![]() |
|
"İŞİD liderinin öldürülməsi bölgədə qruplaşmanın fəaliyyətini azaldır".
"Bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
Bayden vurğulayıb ki, qruplaşmanın liderlərindən birinin məhvi İŞİD-in regionda planlaşdırma, resurslarla təminat və əməliyyatlar aparmaq imkanlarını əhəmiyyətli dərəcədə azaldır.
Bundan əvvəl Pentaqon məlumat yayıb ki, İŞİD terror təşkilatının liderlərindən biri Maher Əl Aqal öldürülüb. O, Suriyada havadan təşkil edilən hücum nəticəsində zərərsizləşdirilib.
Maher Əl Aqal İŞİD-in İraq və Suriya xaricində əlaqələrin təşkilatçısı olub.
Ərdoğanla Paşinyan ilk dəfə telefon danışığı həyata keçirdi: bu, qalmaqallı Sürix protokollarından sonra Türkiyə və Ermənistan liderlərinin ilk rəsmi təmasıdır və 13 il öncəkindən fərqli olaraq, indi münasibətlər Bakının maraqları-istəkləri fonunda baş tutur.
Ankara-İrəvan münasibətlərinin normallaşmasında hər kəsin öz marağı var:
- Ermənistan Türkiyə - Qərb bazarına çıxış əldə etmək, Rusiya qarşısında ən azı iqtisadi platforma olaraq alternativ qazanmaq, “dalan ölkə” olmaqdan çıxmaq istəyir;
- Ankara qondarma “erməni soyqırımı” kartını tamamilə sıradan çıxarmaq, Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək istəyir;
- Bakı postmünaqişə dövrünün gündəliyinin – ermənilərin ərazi iddialarından əl çəkməsi, münasibətlərin normallaşması, sülh sazişinin imzalanması və s. – tamamilə reallaşmasını, Ermənistana Türkiyə, dolayısı ilə həm də Azərbaycan təsirinin ayaq açmasını istəyir.
Bu perspektivə həm Qərb, həm də Rusiya paralel şəkildə mane olub, lakin indi regionun dəyişən gündəliyi, daha doğrusu, tarazlığın müharibədən sonrakı vəziyyətə qaytarılmaq istəyi müəyyən gözləntilər yaradır.
Birincisi, Ankara-İrəvan xəttində münasibətlərin normallaşması prosesində Moskva da iştirakçıdır: Paşinyan Putindən Ərdoğanla danışmaq üçün icazə istəmişdi (erməni mediasının məlumatı), Ərdoğan Paşinyanla danışdıqdan sonra Putinlə də danışdı;
İkincisi, Qərbin (Aİ, yaxud ABŞ-ın) prosesdə iştirakı və müdaxilə imkanının zəiflədiyi, yaxud arxa plana keçirildiyi müşahidə olunur: Lavrovun Ankara-İrəvan-Tehran-Bakı marşrutu üzrə çıxdığı səfərindən sonra regionda Türkiyə və Rusiyanın ikili fəaliyyətinin önə çıxmasına dair anlaşmanın olması istisna deyil.
Normallaşma perspektivinə mane ola biləcək qüvvələrdən biri (Qərb) müəyyən qədər kənarlaşır, digəri (Rusiya) iştirakçıya çevrilir.
Rusiya “3+3” formatının qurulmasından yanadır, Türkiyənin, həm də Azərbaycanın marağında olan bu formatın mümkünlüyü yenidən gündəmdədir. Və bu bizə imkan verir ki:
- 10 noyabr razılaşmasının bəndləri icra edilsin;
- Zəngəzur dəhlizi “dəhliz məntiqi” ilə açılsın: “dəhliz məntiqi” yola nəzarət baxımından Rusiyanın da marağındadır;
- Sülh sazişinin imzalanması şərtləri yetişsin.
“3+3” formatının yaranması perspektivi bunlardan, xüsusilə Ermənistanın Türkiyə və Azərbaycana qarşı ərazi iddialarına son qoymasından asılıdır. Lakin bu şərtlərin necə yetişdiriləcəyi hələ də sual altındadır: danışıqlarla, yoxsa razılaşmağa məcbur edəcək hərbi addımlarla?!
Amerikalı biznesmen İlon Mask tviter sosial şəbəkəsini almaqdan imtina etdiyini açıqladıqdan sonra “Twitter”in səhmləri ucuzlaşmağa başlayıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, iyulun 11-i axşam saatlarına olan məlumata görə, şirkətin səhmləri 10,21% ucuzlaşaraq 33,05 dollara enib.
Xatırladaq ki, İlon Mask bu yaxınlarda “Twitter”i təxminən 44 milyard dollara almaq üçün bağladığı müqaviləni ləğv edib. Şirkət bununla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır.
“Ermənistan yaxın gələcəkdə Azərbaycanla sülh sazişi ilə bağlı substantiv danışıqların keçirilməsinə ümid edir”.
