![]() |
|
Gürcüstanda ötən həftə ərzində koronavirusa 2570 yeni yoluxma aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.
Məlumata görə, paytaxt Tbilisidə son bir neçə gündür ki, xəstəxanalarda xəstə axını müşahidə edilir.
Mütəxəssislər ölkə əhalisini peyvənd olunmağa və əhalinin sıx toplaşdığı məkanlarda maskadan istifadə etməyə çağırıb.
Xatırladaq ki, Gürcüstanda pandemiya zamanı ümumilikdə 1 662 299 yoluxma halı qeydə alınıb. Pandemiya dövründə ölkədə 16 844 nəfər COVID-19-dan dünyasını dəyişib.
Parisin vizit kartı olan məşhur Eyfel qülləsi korroziyaya uğrayıb və təmirə ehtiyacı var.
“Bu barədə Fransanın “Marianne” nəşri məxfi sənədlərə istinadən məlumat yayıb.
Bir neçə mütəxəssis bildirib ki, onun tamamilə sökülməsi, təmiri və rənglənməsi lazımdır, halbuki Paris 2024 Olimpiadası üçün yalnız kosmetik bərpa işləri aparıır.
Bununla belə, mütəxəssislərin fikrincə, köhnənin üzərinə yeni bir boya qatı yalnız korroziyanı daha da gücləndirəcək. Ən yaxşı halda faydasız olacaq.
Baş Qərargahdan hərbi xidmətə cəlb olunanlar, çağırışçılar və ehtiyatda olanlar üçün hər hansı icazənin alınması proseduruna aydınlıq gətirilməsini tələb edirəm.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Vladimir Zelenski deyib.
“Ukraynanın müdafiə nazirinə, Baş Qərargah rəisinə və Silahlı Qüvvələrin baş komandanına göstəriş verdim ki, sabah mənə hərbi qulluqçular, çağırışçılar və ehtiyatda olanlar üçün hər hansı icazənin alınması prosedurunun təsdiqi ilə bağlı qərarın bütün təfərrüatını bildirsinlər. Baş Qərargahdan xahiş edirəm ki, gələcəkdə mənsiz belə qərarlar qəbul etməsinlər”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Ukraynada hərbi mükələffiyətlilərin yaşayış yerini tərk etmələri ilə bağlı hərbi rəhbərlikdə müəyyən anlaşılmazlıqlar yaranıb. Belə ki, Baş Qərargah, Silahlı Qüvvələr Komandanlığı sözügedən kateqoriyaya aid vətəndaşların xüsusi icazə ilə yaşayış rayonunu tərk edə biləcəyini açıqlayıb.
Lakin sonradan Ukrayna SQ-nin Baş Qərargahının Şəxsi Heyət Baş İdarəsinin nümayəndəsi Aleksandr Xlıs deyilənləri təkzib edərək, icazənin gərəkmədiyini söyləmişdi.
Rusiya müdafiə naziri Sergey Şoyqu Luqansk vilayətinin tamamilə ələ keçirildiyini iddia edərək Prezident Vladimir Putini açıq şəkildə aldadıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç danışıb.
“Əslində, Beloqorovka alınmayıb. Beloqorovka isə Luqansk vilayətidir. Sual olunur: müdafiə naziri prezidentə yalan danışanda Kremldə buna necə yanaşırlar?” - Arestoviç söyləyib.
Vladimir Putin hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin Lisiçanskdan çıxarılmasını Rusiya vətəndaşlarına “qələbə” kimi təqdim etmək olar. Üstəlik, Putinin təbliğatı artıq buna nail olub.
"Axar.az xəbər verir ki, bu barədə rusiyalı publisist Andrey Piontkovski deyib.
O hesab edir ki, bu cür nailiyyətlər Putinə hakimiyyəti saxlamağa yardım edir: Putin ruslara guya ilkin rus torpaqlarının qaytarılmasını "satır".
“Lisiçanskın işğalı üzərində "qələbə bayramı" növbəti reputasiyadır və bu, Kremlin strategiyasıdır. Putin bu “qələbə bayramı” ilə özünü inandırır və iki aydan sonra “Donetsk və Luqansk vilayətlərinin ərazi bütövlüyünün bərpası”nı qələbə kimi təqdim edə edə bilmək üçün xalqı hazırlayır”, - ekspert deyib.
Onun sözlərinə görə, Putin təkcə Donbası deyil, Xerson və Zaporojye vilayətlərini də ələ keçirmək niyyətindədir - çünki bu, növbəti "qələbə" olacaq.
"Putin əmindir ki, Donbasın ələ keçiriləcəyi təqdirdə onun hakimiyyətinə heç bir təhlükə olmayacaq. Kremlin planı belədir - yaxın iki ayda, Ukraynaya kifayət qədər Qərb silahları gələnə qədər "daha bir neçə parça" götürmək. Maksimum plan Slovyanskı almaqdır”, - Piontkovski vurğulayıb.
Parisin simvolu Eyfel qülləsi hər an çökə bilər.
