Rusiya diktatoru Vladimir Putin Ukraynadakı müharibənin NATO-nu parçalayacağına ümid edirdi, lakin Alyansın Madriddə keçirilən sammiti göstərdi ki, onun oyunu baş tutmadı.

Axar.az xəbər verir ki, bunu rusiyalı publisist və sosioloq İqor Eydman deyib.

“Putin elə bilirdi ki, tez Ukraynanı ələ keçirəcək, hamı böyük Rusiyadan qorxacaq, NATO qorxudan biabırçı şəkildə dağılacaq. Amma nəticədə Kreml lideri Alyansın əsaslı şəkildə güclənməsinə səbəb oldu”, - Eydman vurğulayıb.

Publisist Alyans sammitinin üç əsas nəticəsini qeyd edib: İsveç və Finlandiyanın NATO-ya daxil olması, NATO-nun Baltik dənizində tam hökmranlığı, Avropada Amerika qüvvələrinin və silahlarının artması.

"İsveçin çox ciddi və baxımlı ordusu var", - deyə o vurğulayıb.

İyun ayında İspaniyada istehlak qiymətləri əvvəlki ayda 8,7% bahalaşmadan sonra illik ifadədə 10,2% artıb.

Bunu İspaniya Statistika İdarəsinin ilkin məlumatları sübut edir.

Nəticə 1985-ci ilin aprelindən bəri ən yüksək göstəricidir.

İyun ayında ölkədə aylıq inflyasiya may ayındaki 0,7%-ə qarşı 1,8% təşkil edib.

İnflyasiyanın sürətlənməsinin əsas səbəbi kimi yanacağın, eləcə də ərzaq və alkoqolsuz içkilərin bahalaşması göstərilir.

Qida və enerji istisna olmaqla, İspaniyada istehlak qiymətləri may ayında 4,9% artdıqdan sonra iyunda 5,5% artıb.

Yaponiya son 150 ilin ən isti iyun ayını yaşayır.

Günvurmadan əziyyət çəkən onlarla insan xəstəxanalara yerləşdirilib.

Ölkə tarixində ilk dəfə iyunda havanın temperaturu 40 dərəcəni keçib. Rekord göstərici İsesaki şəhərində qeydə alınıb. Paytaxt Tokioda isə ardıcıl 5 gündür hərarət 35 dərəcədən aşağı enmir. Bu hal 1875-ci ildən indiyədək ilk dəfə baş verir.

Fransada təxminən 9 milyon insan ərzaq talonu alacaq. Bu, ən aşağı gəlirli ölkə sakinlərinə dəstək məqsədilə həyata keçiriləcək.

Bu barədə dövlət katibi Oliviya Qrequar məlumat verib.

“Biz hər ailəyə 100 avro və hər uşaq üçün əlavə 50 avro məbləğində təcili ərzaq yardımı göstərmək istəyirik”, - deyə o, bildirib.

Qrequar həmçinin xatırladıb ki, iyulun 6-da hökumət fransızların alıcılıq qabiliyyətinin qorunmasına dair qanun layihəsini təqdim edəcək ki, bu da xüsusilə “yüksək keyfiyyətli yerli məhsulların əldə edilməsi üçün ixtisaslaşdırılmış yoxlamaların tətbiqini” nəzərdə tutur.

Qeyd edək ki, Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatıına görə, bu ilin yazında ölkədə inflyasiya 80-ci illərin ortaları səviyyəsinə çatıb. Bu, xidmətlər və ərzaq məhsullarının qiymətlərinin artması nəticəsində baş verib. Ən çox artım isə balıq və tərəvəzin qiymətlərində qeydə alınıb.

Türkiyənin İsveç və Finlandiya ilə onların NATO-ya daxil olması məsələsində razılığa gəlməsinin detalları bu yöndədir ki, PKK-ya qarşı mübarizədə Türkiyə ilə əməkdaşlıq edəcəklər. 

Bu sözləri açıqlamasında siyasi ekspert Əziz Əlibəyli Türkiyə, İsveç, Finlandiya və NATO arasında keçirilən dördtərəfli sammitin nəticəsini şərh edərkən deyib. 

