![]() |
|
“Mənim millətimi Nikol Paşinyan deşifrə edib. Bəziləri onu birlikdə hakimiyyətə gətirdiyimiz günü söyür, bəziləri isə o günü tərifləməyə və xeyir-dua verməyə davam edir. Amma biz artıq sadəlövh, tezliklə ilhamlanacaq, birincidən xilas olmaq arzusu ilə dolu cəmiyyət deyilik. Bu üç il ərzində biz çox bəlalar yaşadıq və o bəlalar da bizi yetkinləşdirdi, daha tədbirli etdi. Amma bizim taleyimizə dönməz nəticələr baş verən ağrılı itkilərimiz də oldu”.
“Yol-xeber.az” xəbər verir ki, bu fikirlər Ermənistanın “Hraparak qəzetində “30 illik dərslər” məqaləsində əksini tapıb.
Yazıda daha sonra qeyd olunur: “Təəssüf hissi ilə etiraf etməliyik ki, 1990-91-ci illərdə əldə etdiyimiz və 30 ilə yaxındır fəxr etdiyimiz müstəqilliyi bu gün biz lazımınca qiymətləndirmirik. Strateji müttəfiqimizin əlində necə bir karta çevrildiyimizi və o kartdan lazımi vaxtda necə istifadə etdiyini getdikcə daha çox anlasaq da, daha çox rusiyapərəst olduq.
Bu gün biz yaxın qonşularımız olan Türkiyə və Azərbaycana 1990-cı illərdəkindən daha çox nifrətlə yanaşırıq. Bu regionda dinc yaşama və mehriban qonşuluq perspektivini qeyri-mümkün edir. Amma biz onu da anladıq ki, dövlət xadimlərində idarəetmə təcrübəsi, diplomatik bacarıqlar, balanslılıq, savadlılıq, tolerantlıq ən vacib keyfiyyətlərdir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Ədalət və İnkişaf Partiyasının (AKP) Ümumi Qərargahında toplantı keçirib.
Hürriyet xəbər verir ki, AKP-nin Mərkəzi İcra Şurasının üzvlərinin də qatıldığı iclasda iqtisadiyyat və məzənnə artımı qiymətləndirilib.
Məlumata görə, iclasda hökumətin uçot faiz dərəcəsinin endirilməsində qərarlı olduğu vurğulanıb və yol xəritəsi ilə yüksək məzənnənin qarşısının alınacağı, 3-4 ay ərzində mövcud vəziyyətin həll ediləcəyi bildirilib.
Müzakirə zamanı dolların məzənnəsinin qəfil qalxmasının vətəndaşlara yaxşı izah edilməli olduğu vurğulanıb və qeyd olunub ki, dolların məzənnəsindəki ani artımlar Türkiyəyə qarşı əməliyyatdır və soyuqqanlı münasibətin qorunması vacibdir.
Həmçinin bu müddətdə faiz dərəcələrindəki enişin davam etməsi ilə əlaqədar alqı-satqının sürətlənəcəyi və beləliklə, investisiyaların artacağı da müzakirə olunan məsələlərdən biri olub.
“Dünyanın hər yerində inflyasiya artıb”.
“Haber Global” məlumat verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin 37-ci Nazirlər Toplantısına göndərdiyi videomüraciətdə deyib.
“Biz bütün sahələrdə epidemiyanı çox dərindən hiss etmişik. Tələb-təklif balanssızlığı əmtəə qiymətlərini artırdı. Qlobal əmtəə qiymətlərinin qeyri-adi dəyişimi dünyada inflyasiya səviyyəsini artırdı. Problemlərə daimi həll yolları tapmalıyıq”, - deyə o qeyd edib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd ibn-Zahid ən-Nahyan prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün bu gün Türkiyəyə gələcək.
“Ölkə.Az” xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə ilə BƏƏ arasında illərlə davam edən gərginlikdən sonra əlaqələri bərpa etmək üçün yeni fürsətin yarandığı deyilir.
Belə ki, Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn-Zahid ən-Nahyanın prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə rəsmi səfəri gözlənilir. İngiltərə mətbuatı Nahyanın Türkiyəyə 100 milyard dollar sərmayə yatıracağını yazır.
Bu səfərdən əvvəl BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri Dubayda keçirilən Türkiyə-Birləşmiş Ərəb Əmirlikləri Qarışıq İqtisadi Komissiyasının iclasından sonra Türkiyənin ticarət naziri Mehmet Muş ilə ikitərəfli görüş keçirmişdi. BƏƏ ilə Türkiyə arasında iqtisadi əlaqələrin güclənməyə davam etdiyini deyən Mari, bunun müxtəlif sektorlarda, xüsusilə ticarət və investisiya sahələrində yeni tərəfdaşlıqlar yaratmaq üçün böyük imkanlar yaratdığına diqqət çəkmişdi.
