![]() |
|
Türkiyədə mayın 14-də keçiriləcək seçkilər dünya mətbuatının gündəmindədir.
“Sabah” qəzeti xəbər verir ki, bəzi nəşrlər 14 mayı “dünyanın ən əhəmiyyətli seçkisi” kimi qiymətləndirib.
ABŞ-nin “Politico” nəşri rəsmi seçki tarixinin dəqiqləşməsinə diqqət çəkib. Qəzet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçki çıxışında zəlzələdən sonra yaşanan toparlanma və birlik prosesinə toxunmasını xüsusi vurğulayıb.
“Prezident Ərdoğan çıxışında 14 mayı dağıntıların izlərini siləcək xeyirli bir yarışa çevirmək istədiklərini söylədi”, - deyə qəzet yazıb.
ABŞ-nin ən məşhur qəzeti “Washington Post”da R.T.Ərdoğanın çıxışına geniş yer verib. Qəzet 14 may seçkilərinin Türkiyənin son illərdə yaşadığı ən vacib seçki olduğuna diqqət çəkib.
Yunanıstanın “Protothema” qəzeti Ərdoğanın çıxışını manşetdən verib.
Qəzet Ərdoğanın “Zəlzələnin təsirlərinin öhdəsindən gələrək ölkəmizi normala döndürməyin yolu güclü siyasi iradə tərəfindən veriləcək qərarların qətiyyətlə tətbiqindən keçir” sözlərinə yer ayırıb. Nəşr Ərdoğanın “itirəcək vaxtımız yoxdur” sözlərini xüsusilə vurğulayıb. Həmçinin rəy sorğusunun nəticələrinə əsasən, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) irəlidə olmasına diqqət çəkilib.
“Euronews” da Türkiyə Prezidentinin zəlzələ ilə bağlı çıxışlarını vurğulayıb.
“New York Times” qəzeti də seçkilərlə bağlı xəbərlərə yer ayırıb. Nəşr əsrin fəlakətinin seçkilərə təsir edəcəyini istisna etməyib.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölüm ayağında olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Sky News” telekanalının suallarını cavablandırarkən bildirib.
Saakaşvili telekanalın suallarını vəkil vasitəsilə yazılı olaraq cavablandırıb.
120 kiloqram çəkidən 64 kiloqram çəkiyə düşdüyünü bildirən Saakaşvilinin sözlərinə görə, həkimlər çoxlu orqan çatışmazlığını proqnozlaşdırırlar:
“Mən daim yataqdayam, sümüklərim parçalanır və bu, dözülməz ağrılara səbəb olur. Ölüm ayağındayam”, - deyə Saakaşvili deyib.
Saakaşvilinin vəkili Şalva Xaçapuridze onun bu sözlərini təsdiqləyib.
Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.
Martın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanla xankəndindəki baş separatçı Araik Arutyunyan arasında çox gərgin bir görüş baş tutub.
“Hraparak” xəbər verir ki, Arutyunyan yaxın çevrəsinə Paşinyanla keçirdiyi çətin görüşün detalları barədə məlumat verib.
Bildirib ki, Paşinyan da Bakının Xankəndindəki ermənilərə ünvanladığı şərtləri təkrarlayıb. “Paşinyanın fikrincə, Qarabağ erməniləri Azərbaycanla inteqrasiya olunmalı və onlarla anlaşaraq birgə yaşamalıdır. Bunun başqa alternativ yoxdur. Alternativ müharibədir. Bu da Qarabağ ermənilərinin məhv edilməsi deməkdir”- Arutyunyan bildirib.
Xankəndinə dönən Arutyunyan ətrafına onu da bildirib ki, artıq “prezident” vəzifəsində qalmaq istəmir. Maraqlıdır ki, dünən Ermənistan parlamentinin Dövlət və Hüquq Məsələləri Komitəsi konstitusiya dəyişiklikləri layihəsini müzakirə edib və müsbət nəticə verib.
Siyasi dairələrdə hesab edirlər ki, bu dəyişikliklər nəticəsində Arutyunyan “prezident” kreslosunu başqasına vermək istəyir.