O bildirib ki, bu razılıq nəticəsində Finlandiya və İsveç PYD/YPG, həmçinin FETÖ-ilə mübarizə məsələsində öhdəliklər götürüblər:

“Digər bir razılaşma isə silah satışı ilə bağlı embarqoların qaldırılması ilə bağlı razılığın əldə olunmasıdır. Ümumilikdə götürdükdə Finlandiya və İsveçin NATO-ya aid olmayan iki ökə olaraq Türkiyənin maraq dairəsində olan əks qüvvələrə dəstək verməsi, heç nəyi dəyişdirməyəcək. Əvvəla, NATO daxilində də Türkiyənin Yunanıstan, ABŞ və Fransa ilə problemləri var. Bu problemlər ümumi olaraq göstərir ki, İsveç və Finlandiya məsələsi Türkiyə üçün o qədər də əhəmiyyətli deyil.  Türkiyə bu məsələni Rusiya ilə münasibətlər konteksində nəzərdən keçirməyin tərəfində idi. Bir az da bu mənada NATO daxilində son zamanlar ona qarşı çevrilmiş ümumi münasibətləri tarazlamaq niyyəti daşıyırdı”.

Ekspertin fikrincə, Türkiyənin gözləntiləri Rusiya tərəfindən qarşılanmadığı üçün İsveç və Finlandiyanın üzvlüyünə razılıq verib:

“Yəni Türkiyənin bu mənada güzəştlərə getməməsinin müqabilində Rusiya bazarının çox geniş miqyasda Türkiyə üçün açması kimi müəyyən vədlər verməsi, üzvlük məsələsində təsirli idi. Türkiyənin Avropa ölkələri ilə yanaşı Rusiyaya qarşı sanksiyaya daxil olmaması məsələləri göstərirdi ki, burada Türkiyənin də Rusiydan gözləntiləri var. Bu gözləntilərin ilki xüsusilə qida böhranı ilə bağlı Qara dənizdə Ukrayna gəmilərinin buraxılmaması məsələsi idi. Əvvəlcə Rusiya ilə burada böhran yarandı. İkincisi, Antalya görüşləri sonrası danışıqlar prosesinin pozulmasında toqquşma nöqtəsi var idi. Üçüncü toqquşma nöqtəsinə əlbəttə ki, Suriya əməliyyatları daxil idi. Türkiyənin Suriya əməliyyatları ilə bağlı gündəmə gətirdiyi məsələlərdən dərhal sonra Suriyanın PKK/PYD bölgəsinə qoşun yeritməsi, ABŞ-ın buna dəstək verməsi və İranı bölgədə fəallaşdırması, görünür, Türkiyə üçün qırmızı xətlər təşkil elədi.  Yəni Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razılıq verməsi bir növ Rusiyanı cəzalandırması niyyətini daşıyır. Bu da o deməkdir ki, Türkiyə lideri Ərdoğanın həmkarı Putindən bu mənada gözləntiləri var idi və qarşılanmadığına görə, belə bir addım atdı”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında görüş olub.

Görüş barədə Türkiyə Prezidenti ofisinin rəsmi “Twitter” hesabında paylaşım edilib.
Görüş Madriddə NATO Sammiti çərçivəsində baş tutub.

Fevralın 24-dən Ukraynanı işğal edən Rusiya bu prosesdə böyük itkilər verib. 

 “Daily Star” xəbər verir ki, qəzet Rusiya-Ukrayna müharibəsi davam edərkən Kreml rəhbərliyinin cəbhədə yeni təyinat aldığını iddia edib.

Qəzet iddia edib ki, hazırda təqaüddə olan, Suriyada döyüşən rus generalı Pavel xidmətə çağırılıb. Qəzetin xüsusi xəbərində onun 67 yaşlı Paveli xidmətə çağırdığı bildirilib və təqaüdçü əsgərin qidalanma vərdişləri də ətraflı şəkildə paylaşılıb. Pavelin gündə 5 dəfə yemək yediyi və hər gün araq içdiyi iddia edilib. Həmçinin onun çəkisinin də təxminən 128 kiloqram olduğu bildirilir.

Keçmiş bölmə komandirinin artilleriya hücumu nəticəsində ağır yaralanmasından sonra Pavel ərazidə fəaliyyət göstərən Rusiya xüsusi təyinatlılarının da məsuliyyətini öz üzərinə götürəcək.

“Putinin yüksək səviyyəli və ən yaxşı əsgərləri Ukraynadakı müharibədə ya öldürülüb, ya da yaralanıb. Beləliklə, indi o, uzun müddət döyüşməyən ikinci dərəcəli əsgərləri göndərir"- mənbə qəzetə deyib.

