Ukraynanın ən məşhur hərbi pilotlarından biri, polkovnik Aleksandr Oksançenko Ukrayna uğrunda gedən hava döyüşlərində həlak olub.

O, dünyanın ən yaxşı qırıcı pilotlarından biri hesab olunurdu.

Milli.az bildirir ki, Ukrayna Hərbi-Hava Qüvvələrinin pilotu Aleksandr Oksançenko əvvəllər Krımdakı Belbekdə yerləşən hərbi hissədə qulluq edirdi.

O, son döyüşündə səmaya Su-27 təyyarəsində qalxmışdı.

Radioçağırış adı "Master 421" olan pilot dəfələrlə NATO təlimlərində iştirak etmiş, dəfələrlə müxtəlif aviayarışlarda qalib gələrək "İlin pilotu" seçilmişdi.

SIAF, The Royal International Air Tattoo, International Airshow-2017, Czech International Air Fest aviaşoularındakı ali pilotaj fiqurlarının nümayişindən sonra NATO onu "Dünyanın ən yaxşı qırıcı pilotu" adlandırmışdı.

Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə A.Oksançenkoya ölümündən sonra Ukraynanın Milli Qəhrəmanı adı verilib.

 

"Rəsmi Kiyev və Moskva arasında aparılan danışıqların nəticələrinə görə, hələlik Ukraynaya lazım olan heç bir nəticə yoxdur”

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

"Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub. Hələlik əldə etmək istədiyimiz nəticə yoxdur”, - deyə Zelenski əhaliyə videomüraciətində bildirib.

Onun sözlərinə görə, Kiyev öz nümayəndə heyətinin qayıtmasından sonra Rusiya ilə danışıqların nəticəsini təhlil edəcək və danışıqların ikinci raunduna necə keçəcəyinə qərar verəcək.

Qeyd edək ki, fevralın 28-də Belarus ərazisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

Ukraynanın Axtırka şəhərindəki hərbi hissəyə zərbə endirilib.

Milli.Az Ukrayna mediasına istinadən bildirir ki, Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində Rusiya ordusunun atəşi nəticəsində hərbi hissə dağıdılıb.

Rusiyanın Silahlı Qüvvələri hərbi hissəni "İsgəndər" operativ-taktiki raket kompleksi ilə vurublar.

70 döyüşçünün həlak olduğu bildirilir. Onlarla yaralı var.

Sumı vilayətinin qubernatru Dmitri Jivitski bombardman olunmuş hərbi hissədə xilasetmə işlərinrin davam etdiyini vurğulayıb. 

 

 

 

Xerson demək olar ki, tamamilə rus qoşunları tərəfindən mühasirəyə alınıb.

“Unian” xəbər verir ki, bunu jurnalist Alyona Panina "Ukrayna 24" telekanalının efirində bildirib.

"Şəhər əslində mühasirəyə alınıb, hər tərəfdən çoxlu rus əsgəri və hərbi texnikası var, onlar çıxışlarda nəzarət-buraxılış məntəqələri qurublar", - deyə o söyləyib.

Qeyd edilib ki, Rusiya Silahlı Qüvvələri şəhərin dərinliklərinə doğru irəliləyir.

 

Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya Polşa aerodromlarında yerləşdiriləcək 70 hərbi təyyarə verəcək.

“Report” məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna ordusu üçün 70 təyyarə! Tərəfdaşlarımız bizə MiQ-29 və Su-25 təyyarəsi verir! Lazım gələrsə, Polşa aerodromlarından istifadə etməklə ukraynalı pilotlar döyüş tapşırıqlarını yerinə yetirəcəklər”, - məlumatda deyilir.

Bildirilib ki, Bolqarıstan Ukraynaya 16 ədəd MiQ-29 qırıcısı və 14 ədəd Su-25 hücum təyyarəsi, Polşa 28 ədəd MiQ-29, Slovakiya isə 12 ədəd MiQ-29 qırıcısı verəcək.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel bildirib ki, qurumun xarici işlər nazirləri Ukraynaya 450 milyon avro dəyərində öldürücü silahlar verməyə razılaşıblar. Bundan əlavə Borrell Aİ-nin Ukraynaya hərbi təyyarələr tədarük edəcəyini bildirib.

