![]() |
|
Rusiya Mərkəzi Bankının İdarə Heyətinin fövqəladə iclasında uçot dərəcəsinin 20%-ə qaldırılması qərarı verilib.
Bu da onun yeni tarixi maksimumu hesab olunur.
"Rusiya Mərkəzi Bankının Direktorlar Şurası 28 fevral 2022-ci il tarixindən əsas uçot dərəcəsini illik 20%-ə qaldırmaq qərarına gəlib", - tənzimləyicinin açıqlamasında deyilir.
Açıqlamaya əsasən, departamentin həyata keçirdiyi pul siyasəti inflyasiyanın sürətini azaltmağa hesablanıb. Bundan əlavə, bu tədbir rus milli valyutanın gücləndirilməsinə hesablanıb.
Ukrayna Müdafiə Nazirliyi fevralın 24-dən 28 fevral 06:00-dək rusiya Silahlkı Qüvvələrinin döyüşlərdəki itkilərinin sayını açıqlayır.
Bu barədə Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar "Facebook"da paylaşım edib.O bildirib ki, Rusiya 4 gün davam edən döyüşlər nəticəsində 29 təyyarəsi, 29 vertolyotu, 191 tankı, 816 zirehli döyüş maşını, 74 topu,1 "BUK" zenit-raket kompleksi, 21 "Qrad" qurğusu, 291 avtomobil texnikası, 60 sisterna, 3 dronu, 2 gəmi / qayığı, 5 hava hücumundan müdafiə texnikası məhv edilib.
Ukrayna MN Rusiyanın 5300 canlı qüvvə itirdiyini də açıqlayıb.
A.Malyarın sözlərinə görə, rəqəmlər ilkin məlumatlardır və hələ də hesablamalar aparılır.
Rusiyanın SWIFT-dən ayrılması barədə hazırlanan sanksiya burada panikaya səbəb olub. Hər yerdə bankomatlar qarşısında növbələr yaranıb, amma bəzi şəhərlərdə növbələr bir kilometrə qədər uzanıb. İnsanlar təcili olaraq Visa və MasterCard plastik kartlardan öz balanslarını nağdlaşdırmaq istəyirlər. Bəs bu sistem nədir və Rusiya əhalisi nədən qorxur?
SWIFT “Society for Worldwide Interbank Financial Telecommunications” sölərinin baş hərflərindən alınmış abreviaturadır və “Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti” kimi tərcümə olunur.
Bəs SWIFT mahiyyət etibarilə nədir və bu sistemdən kənarda qalmaq Rusiya bankları, xüsusən də sadə vətəndaşlar üçün hansı çətinlikləri vəd edir.
SWIFT mesajları banklar arasında xüsusi kodlaşdırılmış bildirişlərdir. Bu, elektron poçtla müqayisə oluna bilər, amma yalnız banklar arasında və xüsusi qorunan kanallar vasitəsilə ünsiyyətə bənzəyir. Mesaj növləri standartlaşdırılıb. Bu, dünyanın demək olar ki, bütün bankları üçün pul köçürmələri sifarişlərini təhlükəsiz və çevik şəkildə bir-birinə çatdırmağa xidmət edir.
Sistem özü vəsait köçürmür. SWIFT elektron fayl idarəetmə sistemidir. Bu sistemin köməyi ilə banklar xarici tərəfdaşlarına xarici valyutanın köçürülməsi, konvertasiyası, əməliyyatların təsdiqlənməsi üçün sifarişlər göndərir, müştərilərə zəmanət verə bilirlər.
SWIFT söndürülsə, Rusiyada beynəlxalq ödənişlər necə olacaq? Bu halda banklar ya hər iki tərəfin etimad göstərdiyi başqa bir bənzər sistemdən istifadə etməlidirlər, ya da birbaşa danışıqlar apararaq əməliyyat aparmalıdırlar. Amma bu daha bahalı bir proses olacaq və ödənişlərin operativliyi azalacaq. Məsələn, SWIFT vasitəsilə saniyələr ərzində təsdiqlənən ödəniş birbaşa danışıqlar zamanı bir neçə günə təsdiqlənə bilər.
SWIFT bloklanarsa, bu, Visa və Mastercard kartlarına təsir edəcəkmi? Bəli. Amma Rusiya daxilində o kartlardan istifadə etmək yenə də mümkün olacaq – bankomatlarda nağdlaşdırma bundan sonra da mümkün olacaq. Sadəcə olaraq, bir Rusiya vətəndaşı xaricə ödəniş etmək və ya almaq istəyərkən problem yaşayacaq.
Qadağa valyuta məzənnələrinə də təsir edəcək. İlkin olaraq hazırda Rusiyada yaşanan panika istər-istəməz valyuta məzənnələrinə təsir edəcək, dollara tələbat kəskin artacaq, rubl dəyər itirəcək.
Rusiyanı SWIFT-dən ayırmaq maliyyə sistemində qəfil çöküş yaradacaq - bütün əməliyyatlar dərhal dayanacaq. Neft və qaz satışı da yeni ödəmə metodları işə düşənə qədər dayandırılacaq.
Hazırda Rusiya bu zərbədən yan keçmək üçün kriptovalyutada əməliyyatlarını leqallaşdırmağa hazırlaşır. Amma problem ondadır ki, söhbət təkcə SWIFT-dən getmir. Həm də Rusiyanın bir sıra böyük banklarına qarşı birbaşa sanksiyalar tətbiq olunub ki, bu da həmin banklarla hər hansı formada əməliyyatların aparılmasını çətinləşdirəcək.