 

 

 

Paşinyan da bəyan etdi ki, Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsindən sonra Laçın şəhəri və Zabux kəndi Azərbaycana təhvil veriləcək: Ermənistan baş naziri Laçın şəhəri və Zabuxda yaşayan erməniləri mənzillə təmin edəcəklərinə dair söz verib.

Laçın şəhəri və Zabuxun təmizlənməsi prosesində üç mümkün perspektiv ola bilər:

Birincisi, orada qalan ermənilər çıxmağa etiraz edəcəklər: çatlaq səsələr artıq eşidilir, lakin razılaşma var və Paşinyanın açıqlaması İrəvanın artıq prosesə hazırlaşdığını deməyə əsas verir, bununla yanaşı, bu məsələ Rusiyaya üçtərəfli razılaşmada “irəliləyiş” olduğunu göstərmək baxımından lazımdır;

İkincisi, çıxmaq istəməyən, lakin məcbur edilən ermənilər özlərindən geridə qalanları məhv edəcək: Kəlbəcərdə evlərə od vurduqlarını görümüşük, analoji addımın Laçın şəhərində və Zabuxda da atılacağı istisna deyil;

Üçüncüsü, çıxarılacaq ermənilərin hara köçürüləcəyi vacib məqamdır, Ermənistana, yoxsa Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə.

Paşinyan bu ermənilərin mənzillə təmin ediləcəyini deyir, lakin mənzilin harada veriləcəyini açıqlamır; mənzilin Ermənistan hökuməti tərəfindən təmin ediləcəyini nəzərə alsaq, onların Ermənistan ərazisinə köçürüləcəyi məntiqi ortaya çıxır, hərçənd, Qarabağa – separatçıların olduğu ərazilərə köçürülmələri də istisna deyil, xüsusilə sülhməramlıların olduğu bölgədə ermənilərin sayının artırılması istəyi fonunda bu mümkündür;

Azərbaycan tərəfi bu məsələyə xüsusi diqqət yetirməlidir. Çünki Laçın şəhəri və Zabuxda yaşayan ermənilər Ermənistanın müxtəlif yerlərindən və Yaxın Şərqdən bu bölgəyə köçürülüb, “Qarabağ erməniləri” deyil (Qarabağda hazırda qalan ermənilərin əksəriyyətinin də sonradan bölgəyə köçürülənlər olduğu ayrı bir həqiqətdir). Misal üçün, Zabuxun qondarma “icma rəhbəri” Çavuşyan 2014-cü ildə Suriyanın Qamışlı şəhərindən Laçına gəlib, 2016-cı ildə Zabuxa köçüb, 44 günlük müharibədə başının dəstəsi ilə Azərbaycana qarşı döyüşüb.

Bakı bu ermənilərin Qarabağa gətirilməməsi, eyni zamanda, evlərin və digər obyektlərin məhv edilməməsi məsələsini rusların qarşısında qaldırmalıdır.

“Türkiyəni terror dəhlizi ilə mühasirəyə almaq cəhdlərini uğursuzluğa düçar etdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə xüsusən son 20 ildə özünü fərqli bir mövqedə yerləşdirməyi bacardı. Ölkəmizi öz təcrübələrini inkar hesabına yükləyənlərin qarın ağrısının səbəbi budur. Bizə ünvanlanan tənqidlər səhvlərimizdən deyil, Türkiyənin müəyyən etdiyi istiqamətdə getməsindən irəli gəlir”, - Türkiyə lideri vurğulayıb.

Ərdoğan bildirib ki, Rusiya-Ukrayna müharibəsi öz layihələri olmayan ölkələrin vəziyyətinin çox çətin olduğunu göstərib.

“İraqla sərhədlərimizi terror hücumlarından xilas etmək üçün əməliyyatlarımız uğurla davam edir. Hazırlıqlarımız bitən kimi Suriyada yeni əməliyyatlara başlayacağıq. Aralıq dənizində və Egeydə bütün hüquqlarımızı qorumaq üçün lazımi addımları atacağıq”, - Türkiyənin dövlət başçısı əlavə edib.

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyilə Nazirlər Kabinetinin toplantısı keçirilib.

İclasdan sonra mətbuata açıqlamalar verən dövlət başçısı bir sıra məqamlara aydınlıq gətirib.

Ərdoğan ölkəsinin Suriyada keçirməyi planlaşdırdığı genişmiqyaslı antiterror əməliyyatına da toxunub. O, hazırda bu istiqamətdə hazırlıq işlərinin getdiyini və bu işlərin başa çatmasının ardından əməliyyatın başlayacağını bəyan edib.

Xəbər lenti