Almaniya Hərbi Dəniz Qüvvələrinin Birinci Donanması Ukrayna böhranının kəskinləşməsi ilə əlaqədar NATO-nun şimal cinahını gücləndirmək üçün Baltik dənizinə hərbi gəmilər göndərib.
“Report" xəbər verir ki, Almaniyanın Kil şəhərindəki hərbi dəniz bazasından tapşırıqları yerinə yetirmək üçün “Sulzbach-Rosenberg”, “Datteln”, “Fulda” və “Homburg” mina əleyhinə gəmiləri, “Siegburg” minaaxtaran gəmisi, eləcə də alman donanmasının "Elba" tipli təchizat gəmisi Baltik dənizinə yol salınıb.

Almaniya Hərbi Dəniz Qüvvələri aydınlaşdırıb ki, belə tədbirlərin görülməsinə səbəb hazırda gərginləşən Rusiya-Ukrayna böhranıdır.

Türkiyəli ekspert, Milli Müdafiə Universitetinin müəllimi, professor Mehmet Özkan Rusiya-Ukrayna münaqişəsini şərh edərkən qeyd edib ki, Putin bu gedişlə özünü geosiyasi baxımdan intihar etdi.
"Onun fikrincə, müharibənin 5-ci günü tərəflər danışıqlar masası arxasına əyləşməli olduğu bir zamanda, Rusiya nüvə silahından istifadə variantlarını ortaya atması daha ciddi fəsadlara yol açdı. Bu isə vəziyyəti tamamilə dəyişir. Ona görə də ekspert hesab edir ki, Türkiyə çevik addımlar atmalıdır. “ “Bu prosesdə Türkiyə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı vasitəsilə birgə addım atıb, Qara dənizdəki vəziyyəti və Rusiyanın Krımın işğalını gündəmə gətirməlidir. Bununla da Rusiyaya əlavə təzyiq yaratmalıdır. Bu prosesə Qərb də dəstək verəcək”- o qeyd edib.

Eskpert Özkan onu da bildirib ki, 4 günlük müharibə nəticəsində 3 şey dəyişdi. “Birincisi, müharibə artıq Rusiyanın əvvəlcə irəli sürdüyü kimi Putinlə Zelenski arasında deyil, xalqlararası prosesə çevrilir. Rusiyada müharibə uzanarsa, Putinə təzyiqlər artacaq, Ukraynada isə ictimaiyyət Zelenskiyə daha çox dəstək verəcək.

Müharibədə dəyişən ikinci amil isə Rusiyanın Ukraynanı işğalı Avropa ölkələrini birləşdirdi və birlikdə nəsə edə bilərik fikrini aşılatdı. Bu da müharibənin indi sistemli problemə çevrilməsidir. Avropa ölkələrinin hava məkanının bağlanmasından tutmuş, Rusiya təyyarələrinə, iqtisadi embarqolara kimi birgə sanksiyalar tətbiq edirlər.

Digər məqam isə Rusiyanın nüvə silahı kartına əl atmasıdır. Odur ki, problem nə qədər tez sistemləşdirilsə, həll sürəti bir o qədər çətin olacaq, lakin Ukraynada ikinci Suriya və ya Liviya kimi dalana dirənməsi baş verə bilər.

Müharibədə dəyişən üçüncü element odur ki, Putinin bütün hərəkətləri və planları uğursuzluğa düçar olduğu üçün çıxış yolu kimi Kiyevlə danışıqlara hazır olmasını bəyan etməsidir.
Bazar ertəsi Belarus sərhədində danışıqlardan yəqin ki, heç bir nəticə olmayacaq”- o bildirib.
Türkiyəli eksert hesab edir ki, bu müharibədə Putinin yeganə rəqibi özüdür: “O, bütün çıxış yolunu itirəcək, çünki bu gedişlə Putin geosiyasi baxımdan intihar etdi. Qısa müddətdə Ukraynanı işğal etsə, sovet coğrafiyasında olan ölkələr bundan qorxacaq. Müharibə uzun müddət davam edərsə, daxili siyasətdə də əlavə problemlər yaradacaq.