Bank xidmətləri ilə sıx əlaqədə olan vətəndaşlar isə hələ uzun müddət bunun acısını yaşayacaqlar. O üzdən də artıq Rusiyada bankomatların qarşısında uzun növbələr yaranıb.
Mənbə: bizimyol.info
Kreml Ukrayna prezidenti Volodimir Zelenskini aradan götürmək üçün Kiyevə göndərdiyi 400-dən artıq rus muzdluya böyük miqdarda mükafat vəd edib.
“The Times” xəbər verir ki, həmin muzdlular hazırda Kiyev şəhərindədir.
Nəşr yazır ki, Kremlin göstərişi ilə 400-dən çox rus muzdlusu Kiyevdə fəaliyyət göstərir.
Onlara prezident Zelenskiyə, Nazirlər Kabinetinin üzvlərinə sui-qəsd etmək və şəhəri Moskvanın nəzarəti altına almaq üçün zəmin hazırlamaq tapşırılıb.
“The Times” onu da yazır ki, prezident Putinin ən yaxın müttəfiqlərindən birinin rəbərlik etdiyi “Vaqner” muzdlu hərbi birləşmənin döyüşçülərinin beş həftə əvvəl böyük maliyyə mükafatı müqabilində Zelenski hökumətinə qarşı sui-qəsdlər törətmək üçün göndərmişdi.
Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Boris Conson ilə telefon danışığında növbəti 24 saatın Ukrayna üçün həlledici olacağını bildirib.
“Unian xəbər verir ki, Conson Zelenskiyə zəmanət verərək Böyük Britaniya və müttəfiqləri müdafiə yardımının Ukraynaya çatması üçün əllərindən gələni edəcəklər.
Conson onu da əlavə edib ki, ölkəsi Ukraynaya əlavə 40 milyon funt-sterlinq köçürəcək. Bu pul ukraynalılar üçün tibbi ləvazimatlara yönəldiləcək.
Ermənistanın baş naziri Nikol Paşinyan apreldə Rusiyaya rəsmi səfər edəcək.
Bu barədə Ermənistan Nazirlər Kabineti Aparatının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hər iki ölkənin liderləri arasında telefon danışığı zamanı səfərin gündəliyində duran məsələlərə toxunublar.
Xəbər verdiyimiz kimi, bu gün Rusiya və Ukrayna arasında danışıqlar keçiriləcək. Ukrayna nümayəndə heyəti Belarus-Ukrayna sərhədində Rusiya tərəfinin nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün görüş yerinə çatıb.
“Qafqazinfo” məlumatına görə, bu barədə belaruslu jurnalist Konstantin Pridibaylo bildirib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti Belarusa gecə saatlarında çatıb. Görüşün yaxın saatlarda başlayacağı gözlənilir və bunun üçün texniki olaraq hər şey hazırdır.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqlar Belarusun Qomel şəhərində aparılacaq. Daha əvvəl yayılan məlumatda, Rusiyanın nümayəndə heyətinə rəhbərlik edən ölkə Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski ölkəsinin nümayəndə heyətinin Minskdən Qomelə yola düşdüyünü bildirib.
İnsanlar yanacaqdoldurma məntəqəsinə axın etdi, dövlət şirkəti limit qoydu.
Polşa vətəndaşları Rusiyanın ölkələrinə hücum edə biləcəyindən ehtiyat edərək yanacaq yığmaq üçün yanacaqdoldurma məntəqələrinə axışdıqdan sonra yanacaq satışına məhdudiyyət qoyub.
“Haber7” xəbər verir ki, səlahiyyətlilərin yanacağın tədarükündə problem olmadığı barədə açıqlamalarına baxmayaraq, vətəndaşlar anbarlarını doldurmaqla yanaşı, zibil qutularına da yığmağa başlayıblar.
Dövlət neft şirkəti PKN Orlen isə yanacaqdoldurma məntəqələrinin sıxlığı səbəbindən yanacaq satışına məhdudiyyət qoyulduğunu açıqlayıb. Şirkətdən verilən açıqlamada avtomobillər üçün bir dəfəyə 50 litr, yük maşınları üçün isə 500 litr yanacaq doldurma limitinin tətbiq edildiyi bildirilib.
Son günlər baş verən proseslər nəticəsində ölkədə yanacağa olan tələbatın normadan iki dəfə çox artdığı qeyd edilən açıqlamada ictimai nəqliyyatda hər hansı məhdudiyyətin olmadığı bildirilib.
"Dinc sakinlər ehtiyatlı olun! Evdən çıxmayın!”
“Bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində məlumat yayılıb.
“Düşmənin hərbi təxribat-kəşfiyyatçıları Obolonidədir. Vətəndaşlardan texnikaların verilməsini xahiş edirik. "Molotov kokteyli" düzəldib işğalçılara atın!", - deyə nazirliyin məlumatında bildirilib.
Qeyd edək ki, Oboloni Kiyev yaxınlığında dairədir.
Beynəlxalq "Anonymous" haker hərəkatı Rusiyanın hakimiyyətinə savaş elan etdi.
Milli.az bildirir ki, "Anonymous" hərəkatı Ukraynanın dövlət müstəqilliyini və suverenliyin tam dəstəklədiyini, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını isə işğal hesab etdiyini bəyan edib.
"Rusiya hakimiyyəti bu əməllərə görə cavab verəcək", - "Anonymous"un açıqlamasında deyilir.