Ermənistanın birinci xarici işlər nazirinin sözlərinə görə, ölkədə zəif komanda hakimiyyətdə olduğu müddətdə, Türkiyə və Azərbaycan özləri üçün əlverişli şərtlərlə müqavilə bağlamağa tələsirlər.
Bizimyol.info xəbər verir ki, Sputnik Ermənistan-a müsahibəsində müstəqil Ermənistanın birinci xarici işlər naziri Raffi Hovhannisyan bildirib ki, Ermənistanın siyasi rəhbərliyi özünün yöndəmsiz və savadsız hərəkətləri ilə Cənubi Qafqazda Rusiya ilə Qərb arasında ziddiyyətlərin kəskinləşməsinə səbəb olub.
Ovanisyan nöqteyi-nəzərindən Qərb siyasətçiləri, bilavasitə Cənubi Qafqazla məşğul olanlar Rusiya ilə geosiyasi rəqabət şəraitində təşəbbüsü ələ keçirmək istəyirlər.
“Qərb Rusiyanın mövqelərini və Cənubi Qafqazdakı diplomatik təşəbbüslərini zəiflətmək, puç etmək vəzifəsini qarşısına məqsəd qoyub.
Təəssüf ki, Ermənistan hakimiyyəti yalnız Qərbin bu cəhdlərini həvəsləndirir, onun “əlinə oynayır”. Üstəlik, ölkə rəhbərliyinin özü bu regionda Rusiya ilə Qərb arasında münaqişə üçün platforma yaradıb, özü bu qarşıdurma üçün "mərhələ” qurub. Təbii ki, Moskvada və Qərb paytaxtlarında bundan əvvəl də fikir ayrılıqları olub və var, lakin Ermənistan rəhbərliyinin ortabab və məsuliyyətsiz siyasəti, onların dəyişkənliyi səbəbindən problemlər burada daha da kəskinləşib”,– deyə Hovhannisyan əlavə edib.
O hesab edir ki, Ermənistan hakimiyyətinin milli maraqları rəhbər tutan və öz cəmiyyəti qarşısında cavabdehlik daşıyan komandası olsaydı, Rusiya hərbçilərinin mövcudluğu ilə avropalıların müşahidə missiyasını heç bir münaqişə olmadan birləşdirmək tamamilə mümkün olardı.
“Amma indiki vəziyyətdə Aİ missiyasının gəlişi vəziyyəti daha da gərginləşdirir.
Fərqli hökumət dövründə həm Rusiya sülhməramlı kontingentinin, həm də başqa ölkədən monitorinq qrupunun olması ilə ziddiyyət görməzdik. Əlaqə və əməkdaşlıq qurmaq olardı. Amma indi göz qabağındadır.
Ölkə rəhbərinin özünün təhlükəsizlik zəmanəti verə bilmədiyini etiraf etməsi vəziyyəti daha da ağırlaşdırır. Təsəvvür etmək olar ki, biz nə qədər dəhşətli vəziyyətdəyik”, - deyə keçmiş xarici işlər naziri bildirib.
Bu kontekstdə Hovhannisyan hesab edir ki, Ermənistan hakimiyyəti zəifdir, onun cəmiyyəti parçalanıb, ölkənin maraqları üçün ən vacib olan mövzu və problemlər ətrafında konsolidasiya yoxdur.
O, qeyd edib ki, digər bir problem isə ondan ibarətdir ki, İrəvan eyni keyfiyyətdə diplomatiya ilə Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırlaşır.
“Ermənistanın bütün əvvəlki hökumətləri bu normallaşmaya can atırdılar, lakin indi vəziyyət keyfiyyətcə fərqlidir”,- deyə o, bildirib.
İki ay ərzində Rusiya büdcəsi bütün il üçün nəzərdə tutulan kəsirin 88%-ni tükədib. Halbuki bütün 2023-cü il üçün Rusiya Federasiyası 2,9 trilyon rubl qırmızıya keçməli idi. Lakin yanvar və fevral aylarında “açıq” 2,58 trilyon rubla (34 milyard dollar) çatıb.
Bizimyol.info xəbər verir ki, Rusiyada son aylarda ilk dəfə olaraq dövlət işçilərinin maaşlarında gecikmələr, borclar yaranıb.