Həmçinin BƏƏ-nin xarici ticarət naziri Sani əz-Zuyudi və nazir Muşun iştirakı ilə keçirilən Türkiyə-BƏƏ Birgə İqtisadi Komissiyasının iclasında iki ölkə arasında qeyri-neft ticarətinin şaxələndirilməsinə və ticarət həcminin artırılmasına yönəlmiş iş planı ilə bağlı razılıq əldə olunmuşdu.
BƏƏ-nin Xarici Ticarət üzrə Dövlət Naziri Zuyudi, iki ölkənin strateji mövqeyinə diqqət çəkərək, Türkiyə məhsullarının Yaxın Şərq, Asiya və Afrika ölkələrinə çatdırılmasında BƏƏ-nin körpü rolunu oynayacağı kimi, BƏƏ məhsullarının da Avropa və bəzi Asiya ölkələrinə çatdırılması yönündə Türkiyənin əhəmiyyətli bazar olduğuna işarə etmişdi. Zuyudi ölkəsindəki iqtisadi inkişaflara və layihələrə diqqət çəkərək türk şirkətlərini bu inkişaflardan faydalanmağa çağırmışdı.
ABŞ yüksək inflyasiya ilə mübarizə aparır.
Xarici KİV xəbər verir ki, ölkədə son 30 ilin ən yüksək inflyasiyası müşahidə olunur.
Bildirilir ki, ən vacib ehtiyac olan məhsullar da əlçatan deyil.
Ölkədə inflyasiya 1990-cı ildən bəri ən yüksək həddə çatıb. Bayden administrasiyası problemin həlli yolunu axtarır.
Ermənistan parlamentində Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası ilə bağlı dinləmələr keçiriləcək.
“Yol-xeber.az” xəbər verir ki, dinləmələr noyabrın 25-i keçiriləcək.
Sözügedən dinləmələr müxalif “Ermənistan” blokunun təşəbbüsü ilə baş tutacaq.
Medicina.az xəbər verir ki, bunu "Tesla" və "SpeysX" şirkətlərinin sahibi İlon Mask deyib.
Mask, Qiyamətdən əvvəl baş verməsi gözlənilən nüvə müharibəsi səbəbindən Marsda yaşayış şəraitinin təmin edilməsinin vacib olduğunu vurğulayıb:
"Əgər yaşayış şəraiti təmin olunarsa, bu araşdırmaların öncülləri Qiyamətdən əvvəl Marsda məskunlaşacaq və həyatlarını orada davam etdirəcəklər".
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı xüsusilə külli miqdarda rüşvət almaq ittihamı irəli sürülüb.
"Bu barədə “Sputnik Armeniya”ya ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
"Sarkisyan barəsində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib", - komitənin mətbuat xidmətindən bildiriblər.
Daha əvvəl keçmiş dövlət başçısının vəkili Amram Makinyan bildirib ki, bu, 2018-ci ilin noyabrında müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bəyan edən qalmaqallı sahibkar Silva Ambarsumyanın işidir.
Ambarsumyan əvvəlcə Sarkisyana rüşvət vermədiyini və onu tanımadığını iddia edib. Lakin sonra ifadəsini dəyişib.
Ermənistandakı 102-ci Rusiya hərbi bazasının komandiri, polkovnik Dmitri Ovçarov Ermənistan ordusundakı qarışıqlıqdan, rus hərbçilərinə hörmətsizlikdən şikayətlənib.
“Haqqin.az” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
“Bu necə ölkədir, mən belə bir şey görməmişəm?! Təhlükəsizlik qüvvələrinin rəisi ilə görüşürəm, 4 gündən sonra onu işdən çıxarırlar. Ya mənə nifrət edirlər, ya da tamamilə çətindir, heç nə başa düşmürəm. Bizim burada onların təhlükəsizliyini təmin edən böyük bazamız var.
Onların isə bizimlə heç bir əlaqəsi yoxdur və bu əlaqəni qurmaq belə istəmirlər. Biz onların üstündə səmada hava şousu təşkil etdik, Ermənistanın müdafiə nazirini bu tədbirə xüsusi dəvət etdik, o, gəlmədi və öz nümayəndələrini göndərməyə belə zəhmət çəkmədi.
Bu nədir? Bununla nə izah etmək istəyirlər?”, - Rusiya hərbi bazasının komandiri hiddətlə soruşur.