![]() |
|
Özbəkistan parlamenti konstitusiyaya dəyişikliklər layihəsində Qaraqalpaqıstanın suverenliyi statusunun saxlanılması barədə qərar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya mediası yayıb.
Xatırladaq ki, Qaraqalpaqıstanda sakinlərin Konstitusiyaya təklif olunan və regionun statusunun dəyişdirilməsini nəzərdə tutan əlavələrdən narazılığı fonunda iğtişaşlar baş verib.
Fərdi və kollektiv videomüraciətlərlə başlayan respublika sakinlərinin narazılığı iyulun 1-də Nukusun mərkəzində kütləvi nümayişə çevrilib. Ölən və yaralananların olduğunu bildirilir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev daha sonra Konstitusiyanın Qaraqalpaqıstanla bağlı maddələrini dəyişdirməyəcəklərini bildirib.
Böyük Britaniyanın 20 milyona yaxın “iPhone” və “iPad” istifadəçisinin “Apple”a qarşı 1,5 milyard funt-sterlinq dəyərindəki yeni məhkəmə iddiası təmin edilərsə, şirkət ödənişləri həyata keçirməli olacaq.
"Artıq üç hakim “Apple”ın təkrar araşdırma üçün müraciətini rədd edib.
İddiaçı tərəf Böyük Britaniyada 19,6 milyon istifadəçinin “App Store”dan proqram alışı və digər nağd pul əməliyyatları zamanı artıq ödəniş etdiklərini bildirir və təzminat tələb edir. Belə ki, “Apple” proqramlar mağazasında alış-veriş üçün 30%-ə qədər komissiya alır.
İyunun sonunda keçirilən NATO sammitində Ukrayna ətrafındakı vəziyyətlə bağlı təhlükəsizliyə ən ciddi təhdid adlandırılan Rusiyaya münasibət məsələsində həmrəylik elan edilsə də, ölkələr Rusiya-Ukrayna münaqişəsinin həlli yolları ilə bağlı üç düşərgəyə bölünüb.
Bu barədə “The Sunday Times” qəzeti yazıb.
Nəşrin yazdığına görə, NATO-nun tərkibində şərti olaraq “şahin”, “göyərçin” və “dəvəquşu” adlandırılan üç ölkə qrupu formalaşıb.
Qəzet o ölkələri “şahinlərə” aid edir ki, onlar Rusiyaya bir də onun öz qonşularına təhlükə yarada bilməyəcək zərbə vurmağın tərəfdarlarıdır. Bundan əlavə, “şahinlərin” fikrincə, NATO Donbas və Krımı Ukraynanın nəzarətinə qaytarmaq üçün mümkün olan hər şeyi etməli, həmçinin Rusiyada hakimiyyət dəyişikliyinə şərait yaratmalıdır.
“The Sunday Times”ın yazdığına görə, bu kateqoriyaya Rusiya ilə həmsərhəd ölkələr, xüsusən də Polşa daxildir.
“Göyərçinlər” isə, nəşrin qənaətincə, Ukrayna tərəfinin ərazi güzəştləri hesabına hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olan ölkələrdir. Xüsusilə onlar Rusiya qoşunlarının fevralın 24-dək olan mövqelərə qaytarılmasına razılıq verəcək, həmçinin işğal altındakı Krım, Donetsk və Luqanskın mövcud statusunu tanıyacaqdılar.
Qəzet “dəvəquşu” kateqoriyasına Alyansın qəbul edilən sənədlərini formal olaraq dəstəkləyərək minimal müqavimət yolunu axtaran və öz daxili problemlərinə fokuslanan dövlətləri aid edib. “The Sunday Times” qəzetinin yazdığına görə, onların sırasına xüsusilə Cənubi Avropa ölkələri daxildir.
Ukrayna hərbçiləri ağır döyüşlərdən sonra Lisiçansk şəhərindəki mövqelərini tərk etməli olub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiya qüvvələri artilleriya, aviasiya, çoxsaylı raket sistemləri və döyüş sursatları ilə Ukrayna hərbçilərinin mövqelərini atəşə tutublar:
“Ukraynalı müdafiəçilərin həyatını xilas etmək məqsədilə geri çəkilmək qərarı verilib”.