Məlumat üçün bildirək ki, 2023-cü ilin yanvarında Rusiyada təxminən 23 milyard dollarlıq tarixi kəsir yaranıb. Lakin fevralda xərclər 34,7 milyard dollara düşüb. Aylıq büdcə kəsiri isə 10,5 milyard dollara qədər azalıb. Fevral ayında vəziyyət həqiqətən də yaxşılaşıb, lakin ümumilikdə Rusiya Federasiyasında büdcə böhranı davam edir.
Onu da əlavə edək ki, fevralın sonunda Rusiya neft məhsullarına qarşı embarqo tətbiq olunub, ona görə də əsas sual yaranır “martda rəqəmlər necə olacaq?”.
Ekspertlərin fikrincə, Rusiyaya qarşı qəbul edilən sanksiyaların əksəriyyəti yalnız yaxın illərdə öz nəticəsini verəcək. Rusiya texnoloji, maliyyə və iqtisadi baxımdan geri qalacaq. Və hər il Rusiya Federasiyası ilə qonşu ölkələr arasında fərq artacaq. Uzun illər müharibənin əvəzini ruslar ödəyəcək.
İqtisadçıların sözlərinə görə, neftin ucuzlaşması fonunda enerji sanksiyaları Rusiya Federasiyasını artıq 2023-cü ildə maliyyə sabitliyindən məhrum edir.
Ancaq yığılmış ehtiyatlar, yəqin ki, sürətlə çökməyə imkan verməyəcək. Bununla mövcud reallıqlarda belə, büdcəni yerinə yetirmək üçün aylıq xərclər ən azı 410 milyard rubl (5,4 milyard dollar) azaldılmalı olacaq.
Onu da əlavə edək ki, Forbes-in hesablamalarına görə, Rusiya müharibəyə hər ay təxminən 10 milyard dollar xərcləyir.
ÇXR tarixində üçüncü dəfə Prezident seçilən ilk şəxs Çin lideri Si Szinpin Ümumçin Xalq Nümayəndələri Konqresində yenidən Prezident seçilib.
Paytaxt Pekində keçirilən Çin Ümumçin Xalq Nümayəndələri Konqresinin 14-cü dövrünün 1-ci Baş Assambleyasında yeganə namizəd olduğu səsvermədə Si Szinpin nümayəndələrin yekdil səsi ilə üçüncü dəfə prezident seçilib.
Qurultayda Han Cinq vitse-prezident, Cao Lici isə parlamentin sədri seçilib.
Si, Cao və Han and içərək vəzifələrinə başlayıblar.
2013 və 2018-ci illərdə iki dəfə prezident seçilən Si Szinpin yenidən prezident seçilməklə Çin Xalq Respublikasının tarixində üçüncü dəfə prezident postunu tutan ilk şəxs olub.
Szinpin həmçinin ordunun başında baş komandan vəzifəsini qoruyaraq yenidən Mərkəzi Hərbi Komissiyanın sədri seçilib.
Azərbaycan kifayət qədər fəal xarici siyasət və təbliğat hazırlığı apararaq bütün imkanlardan istifadə edir.
Bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Azərbaycan yürütdüyü siyasət nəticəsində Ermənistanı küncə sıxır. “Odur ki, Ermənistan və Qarabağ ətrafında halqa daralmaqda davam edir”- o qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkədə prezident və parlament seçkilərinin keçiriləcəyi dəqiq tarixi rəsmi şəkildə elan edəcək.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan Bakı vaxtı ilə 15:00-da Prezident iqamətgahında bununla bağlı çıxış edəcək.
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin mayın 14-ü keçirilməsi gözlənilir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Bakıdan bütün ölkələrə müraciət edib.
Report xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliğu, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda keçirilən növbəti panel iclasa ünvanladığı videomüraciətində səsləndirib
“Hazırda minilliyin hədəflərindən uzaqlaşmışıq.
Bizim təşkilat 5 prioritet təklif (təşviq, təminat, qoruma, səlahiyyətləndirmə, icra) edir. Biz bütün ölkələri həmin təklifləri yerinə yetirməyə çağırırıq. Xəstəlik iş yerlərindən başlayır”, o, vurğulayıb.