Fransanın “Marianne” jurnalında dərc olunan məqalədə Parisdəki Eyfel qülləsinin dəmirlərinin paslandığı, təmirə ehtiyacı olduğu və müdaxilə edilməzsə, çökə biləcəyi qeyd olunub.
Məqalədə qeyd olunub ki, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları ilə əlaqədar təmir işləri aparılsa da, bu kosmetik xarakter daşıyır. Qaydaya əsasən qüllə hər 7 ildən bir rənglənməlidir.
Qeyd edək ki, hündürlüyü 324 metr olan 7300 tonluq dəmir qüllə 133 il bundan öncə 1889-cu ildə keçirilən dünya sərgisi üçün tikilib.
İlan adasının azad edilməsindən sorna rus ordusu aviasiyanı da aktiv vəziyyətə gətirib.
“Unian” xəbər verir ki, hazırda Qara dənizin şimal-qərb hissəsində “Kalibr” raketləri daşıyan üç suüstü və iki sualtı qayığı var. Bunlar 30-dan çox raket atmağa hazır vəziyyətdədir.
Rus ordusunun aviasiya ilə Odessa şəhərini və vilayətini, Nikolayev vilayətinə havadan zərbə endirmək üçün istifadə ediləcəyi ehtimal olunur.
İsrail Xarici İşlər Nazirliyinin əməkdaşları ABŞ Prezidenti Co Baydenin İsrailə səfərinə əngəl törədə bilərlər.
“Qafqazinfo” İsrail mediasına istinadən xəbər verir ki, XİN əməkdaşları əmək şərtlərinin yaxşılaşdırılmasını tələb edirlər.
“Ynet” portalının məlumatına görə, XİN əməkdaşlarının tətil elan etməsi ABŞ liderinin İsrailə artıq razılaşdırılmış səfər proqramını poza və İsrailin nüfuzuna əhəmiyyətli dərəcədə xələl gətirə bilər.
Bildirilir ki, Naftali Bennet hökumətinin hakimiyyətə gəlməsindən sonra ölkənin Maliyyə Nazirliyi sosial şərtlərin və əmək haqqının artırılması ilə bağlı həmkarlar ittifaqı ilə uzun sürən danışıqlar aparıb. Bir neçə gün əvvəl, həmkarlar ittifaqı danışıqların nəticəsiz qaldığını bildirərək ciddi tətil tədbirlərinin hazırlığına başlayıb.
Xatırladaq ki, Co Bayden iyulun 13-ü İsrailə səfər edəcək.
Ruben Rubinyan: “Razılaşmalar bu yayda həyata keçirilməlidir”
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi başlayandan bəri ilk dəfədir ki, aydın razılaşmalarımız var.
Bunu Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan bunu İctimai Televiziyanın efirində 1 iyulda Vyanada Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşünün yekunları barədə danışarkən deyib.
Tərəflərin müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarına Ermənistan və Türkiyənin quru sərhədini keçmək imkanının təmin edilməsi barədə razılığa gəldiyini xatırladan Ruben Rubinyan “üçüncü ölkə” ifadəsinin Ermənistan və Türkiyə istisna olmaqla, bütün ölkələri nəzərdə tutduğuna aydınlıq gətirib.
“Belə proseslərdə razılaşmaların icrası çox vacibdir və ilk razılaşmalara gəldikdə, onların vaxtında həyata keçirilməsi daha vacibdir. Çünki onların icrası inam yaradacaq”, - o qeyd edib.
Rubinyan qeyd edib ki, Vyanada siyasi qərar qəbul edilib, texniki detallar isə sərhəd keçid məntəqəsi, rejim və s. - hələ də iki ölkənin müvafiq departamentlərinin nümayəndələri vasitəsilə iş qaydasında əlaqələndirilməlidir.
Bu razılaşmaların tez bir zamanda həyata keçirilməli olduğunu deyən Rubinyan konkret tarixlər deyə bilməyəcəyini bildirib.
“Mən məntiqli hesab edirəm ki, bu razılaşmalar bu yay ərzində həyata keçirilməlidir.
Fakt odur ki, ilk dəfədir ki, bizim razılaşmamız var. Bu razılaşma həyata keçərsə, bu prosesdə irəliyə doğru mühüm addım atdığımızı deyə bilərik”.
Çində koronavirusa bir gündə 300-ə yaxın yeni yoluxma hadisəsinin qeydə alındığı Anhui əyalətində 1.7 milyon insan karantinə alınıb.
Çinin Milli Səhiyyə Komissiyası əyalətdə son sutkada 287 yeni yoluxma faktının aşkarlandığını, o cümlədən simptomları olmayan 258 nəfərin olduğunu açıqlayıb.
Ümumilikdə əyalətin 1 000-dən çox sakinində koronavirusa yoluxma qeydə alınıb.
Əyalət qubernatoru Vanq Qinqxian Anhui hökuməti tərəfindən yayımlanan bəyanatda yerli hakimiyyət orqanlarını diqqətli olmağa və ciddi şəkildə sürətli yoxlama aparmağa çağırıb.