Rus ordusu Tu-22 strateji təyyarəsindən Odessaya 3 ədəd X-22 raket zərbəsi endirib və nəticədə çoxsaylı insan həyatını itirib.
“Unian” xəbər verir ki, Tu-22 strateji təyyarəsindən atılan raketlər yaşayış binalarına və istirahət mərkəzinə düşüb.
İstirahət mərkəzinə düşən bomba nəticəsidə dəyən ziyan və xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.
Ermənistan parlamenti müxalifətdən olan deputatları cəzalandırmağı qərara alıb. İlkin olaraq parlamentdə təmsil olunan müxalifət fraskiyasında parlament sədrinin müavini (vitse-spiker-red.) seçilən İşxan Saqatelyanı və komissiya sədri Vaqe Akopyanı cəzalandırmağı planlaşdırır.
“Parlamentdə çoxluq təşkil edən “Vətəndaş müqaviləsi” fraksiyası İşxan Saqatelyan və Vaqe Akopyanın tutduğu vəzifələrdən uzaqlaşdırılması ilə bağlı məsələni parlamentin bu gün keçiriləcək növbədənkənar iclasına salaraq müzakirə edilməsini təklif edib.
İşxan Saqatelyanın vitse-spiker vəzifəsində, Vaqe Akopyan isə parlamentdə iqtisadi məsələlər üzrə komissiyanın sədri müxalifəti təmsil edir.
"Avropa siyasi icması Roma İmperiyası kimi olmalıdır. Bura Şimali Afrika ölkələri və Türkiyə də daxil olmalıdır".
Publika.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson "Financial Times"a verdiyi şərhdə bildirib.
"Mənim fikrimcə, biz bütün konsepsiyanı yenidən yaratmalıyıq. Məncə Türkiyə orada olmalıdır. Düşünürəm ki, Mağrib ölkələri orada olmalıdır və biz Roma İmperiyasının Mare Nostrumini (Aralıq dənizinin Roma adı) yenidən yaratmalıyıq".
Qeyd edək ki, Avropa siyasi ictimaiyyətinin təşəbbüsü Fransa prezidenti Emmanuel Makron tərəfindən irəli sürülüb. O, bəyan edib ki, Ukrayna və Böyük Britaniya təşkilata üzv olmaq üçün ilk iddiaçılar olmalıdır.
Fransa prezidentinin sözlərinə görə, təşkilat ölkələrə əməkdaşlıq üçün yeni imkanlar əldə etməyə imkan verəcək - siyasi, müdafiə, enerji və nəqliyyat, investisiya, infrastruktur, sərhəd keçidi.
Xatırladaq ki, Makron bir müddət əvvəl Avropa siyasi birliyinin yeni formatı çərçivəsində ilk görüşün Çexiyada keçiriləcəyini bildirmişdi.
“Biz hələ yarım addım atmışıq. Onlar isə uçur və məşq edirlər. Niyə təlim keçirlər, nüvə qəlibləri daşıyırlar? Bunu ona görə edirlər ki, təyyarəyə nüvə bombası qoyub, lazım bildikləri yerə atsınlar. Biz hələ onlara adekvat cavab verməmişik”.
Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.
Belarus prezidentinin sözlərinə görə, Qərb nüvə silahı olmayan ölkələrin pilotlarına nüvə silahı üçün nəzərdə tutulmuş təyyarələri idarə etməyə icazə verir, bu isə beynəlxalq müqaviləni pozmaqdır.
“Biz hələ bunu etməmişik. Ancaq biz hazır olmalıyıq”, - A.Lukaşenko əlavə edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Aleksandr Lukaşenko ilə görüşündə bəyan etmişdi ki, Rusiya yaxın aylarda müttəfiqi Belarusa nüvə silahı daşıya bilən raket kompleksləri göndərəcək.
Türkiyədə meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Onun sözlərinə görə, yoluxan immunitet problemi olan 37 yaşlı şəxsdir. Həmçinin nazir qeyd edib ki, xəstəlik tənəffüs yolu ilə deyil, yaxın fiziki təmasda keçir.