““İnterfaks” xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Vəziyyətin dalana dirəndiyini hesab etmirəm. Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində delimitasiya üzrə komissiyanın ilk görüşü keçirilib. Növbəti görüşlər Moskva və Brüsseldə baş tutmalıdır. Ümid edirik ki, razılıq əldə olunacaq və görüş yaxın vaxtlarda keçiriləcək”, - deyə Qriqoryan söyləyib.
Onun sözlərinə görə, hazırda onun Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşünə hazırlıq müzakirə olunur.
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Novaya Kaxovka şəhərində silah-sursat anbarını vurub.
“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin “Cənub” operativ komandanlığı yayıb.
Məlumata görə, Ukrayna ordusunun raket-artilleriya bölmələrinin endirdiyi zərbələrdən sonra sözügedən silah anbarında güclü partlayış və yanğın baş verib.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə hələ ki məlumat verilməyib.
Xatırladaq ki, Rusiya ordusu hərbi əməliyyat zamanı Ukraynanın Xerson vilayətinə nəzarəti ələ keçirib.
***
Kaxovka bölgəsinin hərbi-mülki administrasiyasının rəhbəri Vladimir Leontyevin sözlərinə görə, Novaya Kaxovkaya endirilən zərbə zamanı 7 nəfər ölüb, təqribən 40 nəfər isə yaralanıb.
ABŞ-ın keçmiş prezidenti Donal Tramp bəyan edib ki, 2020-ci ildəki seçkilərdə qalib gəlsəydi, Ukraynadakı müharibənin qarşısını almaq olardı.
“Biz Rusiyaya minlərlə insanı öldürməklə Ukraynanı viran qoymağa imkan verən ölkəyik. Və vəziyyət daha da pisləşəcək”, - deyə o, bildirib.
ABŞ-ın eks-prezidenti növbəti seçkilərdə namizədliyinin irəli sürülməsini istisna etməyib.
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeni güllələyən şəxsin kimliyi müəyyənləşib.
O, Yaponiyanın Nara şəhərinin sakini, keçmiş dənizçi 41 yaşlı Tetsuya Yamaqamidir.
iderlandda 2021-ci ilin noyabrında süni ürək köçürülən ilk xəstə əməliyyatdan 8 ay sonra vəfat edib.
Xarici KİV xəbər verir ki, bu haqda Utrext Universiteti Xəstəxanası açıqlama yayıb.
Açıqlamada adı çəkilməyən 54 yaşlı kişi xəstənin 2022-ci ilin iyununda vəfat etdiyi bildirilib.
Məlumata görə, süni ürək istehsalçısı olan “Carmat” firması ölüm faktını araşdırmaq üçün Niderlandın Səhiyyə və Gənclik Müfəttişliyinə müraciət edib.
Fransız şirkətinin 2013-cü ildən müalicə şansı olmayan xəstələr üçün süni ürək istehsal etdiyi qeyd olunub.
Bəzi Qərb ölkələrinin liderlərinin əvəzlənməsinin Rusiya üçün müsbət dəyişikliyə səbəb olacağına inanmamalısınız. Boris Conson və Co Baydeni başqası əvəzləyə bilər, lakin bu, o ölkələrin siyasətini dəyişməyəcək.
"Axar.az xəbər verir ki, bu fikirləri Karen Şahnazarov Rusiyanın “Rossiya” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efirində deyib.
“Onlar gedəcək, başqaları gələcək. Hər şeyin dəyişəcəyinə zəmanət haradadır? Əksinə, hər şey daha da pisləşə bilər, çünki Qərbin konkret marağı var – Rusiyanı ləğv etmək! Yeri gəlmişkən, bu, onların uzunmüddətli marağıdır. Bu gün onların bunu reallaşdırmaq imkanı var. Onların bu siyasətdən əl çəkmələrinin yeganə yolu məğlub olmalarıdır. Amma Rusiya kimi Qərbin tam məğlubiyyəti mümkün deyil. Rusiya və Qərb belə bir statusda yaşamağa məhkumdur. Söhbət başqa maraqlardan gedir...
Dünya şirin su ehtiyatlarının 40 faizi Rusiyadadır. 10 ildən sonra bəşəriyyəti nə gözlədiyini bilə-bilə Qərbin Rusiyanı ləğv etmək istəyinin əsas məqsədinin bu ölkənin resurslarına çatmaq olduğunu güman etmək olar”, - deyə o qeyd edib.
Yaponiyanın keçmiş baş naziri Şinzo Abe Nara şəhərində keçirilən tədbirdə güllələnib.
Bu barədə Yaponiyanın NHK İctimai Televiziyası məlumat yayıb. Bildirilib ki, Abe şəhərdə Liberal Demokrat Partiyasının namizədinin seçki kampaniyasına dəstək məqsədilə açıq hava tədbirində çıxışı zamanı sinəsindən güllə yarası alıb.
Abenin evdə kustar üsulla hazırlanmış silahla vurulduğu bildirilib.
Qeyd edək ki, 2012-2020-ci illərdə Yaponiyanın baş naziri vəzifəsini icra edən Abe ölkənin ən uzunmüddətli baş naziri olub. Abe iki il əvvəl səhhətinə görə vəzifəsini tərk edib.