İndiki tendensiya Ukraynanın xeyrinədir. Müharibənin uzadılması baha başa gəlsə belə, Putin üçün növbəti Əfqanıstan olacağı ehtimalı yüksəkdir”- o vurğulayıb.
Ekspert onu da əlavə edib ki, Qərb Zelenskiyə sırf dəstək verməli və əsas strategiyası Rusiya xalqını cəzalandırıb, İraq, Venesuela yaratmaqdansa, Putinin hakimiyyətdən uzaqlaşdırılmasına yönəlməlidir: “Bu mənada müxtəlif qqüvvələrə, o cümlədən oliqarxlarla sıx əməkdaşlıq, hətta üstüörtülü dəstək vermək həlledici rola oynaya bilər”.
Ekspert bildirib ki, belə bir vəziyyətdə Türkiyə də maraqları baxımdan ciddi addımlar atmalıdır. İlk olaraq onu deyim ki, Türkiyə boğazlarda düzgün addım atdı.
“Amma Ankara Türkiyənin 4 gün əvvəl təklif etdiyi vasitəçilik məsələsinə yenidən baxmalıdır. Artıq vasitəçilik təklif edən Türkiyə üçün şərtlər dəyişib.
Ankara vasitəçilikdə israr etməlidir, amma indi bu vasitəçilik Putini düşdüyü dalandan xilas etmək demək olacaq. Amma Türkiyə Suriya və Liviya ilə bağlı müəyyən siyasətlərdən əl çəkməsi üçün Rusiyadan təminat almalıdır. Türkiyə həm də yaranmış fürsətdən istifadə edib Qərbdən də müəyyən güzəştlər əldə edə bilər. Bunun üçün fürsət yaranıb”- o deyib.
Ekspert son olaraq bildirib ki, Rusiya geri çəkilməyincə bu müharibə uzadılacaq: “Rusiyanın qısa zamanda geri çəkilməsi mümkün deyil. Amma Putini küncə sıxışdırmadan, hətta çıxış yolu göstərməklə də problemin həllinə çarə axtarmaq lazımdır”.

Məşhur ukraynalı teleaparıcı, aktyor, "Dizel" studiyasının bədii rəhbəri Yeqor Krutoqolov “Bayraktar” pilotsuz uçuş aparatları ilə bağlı paylaşım edib.

Ukrayna mətbuatı xəbər verir ki, o, üçüncü oğlunun adını “Bayraktar qoyacağını yazıb.

“Üçüncü oğlumun adını “Bayraktar” qoyacağam. Əgər qız olsa, o zaman “Javelin” qoyacağam”.

Xatırladaq ki, ABŞ istehsalı olan “Javelin” tank əleyhinə idarəolunan raketlərdir.

Onu da qeyd edək ki, Ukrayna Rusiyanın hücumlarını dəf etmək üçün "Bayraktar TB-2" PUA-larından istifadə edir.

 

 

 

Vladimir Putinə heyranlığı ilə tanınan Roman Abramoviçin qızı Sofiya Abramoviç Rusiyanın Ukraynaya hücumunu sərt şəkildə tənqid edib.

 55 yaşlı milyarder cəmiyyətdə tam Putin fanatı kimi tanınır. Abramoviç Putinin Ukraynaya qarşı müharibəsindən sonra susub.

Lakin məşhur milyarderin 27 yaşlı qızı Sofiya sosial media hesabında Putinin üstündən xətt çəkilmiş paylaşımını paylaşıb.

Öz paylaşımında “Rusiya Ukrayna ilə müharibə istəyir” cümləsindəki “Rusiya” sözünün üstündən xətt çəkərək “Putin” yazan gənc qız rus xalqının Putinin tərəfində olması xəbərini təkzib edib. 

Gənc qızın bu xəbəri atası rəhbərliyi təhvil verdikdən sonra verməsi diqqətdən qaçmayıb. 

 

 

 

Avstraliyanın baş naziri Skott Morrison Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı yazılı açıqlama verib.

Unikal xəbər verir ki, Morrison Rusiyanın Ukraynaya qarşı müharibəsində məsuliyyət daşıyan Rusiya prezidenti Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin ölkəyə girişini qadağan etmək qərarına gəldiklərini bildirib.

Rusiyanın beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Konvensiyasını kobud şəkildə pozduğunu ifadə edən Morrison:

"Biz Putini Ukraynaya qarşı apardığı dəhşətli və ədalətsiz müharibəyə görə məsuliyyətə cəlb edirik. Avstraliyanın tətbiq edəcəyi maliyyə sanksiyaları və səyahət qadağaları, Rusiya prezidenti ( Putin), xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, baş nazir Mixail Mişustin və daxili işlər naziri Vladimir Kolokoltsev gecə yarısından etibarən qüvvəyə minib."

Xəbər lenti