi ilə seçkilərin qalib gəlməsi halında MHP lideri Dövlət Baxçalını Türkiyənin Vitse-prezidenti təyin ediləcək. AKP seçki öncəsi bu gedişi etməklə uğurlu təbliğat kampaniyası qurub, səsləri qazanmağı düşünür.
Yunanıstan Baş naziri Kriyakos Mitsotakis Kahramanmaraşda zəlzələ və ölkəsindəki qatar qəzasından sonra Türkiyə ilə yaranan həmrəylik mühitinin iki ölkə arasındakı gərginliyin azalmasına töhfə verdiyini bildirib.
"Baş nazir iki ölkə arasında dostluq mühitinin yarandığını söyləyib.
“Uzun sürən təxribatlardan və aqressiv davranışlardan sonra indi gərginliyin azalması və daha müsbət yanaşmalar müşahidə olunur”, - Mitsotakis vurğulayıb.
Şərqi Aralıq dənizi və Egey adalarının Yunanıstan tərəfindən silahlandırılması ilə bağlı son illərdə yaşanan gərginlik iki ölkə arasında münasibətləri təhlükəli mərhələyə gətirmişdi və qaynar qarşıdurma riskini artırmışdı.
İki ölkədə yaşanan fəlakətlərdən sonra Yunanıstan və Türkiyənin bir-birinə verdikləri dəstək dostluq mühiti yaradıb.
Mitsotakis ictimai səviyyədə yaşanan bu yaxınlaşmanın təsirinin siyasi səhnədə də göründüyünü deyib: “Ölümcül zəlzələlər iki xalqı bir-birinə yaxınlaşdırdı”.
Bu il hər iki ölkədə seçkilər keçiriləcək. Türkiyədə mayın 14-də, Yunanıstanda iyuldan əvvəl keçirilməsi planlaşdırılır.
Xankəndidəki separatçı başı Araik Arutyunyan Ermənistan baş naziri Nikol Paşinyanla görüşündən sonra istefa verməsi məsələsi gündəmə gəlib. Hazırda Xankəndi yenidən çalxalanmaqdadır. Separatçılar və orada yaşayan ermənilər çox ümidsiz vəziyyətdədirlər. Xankəndidəkilər Arutyunyanın istefasının hansı nəticələrə gətirəcəyini bilmirlər. İndi Xankəndində hamını maraqlandıran sual Arutyunyanı kimin əvəz edəcəyidir. Hətta onu əvəz edəcək separatçıların adları da açıqlanıb. 5-6 nəfər bu “post”a iddialıdır.
“Hraparak” xəbər verir ki, Arutyunyanın istefası istiqamətində hazırlıq işləri gedir.
Nəşrin yazdığına görə, bu məqsədlə gələn həftə “konstitusiyaya dəyişiklik layihəsi parlamentin növbədənkənar iclasında” müzakirə olunacaq ki, düzəliş ən qısa zamanda həyata keçirilsin.
“Bəzi xəbərlərə görə, siyasi məsləhətləşmələr başlayacaq ki, yeni başçının kim olacağına hökumət və müxalifət qərar verəcək”- “hraparak” yazır.
“Hraparak”ın yazdığına görə, Samvel Babayan separatçıların lideri olmaq iddiasını ortaya qoysa da, onun namizədliyi ilə bağlı konsensus yoxdur: “Digərlərinə gəldikdə isə qondarma rejimin “daxili işlər naziri” Karen Sarkisyan, “dövlət naziri” Qurgen Nersisyan, Arayik Arutyunyanın əmisi oğlu, “deputat” Artur Arutyunyan və “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyandır”.
ABŞ Prezidenti Co Bayden Silikon Vadisi və İmza Bankının dağılmasında sələfi Donald Trampı günahlandırıb.
O bunu Ağ Evdə çıxışı zamanı deyib.
Bayden hesab edir ki, amerikalılar ölkənin bank sisteminin təhlükəsizliyinə arxayın ola bilərlər. O qeyd edib ki, ABŞ vətəndaşları Silikon Vadisi və Signature Bankında yaranmış vəziyyətlə bağlı hər hansı itki ilə üzləşməyəcək.
"Çin İngiltərədən fərqli dəyərlərə sahibdir".
Xarici KİV xəbər verir ki, bu sözləri İngiltərənin baş naziri Rişi Sunak deyib.
Çinin dünya nizamına qarşı meydan oxumanı təmsil etdiyini söyləyən Sunak İngiltərənin bunu ciddiyə alması gərəkdiyini bildirib.
“Odur ki, ayıq-sayıq olmaq, özümüzü qorumaq, dəyərlərimizi qorumaq, maraqlarımızı qorumaq üçün addımlar atmağımız düzgündür”.
Baş nazir dünyanın dəyişkən hala gəldiyini ifadə edib. O, İngiltərənin təhlükəsizliyinə yönəlmiş təhdidlərin artığını, buna görə müdafiə xərclərinin də artdığını bildirib.
Qeyd edək ki, 2021-ci ilin oktyabrında ABŞ, Böyük Britaniya və Avstraliya arasında nüvə sualtı texnologiyası sahəsində əməkdaşlıq üçün AUKUS müqaviləsi imzalanıb. Müqavilə Avstraliyanın Adelaide şəhərindəki gəmiqayırma zavodlarında ən azı 8 nüvə sualtı qayığının inşasını nəzərdə tutur. Bildirilib ki, razılaşma Çinin Hind-Sakit okean regionunda artan hərbi varlığına qarşı edilib.
Müharibədəki ağır itkilərdən sonra ruslar məhbusları, o cümlədən qadın dustaqları cəbhə bölgəsinə gətirir.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“Müharibədə şəxsi heyətin ağır itkiləri fonunda düşmən canlı qüvvəsini artırmaq üçün alternativ mənbələrdən istifadə edir. Belə ki, ötən həftə məhbusların daşınması üçün ayrılmış sərnişin qatarı Donetsk vilayətinə doğru hərəkət edib. Vaqonların birində qadın məhbuslar olub”, - məlumatda qeyd olunub.//Axar.az
ABŞ-da "Silicon Valley Bank"dan (SVB) sonra daha bir bank müflis olub.
Xarici KİV xəbər verir ki, dövlət tənzimləyiciləri bazar günü Nyu-Yorkda yerləşən "Signature Bank"ı bağlayıb.
ABŞ Maliyyə Xidmətləri Departamentinin açıqlamasına görə, Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) keçən ilin sonunda 110,36 milyard dollar aktivi və 88,59 milyard dollar depoziti olan "Signature Bank"ı nəzarətə götürüb.
Bu, ABŞ bankçılıq tarixində üçüncü ən böyük uğursuzluq olub. Belə ki, bir neçə gün öncə ABŞ-da 2008-ci ilin maliyyə böhranından sonra ilk dəfə böyük bank “Silicon Valley Bank”ın (SVB) müflis olduğu açıqlanmışdı.